Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1319/2022 05.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nin direktoru X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "X7" MMC-nin direktoru X2 28 iyun 2021-ci il tarixli tapşırıq müqaviləsinə əsasən ödənilmiş 2000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "X7" MMC-dən 28 iyun 2021-ci il tarixli tapşırıq müqaviləsinə əsasən ödənilmiş 2000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "X7" MMC-nin direktoru X6 arasında bağlanmış 28 iyun 2021-ci il tarixli tapşırıq müqaviləsinə əsasən bacısı mərhum X3 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin miras əmlak kimi vərəsələr tərəfindən qəbul edilməsi ilə əlaqədar hüquqi yardım göstərəcəyini vəd edərək, xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci maddəsinə əsasən hüquqi xidmət göstərən ona müraciət edən fiziki və hüquqi şəxslə müqavilə bağlayan andan dərhal müqavilədən irəli gələn öhdəliyin icrasına başlayır. Öhdəliyi yerinə yetirmək üçün hüquqi məsləhət verir, hüquqi arayışlar və ərizələr tərtib edir, qanuni əsaslarla lazımi dövlət və qeyri dövlət təşkilatlarında müdafiə etmək məqsədilə nəzərdə tutan bütün vasitələrdən istifadə edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən hüquqi xidmət göstərən hüquqi xidmət alanın mənafeyini müdafiə etmək məqsədilə ehtiyac olduğu halda, hüquqi xidmət göstərən şəxslə müqavilə əsası ilə işə cəlb etdiyi tərcüməçi, hüquqşünas, vəkil və digər mütəxəssislərindən istifadə etməklə müdafiəni qurur və idarə edir. Məmin müqavilənin 4.1-ci maddəsinə əsasən hüquqi yardım alan Gaunilin Fariiam 2000 manat xidmət haqqı ödəmiş, müqavilənin 4.2-ci bəndinə əsasən isə tərəflər arasında bu xidmətə Gaunilin Fariiamın bacısına aid mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına dair hüquqi xidməti daxildir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən ezamiyyət, iri həcmli işlər, layihələr və uzun məhkəmə prosesləri onda əlavə razılaşma ilə maliyyə protokolu formasında, hüquqi xidmət alan tərəfindən hüquqi xidmət göstərənə ödənilir. O, Azərtbaycan Respublikasının vətəndaşı olmadığımdan, cavabdeh onu aldadaraq, formal olaraq müqavilə bağlamaqla, 2000 manat məbləğində pulunu ələ keçirmiş, nəticədə ona heç bir hüquqi yardım göstərməmiş, bacısından miras qalan əmlakla bağlı vərəsəlik işinin açılması üçün hər hansı tədbir görməmişdir. Aralarında müqavilə bağlandıqdan sonra dəfələrlə cavabdehə müraciət edərək, heç bir yardım göstərmədiyi halda onun 2000 manat məbləğində pulunu qaytarmasını tələb etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan, daha sonra isə mənim telefon zənglərinə cavab verməkdən yayınmışdır. Cavabdehlə aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq 2000 manat məbləğində pulu müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, mərhum bacısı X3 miras qalmış mənzilə dair vərəsəlik işinin aparılması və həmin mənzilə mülkiyyət növü xüsusi olmaqla alınmasını təmin etməmişdir. Cavabdehə dəfələrlə müraciət nbaxmayaraq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən müxtəlif bəhanələrlə imtina edərək, pulu qaytarmaqdan yayınmışdır. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 28 iyun 2021ci il tarixli tapşırıq müqaviləsinə əsasən “hüquqi xidməti göstərən” Cavabdeh MMC “hüquqi xidməti alan” İddiaçı hüquqi xidmətlərin göstərilməsi, “hüquqi xidməti alan” İddiaçı isə “hüquqi xidməti göstərən” Cavabdeh MMC-yə 2000 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə əsasən, "Hüquq Xidməti Göstərən" ona müraciət edən fiziki və hüquqi şəxslə müqavilə bağlayan andan dərhal müqavilədən irəli gələn öhdəliyin icrasına başlayır. Öhdəliyi yerinə yetirmək üçün hüquq məsləhətləri verir, hüquqi arayışlar və ərizələr tərtib edir, qanuni əsaslarla lazımi, dövlət və qeyri dövlət təşkilatlarında müdafiə etmək məqsədi ilə nəzərdə tutulan bütün vasitələrdən istifadə edir. Müqavilənin 1.2-ci bəndinə əsasən "Hüquq Xidməti Göstərən" "Hüquqi Xidməti Alan"ın mənafeyini müdafiə etmək məqsədi ilə, ehtiyac olan halda "Hüquq Xidmət Göstərən" şəxslə müqavilə əsası ilə işə cəlb etdiyi, tərçüməçi, hüquqşünas, vəkil və digər mütəxəsislərdən istifadə etməklə müdafiəni qurur və idarə edir. Müqavilənin 4.2-ci bəndinə əsasən, tərəflər arasında bu xidmətə bacısına aid mənzilin qanun üzrə vərəsəliyinə dair hüquq xidməti daxildir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili X5 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanmış 18.01.2022-ci il tarixli məktubdan görünür ki, 25 iyul 2021-ci il tarixdə vəfat etmiş, X3 miras qalmış əmlaklara dair vərəsəlik işinin açılıb-açılmaması, açıldığı təqdirdə hansı notariat kontorunda hansı vərəsənin ərizəsinə əsasən başlanması barədə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 781-ci maddəsinə əsasən, vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, İddiaçı müqavilə üzrə razılaşdırılmış məbləği vaxtında ödəsə də, Cavabdeh MMC iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyərək, müqavilə üzrə 25 iyul 2021-ci il tarixdə vəfat etmiş bacısı X3 miras qalmış əmlaka qanun üzrə vərəsəliyin qəbul edilməsinə dair hüquq xidməti göstərməmişdir. Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçının müqavilə üzrə xidmət haqqı kimi ödənilmiş məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X8rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 28 iyun 2021-ci il tarixli tapşırıq müqaviləsinə əsasən Cavabdeh MMC-dən 2000 (iki min) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238, 244, 358 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2000 (iki min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1319/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-1319/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver