Məhkəmə qərarları › İş №2(004)-1292/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1292/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1292/2022 04.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC-yə qarşı "müqavilə öhdəliyinin icrası” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Nəşriyyat-Poliqrafiya MMC-dən və onun direktoru Xəlil Həsənoğludan (Talıbovdan) müqavilə öhdəliyinin icrası ilə bağlı ödənilməmiş 17580 manat məbləğini iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı, 2006-cı ildən etibarən “Kövsər" Nəşriyyat-Poliqrafiya MMC ilə əməkdaşlıq edir. İndiyə qədər orta ümumtəhsil məktəblərinin ayrı-ayrı sinifləri üçün müxtəlif adda dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasında iştirak etmişdir. Tərəfindən təlim azərbaycan dilində olan məktəblərin 1-ci, 2-ci, 3-ü, 4-cü, 5-ci, 6-cı siniflər üçün “Rus dili” dərslikləri və dərs vəsaitləri, təlim rus dilində olan məktəblərin 6-cı sinif “Rus dili” və 8-ci,10-cu, 11-ci siniflər üçün “Ədəbiyyat” dərslikləri tərəfindən hazırlanmışdır. Hazırladığı dərsliklər və dərs vəsaitləri üçün dövlət tərəfindən ayrılmış maliyyə vəsaitindən payına düşən müəllif qonararı müəyyən illərdə nəşriyyat tərəfindən ödənilmişdir. Lakin son üç ildə ayrı-ayrı müəlliflər kimi, o da payına düşən müəllif qonararını almaqda ciddi problemlərlə qarşılaşmışdır. Belə ki, “Kövsər" Nəşriyyat- Poliqrafiya MMC-nin direktoru Xəlil Həsənoğlu (Talıbov) Təhsil Nazirliyindən dərslik və dərs vəsaitlərinin hazırlanması üçün ayrılmış maliyyə vəsaitini vaxtı-vaxtında alsa da, müəlliflərin müəllif qonararını zamanında və ya ümumiyyətlə vermir. O da üç ildir ki, nəşriyyatdan öz qonararını ala bilmir. Son 2 ilin qonorarını Xəlil Həsənoğludan yalnız məhkəmə yolu ilə ala bilmişdir. Təəssüfki 2021-ci ildə də bu problemlə rastlaşmışdır. O, İddiaçı, Xəlil Həsən oğluna qarşı iddiası, siyahısı göstərilən nəşrlərlə bağlıdır. Tərəfindən yazılan və nəşr olunan dərsliklər və metodik vəsaitlərin siyahısı və iddia məbləği: 6-cı sinif “Rus dili” (əsas xarici dil), müəllim üçün metodik vəsaiti-1800 manat, 6-cı sinif “Rus dili" (əsas xarici dil) dərsliyi - 4000 manat, 6-cı sinif “Rus dili (tədris dili), müəllim üçün metodik vəsaiti – 2160manat, 6-cı sinif “Rus dili (tədris dili) dərsliyi - 4800 manat, 2-ci sinif “Rus dili" (əsas xarici dil), müəllim üçün metodik vəsaiti - 1620 manat, 2-ci sinif “Rus dili“ (əsas xarici dil) dərsliyi - 3200 manat, ümumi olaraq iddia məbləği 17580 manat təşkil edir. X1 zəng etmiş, məbləğin ödənilməsini xahiş etsə də ondan zaman almaqda davam edib, ancaq heç bir bu istiqamət üzrə addım atmayıb. Dərsliklərlə bağlı Müqavilələr 2020-ci il 19 Oktyabrda bağlanmışdır və ödənişlər kitab nəşr ediləndən sonra 2021-ci ildə olunmalı idi. Kitablar nəşr edilib və 2021-ci il Sentyabrından artıq dərsliklər və metodik vəsaitlər məktəblərdə istifadə olunur. Ona ödəniləcək qonorar Xəlil Həsənoğluna məxsus "xxxx" Nəşriyyat-Poliqrafiyanın hesabına Təhsil Nazirliyi tərəfindən çoxdan köçürülmüşdür, ancaq o bu günə kimi heç bir maddi vəsait almamışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh MMC-dən müqavilə öhdəliyinin icrası ilə bağlı 17580 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etdi. Cavabdeh "Kövsər Nəşriyyat-Poliqrafiya” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan cavabdeh "xxxx" Nəşriyyat-Poliqrafiya MMC ilə İddiaçı arasında bağlanmış 19.10.2020-ci il tarixli müəlliflə birtərəfli nəşriyyat müqaviləsindən müəyyən olunur ki, İddiaçı rus dilində yazıb təqdim etdiyi 12,0 çap vərəqi həcmində “6-cı sinif Rus dili” müəllim üçün metodik vəsaitin nəşr olunması ixtiyarını müqavilə imzaladığı gündən 5 il müddətinə tam şəkildə "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC-yə verməyi, "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC isə bunun əvəzində hər müəllif vərəqində 180 manat, cəmi 2160 manat hesabı ilə qonorar verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdeh "xxxx" Nəşriyyat-Poliqrafiya MMC ilə İddiaçı arasında bağlanmış 19.10.2020-ci il tarixli müəlliflə birtərəfli nəşriyyat müqaviləsindən müəyyən olunur ki, İddiaçı rus dilində yazıb təqdim etdiyi 12,0 çap vərəqi həcmində "6-cı sinif Rus dili” dərsliyinin nəşr olunması ixtiyarını müqavilə imzaladığı gündən 5 il müddətinə tam şəkildə "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC-yə verməyi, "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC isə bunun əvəzində hər müəllif vərəqində 400 manat, cəmi 4800 manat hesabı ilə qonorar verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdeh "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC ilə İddiaçı arasında bağlanmış 19.10.2020-ci il tarixli müəlliflə birtərəfli nəşriyyat müqaviləsindən müəyyən olunur ki, İddiaçı rus dilində yazıb təqdim etdiyi 8,0 çap vərəqi həcmində "2-ci siniflər üçün Rus dili” dərsliyinin nəşr olunması ixtiyarını müqavilə imzaladığı gündən 5 il müddətinə tam şəkildə "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC-yə verməyi, "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC isə bunun əvəzində hər müəllif vərəqində 400 manat, cəmi 3200 manat hesabı ilə qonorar verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdeh "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC ilə İddiaçı arasında bağlanmış 19.10.2020-ci il tarixli müəlliflə birtərəfli nəşriyyat müqaviləsindən müəyyən olunur ki, İddiaçı rus dilində yazıb təqdim etdiyi 9,0 çap vərəqi həcmində "2-ci sinif Rus dili müəllim üçün metodik vəsaitin” nəşr olunması ixtiyarını müqavilə imzaladığı gündən 5 il müddətinə tam şəkildə "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC-yə verməyi, "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC isə bunun əvəzində hər müəllif vərəqində 180 manat, cəmi 1620 manat hesabı ilə qonorar verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdeh "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC ilə İddiaçı arasında bağlanmış 19.10.2020-ci il tarixli müəlliflə birtərəfli nəşriyyat müqaviləsindən müəyyən olunur ki, İddiaçı rus dilində yazıb təqdim etdiyi 10,0 çap vərəqi həcmində "6-cı sinif Rus dili (əsas xarici dil)” dərsliyinin nəşr olunması ixtiyarını müqavilə imzaladığı gündən 5 il müddətinə tam şəkildə "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC-yə verməyi, "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC isə bunun əvəzində hər müəllif vərəqində 400 manat, cəmi 4000 manat hesabı ilə qonorar verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdeh "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC ilə İddiaçı arasında bağlanmış 19.10.2020-ci il tarixli müəlliflə birtərəfli nəşriyyat müqaviləsindən müəyyən olunur ki, İddiaçı rus dilində yazıb təqdim etdiyi 10,0 çap vərəqi həcmində "6-cı sinif Rus dili” müəllim üçün metodik vəsaitin nəşr olunması ixtiyarını müqavilə imzaladığı gündən 5 il müddətinə tam şəkildə "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC-yə verməyi, "KÖVSƏR” Nəşriyyat-Poliqrafiya MMC isə bunun əvəzində hər müəllif vərəqində 180 manat, cəmi 1800 manat hesabı ilə qonorar verməyi öhdəsinə götürmüşdür. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında birtipli nəşriyyat müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı dərslikləri və metodik vəsaitləri təqdim edərək onun tərəfindən öhdəliyin icra edildiyini sübut edir. Məhkəmə qeyd edir ki, ödənişlərin edilməsini sübut etmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılsa da ödənişlərlə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" Nəşriyyat-Poliqrafiya MMC müəlliflə birtipli nəşriyyat müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, "xxxx" Nəşriyyat-Poliqrafiya” MMC-dən 19 oktyabr 2020-ci il tarixli müqavilələr üzrə 17580 (on yeddi min beş yüz səksən) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Nəşriyyat-Poliqrafiya” MMC-dən 19 oktyabr 2020-ci il tarixli müqavilələr üzrə 17580 (on yeddi min beş yüz səksən) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar