Məhkəmə qərarları › İş №2(004)-1328/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1328/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1328/2020 21.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X4 Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbinin ipoteka predmetinə yönəldilməsi” tələb edilməsi barədə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X4 TəşkilatıCavabdehqarşı “əsas və faiz borcunun qaytarılması, tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 10327.61 ABŞ dolları, faiz borcu üzrə 2019.04 ABŞ dolları olmaqla, cəmi 12346.65 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan ** SM *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ACCENT” minik markalı avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh qızından tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ "İddiaçı” QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2290 saylı, xx xxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2013-cü il tarixdə, № 01293 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə, 48 ay müddətinə 16.275 (on altı min iki yüz yetmiş beş) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SM-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ ACCENT” minik markalı (buraxılış ili 2013, ban- Z94CT41DBDR256607, rəngi - ağ) avtomobil xx.xx.2013-cü il tarixdə, № 1293 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X2 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 106390 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir.Kredit Müqaviləsinin 2.1 -ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 16.275 (on altı min iki yüz yetmiş beş) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.3. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 48 (qırx səkkiz) aydır.Qeyd olunan kredit müqaviləsinin 6.1 -ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18% (on səkkiz) faiz ödəyir.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 10,327.61 ABŞ dolları, faiz borcu üzrə 2,019.04 ABŞ dolları olmaqla, cəmi 12,346.65 ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, № 01293 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 48 ay müddətinə illik 18 faiz olmaqla 16275 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, № 1293 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixli, № 01293 saylı kredit müqaviləsinə əsasən 16275 ABŞ dolları məbləğində 48 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu İpoteka Müqaviləsi ilə müəyyən edilmiş **-SM-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ ACCENT” minik markalı (buraxılış ili 2013, ban- Z94CT41DBDR256607, rəngi - ağ) nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişdirlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, 9/143 saylı ekspert rəyinə əsasən cavabdeh – borc alanın xx.xx.2013-cü il tarixli, № 01293 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nərəzə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə 10320.65 ABŞ dolları əsas, 3534.82 ABŞ dolları fazi borci olmaqla, cəmi 13855.47 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi əsas borc və kredit müqaviləsinin müddətinin bitdiyi tarixə hesablanmış faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddia tələbinin 10327.61 ABŞ dolları əsas borcu hissəsində hesab edir ki, əsas borc ekspert rəyi ilə qismən təsdiq edildiyindən həmin hissədə, yəni 10320,65 ABŞ dolları hissəsində, faiz borcu isə 2019.04 ABŞ dolları hissəsində təmin edilməli və Cavabdeh 10327.61 ABŞ dolları əsas borc, 2019.04 ABŞ dolları faiz borcu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2013-cü il tarixli, № 01293 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri xx.xx.2013-cü il tarixli, № 1293 saylı İpoteka Müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bu İpoteka Müqaviləsi ilə müəyyən edilmiş **-SM-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ ACCENT” minik markalı (buraxılış ili 2013, ban- Z94CT41DBDR256607, rəngi - ağ) avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlinmişdir. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. xx.xx.2020-ci il tarixli, LP-100/20 saylı X1 barədə mütəxəssis rəyinə əsasən xx.xx.2013cü il tarixdə, № 1293 saylı ipoteka müqaviləsi ilə ipoteka yüklü edilmiş **-SM-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ ACCENT” minik markalı (buraxılış ili 2013, ban- Z94CT41DBDR256607, rəngi - ağ) avtomobilin hazırki bazar qiyməti 16500 (on altı min beş yüz) manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə alınmış qiymətləndirmə rəyi hazırki halda mübahisələndirilən hissə üzrə mötəbər sübut qismində qəbul oluna bilməz. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə izah edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilibyönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret olaraq hazırki işdə ipoteka predmeti avtomobildir. İpoteka müqaviləsi 2013- cü ildə bağlanılmış və ötən müddət ərzində həm dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində, həm də ipoteka predmetinin istismarı və amortzasiyaya uğraması səbəbindən onun satış qiymətinin kəskin dəyişməsi əsaslı olaraq ehtimal olunur. İş materiallarında xx.xx.2020-ci il tarixli, LP-100/20 saylıX1 barədə mütəxəssis rəyinin məzmunundan görünür ki, ekspert qarşısında qoyulmuş suala uyğun olaraq “Hyundai Accent” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baxışa təqdim olunmamış və 2013-cü il buraxılışlı, istismara yararlı, normal vəziyyətdə olan nəqliyyat vasitəsinin nəzəri bazar dəyərini müəyyən etmək məqsədi ilə tədqiqat aparılmışdır. Lakin ipoteka predmeti olan “Hyundai Accent” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararlı və normal vəziyyətdə olmasını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə ekspert rəyi ilə məyyən olunmuş qiymət hazırki halda ipoteka predmetinin ilkin satış qiyməti kimi qəbul edilə bilməz. Bununla belə məhkəmə kollegiyası həmçinin hesab edir ki, ipoteka predmeti olan avtomobilin hazırda iddiaçının sərəncamında olmaması, eyni zamanda cavabdeh tərəfindən onun məhkəməyə və ekspertizaya təqdim edilməməsi səbəbindən, məhkəmə qaydasında məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilərək, onun ilkin satış qiymətinin müəyyən edilməsi qeyri-mümkündür. Bu səbəbdən məhkəmənin qənaətinə əsasən ipoteka predmeti olan “Hyundai Accent” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti tutmanın həmin avtomobilə yönəldilməsi proseduru zamanı icra qaydasında müəyyən edilməsi ədalətli və obyektiv olar. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdehiddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərcləri Cavabdeh tutulmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixli, 9/143 saylı ekspert rəyindən və xx.xx.2020-ci il tarixli, LP- 100/20 saylı X1 barədə mütəxəssis rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 150 və 200 manat məbləğlərindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – xx.xx.2020-ci il tarixli, 9/143 saylı ekspert rəyinə əsasən ekspertizanın tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, xx.xx.2020-ci il tarixli, LP- 100/20 saylı X1 barədə mütəxəssis rəyinə əsasən isə ekspertizanın tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti“Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, № 01293 saylı kredit müqaviləsi üzrə 10320.65 (on min üç yüz iyirmi ABŞ dolları altmış beş sent) ABŞ dolları əsas borc, 2019,04 (iki min on doqquz ABŞ dolları dörd sent) ABŞ dolları faiz borcu, ümumilikdə cəmi 12339,69 (on iki min üç yüz otuz doqquz ABŞ dolları altmış doqquz sent) ABŞ dolları, və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, tələb xx.xx.2013-cü il tarixli, № 1293 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan **-SM-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ ACCENT” minik markalı (buraxılış ili 2013, ban- Z94CT41DBDR256607, rəngi - ağ) avtomobilə yönəldilərək, açıq hərracda satılmalı, onun satışından əldə olunmuş məbləğ kredit məbləğlərinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdehverilməli, avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X4 Təşkilatının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, digər ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti “Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 10320,65 (on min üç yüz iyirmi ABŞ dolları altmış beş sent) ABŞ dolları əsas borc, 2019,04 (iki min on doqquz ABŞ dolları dörd sent) ABŞ dolları faiz borcu, ümumilikdə cəmi 12339,69 (on iki min üç yüz otuz doqquz ABŞ dolları altmış doqquz sent) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X4 Təşkilatının xeyrinə tutulsun. İddia tələbi Cavabdeh mülkiyyətində olan “Hyundai Accent” minik markalı, 2013-cü il buraxılışlı, ban-Z94CT41DBDR256607, ağ rəngli avtomobilə yönəldilərək, açıq hərracda satılsın, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra “Hyundai Accent” minik markalı, 2013-cü il buraxılışlı, ban-Z94CT41DBDR256607, ağ rəngli avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilsin. “Hyundai Accent” minik markalı, 2013-cü il buraxılışlı, ban-Z94CT41DBDR256607, ağ rəngli avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X4 Təşkilatının xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar