Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-129/2022 13.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "BTB” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutumanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, qeyri-yaşayış sahələrinin boşaldılması tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Bank "BTB” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutumanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, qeyri-yaşayış sahələrinin boşaldılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 31.10.2016-cı il tarixli, DEN-00004-01/16A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 08.06.2021-ci il tarixinə olan 117738 manat əsas borc, 26146,87 manat faiz borcu, 2353,34 manat dəbbə pulu olmaqla, cəmi 146.238.21 manat borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın 31.10.2016-cı il tarixli, RH(DENG-00004-01/16A) saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilərək, açıq hərracda satılması kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması və qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış 31.10.2016-cı il tarixli RH(DEN-00004-01/16A) saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 60 ay müddətinə 6 ay güzəşt müddəti daxil olmaqla), illik 25 faiz ödəmək şərti ilə 175738 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 31.10.2016-cı il tarixdə iddiaçıyla DENG-00004- 01/16A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında 0.02458 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 191.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasını (qeyri yaşayış binasının tərkibi: 245.8 kv.m tikintialtı sahədən ibarət 1 mərtəbəli xidmət binası) ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmeti, Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.11.2014-cü il tarixli BK-033/14S saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Sənaye” filialı, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 27.11.2014-cü il tarixli İM- 033/14S saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-nin “Sənaye” filialına ipoteka qoyulmuşdur. Cavabdeh2 31.10.2016-cı il tarixdə iddiaçıyla DENZ- 00004-01/16A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin 08.06.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 117738 manat, faizlərin məbləği 26146.87 manat, dəbbə pulu 2353.34 təşkil edir. Beləliklə cavabdehin 08.06.2021-ci il tarixinə ümumi borcu 146238.21 təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 472, 739-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34, 36 və 59-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış 31.10.2016-cı il tarixli RH(DEN-00004- 01/16A) saylı kredit müqaviləsinə əsasən borcalana il illik 25 faiz ödəmək şərti ilə 175738 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, ünvan 1 ünvanında 0.02458 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 191.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (qeyri yaşayış binasının tərkibi: 245.8 kv.m tikintialtı sahədən ibarət 1 mərtəbəli xidmət binası) Bank "xxxx" ASC-nin “Sənaye” filialı, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 27.11.2014-cü il tarixli İM- 033/14S saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuşdur. Habelə, kredit müqaviləsinin təminatı olaraq, Bank "xxxx" ASCnin “Sənaye” filialı ilə Cavabdeh2 arasında 31.10.2016-cı il tarixdə DENZ-00004-01/16A saylı zaminlik müqaviləsi bağlanmış 08.09.2016-cı il tarixli sonrakı İpoteka müqavilsinə əsasən, zamin kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmuşdür. Hazırda iş materiallarına əlavə edilmiş 08.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 müvafiq kredit müqaviləsi üzrə banka borcu 117738 manat əsas borc, 26146,87 manat faiz borcu, 2353,34 manat dəbbə pulu olmaqla, cəmi 146238.21 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 27.12.2021-ci il tarixli, 9/9259 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 08.06.2021-ci il tarixinə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur, o cümlədən: - əsas borc üzrə 117738 manat; - faiz borcu üzrə 26.635,04 manat. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş 29.12.2021-ci il tarixli, 82 saylı hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar qiyməti 750.000 manat, likvid dəyəri isə 650.000 manat təşkil edir. Habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, kredit müqaviləsi ləğv edilməklə, cavabdehlərdən müştərək qaydada 31.10.2016-cı il tarixli, DEN-00004-01/16A saylı kredit müqaviləsi üzrə 117738 manat əsas borc, 26146,87 manat faiz borcu, 2353,34 manat dəbbə pulu olmaqla, cəmi 146.238.21 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində vəsait iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka predmetinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti banka ödənilməli, ipoteka predmeti satıldıqdan ən geci bir ay ərzində boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Bank "BTB” ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış 31.10.2016-cı il tarixli, DEN- 00004-01/16A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 31.10.2016-cı il tarixli, DEN- 00004-01/16A saylı kredit müqaviləsi üzrə 117738 manat əsas borc, 26146,87 manat faiz borcu, 2353,34 manat dəbbə pulu olmaqla, cəmi 146.238.21 (yüz qırx altı min iki yüz otuz səkkiz manat 21 qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (40 qəpik) manat bank xidməti haqqı iddiaçı Bank "BTB” ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilsin və ipoteka predmetinin ilkin satış qiyməti 650.000 (altı yüz əlli min) manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılsın. Əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılsın. Əldə olunan vəsait hesabına Bank "BTB” ASC-yə olan borc ödənilsin. Əmlakın satışından artıq qalan vəsait Cavabdeh2 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-129/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-129/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver