Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-138/2020 23.01.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Mənzil Tikinti Kooperativinə q̇arşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılmasıtələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Mənzil Tikinti Kooperativinə q̇arşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativindən "İddiaçı" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 43/15 saylı kredit müqaviləsinə əsasən 78654.90 manat əsas, 4011,92 manat faiz, cəmi 82666,82 manat pul, iddia ərizəsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat ödənişin tutulmasını, ipoteka predmeti olan Cavabdeh1 məxsus, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsini, tutmanın Cavabdeh1 məxsus, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzilinə yönəldilməsini, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılmasını və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsini, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 sayl mənzilə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh3, ipoteka qoyan Cavabdeh1 oğlu və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "İddiaçı" ASC xx xxxxxx 2020-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativindən "İddiaçı" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 43/15 saylı kredit müqaviləsinə əsasən 78654.90 manat əsas, 8529.31 manat faiz, cəmi 87184.21 manat pul, iddia ərizəsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat ödənişin tutulmasını, ipoteka predmeti olan Cavabdeh1 məxsus, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsini, tutmanın Cavabdeh1 məxsus, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzilinə yönəldilməsini, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılmasını və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsini, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh3, ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin son təqdim edilən maliyyə arayışına uyğun olaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bankdan kredit götürdüyünü və kreditin təminatı olaraq mənzilini ipotekaya qoyduğunu etiraf etmiş, maddi imkanının olmaması səbəbindən krediti ödəmədiyini bildirmiş, iddia həcminin artırılmasını və yekun qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında 120 ay müddətinə, illik 10 % olmaqla 89572.00 manat kreditin verilməsinə dair xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. xx xxxxxx 2015-ci il tarixli ödəniş qrafikinə əsasən Cavabdeh1 89572.00 manat pulu və 52,472.14 manat faiz məbləğini xx.xx.2025-ci il tarixədək aylıq 1183,70 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "İddiaçı" ASC, Cavabdeh1 və Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsinə əsasən kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. "İddiaçı" ASC və "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsinə əsasən kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzil Cavabdeh1 tam mülkiyyətindədir və mülkiyyət hüququ xx.xx.2018ci il tarixdən qeydiyyata alınmışdır. RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzil xx.xx.2015-ci il tarixli, 43/15 saylı kredit müqaviləsinə əsasən "İddiaçı" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "İddiaçı" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmış xx xxxxxx 2018-ci il tarixli 43/15 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən bazar qiyməti 102.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 190, M5 ünvanında yerləşən 3 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 səlahiyyətli orqanlara ünvanladığı ərizədən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzilin ipotekaya qoyulmasına və ya ödəniş olmadıqda satılmasına etiraz etmədiyini bildirmiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka saxlayan və ya müvəkkil olan orqan tərəfindən iddia qaldırıldığı halda mənzili könülü boşaltmağı və mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, gələcəkdə həmin mənzilə dair heç bir məhkəmə mübahisəsi qaldırmayacağını bildirmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixə banka olan əsas borcu 78654.90 manat, faiz borcu 4011,92 manat, cəmi borcu 82666,82 manat təşkil edir. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixə banka olan əsas borcu 78654.90 manat, faiz borcu 8529,31 manat, cəmi borcu 87184,21 manat təşkil edir. "İddiaçı" ASC xx xxx 2019-cu il tarixdə ərizə ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət etmişdir və həmin bildiriş ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində qeydə alınmışdır. “xxxx” MMC-nin qiymətləndirməyə dair hesabat rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzilin bazar dəyəri 102.000 manat, likvid dəyəri 93.000 manat məbləğində müəyyənləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə məhkəmə dəftərxanası vasitəsilə daxil olmuş “xxxx” MMC-nin rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzilin real bazar qiyməti 90.000 manat təşkil edir. xx.xx.2019-cu il tarixdə məhkəmə dəftərxanası vasitəsilə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, Cavabdeh1 xx.xx.2019-cu il tarixə iddiaçı "İddiaçı" ASC-yə olan borcu əsas borc üzrə 79087,32 manat, faiz borcu üzrə 3230,86 manat, cəmi 82318.18 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişdirlər. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir.Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativindən kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımınca icra etmədiyinə görə banka ödənilməmiş 78654.90 manat əsas, 8.529,31 manat faiz, cəmi 87.184,21 manat borc müştərək qaydada tutularaq “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzilə yönəldilməli, ipoteka predmeti açıq hərrac vasitəsi ilə satılaraq, ondan əldə olunan pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, daşınmaz əmlakın ilkin satış qiyməti 102000 manat müəyyən edilməli, tutma satışdan əldə olunmuş pula yönəldilməli, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 190, M5 ünvanında yerləşən 3 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda Cavabdeh3 və Cavabdeh1 həmin mənzildən çıxarılmalı və mənzil ən geci bir ay ərzində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Belə ki, məhkəmə hesab edir ki, borclu və zaminlər öhdəliklərini lazimi qaydada icra etməmişdirlər. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzilin real bazar qiyməti “xxxx” MMC-nin qiymətləndirməyə dair hesabat rəyinə əsasən 102000 manat dəyərində, “xxxx” MMC-nin rəyinə əsasən 90.000 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə mənzilin real bazar dəyərinin “xxxx” MMC-nin qiymətləndirməyə dair hesabat rəyinə əsasən, yəni 102.000 manat dəyərində qiymətləndirilməsini əsaslı hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh3 tutma ipoteka predmetinə yönəldikdə mənzildən çıxmasına dair öhdəlik götürdüyündən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mənzildən çıxarılmalıdırlar. İddia ailə üzvlərinin mənzildən çıxarılmasına münasibətdə qeyri-müəyyən və əsassız olduğundan həmin hissədə rədd edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli 43/15 saylı kredit müqaviləsinə əsasən 78.654,90 manat əsas, 8.529,31 manat faiz, cəmi 87.184,21 manat pul, iddia ərizəsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh4 Mənzil Tikinti Kooperativindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 190, M5 ünvanında yerləşən 3 saylı mənzilin ilkin satış qiyməti 102.000 manat müəyyən edilsin. Tutma Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 190, M5 ünvanında yerləşən 3 saylı mənzilə yönəldilsin, ipoteka predmeti açıq hərrac vasitəsi ilə satılaraq, ondan əldə olunan pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 190, M5 ünvanında yerləşən 3 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda Cavabdeh3 və Cavabdeh1 həmin mənzildən çıxarılsınlar və mənzil ən geci bir ay ərzində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatının dəyəri 145 manat cavabdehlər Cavabdeh1, Cavabdeh4 Mənzil Tikinti Kooperativindən və Cavabdeh2 müştərək qaydada tutularaq VÖEN **********, m/h: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-138/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-138/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver