Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1352/2025 21.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs2 və Maraqlı şəxs1 cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs2 və Maraqlı şəxs1 cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu X4 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində, Hövsan kəndində evdə anadan olmuş, lakin doğum qeydə alınmamış, bu günədək doğum haqqında şəhadətnamə alınmamış, şəxsiyyətini müəyyən edən hər hansı bir sənədi olmamışdır. X2 atası Əsədullayev Nahit və anası (ərizəçi) Ərizəçi rəsmi nikah münasibətlərində olmamış, faktiki ailə münasibəti yaşamışlar. X11 bir müddət sonra ölkəni tərk etmiş və həmin vaxtdan iddiaçı ilə heç bir əlaqə saxlamamış, atalığı müəyyən edilməmişdir. Bu səbəbdən uşağın soyadı qrafasında ananın soyadının qeyd edilməsi xahiş edilir. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 və X1 Əlihüseyn Nahit oğlunun xx.xx.2004-cü il tarixdə Bakı şəhərində, Hövsan qəsəbəsində ev şəraitində anadan olması, anasının https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3215842Ərizəçi olması faktını öz ifadələri ilə təsdiq etmişlər. İş materiallarına Maraqlı şəxs1 doğum haqqında şəhadətnamənin verilməsindən imtina məktubu əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 16 nömrəli uşaq poliklinikasının uşağın inkişafı tarixi kitabçasına əsasən müəyyən edilir ki, X8 xx.xx.2004cü il tarixdə Bakı şəhərində, Hövsan kəndində evdə anadan olmuş, uşağın ana qrafasında Ərizəçi, ata qrafasında Əsədullayev Nahit qeyd edilmişdir. Məhkəmə, hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan şəxslərdən anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Ərizəçi və Əsədullayev Nahitin faktiki nikah münasibətlərindən xx.xx.2004-cü il tarixdə Bakı şəhərində, Hövsan kəndində X4 anadan olmuş, doğum evdə baş tutmuş, doğum faktı qeydə alınmamış, uşağın doğum haqqında şəhadətnamə və ya şəxsiyyətini müəyyən edən hər hansı digər sənədi olmamışdır. Hazırda sözügedən şəxsin şəxsiyyət vəsiqəsi və ya hər hansı digər hüquq müəyyən edici sənədi mövcud deyildir. Maraqlı şəxs1 doğum haqqında şəhadətnamənin verilməsindən imtina məktubu ərizəçiyə təqdim edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 16 nömrəli uşaq poliklinikasının uşağın inkişafı tarixi kitabçasına əsasən ərizəçinin iddia ərizəsində qeyd etdiyi xüsusatlar təsdiqi tapır. Hazırki ərizə ilə məhkəməyə müraciət edilməsində ərizəçinin müvafiq sənədlərin əldə edilməsi nöqteyi-nəzərdən hüquqi marağı vardır və ərizənin təmin edilməsi hüquqi nəticələrə səbəb olacaqdır. Deməli, hazırki ərizəyə xüsusi icraat qaydasında baxılması yolveriləndir. Uşaq nikahı olmayan şəxslərin faktiki ailə münasibətlərindən anadan olduğundan, atalıq müəyyən olunmadığından, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmalı, uşağın atasının adı uşağın anasının göstərişi üzrə yazılmalıdır. Məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X2 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olması faktı müəyyən edilməli, ana qrafasında Ərizəçi, ata qrafasında məlumatlar ana https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3215842Ərizəçi göstərişi ilə qeyd edilməlidir. Qətnamə müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas qismində çıxış etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs2 və Maraqlı şəxs1 cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. X2 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olması faktı müəyyən edilsin. Ana qrafasında https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3215842Ərizəçi, ata qrafasında məlumatlar ana https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3215842Ərizəçi göstərişi ilə qeyd edilsin. Qətnamə müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas qismində çıxış etsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elekton məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1352/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1352/2025
21.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver