Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-128/2020 16.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Cavabdeh Əmirov Tahı̇r Həmı̇d oğlunun, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Əmı̇rov Tahı̇r Həmı̇d oğluna, Qulı̇yeva Zakı̇rə Şakı̇r qızına, Dadaşova Əzı̇zbı̇kə Murtuza qızına və Əmı̇rova Göhər Şakı̇r qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Əmı̇rov Tahı̇r Həmı̇d oğluna, Qulı̇yeva Zakı̇rə Şakı̇r qızına, Dadaşova Əzı̇zbı̇kə Murtuza qızına və Əmı̇rova Göhər Şakı̇r qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli 033/09 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 132000 (bir yüz otuz iki min) manat, faiz borcu üzrə 10032 (on min otuz iki) manat, cəmi 142032 (bir yüz qırx iki min otuz iki) manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişinin qeydə alınması üçün çəkilən 30 (otuz) manat məbləğində xərcin və 30 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxxxx” ASC-yə ödənilməsi; tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2, X2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ üzrə Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 0.018752 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 78 kv.m yaşayış, 51.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, ev satıldıqdan sonra ən geci bir ay ərzində həmin evdə yaşayanların evdən çıxarılması və evin boşaldılmasını qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixində bağlanan 033/09 saylı Kredit müqaviləsinə əsasən illik 12 faiz hesablanmaq şərti ilə 12 ay müddətinə 132000 manat məbləğində kredit verilmişdir. 033/09 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2009-cu il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh2, X2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 0.018752 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 78 kv.m yaşayış, 51.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin son icra tarixi xx.xx.2010-cu il tarixində bitmişdir. Buna baxmayaraq sözü gedən kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca və vaxtında icra edilməmişdir. Belə ki, BİN 95/1 saylı xx xxx 2019-cu il tarixli Maliyyə Arayışına əsasən, Cavabdeh1 “xxxxxxxxx” ASC-yə 132000 manat, faiz borcu üzrə 10032 manat, cəmi 142032 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmirov Tahı̇r Həmı̇d oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, məhkəməyə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etdi. Həmçinin məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmirov Tahı̇r Həmı̇d oğlu iddia ərizəsinə etiraz edərək və iddia müddətinin tətbiqinə dair ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasını mümkün hesab edir. Məhkəmə cavabdehin, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı “xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2009-cu il tarixli, 033/09 saylı kredit müqaviləsinə əsasən, kreditor borcluya 12 ay müddətinə, illik 12 faizlə, 132000 manat məbləğində krediti qaytarmağı, borclu isə müqavilədə göstərilən məqsədlər üçün kreditdən istifadə etməyi, krediti və kreditə hesablanmış faizləri müqavilədə göstərilən şərtlərlə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Verilmiş kreditin təminatı olaraq cavabdehlər Qulı̇yeva Zakı̇rə Şakı̇r qızı, Dadaşova Əzı̇zbı̇kə Murtuza qızı və Əmı̇rova Göhər Şakı̇r qızı ilə “xxxxxxxxx” ASC arasında xx xxxxxxxx 2009-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və cavabdehlərə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 0.018752 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 78 kv.m yaşayış, 51.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi “xxxxxxxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 132000 manat əsas borc, 10032 manat faiz borcu vardır. İş materiallarına əlavə edilən Cavabdeh1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, iş üzrə iddia müddəti tətbiq olunaraq iddia tələbinin rədd edilməsini xahiş edərək, iddiaçının Mülki Məcəllədə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş iddia müddətini ötürdüyünü bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşin faktiki hallarından görünür ki, iddia müddətinin axımı kredit müqaviləsi üzrə öhdəliklərin son icra tarixi xx xxxxxxxx 2010-cu il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Əmı̇rov Tahı̇r Həmı̇d oğluna, Qulı̇yeva Zakı̇rə Şakı̇r qızına, Dadaşova Əzı̇zbı̇kə Murtuza qızına və Əmı̇rova Göhər Şakı̇r qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-128/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-128/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver