Məhkəmə qərarları › İş №2(004)-1272/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1272/2022

20.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1272/2022 20.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 MMC və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və buna dair məlumatların müvafiq X1 qeydiyyatının aparılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və X1 işçilərin qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2ndə (VÖEN: **********) onun əmək hüquqları pozulmuşdur. Belə ki, əmək müqaviləsi Cavabdeh2 MMC tərəfindən ona məlumat verilmədən bağlanmışdır. Rəhbərliyin isə ölkədən getməsi ona məlum olmuşdur. Rəhbərlik ölkədən getdiyinə görə işdən azad olunmasını və X1 işçilərin qeydiyyatından çıxarılmasını tələb edə bilmir. O, əmək müqaviləsinə Cavabdeh2 MMC tərəfindən X1 xitam verilmədiyi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətində baxılaraq cavab verilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilmədikdə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X4 Xidmətinə həvalə edilməsi barədə məhkəmədə iddia tələbi irəli sürülməlidir. Odur ki, göstərilənlərə əsasən İddiaçı məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etmişdir. İlkin iddia ərizəsində cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 21 fevral 2022-ci il tarixli **********9 nömrəli etirazla məhkəməyə müraciət edərək iddia ərizəsində göstərilən tələblərin Xidmətin səlahiyyətlərinə aid olmadığından iddianın Xidmətə olan münasibətdə təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələblər Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir öhdəlik Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti (bundan sonra - Xidmət) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra - işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Digər bir məsələ isə iddiaçının öz iddia tələbində Xidməti cavabdeh kimi göstərərək, işəgötürənlə arasında bağlanmış əmək müqaviləsinə əsasən elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin çıxarılması tələbidir ki, qeyd olunan tələb maddi normalara ziddir və əsassızdır. X1 işçilərin qeydiyyatından və həmçinin işdən çıxarılmağına xitam verilməsi kimi öhdəliyin Xidmətin üzərinə qoyulması tələbi qanunvericiliyinin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçının da bildirdiyi kimi əmək müqaviləsi İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanılmış, hazırda isə qüvvədə olan, xitam verilməmiş əmək müqaviləsinin mövcud olduğu məlumdur. Həmin müqavilə işəgötürən ilə işçi arasında müvafiq qaydada xitam verilməli və bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifənin icra edilməsi mümkün deyildirsə və məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdirsə, X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Xidmətə həvalə edilə bilər. İddia ərizəsində göstərilən məsələ Nazirlik yanında X4 Xidmətinin səlahiyyətlərinə aid olmadığından məhkəmənin qərarına əsasən X1 işçilərin qeydiyyatından və həmçinin işdən çıxarılmağına xitam verilməsi kimi tələblərin Xidmət tərəfindən icrası mümkünsüzdür. Daha sonra İddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək Cavabdeh2 MMC-nin cavabdeh qismində tanınmasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İşin məhkəmə baxışına hazırlanması gedişatında İddiaçı Cavabdeh2 MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia iddia ərizəsinə dəqiqləşdirməyə əlavə verərək Cavabdeh2 MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsinə dair qeydiyyatın X1 aparılması üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X4 Xidmətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizədə göstərilənləri müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, iddia ərizəsinə əlavə olaraq bildirmişdir ki, qonşuluqda yaşayan tanışının köməkliyi ilə işə düzəlmək məqsədilə şəxsiyyət vəsiqəsini tanışına vermiş, daha sonra özü hər hansı müqaviləyə imza etmədən ona məlumat verilmişdir ki, Cavabdeh2 MMC-yə sürücü kimi işə qəbul edilmişdir. Lakin sonradan xüsusi karantin rejimi ilə bağlı faktiki olaraq işə çıxmamış, əmək müqaviləsi əsasında heç bir iş fəaliyyəti ilə məşğul olmamış və əmək haqqı almamışdır. Daha sonra işə düzəlmək istədikdə öyrənib bilmişdir ki, X1 əmək müqaviləsi qeydiyyata alınmaqla qüvvədə olduğundan onunla yeni əmək müqaviləsinin bağlanması mümkün deyildir. O, işəgötürənin kimliyi barədə məlumatı olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, həmin qurumdam isə ona məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, nazirlik yalnız istisna hallarda, məsələn işə götürənin vəfat etməsi, Azərbaycan Respublikası hüdudlarında olmaması və s hallarında X1 əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı qeydə alır. Digər hallarda isə bu Xidmətin səlahiyyətinə aid olmadığından imtina edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin bağlanması haqqında bildirişdən görünür ki, işəgötürən Cavabdeh2 MMC-nin adından Nümayəndə ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Müqavilə haqqında bildiriş xx.xx.2020ci il tarixdə sistemə daxil edilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X4 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 02 avqust 2021-ci il tarixli məktubdan görünür ki, adına aktiv əmək müqaviləsinin olması barədə iddiaçının müraciətinə baxılmışdır. Bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X4 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatdan görünür ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Nümayəndədur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 229/**********00 nömrəli məktubundan görünür ki, Cavabdeh2 MMC (VÖEN: **********) xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətinin dayandırılmasına, xx.xx.2019-cu il tarixdən faəliyyətinin bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək yenidən fəaliyyətinin dayandırılmasına dair vergi orqanına arayış təqdim edilmişdir. Cəmiyyətin rəhbəri, qanuni təmsilçisi, eyni zamanda təsisçisi Nümayəndədur. Beləliklə müəyyən edilir ki, Cavabdeh2 MMC hazırda fəaliyyətini dayandırmışdır. İş materiallarında olan mediator X2 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mübahisə üzrə xx.xx.2021 tarixində, 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli 33/1843 nömrəli məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Nümayəndə sonuncu dəfə dövlət sərhədindən hərəkəti xx.xx.2020-ci il tarixdə çıxış və xx.xx.2020-ci il tarixdə giriş istiqamətində olmuşdur. Eyni zamanda elektron məhkəmə sisteminin xx.xx.2022-ci il tarixli sərhədkeçmə məlumatlarından müəyyən edilir ki, Nümayəndə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə X7 buraxılış məntəqəsinə giriş istiqamətində olmuşdur. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “Sürücü” vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 MMC öz fəaliyyətini dayandırmışdır. Lakin hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin X1 qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa İşəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş X1 (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar X1 qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyət orqanı olan X4 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X4 Xidmətinin üzərinə qoyulmalıdır. Belə ki, hazırki işin faktiki hallarından görünür ki, işəgötürən Cavabdeh2 MMC fəaliyyətini dayandırmış, onun qanuni təmsilçisi yəni işəgötürən Nümayəndə olduöu yeri müəyyən etmək mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsinə dair məlumatların müvafiq X1 qeydiyyatının aparılması mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-14.2, 77.1, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və əmək müqaviləsinə xitam verilməsinə dair məlumatların müvafiq X1 qeydiyyatının aparılması mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar