Məhkəmə qərarları › İş №2(004)-1271/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1271/2022

08.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1271/2022 08.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) tabeliyində olan Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi, işə bərpa edilmə və məcburi işə buraxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) tabeliyində olan Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi, işə bərpa edilmə və məcburi işə buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Cavabdeh MMC-nin 14 iyun 2021-ci il tarixli 488 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi işə buraxma müddəti üçün əmək haqqının ödənilməklə onun əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildə X1 fəaliyyətə başlamış, heç vaxt əmək intizamı qaydalarını pozmamış, heç vaxt töhmət və xəbərdarlıq kimi intizam tənbehi almamışdır. Həmişə işinə vicdanla və məsuliyyətlə yanaşmışdır. Son aylar işlədiyi Sərçüvar kənd EATS-də elektromexanik vəzifəsində işlədiyi müddətdə ərazisində kabellər köhnə olduğundan bir neçə dəfə idarə müdiri Səməd Abıyevə ərazisində olan kabellərin yeniləri ilə əvəzlənməli olduğunu bildirmişdir. İclaslarda kimin ərazisində nəyə ehtiyac olması barədə soruşulduqda, o da ərazisində təmirə ehtiyacı olan və dəyişdirilməli olan kabellərdən danışmışdır. Sonra ona işdə demişlər ki, sən iclasda zalda bunları niyə deyirsən? Sənin kəndin balaca kənddir, bizə də deyə bilərdin. Bu məsələlərə görə Səməd Abıyevlə aralarında soyuqlaşmalar olmuşdur. Ona xəbər vermişlər ki, Sərçüvardan bir nəfər Məhərrəm adlı şəxs səndən şikayət edib, o idarəyə getmiş və həmin adamın bundan əvvəl də kabel dəyişdirilməsi ilə bağlı müraciət etdiyini və bu məsələni hətta iclasda bildirdiyini qeyd etmişdir. Lakin həmin vaxt S.Abıyev ona qulaq asmayıb onu otaqdan çıxartmış və ona demişlər ki, get izahat yaz. O, da gedib izahat yazmış və idarədən ayrılmışdır. Səhəri gün eşitmişdir ki, müdir Səməd Abıyevin göstərişi ilə akt tərtib edilmişdir ki, guya o, idarədə dava salmış, qeyri-etik hərəkətlərə vol vermiş və s. Halbuki, heç vaxt elə bir şey olmamış və heç kimə qarşı qeyri-etik hərəkətlər etməmişdir. Daha sonra onun işdən çıxmağı ilə bağlı əmr verilmişdir. Hesab edir ki, barəsində qəbul edilən əmr əsassız və ədalətsizdir. İntizam məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq işə götürənin onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən çıxarması əsassız və qanunsuzdur. O, 20 ilə yaxındır ki, bu idarədə işləyir, vicdanla işləyib dövlətinə qulluq etmişdir. İşlədiyi idarədə həmkarlar təşkilatı olmaqla hər ay gəlirindən həmkarlar təşkilatına pullar tutulmuşdur. İşə götürən onu heç bir xəbərdarlıq etmədən, qanunsuz olaraq işdən çıxarmışdır. Halbuki, Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilməsi əsasları və qaydası konkret olaraq göstərilmişdir, işə götürən həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə müqaviləyə xitam verdiyi halda həmkarlar təşkilatının rəyini öyrənməli, hər bir halda xitam verməmişdən 1 ay əvvəl ona məlumat verməli olduğu halda bunu etməmişdir. İşlədiyi müddətdə əmək vəzifələrini kobud şəkildə pozmamış və bu halları işə götürən də təsdiq etmir. Odur ki, işə götürən tərəfindən qəbul edilmiş əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-2488/2021 saylı 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Cavabdeh MMC-nin 14 iyun 2021-ci il tarixli 488 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi işə buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh MMC apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin 2(050)-2488/2021 saylı 16 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3306/2021 saylı 01 dekabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin 2(050)-2488/2021 saylı 16 avqust 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş ərazi aidiyyəti üzrə baxılmasından ötrü Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı 14.02.2022-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2008-ci ildə X1 fəaliyyətə başlamış, heç vaxt rəhbərliklə problemi və narazılığı olmamışdır. Lakin bir neçə il əvvəl Səməd Abıyev qovşağın müdiri vəzifəsinə təyin edildikdən sonra ona verdiyi qanunsuz tapşırığı icra etmədiyinə görə, eləcə də idarənin iclaslarında ərazisində olan problemləri bildirdiyinə görə Səməd Abıyev ona qarşı qərəzli mövqedə olmuşdur. 2021-ci ilin may ayında xidmət etdiyi ərazinin abonenti, yəni Sərçüvar kənd sakini Məhərrəm Quliyev nazirliyin qaynar xəttinə onun barəsində şikayət etmişdir. Belə ki, şikayətçi Məhərrəm Quliyevin də ona qarşı mövqeyi qərəzli olmuşdur. Çünki bir müddət əvvəl Məhərrəm Quliyevə məxsus yük maşını telefon xətlərinə dəyərək ciddi ziyan vurmuşdu, sonuncu ondan bu hadisəni gizlətməsini xahiş etməsinə baxmayaraq onun bu xahişini nəzərə almamış, aidiyyəti üzrə idarəyə məlumat vermiş, bundan sonra Məhərrəm Quliyev barəsində qanuna müvafiq tədbir görülmüşdür. Bu məsələyə görə Məhərrəm Quliyev ondan küsərək qərəzli mövqe saxlamış, baxmayaraq ki, onlar arasında qohumluq əlaqələri də vardır. Bir müddət sonra qovşağın ümumi şöbəsinin kargüzarı İranə Sadıxova ona zəng edərək ondan şikayət daxil olmasını bildirmiş və izahat yazmaq üçün idarəyə gəlməsini demişdir. O, İranə Sadıxovaya idarəyə gələcəyini bildirməsinə baxmayaraq o, həmin gün getməmişdir. Çünki kargüzar ondan izahat istəyə bilməzdi, ancaq rəis tələb edə bilərdi. Ertəsi gün, yəni 20.05.2021-ci il tarixdə qovşağın müdiri Səməd Abiyev ona zəng edərək yanına çağırmışdır. Bundan sonra o, elə həmin gün qovşağa Səməd Abiyevin qəbuluna getmişdir. Qəbulda olan zaman Səməd Abiyev ondan şikayət daxil olmasını və İranə Sadıxovanın yanında izahat yazmasını bildirmişdir. O, İranə Sadıxovanın otağına daxil olmaq istədikdə, sonuncu ona bildirmişdir ki, “get özün yaz”. Daha sonra isə İranə Sadıxova şikayət etmişdir ki, guya onun otağında qeyri-etik hərəkətlərə yol vermişdir. Halbuki, o bu cür hərəkətlərə yol verməmiş və bunun üçün əsas olmamışdır. Ertəsi gün Səməd Abiyev onu yenidən idarəyə dəvət etmiş və həmin vaxt barəsində akt tərtib edildiyini öyrənib bilmişdir. İddiaçı 07.04.2022-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında isə bildirmişdir ki, o, hadisə günü, yəni 20.05.2021-ci il tarixdə filial müdiri Səməd Abıyevin qəbulunda olarkən ona şikayət daxil olması barədə məlumat vermişdir. Lakin onun bundan əvvəl şikayətdən xəbəri olmamışdır. Daha sonra Səməd Abıyev otağa İranə Sadıxovanı dəvət etmiş və ona şikayətlə bağlı hara, hansı məzmunda cavab yazmalı olduğunu izah etməsini tapşırmışdır. Eyni zamanda Səməd Abıyev ona təklif etmişdir ki, işdən azad edilməsi ilə bağlı könüllü ərizəsini yazsın, əks halda qurumda gələcəkdə gözlənilən yenidən təşkillə bağlı ixtisarlar olacağını və onu da ixtisarla bağlı işdən azad edəcəyini bildirmişdir. O, isə Səməd Abıyevdən ailəli olmaqla iki azyaşlı övladının olmasını nəzərə alımasını və işdən azad etməməsini xahiş etmişdir. Səməd Abıyevin otağını tərk etdikdən sonra İranə Sadıxovanın otağına yaxınlaşmış, həmin vaxt qapı açıq olmuşdur. Otağa yaxınlaşanda İranə Sadıxova ona içəriyə daxil olmağa icazə verməmiş, onun zəngi ilə idarəyə gəlməməsini irad tutaraq, “get harda istəyirsən izahat yaz” sözlərini demişdir. O, İranə Sadıxovanın bu hərəkətlərinin qurma olmasını düşünərək idarəni tərk etmiş və öz iş yerinə gedib izahatı yazmışdır. İddiaçı izahatında əlavə olaraq qeyd etmişdir ki, Sərçüvar kənd sakini Məhərrəm Quliyev ona telefon xətlərində olan nasazlıqla bağlı heç vaxt müraciət etməmiş, hətta daha əvvəl mantyorun şikayətçiyə məxsus telefon xəttini 5 dəfə eyni yerdən təmir etməsi barədə də məlumatı olmamışdır. Ona görə də yazdığı izahatında abonentin xəttində problem olması barədə məlumatının olmadığını qeyd etmişdir. Əvvəllər idarədə işlədiyi müddət ərzində bir neçə dəfə ona töhmət verilməsinə baxmayaraq o, müvafiq əmrlərdən hər hansı aidiyyəti quruma şikayət etməmişdir. Bundan başqa o, heç vaxt Məhərrəm Quliyevin istifadəsində olan telefon xəttini kəsməmiş, İranə Sadıxovanın xidməti otağında qeyri-etik hərəkətlərə yol verməmiş, şahidlərin izahatlarında göstərilən hallar isə həqiqəti əks etdirmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı 04 iyul 2008-ci il tarixdə STXS-nin Sərçuvar EATS-i üzrə mantyor kimi işə qəbul edilmiş, sonradan müxtəlif vəzifələrdə işləmiş, sonuncu vəzifəsi elektromexanik olmuşdur. 14 iyun 2021-ci ildə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Belə ki, İddiaçı kənd sakini Məhərrəm Quliyev nazirliyin qaynar xəttinə bilavasitə şikayət vermişdir ki, İddiaçı onun telefon və internet xəttini qəsdən kəsmişdir. Bununla əlaqədar əraziyə təxminən beş dəfə işçi göndərilmiş və xətt birləşdirilmişdir. Odur ki, həmin məsələnin araşırılması üçün İddiaçı rəhbərlik tərəfindən idarəyə dəvət olunmuş və ona izahat verməsi bildirilmişdir. Lakin İddiaçı kargüzar İranə Sadıxovanın işlədiyi otaqda ona qarşı qeyri-etik ifadələr işlətmiş, otaqda olan stul və stola təpik vurmuş, stul aşmış, izahat verməkdən imtina edərək getmişdir. Bununla bağlı akt tərtib edilmiş, həmkarlar ittifaqının iclası keçirilmiş və işdən azad olunması barədə rəy verilmişdir. Beləliklə hadisənin baş verməsi tərtib olunmuş aktla və izahatlarla öz təsdiqini tapmışdır. Ona görə də işə səhlənkar yanaşması, abunəçiləri narazı salacaq hərəkətlər etməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin və “Rabitə bilik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları”nın və onunla işəgötürən arasında mövcud olan əmək müqaviləsinin bir sıra müddəalarının pozulması səbəbindən İddiaçılə bağlanmış əmək müqaviləsinə Cavabdeh MMC-nin 14 iyun 2021-ci il tarixli 488 saylı əmri ilə xitam verilmişdir. Hesab edir ki, verilmiş əmr qanuni olmuşdur, ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X17 həmçinin məhkəmədən şahidlərin izahatlarının sübut kimi qəbul edilməsini və İddiaçı məhkəmə iclasında ziddiyyətli izahatlar verməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir. Məhkəmə iclasında şahid X16 izahatında bildirdi ki, o, Cavabdeh MMC-nin X1 ümumi şöbənin kargüzarı vəzifəsində işləyir. Xidməti vəzifələrinə daxil olan sənədlərin qeydiyyatını aparıb rəhbərliyə məruzə etmək, nazirlikdən daxil olan şikayətlər üzrə araşdırma aparıb əsaslandırılmış cavab vermək və s. daxildir. Daxil olmuş şikayətlər araşdırılan zaman ilk öncə sahə rəislərindən problemin səbəbləri barədə arayış tələb edilir, daha sonra əməkdaşlar abonentin iştirakı ilə nasazlığın aradan qaldırılmasına dair akt tərtib edir və müvafiq sənədlər əsasında nazirliyə cavab verilir, eləcə də tərtib edilmiş sənədlərin surətləri cavabla birlikdə idarəyə təqdim edilir. İddiaçı işlədiyi ərazidən, yəni Sərçüvar kəndindən abonentlərdən bir nəfər tərəfindən Namiqdən onun xəttinin kəsilməsi ilə bağlı Cəmiyyətin tabe olduğu Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qaynar xəttinə şikayət olunmuşdur. İdarənin müdiri S.Abıyevin göstərişi ilə onun İddiaçı çağırıb Nazirliyə nəzarət qaydasında abonentin xəttindəki problemlər və araşdırmanın nəticəsi barədə cavab verilməsinin təmin edilməsi məqsədilə ondan arayış alınması tapşırılmışdır. O, Namiqi idarəyə çağıraraq arayış verməsini istəmiş, lakin həmin gün o, idarəyə gəlməmişdir. Ertəsi gün Qoşvağın müdiri S.Abıyev özü Namiqə zəng edərək qəbula çağırmışdır, Namiq idarəyə gəldikdən sonra S.Abıyev onu da xidməti otağına dəvət etmiş və Namiqin yanında Nazirliyə veriləcək arayış formasını ona izah etməsini tapşırmışdır. Bundan sonra o, Namiqlə birlikdə S.Abıyevin xidməti otağını tərk edərək, elə eyni mərtəbədə, yəni ikinci mərtəbədə yerləşən öz xidməti otağına daxil olmuşlar. Həmin vaxt Namiq müdirin otağında heç nə deməsə də, onun otağında əsəbləşərək, otaqda olan stul və stola təpik vurub yerə çırparaq, ona qarşı nalayiq ifadələr işlətmiş və onu təhqir etmiş, “sən kimsən ki mən sənə arayış verim” demiş, heç bir arayış yazmayacağını bildirərək çıxıb getmişdir. Otaqda stul və telefon aparatı aşmış, sənədlər isə yerə tökülmüş vəziyyətdə olmuşdur. Mübahisə vaxtı otaqda ondan və Namiqdən başqa şəxs olmamışdır. Hadisədən dərhal sonra səs-küyü eşidib yanaşı xidməti otaqda olan, Qoşvağın baş mühasibi vəzifəsində işləyən İlham Kərimov içəriyə daxil olmuş və otaqdakı dağınıqlığın şahidi olmuş, lakin mübahisəni bilavasitə görməmişdir. Tədricən səs-küyü eşidən digər işçilər də otağa daxil olmuşlar. Daha sonra o, hadisə barədə S.Abıyevə məlumat vermiş və hadisənin şahidi olan işçilərin iştirakları ilə akt tərtib edilib müvafiq sənədləşmə aparılaraq İddiaçı haqqında zəruri tədbir görülməsi üçün sənədlər baş idarəyə göndərilmişdir. Oradan da onun işdən çıxarılmasını bildirmişlər. Daha sonra həmkarlar iclası olmuş, həmin iclasda Namiqin iştirak edib-etməməsindən məlumatı yoxdur. X16 həmçinin verilmiş suallar əsasında izahatında bildirmişdir ki, İddiaçı işlədiyi ərazidən onun yol verdiyi nöqsanlarla bağlı sakinlərdən qovşağa, hətta nazirliyə tez-tez şikayətlər daxil olmuşdur. Sonuncu dəfə hadisənin baş verməsinə əsas kənd sakini Məhərrəm Quliyevin nazirliyə daxil olan şikayəti olmuşdur. Şikayət əsasında araşdırma aparıldıqda müəyyən edilmişdir ki, həmin abonentin telefon xətti ay ərzində 5-6 dəfə eyni yerdən qərəzli olaraq naməlum şəxs tərəfindən ayrılmışdır. Şikayətçi ərizəsində xətti ayıran şəxsin İddiaçı olmasını bildirmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq 20.05.2021-ci il tarixdə müdir onları otağına çağırmışdır. X16 qeyd etmişdir ki, İddiaçı bu hərəkətlərini özünə qarşı təhqir kimi qiymətləndirir, lakin buna görə sonuncu ondan üzrxahlıq etməmişdir. X3 izahatında göstərilənlərə İddiaçı bildirmişdir ki, özünü təqsirli bilmədiyindən üzrxahlıq etmək niyyətində deyildir. Bundan başqa şahidin göstərdikləri həqiqəti əks etdirmir. Məhkəmə iclasında Cavabdeh MMC-nin X1 baş mühasib vəzifəsində işləyən şahid X14 izahat verərək bildirdi ki, İddiaçı tanıyır, onunla hər hansı düşmənçilik və ədavəti olmamışdır. Lakin işlədiyi müddət ərzində Namiqin xidmət etdiyi sahədən qoşvağa sakinlərdən tez-tez şikayətlər daxil olmuşdur. Sonuncu şikayətlə bağlı onda olan məlumata görə aparılan araşdırma zamanı əsaslı nöqsan aşkar edilibdir. X16 isə ümumi şöbənin kargüzarı olaraq sənəd dövriyyəsi ilə, o cümlədən daxil olan məktublara cavab verilməsi ilə, rəisin tapşırığına əsasən sahə rəisləri və ya sahəyə təhkim edilmiş işçilərdən arayış alıb nazirliyə nəzarət qaydasında məlumat verilməsi və s. vəzifələri icra edir. İ.Sadıxova ilə onun xidməti otağı yanaşıdır. 20.05.2021-ci il tarixdə öz xidməti otağında olan zaman İ.Sadıxovanın otağından qışqırıq və tappıltı (hansısa əşyanın düşməsi, kiminsə nəyəsə vurması) səsləri eşitmişdir. Səs-küy təxminən 2-3 dəqiqə davam etmişdir. Bundan narahat olaraq çölə çıxmış və İ.Sadıxovanın otağına daxil olmuşdur. İçəridə stolun əyri vəziyyətdə dayanmasını, stulun yerə aşmasını, sənədlərin döşəmədə dağılmış vəziyyətdə olmasını görmüşdür. Həmin vaxt İ.Sadıxova hətta ağlayırdı. Lakin o, otağa daxil olanda Namiq otağı tərk etdiyi üçün onu görməmişdir. Yalnız İ.Sadıxovanın sözlərindən otaqdakı vəziyyətin İddiaçı tərəfindən törədilməsini bilmişdir. Ondan sonra isə iki otaq aralı məsafədə oturan X18 içəriyə daxil olmuşdur. Məhkəmə iclasında Cavabdeh MMC-nin X1 əməyin mühafizəsi mühəndisi vəzifəsində işləyən şahid X11 izahat verərək bildirdi ki, 20 may 2021-ci ildə səhər saat 10 radələrində pilləkənlərlə ikinci mərtəbəyə qalxarkən İranənin otağından səs-küy gəlmiş, səsin Namiqə məxsus olmasını eşitmişlər. X4rşı qeyri-etik hərəkətlər etməsini, otaqda stul və stola təpik vurmasını bilavasitə görməmişdir. Lakin otağa daxil olanda stolun əyri vəziyyətdə dayanmasını, stulun yerə aşmasını, sənədlərin döşəmədə dağılmış vəziyyətdə olmasını görmüşdür. Lakin o, otağa daxil olanda Namiq otağı tərk etdiyi üçün onu görməmişdir. Hadisə otağa daxil olanadək baş verib. Sonra deyilənlərdən bilmişdir ki, İddiaçı İ.Sadıxovaya hücum etmiş, mübahisənin səbəbi isə nazirliyə daxil olmuş şikayətlə bağlı olmuşdur. Belə ki, İ.Sadıxova rəisin tapşırığı ilə İddiaçı idarəyə dəvət etmiş və sənəd istəmiş, o da cavab olaraq deyibdir ki, “sən kimsən mən sənə izahat verim”, daha sonra stulu itələyib. Şahid Q.Abbasov həmçinin qeyd etmişdir ki, Sərçüvar kəndi qovşağın tabeliyindəki ən aztutumlu abonenti olan sahədir, həmin sahəyə isə birbaşa Namiq təhkim edilmişdir. Əgər 600 abonenti olan sahədə ay ərzində 1-2 zədə olursa, bu rəqəmin 1/3 hissəsindən də az abonenti olan kiçik bir sahəyə nəzarət etmək asan olduğundan, ümumiyyətlə zədə olmamalıdır. Belə hallar Namiqin səhlənkarlığı ilə bağlı olmuşdur. Hətta öz şəxsi tanışlarından belə Namiqin sahəsindən şikayətlər etməsinin şahidi olmuşdur. Dəqiq xatırlayır ki, 73-3-58 nömrəli abonent ona nasazlıq barədə şikayət etmiş, o, bu halı Namiqə bildirmişdir ki, qüsuru aradan qaldırsın, lakin Namiq səhlənkarlıq edərək qüsuru aradan qaldırmamışdı, bu səbəbdən də o, yolda həmin abonentlə rastlaşdıqda utandığından yolunu dəyişmək məcburiyyətində qalmışdır. (Şahid Q.Abbasov göstərilən bu halı məhkəmə iclasında iddiaçının üzünə əminlikdə deyərək doğruluğuna təkid etmişdir). Bundan başqa şahid bildirmişdir ki, İddiaçı əvvəllər də aylarla işdən qalmışdır. Lakin o, İddiaçı xidmət etdiyi sahənin özünün yaşadığı kənd olmasına baxmayaraq, hansı səbəbdən işinə belə səhlənkar yanaşmasını anlamır. Məhkəmə iclasında Cavabdeh MMC-nin X1 montyor vəzifəsində işləyən şahid X22 izahat verərək bildirdi ki, Sərçüvar kənd sahəsi onun xidməti ərazisinə daxil olmamasına baxmayaraq, 5 dəfə bir şikayətçinin müraciəti əsasında ərazidə olmuşdur. Xəttdəki nasazlıq araşdırılarkən müəyyən edilmişdir ki, məhz həmin şikayətçinin xətti eyni yerdən qəsdən ayrılmışdır. Şahid A.Qənbərov qeyd etmişdir ki, hər dəfəsində xətt dirəkdə olan karobkadan ayrılmış vəziyyətdə olmuş və onu birləşdirmişdir. Xəttin ayrılma vəziyyətinə görə onun kəsilməsi müşahidə olunmamışdır. Lakin əminliklə bildirir ki, hər hansı təsadüfi hadisə və ya ehtiyatsızlıq nəticəsində məhz həmin şikayətçinin eyni yerdən xəttinin ayrılması mümkün deyil. Bunun üçün 4 m hündürlükdə yerləşən dirəyə xüsusi olaraq ATS işçiləri üçün verilmiş ayaqlıq (qoktul) və kəmər vasitəsilə qalxmaqla karobka açılmalı və xətt oradan ayrılmalıdır. Xəttin qəsdən ayrılması açıq-aşkar görünsə də, lakin xəttin bu şəkildə kimin tərəfindən ayrılması barədə onun məlumatı yoxdur və bunun şahidi olmamışdır. Eləcə də qeyd olunan telefon xəttinin sahibini tanımır. İddiaçı işdən azad edilməsi səbəbi barədə isə heç bir məlumatı yoxdur. Yaranmış zərurətlə əlaqədar olaraq şahidin izahatından sonra iddiaçıya verilmiş sual əsasında o, bildirmişdir ki, Cavabdeh MMC-nin X2 əməkdaşı kimi ona dirəyə çıxmaq üçün xüsusi ayrılmış alətlər olan ayaqlıq və kəmər verilmişdir. Lakin onun xidməti vəzifəsi montyor deyil, elektromexanik olmuşdur. Onun əsas vəzifələrinə vətəndaşlardan daxil olan müraciət əsasında Mərkəzi ATS-ə məlumat vermək və mövcud nöqsanları aradan qaldırmaq olmuşdur. İşləməyən xəttlərə görə o, daim narahatçılıq keçirmiş və mövcud nöqsanlar barədə rəhbərliyə məlumat vermişdir. Montyor olaraq X19 adətən nasazlıq olanda onun sahəsinə kömək üçün göndərmişlər. Qovşağın müdiri S.Abıyev isə ona ayaqlıq və kəmər verməklə bildirmişdir ki, onun xidmət etdiyi sahə kiçik olduğundan özü həmin alətlərlə dirəyə qalxıb nasazlıqları aradan qaldırsın, bu səbəbdən onun tabeliyinə daimi montyor verməmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin X1 Ümumi şöbənin rəisi vəzifəsində işləyən X6 izahat verərək bildirdi ki, rəhbərlik etdiyi şöbə sənədlərin dövriyyəsi, daxil olmuş şikayətlərin aidiyyəti üzrə yönəldilməsi, nazirlikdən nəzarət qaydasında daxil olmuş şikayətlər üzrə araşdırma apararaq sahə rəisi və ya elektromexanniklərdən arayış alınaraq cavab verilməsinin təmin edilməsi və s. məşğul olur. 20 may 2021-ci ildə səhər saat 10 radələrində İranə Sadıxovanın otağından səs-küy gəlmiş, səsin Namiqə məxsus olmasını eşitmişdir. X5rşı qeyri-etik hərəkətlər etməsini, otaqda stul və stola təpik vurmasını bilavasitə görməmişdir. Lakin otağa daxil olanda stolun əyri vəziyyətdə dayanmasını, stulun yerə aşmasını, sənədlərin döşəmədə dağılmış vəziyyətdə olmasını, digər işçilərin isə otağın ətrafında toplaşmasını görmüşdür. Eləcə də İ.Sadıxova özünü pis hiss etmişdir. Sonra deyilənlərdən bilmişdir ki, mübahisənin səbəbi nazirliyə daxil olmuş şikayətlə bağlı olmuşdur. İ.Sadıxova rəisin tapşırığı ilə İddiaçı arayış tələb etmiş, o, isə səs-küy salıb, stolstulu itələmiş və arayış verməkdən imtina edərək otağı tərk etmişdir. O, hadisədən bilavasitə sonra idarənin həyətində İddiaçılə rastlaşmış ona bu hərəkətlərinin etik davranış qaydalarına uyğun olmadığını izah etməyə çalışmış, lakin İddiaçı onu anlamamış və İ.Sadıxovadan üzrxahlıq etməkdən imtina etmişdir. X6 digər şahidlər kimi qeyd etmişdir ki, İddiaçı xidmət etdiyi sahədən sakinlərdən tez-tez şikayətlər daxil olmuş, hətta bir dostunun şikayətini ona çatdırmasına baxmayaraq, nöqsan aradan qaldırılmadığından dostu məcbur olub birbaşa idarəyə şikayətə gəlmişdir. Sonuncu şikayətçi olan Məhərrəm Quliyev də əvvəllər idarəyə şikayət verdiyindən, axırıncı şikayət nazirlikdən daxil olduğu üçün İddiaçı arayış verilməsi istənilmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin X1 stansiya xidmət rəisi vəzifəsində işləyən şahid X15 izahat verərək bildirdi ki, İddiaçı tanıyır, iddiaçı onun tabeliyində olmuş və onunla hər hansı düşmənçilik və ədavəti olmamışdır. İşlədiyi müddət ərzində İddiaçı işə davamiyyətində, eləcə də ona həvalə edilmiş işlərin icrasında nöqsanlar mövcud olmuşdur. Bundan başqa, o, əvvəllər də işçilərlə mübahisə yaratmağa meyilli olmuşdur. Hətta xidmət etdiyi sahədən onun barəsində tez-tez şikayətlər daxil olmuşdur. Sakinlər İddiaçı söz deyə bilmədiklərini, onun “yaman” xarakterli insan olmasını bildirmişlər. Sonuncu dəfə Məhərrəm Quliyev tərəfindən daxil olmuş şikayətə əsasən yerində araşdırma aparılmış, əraziyə digər sahənin montyoru göndərilmiş və şikayətçinin xəttinin muftadan qəsdən ayrılması aşkar edilmişdir. Lakin xəttin kim tərəfindən ayrılması barədə onun məlumatı yoxdur. Bundan sonra mövcud qaydalara uyğun olaraq İddiaçı nazirliyə məruzə edilməsi üçün arayış tələb edilmişdir. İddiaçı şahidlərin izahatlarına münasibət bildirərək həqiqəti əks etdirmədiyini və qeyd olunan hadisələrin olmadığını, şahidlərin birbaşa olaraq onun qeyri-etik hərəkətlər etməsini görmədiklərini bildirmişdir. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, İş materiallarında olan: - Əmək kitabçasından görünür ki, İddiaçı 04 iyul 2008-ci il tarixdə STXS-nin Sərçuvar EATS-i üzrə montyor kimi işə qəbul edilmiş, sonradan müxtəlif vəzifələrdə işləmiş, sonuncu vəzifəsi elektromexanik olmuşdur. 14 iyun 2021-ci ildə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-nin 14 iyun 2021-ci il tarixli, 488 nömrəli əmrinin surətindən görünür ki, Masallı TQK-nin elektromexaniki İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməklə işdən azad edilməsi əmr edilmişdir. Həmin əmrdə İddiaçı işdən azad edilməsinin səbəbi kimi göstərilmişdir ki, Masallı filialının 26.05.2021-cı il tarixli, 10/270 nömrəli məktubunda qeyd olunmuşdur ki, 025-21-73-2-51 saylı telefon abunəçisinin borcu olmadığı halda Sərçüvar EATS-nin elektromexaniki İddiaçı bilərəkdən telefon xətti və interneti kəsmiş və onun bu hərəkəti abunəçinin haqlı narazılığına səbəb olmuşdur. Abunəçinin şikayətinin araşdırılması məqsədi ilə filiala dəvət olunmuş İddiaçı baş verənlərlə bağlı izahat yazması tələb olunmuş, lakin İddiaçı izahat yazmaqdan imtina etmış və izahat yazmasını tələb edən əməkdaşı qeyri-etik ifadələrlə təhqir etmişdir. Baş mühasib Şəfahət Nemətovun, baş mühasib İlham Kərimovun, ümumi şöbənin rəisi Rafət Həmidovun, STSX-nin rəisi Hüseyn Məcidovun, ƏMTT mühəndisi Qurbanəli Abbasovun və digər filial əməkdaşlarının iştirakı ilə tərtib edilmış 20.05.2021-cı il tarixli Akta əsasən Sərçüvar kənd sakini 025-21-73-2-51 saylı telefon abunəçisi Məhərrəm Quliyevin şikayətinin araşdırılması məqsədilə filiala dəvət olunan İddiaçı ona izahat yazması barədə rəhbərliyin tələbini çatdıran kargüzar İranə Sadıxovaya qarşı qeyri-etik ifadələr işlədərək iş otağındakı stula və stola təpik vurmuş, həmçinin izahat yazmaqdan imtina etmişdir. Masallı filialının stansiya xidmət rəisi Hüseyn Məcidovun yazdığı 21.05.2021-ci il tarixli təqdimatda qeyd olunmuşdur ki, son dövrlər Sərçüvar kənd EATS-ı üzrə zədələnmələrin vaxtında aradan qaldırılması barədə filiala daxil olan müraciətlərin sayı artmışdır və 025-21-73-2-51 saylı telefon abunəçisinin borcu olmadığı halda telefon xəttinin və internetin şəbəkədən ayrılması barədə şikayəti daxil olmuşdur. Masallı filialının kargüzarı İranə Sadıxova öz izahatında bildirmişdir ki, Masallı filialının müdiri Səməd Abıyev 20.05.2021-cı il tarixində abunəçi şikayətinin araşdırılması ilə bağlı filiala dəvət olunan İddiaçı işdə yol verdiyi nöqsanlara görə öz iradını bildirmiş və abunəçi şikayəti ilə bağlı izahat yazmasını tapşırmışdır. İranə Sadıxova rəhbərliyin tapşırığına əsasən İddiaçı izahat yazmasını istəmiş, İakin İddiaçı onun bu tələbinə əsəbləşərək ona qarşı qeyri-etik ifadələr işlətmiş, iş otağındakı stula və stola təpik vurmuş və izahat yazmaqdan imtina etmişdir. Əmrdə həmçinin qeyd edilmişdir ki, “Rabitə, birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları”nın 6.7-ci maddəsinə əsasən işçi digər işçilərin xidməti fəaliyyətini həyata keçirməsinə maneələr yaratmamalı, 6.16-cı maddəsinə əsasən işçi kollektivdə gərginlik yaratmamalı və yaranan anlaşılmazlıqların ilkin mərhələdə həll edilməsi üçün tədbirlər görməli, 6.17-ci maddəsinə əsasən isə işçi iş yoldaşlarına və vətəndaşlara qarşı təhqiredici və hədələyici ifadələr işlətməməlidir. Sözügedən Qaydaların 11-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması işçinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Habelə Cavabdeh MMC-nin X8 3.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək intizamına, daxili intizam qaydalarına və Cəmiyyətin digər daxili sənədlərinin tələblərinə əməl etmək, müəyyən edilmiş iş günü (vaxtı) müddətini pozmamaq, bütün iş vaxtını yalnız öz vəzifələrinin yerinə yetirilməsinə sərf etmək, digər işçilərin əmək vəzifələrinin yerinə yetirilməsinə maneə törədən hərəkətlərdən çəkinmək işçinin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir. Qaydaların 5.6-cı maddəsinə əsasən isə işçi iş vaxt digər işçilərin işinə maneə olacaq hərəkətlərdən çəkinməlidir. Həmin Qaydaların 10.1-ci maddəsinə görə əmək intizamının işçi tərəfindən pozulması, o cümlədən bu qaydalara uyğun olaraq, işçiyə aid edilmiş vəzifələrin yerinə yetirilməməsi və ya kobud səhvlərə yol verilməsi işçinin intizam məsuliyyətini yaradır və intizam tənbehinin tətbiq edilməsi üçün əsas verir. Həmin Qaydaların 10.8-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan intizam tənbeh tədbiri, vəzifələrin icrası zamanı əməkdaş kobud şəkildə və ya mütəmadi olaraq pozuntu hallarına yol verərsə tətbiq olunur. Həmin Qaydaların 10.9-cu maddəsinə görə isə, işçi tərəfindən onun fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər dedikdə, əmək müqaviləsinin, Cavabdeh MMC-nin X8, Cəmiyyətin daxili sənədlərinin tələblərinin və vəzifə təlimatı üzrə müəyyən edilmiş əmək və icra intizamının pozulması başa düşülür. Əmrdə vurğulanmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, “f” bəndinə əsasən isə əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələrindəndir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 2-ci hissəsinə əsasən isə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər. Beləliklə, əmrlə hadisə ilə bağlı alınmış izahatlara, Masallı filialının əməkdaşlarının iştirakları ilə tərtib edilmiş 20.05.2021-ci il tarixli akta, Masallı filialının stansiya xidmət rəisi Hüseyn Məcidovun təqdimatına və aparılan araşdırmanın nəticələrinə əsasən Masallı filialının Sərçüvar kənd ESTS-nin elektromexaniki İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin, Cavabdeh MMC-nin X8 və “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları”nın və onunla işəgötürən arasında mövcud olan əmək müqaviləsinin bir sıra müddəalarını pozması aşkar edildiyindən, qeyd olunanları, o cümlədən toplanmış materialları və X9 Komitəsinin razılığını nəzərə alaraq, İddiaçı əmək müqaviləsinə 14.06.2021-ci il tarixdən ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməklə, o, işdən azad edilmişdir. - 11 sentyabr 2018-ci il tarixli 52 nömrəli əmrin surətindən görünür ki, İddiaçı səhlənkarlıq etməsi, işinə vicdanla yanaşmaması, öhdəsinə götürdüyü tapşırıqları vaxtında və lazımi qaydada yerinə yetirməməsi, o cümlədən iki dəfə təyin edilmiş iclasa heç bir əsas olmadan gəlməməsi səbəbiylə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. - 08 oktyabr 2020-ci il tarixli 24 nömrəli əmrin surətindən görünür ki, elektromexaniklər İddiaçı və Taleh Əhmədov, xətt montyoru Ağa Qənbərov zədələnmələri vaxtında aradan qaldırmamaları səbəbiylə abunəçilərin haqlı narazılıqlarına səbəb olduqlarına, üzərlərinə götürdükləri öhdəliklərin öhdəsindən gəlmədiklərinə görə onlara “töhmət” verilmişdir. - 09 iyun 2021-ci il tarixli Cavabdeh MMC-nin Masallı Filialı HİK-nin protokolundan və çıxarışından görünür ki, ünvan 2mexaniki İddiaçı barəsində tərtib olunmuş sənədlərə əsasən kənddə abunəçilərlə rəftarı pis olduğuna görə, əmək və icra intizamını kobud şəkildə pozduğuna görə onun işdən çıxarılmasının məqsədə müvafiq hesab edilməsi qərara alınmışdır. Protokoldan həmçinin müəyyən edilir ki, İddiaçı tərtib olunmuş akta və digər sənədlərə etiraz edərək iclası tərk etmişdir. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-nin filial müdiri X21 filialının Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Hüseyn Məcidova ünvanladığı 09 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Sərçüvar kənd EATS-nin elektromexaniki İddiaçı abunəçinin borcu olmadığı halda onun telefon və internet xəttini kəsməsinə, abunəçilərlə yaxşı rəftar etmədiyinə və izahatı alınarkən kargüzarla mübahisə edərək onu təhqir etməsinə görə onun işdə qalıbqalmaması ilə bağlı qərar verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-nin filial müdiri Səməd Abıyevin Cavabdeh MMC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Samir Məmmədova ünvanladığı 26 may 2021-ci il tarixli məktubdan görünür ki, Sərçüvar kənd EATS-nin elektromexaniki İddiaçı abunəçinin borcu olmadığı halda onun telefon və internet xəttini kəsməsinə, abunəçilərlə yaxşı rəftar etmədiyinə və izahatı alınarkən kargüzarla mübahisə edərək onu təhqir etməsinə görə tədbir görülməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-nin filial müdiri Səməd Abıyevin Cavabdeh MMC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Samir Məmmədova ünvanladığı məktubdan görünür ki, ünvan 1ci il tarixli protokol qərarına əsasən Sərçüvar kənd EATS-nin elektromexaniki İddiaçı işdən çıxarılmasına etirazının olmadığını bildirmişdir. Cavabdeh MMC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Samir Məmmədova ünvanlanmış təqdimatın surətindən görünür ki, ünvan 2mexaniki İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. - 26 may 2021-ci il tarixli, STXK-i rəisi Məcidov Hüseyn, 2 saylı xətt sahə rəisi İsmayılzadə Şəmsi, elektromexanik Əkbərov Əhəd, elektromantyor Əsgərov Rəhman, böyük elektromexanik Vəliyev İlham, Sərçüvar EATS-in elektromexaniki İddiaçı və Gəyəçöl EATS-in mantyoru Qənbərov Ağa tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, 26 may 2021-ci il tarixdə Sərçüvar EATS-də nöqsanlar aşkar edilmişdir. - STXK-i rəisi Məcidov Hüseyn tərəfindən Cavabdeh MMC-nin Masallı filialının müdiri S.Abıyevə verilmiş təqdimatdan görünür ki, İddiaçı işində yol verdiyi pozuntularla əlaqədar izahatı alınması üçün kargüzar İranə Sadıxovanın otağında onu təhqir etməsinə görə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq belə halların tez-tez təkrar olunması göstərilmiş və tədbir görülməsi xahiş olunmuşdur. - 20 may 2021-ci il tarixli aktda göstərilmişdir ki, 20 may 2021-ci il tarixdə saat 10 radələrində Filialın Sərçüvar EATS-nin elektromexaniki İddiaçı Sərçüvar kəndindən gedən çoxsaylı şikayətlərlə bağlı Filial rəisinin qəbuluna çağrılmışdır. Sərçüvar kənd sakini 025- 21-73-2-51 saylı telefon abunəçisi Məhərrəm Quliyevin şikayəti araşdırılarkən onun telefon və internetinin işləməməsi barədə RYTN-ə etdiyi şikayətdə İddiaçı tərəfindən qəsdən kəsildiyini qeyd etmişdir. Bu məqsədlə İddiaçı göstərilən iradlarla bağlı izahat verilməsi bildirilmişdir. İddiaçı izahat yazmaq üçün kargüzarın otağına gəlmiş, kargüzar İranə Sadıxova ona ərizədə göstərilən iradlarla bağlı izahat yazmasını bildirmişdir. Lakin İddiaçı izahat yazmaqdan boyun qaçırmış və kargüzarın üstünə bağıraraq sən kimsən ki, mən sənə izahat verəm. İzahat verməyərək iş otağında stula və stola təpik vurub bəzi nalayiq ifadələr işlətmiş və İranə Sadıxovanı təhqir etmişdir. İddiaçı bu hərəkəti filialın iş ahəngini pozmuşdur. Akt baş mühəndis Şəfahət Nemətov, baş mühasib İlham Kərimov, ümumi şöbə rəisi Rafət Həmidov, STSX-nin rəisi Hüseyn Məcidov, ƏMTT mühəndisi Qurbanəli Abbasov, anbardar Daşqın Babayev, mühasib Valeh Əzizov, mühasib Eltac İsaqzadə, mühasib Rizvan Abbasov, elektromexanik Əhəd Əkbərov, mühəndis Natiq Məmmədov, kargüzar İranə Sadıxova və əməliyyatçı Qızqayıt İsrafilova tərəfindən təsdiq olunmuşdur. - 26 may 2021-ci il tarixli STSX-nin rəisi Hüseyn Məcidov, 2 saylı xətt sahə rəisi Şəmsi İsmayılzadə, elektromexaniklər Əhəd Əkbərov və İlham Vəliyev, montyorlar Rəhman Əsgərov və Ağa Qəmbərov tərəfindən tərtib edilmiş aktdan müəyyən edilir ki, Sərçüvar EATS-də aparılan yoxlama zamanı nöqsanlar aşkar edilmiş, EATS avadanlıqlarının, akkumulyatorların, dizel generatorunun tozlu olması, krossun səliqəsiz olması, borclu telefonların qoşulu vəziyyətdə olması, dizel otağında çoxsaylı kənar əşyaların olması, uçot kitablarının olmaması, on ədəd telefonun işləməməsi müəyyən edilmişdir. Akt İddiaçı tərəfindən imzalanmamışdır. - Masallı filialının Cavabdeh MMC-yə ünvanlanmış 05.07.2021-ci il tarixli “Sərçüvar kənd EATS üzrə kabel zədəsi ilə bağlı işləməyən nömrələr barədə” məlumat xarakterli məktubundan müəyyən edilir ki, elektromexanik İddiaçı onun barəsində 20.05.2021-ci il tarixli akt tərtib edildikdən sonra rəhbərliyə 10 telefon nömrəsinin kabel zədəsi ilə bağlı işləmədiyi barədə ərizə ilə müraciət etmişdir. Müraciətdən sonra Sərçüvar EATS-ə sahə rəisi, kabel lehimləyicisi və elektromontyor göndərilmişdir. Həmçinin ərazidə olarkən kabel barmaqlıqların açıq vəziyyətdə olması, EATS-ın krossunun montajı nizamsız olduğundan abunəçi məlumatlarının qeydiyyatda olduğu ilə üst-üstə düşməməsi aşkarlanmışdır. Həmin gündən ONU-ya keçidlə bağlı işlərə başlanmışdır. ONU avadanlığı EATS-in fəaliyyətini dayandırıb abunəçiləri ONU avadanlığına daşınmışdır. ONU avadanlığı istismara verilərkən bir istiqamətdə 360 metr TPP 100X2, ikinci istiqamətdə 260 metr TPP 100x2 yeni magistral kabel asılmışdır. Bütün abunəçilərin xəttləri bərpa olunmuşdur. Məlumat üçün həmçinin bildirilmişdir ki, İddiaçı işinə cidd yanaşması ilə bağlı dəfələrlər şifahi qaydada taqşırıq verilsə də, o işində dönüş yaratmaq istəməmişdir. Buna görə də İddiaçı 11.09.2008-cil tarixli və 08.10.2020-ci il tarixli əmrlərlə intizam tənbehi verilmişdir. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Məhərrəm Quliyev tərəfindən daxil olmuş 17.05.2021-ci il tarixli elektron müraciətdən müəyyən edilir ki, o, şikayətində 3 ay ərzində internetindən 15 gün istifadə etmiş, kəndin ATS-nə, yəni İddiaçı internetin işləməməsi barədə məlumat vermişdir. İnternet 06.05.2021-ci il tarixdən işləməməsinə baxmayaraq İddiaçı tərəfindən hər hansı tədbir görülməmiş və nöqsan aradan qaldırılmamışdır. Odur ki, araşdırılıb tədbir görülməsi xahiş olunmuşdur. Qeyd olunan elektron yazışmadan həmçinin müəyyən edilir ki, müraciət Masallı qovşağına göndərilmiş və müraciətə 2 gün ərzində baxılıb, araşdırılması və ətraflı, dolğun cavab verilməsi tələb edilmişdir. - Masallı filial müdiri Səməd Abıyevin Cavabdeh MMC-nin Kommersiya departamentinin direktoruna ünvanlanmış 26.05.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, 025-21-73-2-51 saylı telefon xətti aidiyyəti mütəxəssislər tərəfindən yerində yoxlanılmışdır. Yoxlama zamanı abunəçinin borcu olmadığı halda İddiaçı tərəfindən abunəçinin telefon xətti və internetinin kəsilməsi müəyyən edilmişdir. İddiaçı filiala dəvət olunmuş, yaranmış vəziyyət müzakirə edilmişdir. Lakin İddiaçı verilən izahatlardan nəticə çıxarmamışdır. Bu səbəbdən həmin tarixdə aidiyyəti mütəxəssislər tərəfindən Sərçüvar EATS-də təkrar yoxlama aparılmış və nöqsanlar aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, işin faktiki və mübahisələndirilməyən hallarına əsasən İddiaçı 04 iyul 2008-ci il tarixdə STXS-nin Sərçuvar EATS-i üzrə montyor kimi işə qəbul edilmiş, sonradan müxtəlif vəzifələrdə işləmiş, sonuncu vəzifəsi elektromexanik olmuşdur. 14 iyun 2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İşdən azad olunmasına səbəb onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin, Cavabdeh MMC-nin X8 və “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları”nın və onunla işəgötürən arasında mövcud olan əmək müqaviləsinin bir sıra müddəalarını pozması, qeyri-etik hərəkətləri və Məhərrəm Quliyevin telefon xəttini qəsdən kəsməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasını - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, əmək funksiyası əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək müqaviləsi üzrə öhdəliklər isə Əmək Məcəlləsinin 10-cu maddəsində sadalanmış əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələridir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsində isə əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar müəyyən edilmişdir. Belə ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin normalarına tam riayət edilmişdir, ona görə də, iddiaçı tərəfindən onun qanunsuz və əsassız olaraq işdən çıxarılması sübuta yetirilmədiyindən iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı məhkəmə iclasında ziddiyyətli izahatlar verərək barəsində işdən azad edilməsinə dair verilmiş əmrin qanunsuz və əsassız olmasını sübuta yetirə bilməmişdir. O, məhkəməyə verdiyi iddia ərizəsində göstərmişdir ki, Sərçüvar kəndindən bir nəfər Məhərrəm adlı şəxs ondan şikayət etmiş, o idarəyə bununla bağlı getmiş, rəisi Səməd Abıyevə həmin şəxsin əvvəllər də kabel dəyişdirilməsi ilə bağlı müraciət etdiyini və bu məsələni hətta iclasda bildirdiyini qeyd etməsinə baxmayaraq, həmin vaxt S.Abıyev ona qulaq asmayıb onu otaqdan çıxartmış və ona demişdir ki, get izahat yaz. O, da gedib izahat yazmış və idarədən ayrılmışdır. Qeyd olunan mülki işə Masallı Rayon Məhkəməsində baxılarkən İddiaçı izahatında bildirmişdir ki, Səməd Abıyev və ondan şikayətçi olmuş Məhərrəm Quliyev əvvəldən ona qarşı qərəzli mövqedə olmuşlar, 20.05.2021-ci il tarixdə Səməd Abıyev onu filiala dəvət etmiş və İranə Sadıxovanın yanında izahat verməsini tapşırmışdır. O, isə İranə Sadıxovanın əyləşdiyi otaqda heç bir günahının olmamasına görə izahat verməyəcəyini bildirib otağı tərk etmişdir. 14.02.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, Masallı filialının ümumi şöbənin kargüzarı İranə Sadıxova ona zəng edərək ondan şikayət daxil olmasını bildirmiş və izahat yazmaq üçün idarəyə gəlməsini demişdir. O, İranə Sadıxovaya idarəyə gələcəyini bildirməsinə baxmayaraq o, həmin gün getməmişdir. Çünki kargüzar ondan izahat istəyə bilməzdi, ancaq rəis tələb edə bilərdi. Ertəsi gün, yəni 20.05.2021ci il tarixdə filialın müdiri Səməd Abiyev ona zəng edərək yanına çağırmışdır. Bundan sonra o, elə həmin gün filiala Səməd Abıyevin qəbuluna getmişdir. Qəbulda olan zaman Səməd Abıyev ondan şikayət daxil olmasını və İranə Sadıxovanın yanında izahat yazmasını bildirmişdir. O, İranə Sadıxovanın otağına daxil olmaq istədikdə, sonuncu ona bildirmişdir ki, “get özün yaz”. Daha sonra isə İranə Sadıxova şikayət etmişdir ki, guya onun otağında qeyri-etik hərəkətlərə yol vermişdir. Halbuki, o bu cür hərəkətlərə yol verməmiş və bunun üçün əsas olmamışdır. 07.04.2022-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında isə bildirmişdir ki, o, hadisə günü, yəni 20.05.2021-ci il tarixdə filial müdiri Səməd Abıyevin qəbulunda olarkən ona şikayət daxil olması barədə məlumat vermişdir. Lakin onun bundan əvvəl şikayətdən xəbəri olmamışdır. Daha sonra Səməd Abıyev otağa İranə Sadıxovanı dəvət etmiş və ona şikayətlə bağlı hara, hansı məzmunda cavab yazmalı olduğunu izah etməsini tapşırmışdır. Səməd Abıyevin otağını tərk etdikdən sonra İranə Sadıxovanın otağına yaxınlaşmış, həmin vaxt qapı açıq olmuşdur. Otağa yaxınlaşanda İranə Sadıxova ona içəriyə daxil olmağa icazə verməmiş, onun zəngi ilə idarəyə gəlməməsini irad tutaraq, “get harda istəyirsən izahat yaz” sözlərini demişdir. Göründüyü kimi, iddiaçı gah izahat yazmaqdan imtina etdiyini, gah izahat tələb etməsi üçün İranə Sadıxovanın səlahiyyətinin olmadığını, gah izahat yazması üçün İranə Sadıxovanın ona köməklik göstərməkdən kobud şəkildə imtina etdiyini, gah izahat yazdığını və rəhbərliyin bunu qərəzli şəkildə qəbul etmədiyini bildirmişdir. Həmçinin iddiaçı iddia ərizəsində şikayətçi Məhərrəm Quliyevə məxsus kabel xətlərindəki problemlə bağlı filialın rəhbərliyinə daha əvvəl keçirilmiş iclaslarda məlumat verdiyini, lakin buna əhəmiyyət verilmədiyini, daha sonrakı izahatlarında isə Məhərrəm Quliyevin əvvəllər ona ümumiyyətlə müraciət etmədiyini və onun müraciəti, şikayəti barədə məlumatının olmadığını, bu barədə izahat yazdığını bildirmişdir. Həmçinin iş materiallarında toplanmış sübutlarla müəyyən edilir ki, elektromexanik İddiaçı onun barəsində 20.05.2021-ci il tarixli akt tərtib edildikdən sonra rəhbərliyə 10 telefon nömrəsinin kabel zədəsi ilə bağlı işləmədiyi barədə ərizə ilə müraciət etmişdir. Müraciətdən sonra 26 may 2021-ci il tarixdə Sərçüvar EATS-də aparılan yoxlama zamanı nöqsanlar aşkar edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. İddiaçı isə daha əvvəldən nöqsanlarla bağlı müraciətinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Şahid izahatlarından müəyyən edilir ki, İddiaçı öz xidməti vəzifələrinə səhlənkar yanaşmış, onun sahəsindən abunəçilərdən tez-tez şikayət daxil olmuş, hətta o, bu müraciətlərdən sonra da nöqsanların aradan qaldırılmasını əsassız olaraq yubatmışdır. Hətta qanunla müəyyən edilmiş 6 ay müddət keçməsinə baxmayaraq İddiaçı barəsində əvvəllər də vəzifələrinə səhlənkar yanaşması, işinə vicdanla yanaşmaması, öhdəsinə götürdüyü tapşırıqları vaxtında və lazımi qaydada yerinə yetirməməsi, sahəsindəki zədələnmələri vaxtında aradan qaldırmaması səbəbiylə abunəçilərin haqlı narazılıqlarına səbəb olduğuna görə ona “töhmət” və “şiddətli töhmət” olmaqla iki dəfə intizam tənbeh tədbiri verilmişdir. Hazırki işin faktiki hallarından da müəyyən edilir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə kənd sakini Məhərrəm Quliyev 17.05.2021-ci il tarixdə elektron müraciət ünvanlayaraq internetin işləməməsi barədə İddiaçı məlumat verməsinə baxmayaraq hər hansı tədbir görülmədiyini və nöqsanın aradan qaldırılmadığını bildirmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, təqdimat və əmrdə qeyd edildiyi kimi, kənd sakini Məhərrəm Quliyevin telefon xəttinin məhz İddiaçı tərəfindən kəsilməsi öz təsdiqini tapmır. Lakin işin hallarından görünən odur ki, abunəçinin xəttində nöqsan olmasına baxmayaraq, həmin əraziyə birbaşa təhkim olunmuş İddiaçı tərəfindən nöqsanın vaxtında aradan qaldırılması istiqamətində zəruri tədbir görülməmişdir. Belə ki, iş materiallarında olan kənd telefon rabitəsi üzrə elektromexanikin vəzifə təlimatından müəyyən edilir ki, rayon ərazisində olan bütün kənd ATS-lərinin stansiya avadanlığının mövcud avadanlığa uyğun istismarının, təmir və texniki qulluq işlərinin həyata keçirilməsi; kənd ATS-lərinin düzləndiriciləri, akkumulyatorları və ölçmə cihazlarına texniki qulluğun həyata keçirilməsi; profilaktik tədbirlərin həyata keçirilməsi, mərkəzi ATS kanalları, komplektlərinin işinin yoxlanılması, tənzimlənməsi və istismar təlimatına uyğun olaraq müvafiq jurnallarda qeydiyyatın aparılması; ATS kross avadanlığında lehimlərin, qoruyucu və kömürlərin texniki normalarına uyğun saxlanmasını təmin etmək, xidmət olmayan ATS-də xətt montyorlarından bu işləri tələb etmək; ATS-də abunəçilərdən daxil olan sifarişlər haqda qeydiyyat jurnalının düzgün aparılmasına, zədələnmələrin vaxtında aradan qaldırılmasına nəzarət etmək; ATS avadanlığının texniki təhlükəsizlik normalarına uyğun saxlanılmasını təmin etmək; KTR-nin işini yaxşılaşdırmaq üçün təkliflər vermək onun vəzifə borcudur. Hazırki iş üzrə şahid izahatlarından da müəyyən edilir ki, kənd sakini Məhərrəm Quliyev 17.05.2021-ci il tarixdə elektron müraciət etməmişdən öncə xəttinin ayrılması ilə bağlı 5 dəfə filiala şikayət etmiş, xəttdəki nasazlıq araşdırılarkən müəyyən edilmişdir ki, məhz həmin şikayətçinin xətti eyni yerdən qəsdən ayrılmışdır ki, bunun hər hansı təsadüfi hadisə və ya ehtiyatsızlıq nəticəsində baş verməsi mümkün deyildir. Bunun üçün 4 m hündürlükdə yerləşən dirəyə xüsusi olaraq ATS işçiləri üçün verilmiş ayaqlıq (qoktul) və kəmər vasitəsilə qalxmaqla karobka açılmalı və xətt oradan ayrılmalıdır. Xəttin qəsdən ayrılması açıq-aşkar görünsə də, lakin xəttin bu şəkildə kimin tərəfindən ayrılması barədə onun məlumatı yoxdur və bunun şahidi olmamışdır. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilir ki, kənd sakini Məhərrəm Quliyevin telefon xəttinin məhz İddiaçı tərəfindən kəsilməsi öz təsdiqini tapmamışdır. Lakin məhkəmə İddiaçı həmin kənd sakininin ona qarşı qərəzli mövqedə olması, bu səbəbdən ondan şikayət etməsi və əvvəlki müraciətlərindən məlumatsız olmasına dair ziddiyyətli izahatlarına inandırıcı yanaşmır və hesab edir ki, digər şahid izahatlarından da göründüyü kimi, o, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bu hal həmçinin ona verilmiş əvvəlki intizam tənbeh tədbirlərinin məzmunundan, şahid izahatlarından görünür. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı müxtəlif vaxtlarda verdiyi izahatlarında 20.05.2021-ci il tarixdə İranə Sadıxovanın otağında qeyri-etik hərəkətlərə yol vermədiyini göstəməsinə baxmayaraq, onun otaqda səs-küy salması, həm İranə Sadıxovanın, həm də digər şahidlərin izahatları ilə tam təsdiq olunur. Bu isə “Rabitə, birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları”nın və Cavabdeh MMC-nin X8 kobud pozuntusu kimi qiymətləndirilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xidməti vəzifələrinə səhlənkar yanaşmaqla, həmçinin müəssisədaxili inztizam qaydalarını kobud surətdə pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi, işə bərpa edilmə və məcburi işə buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası əsassız olmaqla rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdrmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi, işə bərpa edilmə və məcburi işə buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar