Məhkəmə qərarları › İş №2(004)-1355/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1355/2025

04.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1355/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və idddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 2418/K nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və mediasiya üçün ödədiyi 60 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o uzun illər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 Bakı Sukanal İdarəsində 2 saylı yaşıllaşdırma sahəsində usta vəzifəsində işləmişdir. İşlədiyi dövrdə həm kollektivdə, həm də rəhbərlik arasında böyük hörmət qazanmışdır. Hazırda 65 yaşı tamam olmuşdur. Lakin verilən tapşırıqların öhdəsindən gəlmək qabiliyyətindədir. xx.xx.2024-cü il tarixində onun ünvanına xx.xx.2024-cü il tarixli, 2418/K nömrəli əmr göndərilmişdir. Həmçinin bildirir ki, onun əmək müqaviləsinə xitam verilməzdən əvvəl əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq məktubu göndərilməli idi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. AR Əmək Məcəllləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Lakin işəgötürən tərəfindən ona xəbərdarlıq məktubu təqdim edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5 nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Qarşı tərəf müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubunu götürməkdən imtina etmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus 120459 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 Bakı Sukanal İdarəsində 2 saylı yaşıllaşdırma sahəsində usta peşəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixində isə Azərbaycan Respublikasının ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 Bakı Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 2418/k nömrəli əmrinə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 Bakı Sukanal İdarəsində 2 saylı yaşıllaşdırma sahəsində usta peşəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsiin müddətinin qurtarması ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubunun təqdim edilməsi barədə Aktdan görünür ki, Bakı Sukanal İdarəsində 2 saylı yaşıllaşdırma sahəsində usta peşəsində işləyən Kərimov X2 dəvət edilmiş, əmək müqaviləsinin müddəti qurtardığı üçün, AR ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2024-cü il tarixindən əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq məktubu təqdim edilmişdir. İddiaçı məktubun məzmunu ilə tanış olmuş, lakin sənədi qəbul etməklə bağlı imza etməkdən və məktubu götürməkdən imtina etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 Bakı Sukanal İdarəsində 2 saylı yaşıllaşdırma sahəsində usta peşəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətli olaraq (3 ay müddətinə) bağlanmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsiin müddətinin qurtarması ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Hazırda İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli, 2418/K nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və mediasiya üçün ödədiyi 60 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən:

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndində qeyd edilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. İşin hallarından görünür ki, İddiaçı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 Bakı Sukanal İdarəsi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsi müddətli olaraq, 3 ay müddətinə bağlanmışdır. Həmin müqavilə İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı imzası onun müddətli əmək müqaviləsinin bağlanılmasına razılığının ifadəsidir. Buna müvafiq olaraq xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində başa çatmışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubunun təqdim edilməsi barədə Aktla da təsdiq olunur ki, İddiaçı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 Bakı Sukanal İdarəsi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməzdən qanunvericiliyin tələbinə əsasən İddiaçı xəbərdarlıq məktubu təqdim edilmiş, lakin sənədi qəbul etməklə bağlı imza etməkdən və məktubu götürməkdən imtina etmişdir. Qeyd edilənlərdən görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 tərəfindən Bakı Sukanal İdarəsində 2 saylı yaşıllaşdırma sahəsində usta peşəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdən xitam verilərkən qanunvericiliyin hər hansı tələbi pozulmamış, əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunvericiliyin tələblərinə müvafiq qaydada tərtib edilmişdir. Bununla yanaşı məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1335/2024 nömrəli mülki iş üzrə qəbul etdiyi 3 ulduz qərarda göstərilən hüquqi mövqeyi nəzərə almalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.1-ci maddəsi dövlət büdcəsindən maliyyələşən müəssisələrdə son çalışma müddətini qəti olaraq 65 yaş müəyyən edib. Həmin Məcəllənin 10-1.2-ci maddəsi isə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işçinin çalışma müddətinin hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilməsini işəgötürənin vəzifəsi deyil, hüququ kimi müəyyən edib. Yəni, sözügedən norma müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə, habelə nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxsə, 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq, bütövlükdə 5 ilədək uzatmaq hüququ verir. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, yəni, xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Onunla əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilsə də, (rəsmiləşdirilsə də), işçinin əmək müqaviləsinə xitam verilməzdən əvvəl 65 yaşına çatması xüsusatı nəzərə alınır. Yəni, işçi 65 yaşına çatdıqda işəgötürənin işçi ilə əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Odur ki, hazırki mübahisə üzrə işçinin əmək müqaviləsinə xitam verilməsi qanunidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən mediasiya üçün ödənilmiş xərc də ona aid olunmalı, iddia tələbi mediasiya üçün ödənilmiş xərcin cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar