Məhkəmə qərarları › İş №2(004)-1333/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1333/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1333/2024 19.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış WORK22|09 nömrəli xx.xx.2022-ci il tarixli xidməti müqaviləsinə əsasən cavabdeh hüquqi şəxs Cavabdeh MMC-dən (VÖEN: **********) cəmi 35000 manat pulun və ödənilmiş 196 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (Qeydiyyat ünvanı: ünvan 1nadaya getmək üçün viza almaq məsələsini həll etməyi öhdəsinə götürmüş Cavabdeh (bundan sonra-"xxxx" MMC) ilə WORK22|09 nömrəli xx.xx.2022-ci il tarixli Xidməti müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə İddiaçı ona Kanada dövlətindən iş vizasının alınmasından ötrü lazım olan sənədləri, arayışları cavabdeh "xxxx" MMC-nə təqdim etməli və 22.100 manat xidmət haqqı ödəməli, cavabdeh "xxxx" MMC isə Kanada iş vizasına sponsorluq edən Kanada şirkətindən iş dəvətinin alınması, Kanada dövlətindən işə qəbul sənədi gəldikdən sonra Kanada vizasına müraciət üçün formaların doldurulması ilə bağlı hüquqi məsləhət və xidmət göstərməli, təyyarə biletinin alınmasına köməklik etməli, İddiaçı Toronto şəhərində qarşılanması və bu şəhər daxilində onun istədiyi ünvana çatdırılmasına dair məsələləri həll etməli idi (Müqavilənin 1,2,3, 5.1-ci və 5.4-cü bəndləri). Müqavilə ilə üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirən İddiaçı 22.100 manat xidmət haqqını cavabdeh "xxxx" MMC-nə tam ödəmiş, lazım olan sənədləri və arayışları ona təqdim etmişdir. Lakin, müqavilə şərtlərində hər hansı başqa pul məbləğinin ödənilməsi göstərilmədiyi halda, cavabdeh "xxxx" MMC-nin direktoru Rüfət Piriyev İddiaçı adına bank hesabının açılmalı olmasına və ora pul qoyulmasına inandırıb, əlavə olaraq 15000 ABŞ dolları, daha sonra isə tibbi sığorta və viza xidməti üçün 500 ABŞ dolları məbləğində pul almışdır. Həmin pulların ödənilməsinədək və ondan sonrakı vaxtlarda cavabdeh "xxxx" MMC-nin direktoru Rüfət Piriyevlə İddiaçı arasında çoxsaylı telefon danışıqları olmuşdur və bununla bağlı çoxsaylı sübutlar mövcuddur. Xüsusilə qeyd edir ki, müqavilənin 4.7-ci bəndinin şərtlərinə görə müqavilənin icra olunması cavabdeh "xxxx" MMC-nin hərəkətləri nəticəsində baş tutmadıqda, o, İddiaçı qanuni tələblərini icra etmək öhdəliyini daşıyır. Təəssüf ki, İddiaçı müqavilə üzrə öhdəliklərini tamamilə yerinə yetirməsinə, hətta direktor Rüfət Piriyevin tələbinə əsasən cavabdeh "xxxx" MMC-nə əlavə 15500 ABŞ dolları (1500+500-15500) pul ödəməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC Kanada şirkətindən nə iş dəvəti, nə də Kanada dövlətindən işə qəbul sənədlərini almamış, nəticədə isə İddiaçı həmin dövlətə viza verilməsi məsələsini həll etməmiş və bununla da müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Həmin müqavilənin digər şərtlərində bildirilir ki, Kanada dövlətindən müsbət rəy gələnə kimi ödənilən məbləğlər cavabdeh "xxxx" MMC tərəfindən depozit kimi saxlanılır və müqavilə tam icra olunmayanadək onun balansına keçirilmir. Müqavilənin şərtlərinə görə isə İddiaçı viza aldıqdan sonra müqavilə tam icra olunmuş hesab olunur. Müqavilə tam icra olunduqda cavabdeh "xxxx" MMC-nin İddiaçı tərəfindən ödənilən məbləği öz hesabına keçirmə hüququ yaranır (Müqavilənin 5.1, 5.5-ci və 7.1-ci bəndləri). Çox təəssüf ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə ödədiyi 22.100 manatın və ondan əlavə alınmış 15.500 ABŞ dollarının geri qaytarılmasını dəfələrlə və təkidlə tələb etsə də, cavabdeh "xxxx" MMC-də depozit kimi saxlanılmalı olan həmin pullardan ona cəmi 13.450 manat qaytarılmış, 35000 manat pul isə indiyədək də cavabdeh "xxxx" MMC-də qalmışdır və cavabdeh "xxxx" MMC həmin puldan qanunsuz istifadə edir. Bildirir ki, cavabdeh "xxxx" MMC müqavilə öhdəliklərini icra etməməklə yanaşı, həm də İddiaçı tərəfindən ödənilmiş pullardan 35.000 manatını özündə saxlayıb geri qaytarmadığına görə bu məsələnin həll edilməsindən ötrü cavabdeh "xxxx" MMC-nə yazılı müraciət edilmişdir. Göndərdikləri yazılı müraciəti almasına baxmayaraq, təəssüf ki, cavabdeh "xxxx" MMC ona münasibətini bildirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehə məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq olunan: İddiaçı (sifarişçi) ilə Cavabdeh (icraçı) arasında bağlanılmış WORK22/09 nömrəli xx.xx.2022-ci il tarixli xidməti müqaviləyə əsasən İddiaçı ona Kanada dövlətindən iş vizasının alınmasından ötrü lazım olan sənədləri, arayışları cavabdeh "xxxx" MMC-yə təqdim etməli və 22.100 manat xidmət haqqı ödəməli, cavabdeh "xxxx" MMC isə Kanada iş vizasına sponsorluq edən Kanada şirkətindən iş dəvətinin alınması, Kanada dövlətindən işə qəbul sənədi gəldikdən sonra Kanada vizasına müraciət üçün formaların doldurulması ilə bağlı hüquqi məsləhət və xidmət göstərməli, təyyarə biletinin alınmasına köməklik etməli, İddiaçı Toronto şəhərində qarşılanması və bu şəhər daxilində onun istədiyi ünvana çatdırılmasına dair məsələləri həll etməlidir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin sürətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına 2200 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2022-ci il tarixli, A20191 nömrəli ödəniş qəbzinin sürətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına 2900 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı (sifarişçi) ilə Cavabdeh (icraçı) arasında bağlanılmış CAPR20/02 nömrəli xx.xx.2020-ci il tarixli xidməti müqaviləyə əsasən İddiaçı ona Kanada dövlətindən daimi oturum üçün müraciətin göndərilməsindən ötrü lazım olan sənədləri, arayışları cavabdeh "xxxx" MMC-yə təqdim etməli və 28.900 manat xidmət haqqı ödəməli, cavabdeh "xxxx" MMC isə Kanada iş vizasına sponsorluq edən Kanada şirkətindən iş dəvətinin alınması, Kanada dövlətindən işə qəbul sənədi gəldikdən sonra Kanada vizasına müraciət üçün formaların doldurulması ilə bağlı hüquqi məsləhət və xidmət göstərməli, təyyarə biletinin alınmasına köməklik etməli, İddiaçı Toronto şəhərində qarşılanması və bu şəhər daxilində onun istədiyi ünvana çatdırılmasına dair məsələləri həll etməlidir. xx.xx.2020-ci il tarixli, 702465 nömrəli ödəniş qəbzinin sürətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına 8500 manat məbləğində pul vəsaiti ödənilmişdir. 31 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarın məzmunundan görünür ki, faktla bağlı xx.xx.1996-cı il təvəllüdlü X16 barəsində daxil olmuş şikayətlə tanış olduqdan sonra izahatında göstərmişdir ki, həqiqətəndə Salayev X8 viza almaq məqsaədilə 2 il əvvəl şirkətlə müqavilə bağlamış və bunun üçün şirkətin hesabına 47000 manat pul köçürmüşdür. Kanadadan iş dəvəti gecikməsi səbəbindən İddiaçı gedən işlərdən narazı qalaraq görülən işləri yarımçıq saxlamış və pulun geri qaytarılmasını tələb etmişdir. Həmin məbləğdən 12500 manat pulun geri qaytarılmasını qeyd edən R.Piriyev qalan hissənin mübahisəli olduğundan məhkəmə yolu ilə öz həllini tapacağını bildirmişdir. Bakı şəhəri Yasamal rayon prokurorluğunun “cinayət başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması” haqqında 16 fevral 2042-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis mayoru Zamiq Kərimovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi, materialın Yasamal RPİ-nin İŞ-də X9 barəsində istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməsi üçün Yasamal RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 4(004)- 11/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X16 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Zaur Məmmədov vəsatət qismən təmin olunmuş, 07 iyul 1996-cı ildə Beyləqan rayonu Xalac kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, Cavabdeh MMC-nin rəhbəri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, hazırda Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X16 barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddəti 09 mart 2024-cü il tarixədək müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-212/2024 saylıqərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən X9 barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair verilmiştəqdimat qismən təmin edilmiş, 07 iyul 1996-cı il tarixdə Beyləqan rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, subay, ali təhsilli, Cavabdeh MMC-nin rəhbəri işləyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında yaşamış X16 barəsində həbsdə saxlama müddəti 2 (iki) ay yəni, 09 may 2024-cü il tarixədək uzadılması, ev dustaqlığı qətimkan tədbiri seçilməsinə dair təqsirləndirilən şəxs X9 vəsatətinin təmin edilməməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 196 manat (yüz doxsan altı manat) dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixlərdə xidmət müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımi qaydada və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. 31 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarının məzmunundan müəyyən olunur ki, X16 istintaq orqanına verdiyi izahatında İddiaçı Kanadaya viza almaq məqsədilə 2 il əvvəl şirkətlə müqavilə bağladığını və bunun üçün şirkətin hesabına 47000 manat pul köçürdüyünü, Kanadadan iş dəvəti gecikməsi səbəbindən İddiaçı gedən işlərdən narazı qalaraq görülən işləri yarımçıq saxlayaraq pulun geri qaytarılmasını tələb etdiyini, həmin məbləğdən 12500 manat pulun geri qaytarılmasını, qalan hissənin mübahisəli olduğundan məhkəmə yolu ilə öz həllini tapacağını bildirmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin direktoru X16 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə istintaq gedir. Cinayət işinin başlanmasına əsas və səbəb X13 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Cavabdeh MMC-nin rəhbəri kimi təqdim edərək, müxtəlif vaxtlarda və tarixlərdə X2, X4, X3, X7, X14, X5, X10, X1, X11, X15 və X12 ailə üzvləri ilə birlikdə Kanada Konfederasiyasına pul müqabilində köç etdirməyə köməklik göstərəcəyi barədə yalandan vəd verib aldadaraq, həmin şəxslərdən qanunsuz olaraq müxtəlif məbləğlərdə pul alaraq, həmin şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədə toplanmış təhqiqat materialları olmuşdur. Bakı şəhəri Yasamal rayon prokurorluğunun 16 fevral 2042-cü il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis mayoru Zamiq Kərimovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 iyul 2023-cü il tarixli qərarı ləğv edilərək, materialın Yasamal RPİ-nin İŞ-də X9 barəsində istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməsi üçün Yasamal RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdehdən tələb olunan məbləğ 35.000 manat qeyd olunsa da, iş materiallarında olan sənədlərlə ilə iddiaçının cavabdehə 34500 manat məbləğində pul verməsi müəyyən olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 34500 (otuz dörd min beş yüz) manat məbləğində borc və ödənilmiş 196 (bir yüz doxsan altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 34500 (otuz dörd min beş yüz) manat məbləğində borc və ödənilmiş 196 (bir yüz doxsan altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar