Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-13/2022 04.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X1 oğlunun katibliyi İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İlkin iddia üzrə İddiaçı ASC-in ilkin iddia üzrə Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılılqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilənin bağlanmamış hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 132864,37 AZN əsas, 32194,60 AZN faiz, 6495,59 AZN dəbbə pulu olmaqla, cəmi 171554,56 AZN borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 0,6 ha torpaq sahəsi və üzərində yerləşən 272d saylı ev (ümumi sahəsi- 351,3 kv m, yaşayış sahəsi 99,5 kv m, 438,9 kv m, yaşayış sahəsi 180,5 kv m) ünvanında yerləşən yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizələr təqdim edərək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanaması Fonduna 132864,37 (bir yüz otuz iki min səkkiz yüz altmış dörd manat otuz yeddi qəpik) manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 6944,86 (altı min doqquz yüz qırx dörd manat səksən altı qəpik) manat faiz, 112142,37 (bir yüz on iki min yüz qırx iki manat otuz yeddi qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən 23.02.2022-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 31069,80 (otuz bir min altmış doqquz manat səksən qəpik) manat borc, ümumilikdə 283021,40 (iki yüz səksən üç min iyirmi bir manat qırx qəpik) manat məbləğində kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, yaranmış borc məbləğinin Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 0,6 ha torpaq sahəsi üzərində yerləşən 272d saylı (ümumi sahəsi 351,3 kv.m, yaşayış sahəsi 99,5 kv.m, ümumi sahəsi 438,9 kv.m, yaşayış sahəsi 180,5 kv m) fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin (likvid) müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmeditinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək ilk iddia ərizəsinin yaranmış borc məbləğinin Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu ,Badamdar qəsəbəsi ,1-ci yaşayış massivi, 0,6 ha torpaq sahəsi və üzərində yerləşən 272d saylı ev ünvanında yerləşən yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, bankın kredit tələbi satılmış əmlak hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsinə kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada Cavabdeh tutulması, həmin mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və evdə yaşayan digər şəxslərin həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması hissəsində rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi İddiaçı ASC ilə onun arasında 19 iyun 2014-cü il tarixdə bağlanmış, NA №241/014 saylı ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddi ərizəsi onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsində faiz dərəcəsi göstərilməmiş və müqavilənin zəruri şərti pozulmuşdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı 31 may 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etmişdir. Halbuki həmin qərara diqqət yetirilsə qərarda Kredit Müqaviləsinə deyil, Kredit xətti müqaviləsi ilə bağlı məsələlərə şərh verilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5. 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.l-ci maddələrinin əlaqəli şəkildə şərli edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cıı il 25 iyul tarixli Qərarında "İpoteka haqqında" Qanunun 10.1. 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətli müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda. ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İş üzrə ipoteka və kredit müqaviləsini eyni şəxs bağlayıbdır, bu da o deməkdir ki. Cavabdeh verilmiş kreditin faiz dərəcəsindən və digər mühüm şərtlərindən xəbərdar idi və iradə ifadəsini bildirərək imzalamışdır. İpoteka müqaviləsinin 2.1-ci maddəsində bu müqavilənin 19.06.2014-cü il tarixli NA №241/014 saylı kredit müqaviləsinə əsasən bağlandığı qeyd edilmişdir. Belə ki. Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, ipoteka qoyanın məsuliyyəti ehtimallara əsaslana bilməz, o yalnız ona məlum olan şərtlər daxilində məsuliyyət daşımalıdır. Buna görə də ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlərin göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyacaqdır. Öhdəliyin təminatı kimi bağlanmış ipoteka müqaviləsində göstərilməli olan mühüm şərtlər dəqiqləşdirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən qərarda, həmçinin hesab etmişdir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə ipoteka qoyanın yazılı razılığı alınmalıdır. Qeyd edilən mövcud qanunvericilik normalarının tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun zaminlik və ipoteka institutları ilə bağlı formalaşdırdığı hüquqi mövqeləri rəhbər tutaraq Plenum hesab edir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin (məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s.) göstərilməməsi və sonradan belə şərtlər barəsində ipoteka qoyanın razılığının alınmaması zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinin xitamına deyil, bağlanmamış hesab edilməsinə səbəb olur. Lakin bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. Bankla Cavabdeh arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən borclu və ipoteka qoyan kreditin təminatlı olmasını təmin edir. Belə ki, kredit müqaviləsinin 15.3-cü maddəsinə əsasən, bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan təminat üsulu ilə bağlı müqaviləyə borc ödənilmədən xitam verildikdə borcalan krediti və ona hesablanmış faizləri vaxtında qaytarmasına, öz öhdəliklərini yerinə yetirməsinə görə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ona məxsus maliyyə və maddi vəsaitləri ilə məsuliyyət daşıyır. Bu halda borcalana bu müqavilənin 8-ci bəndində nəzərdə tutulan müddəalar tətbiq edilə bilər. Həmçinin bildirmişlər ki, müqavilənin etibarsızlığı ilə bağlı 1 (bir) il müddət də cavabdeh tərəfindən ötürülmüşdür. Həmin müddət kəsici müddətdir və qarşı tərəfin bunula bağlı ərizə verilməsi ilə şərtləndirilməyib. Lakin, cavabdehin banka bununla bağlı heç bir müraciəti olmamışdır. Yalnız indi bank borcun tələbi ilə bağlı məhkəməyə müraciət etdikdə işi uzatmaq və düzgün olmayan qətnamənin çıxarılması üçün məhkəməni çaşdırmaq məqsədi ilə cavabdeh ipoteka müqaviləsini mübahisələndirməkdədir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Qeyd edilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 izahatının iddia ərizəsinin və etirazının məzmununa uyğun olduğunu bildirərək iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında qeyd olunanlar kredit müqaviləsi ilə bağlı deyil, kredit xətti ilə bağlı qeyd olunmuşdur. 21.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirmişdir ki, qarşılıqlı iddia ərizəsinə etiraz olaraq bildirir ki, ilkin müqavilədə faiz məbləği qeyd olunub, lakin ipoteka müqaviləsində qeyd olunmayıb. Bu şəxslər arasında münasibətin təminatı kimi ipoteka müqaviləsi bağlanılıb. İpoteka müqaviləsi əsas kredit müaviləsinin təminatıdır. Əsas kredit müqaviləsində faizlər qeyd olunub. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddia tələbini qismən qəbul edirlər. İzahatı qarşılıqlı iddia ərizəsinin məzmununa uyğundur, kredit borcunun olmasını qəbul edirlər, lakin ipoteka müqaviləsini qəbul etmirlər. Belə ki, ipoteka müqaviləsinində nəçə faiz ilə kreditin götürülməsi qeyd olunmayıb. Bu da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında və ona münasib qəbul edilmiş qərardadlarda qeyd olunmuşdur ki, əsas müqavilədə qeyd olunan əsas şərtlər göstərilməyibsə ipoteka müqaviləsi bağlanmamış hesab olunur. Qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. 21.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki ,ipoteka müqaviləsində əsas müqavilədə qeyd olunan şərtlər göstərilməyibsə ipoteka müqaviləsi bağlanmamış hesab olunur. Həmçinin qeyd etmişdir ki, iddia tələbinin müqavilənin bitdiyi tarixdən 23.02.2022-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 31069,80 (otuz bir min altmış doqquz manat səksən qəpik) manat borc məbləğinin ilkin iddia üzrə cavabdehdən tutulması hissəsi ilə razı deyil. Belə ki, ilkin iddia üzrə iddiaçı Texnikabank ləğv prosesindədir. Ləğv prosesində olan bankın illik 5 faiz tələb etmək hüququ yoxdur. Belə ki, fəaliyyətdə olan bank gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb edə bilər. İş materiallarında olan Bank Technique ASC ilə Cavabdeh arasında bağlanmış 19.06.2014-cü il tarixli NA-241/014 №-li “Təminatlı kredit müqaviləsi”nə əsasən müəyyən olunur ki, borcverən fərdi yaşayış evinin əsaslı təmiri məqsədilə istifadə etmək üçün borc alana 450000 (dörd yüz əlli min) manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilə ilə müəyyən edilən kredit xətti üzrə öhdəliklərin icrasının təminat üsulu 19 iyun 2014-cü il tarixində bağlanan və rəsmiləşdirilən NA-241/014 saylı ipoteka müqaviləsinə əsasən girova qoyulan ünvan 1 ünvanında yerləşən, ümumi sahələri 351,3 kv m və 438,9 kv m olan fərdi yaşayış evləridir. İş materiallarında olan 19.06.2014-cü il tarixli ödəniş cədvəlinə əsaəsn müəyyən olunur ki, Cavabdeh 19.07.2014-cü il tarixdən 19.06.2017-ci il tarixədək hər ay 16268,58 məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.06.2014-cü il tarixli məxaric orderinə əsasən Cavabdeh 447250 manat məbləğində pulu bankdan almışdır. İş materiallarında olan ipoteka saxlayan Bank Technique ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış 19.06.2014-cü il tarixli NA-241/014 saylı ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, müavilənin predmetini ipoteka saxlayanla borcalan arasında bağlanmış 19.06.2014-cü il tarixli NA-241/014 saylı təminatlı kredit müqaviləsinə əsasən 450000 manat məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi təşkil edir. İpotekanın predmeti Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi, 0,6 ha torpaq sahəsi və üzərində yerləşən 272 d saylı evdir. İpoteka ilə yüklü edilmiş əmlak kompleksinin bazar dəyəri 675000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Texnikabank ASC tərəfindən təqdim olunmuş 13.06.2018-ci il tarixli maliyyə arayışından görünür ki ,11 iyun 2018-ci il tarixinə Cavabdeh 132864,37 manat əsas, 32194,6 manat faiz, 6495,59 manat cərimə borcu olmaqla, cəmi 171554,56 manat məbləğində borcu vardır. İş materiallarında olan Texnikabank ASC tərəfindən təqdim olunmuş 28.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 fevral 2022-ci il tarixinə 132864,37 manat əsas, 112142,37 manat cərimə, 6944,86 manat faiz, müqavilənin bitdiyi tarixdən 23.02.2022-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 31069,80 (otuz bir min altmış doqquz manat səksən qəpik) manat borcu olmaqla, cəmi 283021,40 manat məbləğində borcu vardır. İş materiallarında olan RX ******* seriya nömrəli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi, 272 d saylı fərdi evi 16.01.2013-cü il tarixdə qeydiyyata alınmaqla Cavabdeh tam mülkiyyətindədir. İş materiallarında olan RX ******* seriya nömrəli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi, 272 d saylı fərdi evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan LPO olan Texnikabank ASC-nin Cavabdeh ünvanladığı 31.05.2018-ci il tarixli tutmanın yönəldilməsi haqqında bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh bankın tələbinin təmin edilməsi məqsədilə Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi, 0,6 ha torpaq sahəsi və üzərində yerləşən 272 d saylı evə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanmasını bildirmişdir. İş materiallarında olan Texnikabank ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 08.06.2018-ci il tarixli ərizədən görünür ki, Texnikabank ASC bildirişin qeydə alınması üçün müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Ləğv prosesində olan Texnikabank ASC-yə ünvanladığı 14.06.2018ci il tarixli məktubdan görünür ki, Texnikabank ASC-nin 08.06.2018-ci il tarixli məktubuna əsasən Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi, 272 d saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan 08.05.2017-ci il, 06.06.2017-ci il, 12.07.2017-ci il tarixli xəbərdarlıq məktublarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ƏMDK-nin elektron xidmətlər portalının ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında çıxarışlardan görünür ki, 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 30.01.2019-cu il tarixli Legal Hüquq və Ekspert Mərkəzi MMC tərəfindən təqdim olunmuş rəydən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi, 272 d nömrəli, 0,06 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh mülkiyyətində olan ümumi sahələri 351,3 kv m və 438,9 kv m, yardımçı sahələri 99,5 kv m və 180,5 kv –dən ibarət olan fərdi yaşayış evlərinin hazırda bazar qiyməti 600700 (altı yüz min yeddi yüz) manat və 750500 (yeddi yüz əlli min beş yüz) manat, ümumilikdə ******* (bir milyon üç yüz əlli bir min iki yüz) manat təşkil edir və ekspert rəyinin qiymətləndirmə xərci 600 manat təşkil etmişdir. İş materiallarında olan 11.03.2020-ci il tarixli Heba Consulting tərəfindən təqdim edilmiş rəydən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayı massivində, Cavabdeh mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 3 mərtəbəli, 5 otaqlı 351,3 kv m ümumi, 99,5 kv m yaşayış, 251,8 kv m yardımçı sahədən ibarət yaşayış evi, 2 mərtəbəli, 7 otaqlı 438,9 kv m ümumi, 180,5 kv m yaşayış, 258,4 kv m yardımçı sahədən ibarət yaşayış evi və tikintialtı sahəsi 8,8 kv m olan hamam (liter İ), 2,4 k m olan (liter İİ), dəmir qapı (liter İİİ), dəmir darvaza (liter İV), hasar (liter V) ibarət 272 d nömrəli fərdi yaşayış evinin ilkjin satış qiyməti 850000 (səkkiz yüz əlli min) manat təşkil edir və qiymətləndirmə xərci 300 manat təşkil etmişdir. İş materiallarında olan 29.01.2019-cu il tarixli 32151№-li ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə müqavilə bitən tarixə, yəni 19.06.2017-ci il tarixə 132864,37 manat əsas, 8810,47 manat faiz, məhkəməyə müraciət edildiyi tarixə 19.09.2018-ci il tarixə 132864,37 manat əsas, 38704,95 manat faiz, qərardadın qəbul edildiyi tarixə 20.11.2018-ci il tarixə 132864,37 manat əsas, 42757,32 manat faiz borcu vardır. Ekspertiza xərci 145 manat təşkil etmişdir. İş materiallarında olan 08.01.2020-ci il tarixli 18620№li ekspert rəyindən görünür ki, Cavabdeh 19.06.2017-ci il tarixə banka olan borcu 161238,38 manat, o cümlədən 19.06.2017-ci il tarixə əsas borc üzrə 150129,26 manat, faiz borcu üzrə 11109,57 manat, 19.09.2018-ci il tarixə 185875,53 manat o cümlədən əsas borc üzrə 150129,26 manat, faiz borcu üzrə 35746,28 manat, 14.06.2019-cu il tarixə 205767,66 manat o cümlədən əsas borc üzrə 150129,26 manat, faiz borcu üzrə 55638,40 manat məbləğində müəyyən olunur. Ekspertiza xərci 200 manat təşkil etmişdir. Məkhəmə iş materiallarını nəzərdən keçirərək, izahatları dinləyərək, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Texnikabank ASC tərəfindən Cavabdeh 450000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış 19.06.2014-cu il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi, 0,6 ha torpaq sahəsi və üzərində yerləşən 272 d saylı ev ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC Cavabdeh müqavilə üzrə razılaşdırılmış məbləğdə və şərtlərlə kredit verərək öhdəliyini yerinə yetirmiş, Cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək borcunu tam ödəməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan iddia tələbi qismən təmin edilməli, Cavabdeh 132864,37 (bir yüz otuz iki min səkkiz yüz altmış dörd manat otuz yeddi qəpik) manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 6944,86 (altı min doqquz yüz qırx dörd manat səksən altı qəpik) manat faiz, 9000 (doqquz min) manat cərimə, müqavilənin bitdiyi tarixdən 23.02.2022-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 31069,80 (otuz bir min altmış doqquz manat səksən qəpik) manat borc, cəmi 179879,03 (yüz yetmiş doqquz min səkkiz yüz yetmiş doqquz manat üç qəpik) manat məbləğində kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, yaranmış borc məbləği Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 0,6 ha torpaq sahəsi üzərində yerləşən 272d saylı (ümumi sahəsi 351,3 kv.m, yaşayış sahəsi 99,5 kv.m, ümumi sahəsi 438,9 kv.m, yaşayış sahəsi 180,5 kv m) fərdi yaşayış evinə yönəldilməli, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 0,6 ha torpaq sahəsi üzərində yerləşən 272d saylı (ümumi sahəsi 351,3 kv.m, yaşayış sahəsi 99,5 kv.m, ümumi sahəsi 438,9 kv.m, yaşayış sahəsi 180,5 kv m) fərdi yaşayış evinin ilkin likvid dəyəri ******* (bir milyon yüz min altı yüz) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti kredit borcuna yönəldilməli, ipoteka satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutulmalı, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməlidir. Məhkəmə hesab edir ki, 19.06.2014-cü il tarixli NA241/014 saylı kredit müqaviləsi üzrə 112142,37 (bir yüz on iki min yüz qırx iki manat otuz yeddi qəpik) manat cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 9000 (doqquz min) manat məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə Heba Consulting MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş rəyləri nəzərə alaraq hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi, 0,6 ha torpaq sahəsi və üzərində yerləşən 272 d saylı evinin ilkin likvid dəyəri ******* (bir milyon yüz min altı yüz) manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən hesab edir ki, bildirişin qeydə alınması üşün ödənilmiş 30 manat xidmət haqqı, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi əsaslı olduğundan təmin edilməli və iş üzrə aparılmış 345 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməli, həmçinin əmlakın qiymətləndirilməsi üzrə aparılmış 600 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMCyə, 300 manat məbləğində ekspertiza xərci tutularaq Heba Consulting MMC-yə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi üçün əsaslar iş materialları ilə müəyyən edilməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İlkin ddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 132864,37 (bir yüz otuz iki min səkkiz yüz altmış dörd manat otuz yeddi qəpik) manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 6944,86 (altı min doqquz yüz qırx dörd manat səksən altı qəpik) manat faiz, 9000 (doqquz min) manat cərimə, müqavilənin bitdiyi tarixdən 23.02.2022-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 31069,80 (otuz bir min altmış doqquz manat səksən qəpik) manat borc, cəmi 179879,03 (yüz yetmiş doqquz min səkkiz yüz yetmiş doqquz manat üç qəpik) manat məbləğində kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanamsı Fonduna ödənilsin. Yaranmış borc məbləği Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 0,6 ha torpaq sahəsi üzərində yerləşən 272d saylı (ümumi sahəsi 351,3 kv.m, yaşayış sahəsi 99,5 kv.m, ümumi sahəsi 438,9 kv.m, yaşayış sahəsi 180,5 kv m) fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 0,6 ha torpaq sahəsi üzərində yerləşən 272d saylı (ümumi sahəsi 351,3 kv.m, yaşayış sahəsi 99,5 kv.m, ümumi sahəsi 438,9 kv.m, yaşayış sahəsi 180,5 kv m) fərdi yaşayış evinin ilkin likvid dəyəri ******* (bir milyon yüz min altı yüz) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti kredit borcuna yönəldilsin. İpoteka satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutulsun. İpoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış 345 (üç yüz qırx beş) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Cavabdeh əmlakın qiymətləndirilməsi üzrə aparılmış 600 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-yə, 300 manat məbləğində ekspertiza xərci tutularaq Heba Consulting MMC-yə ödənilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onunla Texnikabank ASC arasında 19 iyun 2014-cü il tarixdə bağlanmış NA № 241/014 saylı ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi rədd edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-13/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-13/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver