Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1375/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının verilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının verilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh üzrə verilmiş xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, öz işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilatda avtokar operatoru vəzifəsində işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixə kimi bu vəzifədə işləmiş, işlədiyi müddətdə hər hansı bir intizam pozuntusuna yol verməmiş, öz işinin öhdəsindən bacarıqla gəlmişdir. İşlədiyim müddətdə ona normal iş şəraiti yaradılmamış,sanki öz xahişi ilə işdən çıxması üçün süni əngəl yaratmağa çalışmışdılar.Lakin himayəsində 2 azyaşlı övladı olduğu üçün bütün çətinliklərə dözməklə işləmiş və əmək funksiyasını lazımi qaydada yerinə yetirmişdir. Gündəlik iş qrafıki saat 08- 00-dan 17-00-dək olduğu halda, hər gün 10 saat işləmiş və xx.xx.2020-ci il tarixdə axşam saatlarında ona bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə, şənbə günü də işə çıxmalıdır. Həmin gün o halda işə çıxa bilərəm ki, əlavə işlədiyi günün də əmək haqqısının ödənilməsi şərti ilə işə çıxa biləcəyini demişdir. Lakin bu sözü direktor müavini X3 xoşuna gəlməmiş və o təxminən yarım saat sonra ona bildirmişdir ki, sabah işə çıxmasına ehtiyac yoxdur. Servislə evə gələrkən baş mühafizəçi Salahov Zaur ona bildirmişdir ki, Təhlükəsizlik Departamentinin meneceri Asif müəllim avtokarın açarını təhvil verməsini bildirir. Lakin həmin avtokara cavabdeh olduğunu və əgər ehtiyac varsa avtokarda özü işləyəcəyini bildirdi. Bundan sonra Asif müəllim servis sürücüsünün telefonuna zəng vuraraq onunla danışmış və demişdir ki, “açarı təhvil ver, özün də hara gedirsənsə get, səninlə işimiz yoxdur.” xx.xx.2020-ci il tarixdə direktor müavini X1 öz kabinetinə dəvət edərək açarı istəmiş və demişdir ki, “öz xahişinlə ərizə yaz, işdən çıx, bunu etməsən səni maddə ilə işdən çıxaracağıq.” Bundan sonra açarı ona vermişdir. İşə qəbul edilən vaxt ona bildirilmişdir ki, avtokara cavabdehdir, həmin açarı kiməsə versə və kimsə onu işlətsə, onun əmək haqqından cərimə tutulacaqdır. Lakin X4 açarı təkidlə tələb etdiyi üçün açarı ona vermək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixli nömrəsiz əmrə əsasən cavabdeh AR CM-nin 70-ci maddəsinin «c» bəndinə əsasən (əmək intizamını 6 ay ərzində təkrar pozma, AR CM-nin 72-ci maddəsinin «ə» bəndində nəzərdə tutulan əsaslarla) onunla bağlanan əmək müqaviləsini ləğv etmişdir. Bundan başqa işdən çıxarılan xx.xx.2020-ci il tarixdə bülletendə və icazəli olmuşdur. Lakin cavabdeh təşkilat bütün bu halları araşdırmadan,ondan izahat belə almadan qanunsuz olaraq işdən kənarlaşdırmışdır. İşdən çıxarılmasını qanuniləşdirmək üçün cavabdeh təşkilatın bir neçə işçisi 0112 saylı xx.xx.2020-ci il tarixli akt tərtib etmiş və həmin aktda göstərmişlər ki,o, işdən gedərkən istifadəsinə verilmiş avtokarın açarını verməkdən imtina etmişdir. İşlədiyi 6 ay ərzində əlavə iş saatlarına cəlb edilmiş, lakin həmin saatların əmək haqqısı ona ödənilməmişdir, yalnız hətta icazəli olduğu saata görə əmək haqqından 1 saatın da pulu tutulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, cavabdeh tərəfindən əmək vəzifələri üzrə yol verdiyi ciddi nöqsanlara görə iki dəfə ona töhmət verilmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Odur ki, iddia tələbi əsassız olub rədd edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, Cavabdeh-nin xx.xx.2020-ci il tarixli, 35/K saylı əmri ilə MMC-nin avtokar sürücüsü vəzifəsində çalışan İddiaçı şirkətdaxili nizam-intizam qaydalarını xx.xx.2020-ci il tarixində pozmuş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən ona töhmət elan edilmişdir. Cavabdeh-nin xx.xx.2020-ci il tarixli, 44/K saylı əmri ilə MMCnin avtokar sürücüsü vəzifəsində çalışan İddiaçı şirkətdaxili nizam-intizam qaydalarını xx.xx.2020-ci il tarixində pozmuş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Cavabdeh-nin xx.xx.2020-ci il tarixli, 46/K saylı əmri ilə cəmiyyətin avtokar sürücüsü İddiaçı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə" bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (xx.xx.2020-ci il tarixli 44/K nömrəli əmr) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edildir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək, işə bərpa olunması və məcburi iş buraxmaya görə hesablanılmış əmək haqqının tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən,əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, hazırda iddiaçı müvafiq əmrin qanunsuzluğuna istinad edib onun ləğv edilməsini iddia etsə də, məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı Cavabdeh-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının verilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1375/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1375/2021
16.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver