Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1360/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, iddiaçı – İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.490 (yeddi min dörd yüz doxsan) manat pul vəsaiti və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 94,90 (doxsan dörd manat doxsan qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 7.584,90 (yeddi min beş yüz səksən dörd manat doxsan qəpik) manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-2019-cu illər ərzində özü turizm şirkətində işləmişdir. 2019-cu il tarixdə sosial şəbəkə vasitəsi ilə özünü “X2” turizm şirkətinin əməkdaşı kimi təqdim edən Şüküfə adlı xanımla tanış olmuşdur. Tanışlıq müddətində Şüküfə ona, xarici ölkələrə getmək üçün avia biletlərin satışı və həmin ölkələrdə işə düzəltmə fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. İşsizlikdən onun xarici ölkəyə getmək niyyəti olduğundan Şüküfədən ona köməklik etməsini xahiş etmişdir. Şüküfə ilə danışıb razılığa gəldikdən sonra özündən başqa daha 3 nəfər dostuna da köməklik etməsini xahiş etmiş və onlar Şüküfə ilə “Elmlər Akademiyası" metrostansiyasının qarşısında görüşmüşlər. Görüş zamanı özünün və 3 nəfər dostunun pasportlarını Şüküfəyə təqdim etmişdir. Daha sonra bir ay ərzində bir neçə dəfə Şüküfə ilə razılığa gəlinmiş məsələ ilə bağlı görüşüb Şüküfəyə ümumilikdə 12.500 (on iki min beş yüz) manat məbləğində pul vermişdir. Razılığa gəlinməsinə və onun Şüküfəyə verdiyi 12.500 (on iki min beş yüz) manat məbləğində pul vəsaitinin verilməsinə baxmayaraq, Şüküfə verdiyi vədə əməl etməmişdir. Bu səbəbdən Şüküfəyə verdiyi 12.500 (on iki min beş yüz) manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Şüküfəyə verilən məbləğdən ona 4.700 (dörd min yeddi yüz) manat dəyərində avia bilet vermiş və qalan 7.800 (yeddi min səkkiz yüz) manat pulu isə geri qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Bununla bağlı o, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etdi. Təhqiqat araşdırması zamanı Cavabdeh polis bölməsinə dəvət olunmuş və izahatı alınmışdır. Təhqiqat zamanı Şüküfənin xahişi ilə bir daha razılığa gəldikdən sonra o, şikayət ərizəsini geri götürmək qərarına gəlmişdir. Lakin, şikayət ərizəsinin geri götürülməsi ilə bağlı müracətinin nəticəsi barədə qəbul olunmuş hər hansı qərar ona təqdim olunmamışdır. Bundan sonra Şüküfə ona 2019-cu ildə 100 manat, 2021-ci ilin yay ayında 150 manat və 2021-ci ilin noyabr ayında 60 manat ödəniş etmişdir. Göründüyü kimi, 2019-cu il tarixdə Şüküfə ilə ikinci dəfə razılığa gəlinməsinə baxmayaraq yenə də o, verdiyi vədə əməl etməkdən yayınmışdır. Bu səbəbdən növbəti dəfə o, 22 oktyabr 2021-ci il tarixdə, Bakı şəhəri Yasamal Rayon 28-ci polis bölməsinə eyni məzmunlu şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Polis bölməsinə dəvət olunmuş və eyni məzmunlu izahatını bildirmişdir. Təhqiqatçı, polis mayoru Səyyad Gözəlov Cavabdeh ilə telefon əlaqəsi saxlayaraq barəsində aparılan araşdırma ilə bağlı izahat verməsi üçün 28-ci PB-nə dəvət edilmişdir. Telefon əlaqəsi zamanı Cavabdeh əvvəllər də Rauf adlı şəxsin onun barəsində eyni məzmunlu şikayət ərizəsi ilə 28-ci PB-nə müraciət etdiyini və müvafiq araşdırma aparıldığını bildirmiş, həmçinin hazırda aktiv “Koronavirus” xəstəsi olduğu üçün 28-ci PB-nə gələ bilməyəcəyini, xəstəlikdən sağaldıqdan sonra 28-ci PB-nə gələrək izahat verəcəyini bildirmişdir. Təhqiqatçı, polis mayoru Səyyad Gözəlov Cavabdeh polis bölməsinə gəlib izahatını vermədən xx.xx.2021-ci il tarixdə “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Lakin daha sonra polis mayoru Səyyad Gözəlov ona zəng edərək bildirmişdir ki, Şüküfə polis bölməsinə gəlmiş və izahatı alınaraq iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, Cavabdeh ona olan ümumilikdə 7.490 (yeddi min dörd yüz doxsan) manat borc məbləğini geri qaytarmaqdan boyun qaçırdığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də, Cavabdeh 7.490 (yeddi min dörd yüz doxsan) manat məbləğində pul vəsaitinin məhkəmə qaydasında tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı formada məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təhqiqatçısı Səyyad Gözəlov tərəfindən qəbul edilmiş 30 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayət ərizəsi ilə polis bölməsinə müraciət edərək Cavabdeh xarici ölkəyə getmək və həmin ölkədə işə düzəlmək məqsədilə aralarında olan razılaşmaya əsasən 7800 manat pul verməsini, lakin sonuncunun onu aldatmasını bildirmişdir. Araşdırma zamanı İddiaçı izahatında Cavabdeh ümumilikdə 12500 manat pul verdiyini, lakin həmin məbləğdən 7800 manat hissəsinin geri qaytarılmadığını bildirmişdir. Daha sonra o, təkrar ərizə ilə müraciət edərək Cavabdeh ilə şifahi razılaşdığını bildirib araşdırmanın dayandırılmasını xahiş etmişdir. Odur ki, araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - İddiaçının vəsatətinə əsasən məhkəmənin sorğusu ilə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh araşdırma zamanı verdiyi izahatında İddiaçı 12300 manat almasını, lakin həmin vəsaitin 7900 manat hissəsini qaytardığını etiraf etmiş, qalan borcunu isə geri qaytaracağını vəd etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəyə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş borclu pul ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən iqsmən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməlidir. İşin faktiki halları ilə, yəni Cavabdeh 28-ci PB-nə verdiyi izahatındakı qismən etirafından müəyyən edilir ki, onun hazırda 4.400 (dörd min dörd yüz) manat borcu qalmışdır. İddiaçı qeyd olunan halın əksini dəlalət edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməli cavabdehdən 94,90 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 4.400 (dörd min dörd yüz) manat pul vəsaiti və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 94,90 (doxsan dörd manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4.400 (dörd min dörd yüz) manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 94,90 (doxsan dörd manat doxsan qəpik) dövlət rüsumu, ümumilikdə 4494,90 (dörd min dörd yüz doxsan dörd manat doxsan qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-1360/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1360/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver