Məhkəmə qərarları › İş №2(004)-1353/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1353/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1353/2021 01.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 85000 (səksən beş min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahat verərək bildirir ki, 2019cu ildə iddiaçıya məxsus, Mətbuat prospekti 3138-3141-ci məhəllə, 35C ünvanında yerləşən binanın birinci mərtəbəsində, sahəsi 170 kv.m olan qeyri-yaşayış sahəsini satışa çıxartmışdır. 2019-cu ilin yay ayında həmin binanın birinci mərtəbəsində yerləşən 340 km.metr sahəsi olan obyektin də satışa çıxarıldığını görüb həmin obyektin satışı ilə məşğul olan Müşfiq Məmədovla əlaqə saxlamışdır. Müşfiq Məmmədov həmin qeyri-yaşayış sahəsinin Cavabdeh məxsus olduğunu və həmin qeyri-yaşayış sahəsinin satışının da ona həvalə edildiyini bildirdi. Ondan xahiş etmişdir ki, ona məxsus 340 km.metr sahəni 510.000 manata satmaqda ona köməklik etsin. 2019-cu ilin sentyabr ayında Müşfiq Məmmədov onunla əlaqə saxlayaraq bildirmişdir ki, əgər Cavabdeh və ya onun işçisi Zaur adlı şəxs ona zəng vurub soruşsa ki, ona məxsus qeyri-yaşayış sahəsini Müşfiq almışdırmı və bunun müqabilində ona 100000 manat beh ödəmişdirmi, o həmin məbləğin alınmasını təsdiq etsə Cavabdeh pulun qalan hissəsini ödəniş edib qeyri-yaşayış sahəsini alacaqdır. O da Müşfiq Məmmədovun sözlərinə inanaraq Mahmud X4 100.000 manata beh verdiyini bildirdi. Cavabdeh həmin 100.000 manat beh pulun onda olmasını yazılı və notarial qaydada təstiq edilmiş ərizədə göstərilməsini tələb etmişdir. O da Müşfiq Məmmədovu pis vəziyyətdə qoymamaq üçün guya onun Cavabdeh 100.000 manat borcu olması barədə formal və görünüş üçün tərtib edilmiş notarial qaydada təstiq edilmiş ərizəni yazdı. Əslində isə bu ərizə formal xarakter daşıyırdı. Görünüş üçün imzalanmışdır, həqiqəti və reallığı əks etdirmir. O, xx.xx.2020-ci il tarixində 12 saylı notariat kontoruna müraciət edərək xx.xx.2019-cu il tarixdə adından tərtib edilmiş və imzalanmış ərizənin ləğvi barədə yeni ərizə imzalamışdır. Göründüyü kimi o, bu ərizəni ləğv etdirməklə faktiki olaraq Cavabdeh heç bir borc almadığını təstiq etmişdir. Əslində Cavabdeh ona 100000 manat borc verməmişdir. Həmin pulu Müşfiq Cavabdeh alaraq öz məqsədləri üçün xərcləmişdir. Yuxarıda qeyd edilənlər və Müşfiq Məmmədovun dələduzluq cinayəti Bakı Ağır cinayətlər məhkəməsinin qanuni qüvvəsini almış 1(101)-822/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli hökmdə öz əksini tapmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 200-ci il tarixli 1(101)-822/2020 saylı hökmündə Müşfiq Məmmədovun öz ifadəsindən və şahid ifadələrindən də müəyyən olunmuşdur ki, həmin 100000 manat pulu Müşfiq Məmmədov ona beh olaraq verməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-822/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli hökmündə təqsirləndirilən şəxs X10 ifadəsində də bildirmişdir ki, Cavabdeh məxsus Mətbuat prospekti 3138-3141-ci məhəllə, 35C ünvanında yerləşən binanın birinci mərtəbəsində, sahəsi 110 kv.m olan qeyri-yaşayış sahəsi 160.000 manata satmasını ona həvalə etmişdir. Həmin dövürdə qeyd edilən ünvana bitişik İddiaçı məxsus sahəsi 170 kv.metr olan qeyri-yaşayış sahəsidə olmuşdur. İddiaçı ondan xahiş etmişdir ki, onun 170 kv metrlik obyektini satsın. Həmin ərəfədə 110 kv.metrlik sahəyə “xxxx” MMC-nin işçisi Mübariz Əliyev müştəri tapmışdır. Beh qismində xx.xx.2019-cu il tarixində 10.000 manat pulu Mübarizə vermiş. O da pulu Mahmud müəllimə çatdırmışdır. xx.xx.2019-cu il tarixində müştəri qalan 155.000 manat pulu da Mübarizə çatdırmış, o həmin puldan 50000 manat pulu Mahmud müəllimə vermiş, qalan 100000 manat pulu isə 1 aya verəcəyini bildirmişdir. Əslində isə şəxsi işlərini həll etmək üçün 100000 manat pulu özündə saxlayıb Mahmud müəllimə yalan danışmışdır. Az müddət sonra Mahmud müəllim obyektin qalan 100000 manatını istədikdə məcbur olub ona yalandan demişdir ki, həmin 100000 manat obyekti satdığı adamdan götürüb İddiaçı 170 kv.metrlik obyektin bir hissəsini yəni 85 kv.metrlik hissəsinin alınması üçün sonuncuya vermişdir. Bu barədə dərhal Bahar İbrahimova bildirmiş və demişdir ki, onun sözünü Mahmud müəllimin yanında təsdiqləməklə onu bu vəziyyətdən qurtarsın və sonradan ona həmin pulu qaytaracaqdır. İbrahim də onun sözlərinə razılaşaraq demişdir ki, əgər Mahmud müəllim onu dəvət etsə bu cür də bildirəcək, lakin bir şərtlə ki, həmin pulu ona tezliklə qaytarsın.Onun Cavabdeh heç bir borcu olmamışdır. Cavabdeh heç bir öhdəliyi olmadığı halda 85.000 manat məbləğində pul ödəmişdir. Bunun nəticəsində Cavabdeh onun ödədiyi pulla əsassız olaraq varlanmışdır. Bütün bu qeyd edilənlər Müşfiq Məmmədovun cinayət işində olan şahid ifadələri ilə də öz əksini tapmışdır. Bununla bağlı Cavabdeh 20 noyabır 2020-ci il tarixində pretenziya məktubu ünvanlamış və 85.000 manat məbləğində pulun 5 gün müddətində ödənilməsi bildirilmişdir. Göndərilən pretenziya məktubuna cavab verilməmişdir. Bütün qeyd olununlara əsasən hesab edir ki, Cavabdeh heç bir əsas olmadan ödənilmiş 85.000 manat alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X9 izahat verərək bildirir ki, Məmmədov Müşfiqin və İddiaçı Cavabdeh qarşı dələduzluq əməlinə dair Baş X1 əmlakını dələduzluq yolu ilə əldə etmələrinə dair rəsmi müraciət olunmuşdur. Baharov xx.xx.2019-cu il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsində 100000 manat məbləğində pulu aldığını, həmin məbləği Cavabdeh qaytarmağa razı olduğunu bildirmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılmışdır. İddiaçı cinayət məsuliyyətindən azad olunmaq üçün həmin məbləği Baş mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinin istitaq orqanına təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı haqqında cinayət işinin başlanılması rədd edilmişdir. Həmiş iş üzrə Cavabdeh zərərçəkmiş qismində tanınmışdır. İstintaq orqanı tərəfindən pul onlara təhvil verildikdən sonra cinayət işinin başlanması rədd olunmuşdur. Yəni Cavabdeh pulu İddiaçı deyil, istintaq orqanından almışdır. İddiaçı ilə heç bir hüquq münasibəti yoxdur. Əgər iddiaçı cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün pulu istintaq orqanına ödəyibsə gedib həmin orqandan tələb edə bilər. Əgər istintaq orqanı onu qorxudubsa, həmin orqanın hərəkətlərindən şikayət verə bilər. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X7 xx.xx.2019-cu il tarixli ərizəsinin surətinə əsasən o, Cavabdeh xəbəri olmadan ona məxsus 100000 manat pulu Mətbuat prospekti 3138-3141 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alınması üçün İddiaçı Məmməd oğluna vermişdir. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış, notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli **********026 saylı ərizənin surətinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə adından tərtib edilmiş və onun tərəfindən imzalanmış **********428 №-li, reyestrdə 8İ-6428 № ilə qeyd edilmiş razılıq ərizəsinin ləğv edilməsi və bu barədə müvafiq qeyd aparılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla X8 və Təhqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Baharov X5 Müşfiq Tevon oğlunun törətdiyi dələduzluq cinayətində icraçı, təşkilatçı, təhrikçi və köməkçi kimi birbaşa və ya dolayı yolla iştirak etməmişdir. Bu fakt X7 öz ifadəsilə yanaşı bütün iş materialları ilə tam təsdiqini tapmışdır. Həmin qərara əsasən İddiaçı cinayətdə heç bir iştirakı olmadan, elədə də X7 cinayət yolu ilə əldə etdiyi pul vəsaitini ona vermədiyindən AR CM-in 178 və 194-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-822/2020 saylı hökmündən müəyyən olunur ki, İddiaçı şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, 2019-cu ilin sentyabr ayında Müşfiq onunla əlaqə saxlayıb bildirmişdir ki, əgər Mahmud müəllim və ya onun işçisi Zaur adlı şəxs soruşsa ki, ona məxsus olan 85 m2 sahəni Müşfiq alıb bunun müqabilində 100000 manat pul ödəyib ya yox, o həmin alınmasını təsdiq etsin, əgər onlara bu cür desə onlar obyektin qalan hissəsini də ödəniş edib alacaqlar. Mahmud müəllimin Zaur adlı işçisi əlaqə saxlamış və o, Zaura etiraf etmişdir ki, Müşfiq ona sahəsi 85 m2 olan obyekt üçün qismən 100000 manat pul ödəmişdir. Mahmud müəllim, Müşfiq, Zaur və o xx.xx.2019-cu il tarixdə görüşmüş və o bir daha Müşfiqin obyektə görə ilkin ödəniş olaraq 100000 manat pul ödədiyini təsdiq etmişdir. Mahmud müəllim həmin vaxt əsəbiləşib Müşfiqi danlamağa başlamış və bildirmişdir ki, nəyə görə icazəsiz onun pulunun hesabına gedib obyekt almışdır. Sonra Mahmud müəllim ondan pulun geri qaytarılmasını xahiş etmiş, o isə buna etiraz etməmiş və bildirmişdir ki, vaxt verilsə o, obyekti satıb pulu tam şəkildə qaytaracaqdır. Zaur təklif etmişdir ki, bu dediklərini, yəni 100000 manatın qaytarılacağına dair notariat qaydasında ərizə təqdim etsin. O, Zaur, Müşfiq və “Günaybank”-ın hüquqşünası ilə birlikdə 12 saylı notariat kontoruna getmişlər. Orada onun adından ərizə tərtib edilmişdir ki, o, Cavabdeh obyektə görə ona verilmiş 100000 manat pulun qaytarılacağına dair öhdəlik götürür. İbtidai istintaq zamanı Cavabdeh həmin puldan 85000 manat Müşfiqin əvəzinə qaytarmışdır. İşin müəyyən edilmiş halları odur ki, İddiaçı könüllü olaraq Cavabdeh pulu qaytaracağına dair öhdəlik götürmüşdür. Daha sonra istintaq zamanı İddiaçı 85 min manat məbləğində ödəniş etmişdir. Bu hallar İddiaçı istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadə ilə təsdiqini tapır. Hazırda iddiaçı Baharov X6 Mahmud Nadir oğluna pulu qaytaracağına dair verdiyi ərizənin sonradan onun tərəfindən ləğv edildiyini əsas gətirərək pulun geri qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı 85 min manat məbləğində pul tələbinin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə, iddiaçı cavabdeh Cavabdeh pulu qaytaracağına dair könüllü olaraq öhdəlik altına girmiş və qarşı tərəfdə həmin pulun onun tərəfindən qaytarılacağına dair inam yaratmışdır. Daha sonra iddiaçı birtərəfli qaydada pulu qaytaracağına dair ərizəni ləğv etdirmiş və 85 min manat məbləğində pulu istintaq zamanı qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. AR Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh 85000 (səksən beş min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar