Məhkəmə qərarları › İş №2(004)-1331/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1331/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1331/2021 03.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13000 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 cavabdehin iddiaçıya olan borcunu ödədiyini, bundan başqa iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş, həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlara əsasən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Y.Vahabovun "Cinayət işinin başlanamasının rədd edilməsi barədə" xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayət ərizəsi ilə Yasamal RPİ-nə müraciət edərək, 2013-cü ildə Cavabdeh ondan satmaq məqsədi ilə ümumi dəyəri 26.000 manat olan qızıl-zinət əşyalarını götürdüyünü, həmin məbləğdən 13.000 manatını qaytarsa da, 12.910 manat dəyərində qızıl zinət əşyalarını qaytarmadığını bildirmişdir. Aparılmış araşdırma zamanı toplanmış materiallardan, faktda cinayət hadisəsinin olmadığı müəyyən edilmişdir. Belə ki, tərəflər arasında qızıl-zinət əşyalarının alqı-satqı əməliyyatları həyata keçirilmiş, xüsusən də həmin əməliyyatlar nisyə olaraq icra edilmiş, tərəflər arasında şifahi razılaşma mövcud olmuş və həmin razılaşmanın şərtlərinə uyğun olaraq borclu qismində şərti olaraq iştirak edən Cavabdeh kreditor qismində şərti olaraq iştirak edən İddiaçı sataraq pulunu bir neçə müddətə ödəmək şərti ilə götürdüyü qızıl-zinət əşyalarının bir qisminin dəyərini ödəmiş, qalan qisminin dəyərini isə ödəməyi gecikdirdiyindən tərəflər arasında narazılıqlar yaranmışdır. Kreditror qarşı tərəfin borclu qaldığını iddia etdiyi halda, borclu fərqli olaraq borcu olmadığını, bütün borcunu ödədiyini bildirmişdir. Alqı-satqı əməliyyatları, borc əməliyyatları və onlardan irəli gələn öhdəliklər və razılaşmalarla bağlı yaranmış mübahisələr mülki qaydada məhkəməyə müraciət olunmaqla həll edildiyindən, cinayət işinin başlanması rədd olunmuş, İddiaçı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı İddiaçı izahatında Cavabdeh tərəfindən sonuncu ödənişin 2013-2014-cü illərdə olduğunu, lakın onu götürmədyini bildirmişdir. Öhdəliyin icra müddəti üzrə iddia müddəti 2017ci ildə bitmiş olmasına baxmayaraq, iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni iş üzrə pozulmuş hüququn müdafiəsi üçün iddia müddət ötürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia verilməsi üçün müddət ötürüldüyünə, iddiaçı tərəfindən iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə dair heç bir mötəbər sübut təqdim edilmədiyinə görə iddia tələbi təmin edilməməli və iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının MM-nin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar