Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-139/2023 13.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyəti cəlb edilməklə təmir xərcinin və ödənilməmiş kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı təmir xərcinin, ləvğ olunan balkonların dəyərinin və ödənilməmiş kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 84,92 kv.m və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı, 84,92 kv.m olan mənzillərin təmiri üçün hər birinə 19.000 manat, cəmi 38.000 manat ləğv olunan balkonların hər birinin dəyərini təşkil edən 2.700 manat, cəmi 5400 manat ödənilməyən 4500 manat (sentyabr, oktyabr, noyabr, dekabr,fevral, mart və aprel ayları üzrə) kirayə haqqı, cəmi 47.900 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 234 manat dövlət rüsumunun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, ev 28 mənzil 3-də yerləşən mənzil dörd il öncə pilot lahiyənin icrası ilə bağlı «X6» MMC ilə aralarında bağlanılmış 07 fevral 2018-ci il tarixli müqaviləyə əsasən sökülmüş, yeni inşa ediləcək binanın 2-ci girişin 6-cı mərtəbəsində, tam təmirli 3 (üç) otaqlı, 84.92 kv.m və tam təmirli 2-ci giriş, 10-cu mərtəbə, 3 (üç) otaqlı, 84,92 kv.m olan mənzilləri onun mülkiyyətinə verilməsi barədə aralarında razılıq əldə edilmişdir. O, cümlədən həmin mənzillər ona təhvil verilənədək hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı verilməsi barədə tikinti şirkəti öhdəlik götürmüşdür. 07 fevral 2018-ci il tarixli müqavilə imzalanan zaman veriləcək 3 otaqlı mənzillərin eskiz lahiyəsinin surətini tikinti şirkətinin nümayəndəsi Orxan Əliyev ona təqdim etmiş, yeni mənzillərdə iki balkon olduğu əks olunmuşdur. Mənzillərlə bağlı razılaşma əldə olunduğu üçün onunla birgə ailə üzvləri də evinin sökülməsinə notariat qaydada razılıq vermişdir. Hazırda isə ona veriləcək mənzillərin balkonlarının biri (açıq balkon, sahəsi 5 kv.m Amaqla, cəmi 10.kv.m) onun və ailə üzvlərinin razılığı olmadan, satışa çıxarılaraq başqa mənzillə birləşdirilmişdir. Belə çıxır ki, tikinti şirkətinin səlahiyyətli nümayəndəsi onu aldadaraq, vəzifəsindən sui-istifadə edərək özbaşınalıq etmişdir. Bu məsələ ilə bağlı tikinti şirkətinə dəfələrlə müraciət etsə də, müraciətlərinin heç bir nəticəsi olmamış, şikayətləri öz müsbət həllini tapmamışdır. Göstərilənlərə əlavə olaraq bildirir ki, təmir ediləcək iki 3 otaqlı (2 saylı binada yerləşən) mənzillərə baxış keçirtdikdən sonra müəyyən etmişdir ki, aralarında bağlanmış müqavilə öhdəliklərə tikinti şirkəti tərəfindən əməl olunmur, çox ucuz və keyfiyyətsiz tikinti materiallardan istifadə edilir. Tikinti şirkəti təmirdə istifadə etdiyi materialları qeyri-qanuni yollarla qara bazardan ucuz alıb mənzilin təmirində istifadə edirlər. Bu məsələ ilə bağlı dəfələrlə adlarını yuxarıda qeyd etdiyi tikinti şirkətinə vaxınlaşıb, xahiş etmişdir ki, təmirdə istifadə olunan materialları onun iştirakı ilə alsınlar. Yaxud həmin materiallara veriləcək pulu ona versinlər. O da, həmin pula əlavə edib, təmiri daha keyfiyyətli aparsın. Amma cavabdeh şəxs tərəfindən bu xahişi yerinə yetirilməmiş, əksinə olaraq, kobudluqla üzləşmişdir. Tikinti şirkətlərinə etdiyi müraciətlər həllini tapmadığı üçün pilot lahiyə ilə bağlı cavabdeh "X6" MMC-nə Sərəncam vermiş Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərova, sonradan isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərinə də dəfələrlə müraciət etmişdir. Bu səbəblərdən məcbur olmuşdur ki, evlərin təmiri zamanı istifadə edilən materialları (giriş qapı, otaq qapıları, oboy, laminat, plindus, hamam aksesuarları, döşəmə altı atma, dikt, alçipan və s) özü alıb yenidən təmir etsin. ünvan 1 ünvanında yerləşən 2-ci giriş, 6-cı mərtəbə 3 (üç) otaqlı, 84,92 kv.m və 2-ci giriş, 10-cu mərtəbə, 3 (üç) otaqlı, 84,92 kv.m olan mənzillərin normal şəkildə tam olaraq təmir olunması üçün isə hər birinə 19.000 manat, cəmi 38.000 (otuz səkkiz min) vəsait lazımdır. Bundan əlavə ləğv olunan balkonların hər birinə görə 2700 manat cəmi 5.400 manat, müqavilə nəzərdə tutulan lakin ödənilməyən kirayə haqqı isə 4400 manat təşkil edir. Çünki sonuncu dəfə kirayə haqqına görə ona ödəniş 25 avqust 2021-ci il tarixdə aparılmışdır. Yəni sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart və aprel ayları üçün ödəmələr aparılmamışdır. 07 fevral 2018-ci il tarixli Müqavilənin 2.1.2ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 3 otaqlı mənzil üçün aylıq 550 manat kirayə haqqını tələb etmək iddiaçının hüququ kimi müəyyən edilmişdir. Müqavilənin 2.2.3-cü və 2.2.5-ci bəndlərinə əsasən müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin 1 (bir) dəfə hər ayın 1-də iddiaçıya ödənilməsini təmin etmək və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya mənzili təmir edib təhvil vermək cavabdehin vəzifəsi kimi müəyyən edilmişdir. Hesabdan çıxarışdan da göründüyü kimi, cavabdeh tərəfindən kirayə haqqına görə 550 manat sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ona ödənilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra 30 avqust 2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 AZEMİS vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 (üç) otaqlı, 84,92 kv.m və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı, 84,92 kv.m olan mənzillərin təmiri üçün hər birinə 20.000 (iyirmi) min manat, cəmi 40.000 (qırx min) min manat, ödənilməyən 4.500 (sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart və aprel ayları üzrə) manat kirayə haqqının, cəmi 44.500 (qırx dörd min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 234 (iki yüz otuz dörd) manatın “X6” MMC-dən tutularaq iddiaçının, yəni İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddia tələblərinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, baxış iclasının təxirə salınmasını xahiş etsə də, üzrlü səbəbini əsaslandıran hər hansı bir sübutunu ərizəsinə əlavə etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, ev 28. mənzil 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2017 tarixdə X3 verilmiş **********01- 05101-093005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Mülkiyyətçiyə paylı mülkiyyət hüququ üzrə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirirək, bu binada iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, y/s - 37.5 kv.m, k/s - 24.8 kv.m. (faktiki 127.0 kv.m.) mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 33.73% əlavə etməklə tam təmirli, 2-ci giriş, 6-cı mərtəbədə, 3 (üç) otaqlı, 84.92 kv.m. və tam təmirli mənzili, 2-ci giriş, 10-cu mərtəbədə, 3 (üç) otaqlı, 84.92 kv.m. və tam təmirli mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün cavabdehə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 550.00 manat kirayə haqqını tələb etmək iddiaçının hüququ kimi müəyyən edilmişdir. Müqavilənin 2.2.3-cü və 2.2.5-ci bəndlərinə əsasən müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin 1 (bir) dəfə hər ayın 1-də iddiaçıya ödənilməsini təmin etmək və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya mənzili təmir edib təhvil vermək cavabdehin vəzifəsi kimi müəyyən edilmişdir. İş materiallarında olan “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021 -ci il tarixli 21-LBC/2021 saylı Qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildən gürülən təmir işlərinə sərf olunan vəsaitin miqdari 7100 AZN təşkil edir. Mənzilin normal şəkildə tam olaraq təmir olunması üçün lazım olan vəsaitin ümumi dəyəri 19 000 manat təşkil edir. Mənzilin təmirsiz halda orta bazar dəyəri 147 000 manat, normal şəkildə tam təmirli vəziyyətdə orta bazar dəyəri isə 166 000 manat təşkil edir. İş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən kirayə haqqına görə 550 manat sonuncu dəfə xx.xx.2021-ci il tarixdə iddiaçıya ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6622 saylı rəyin nəticə hissəsindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilen çoxmərtəbəli yaşayış binasının 2-ci girişin, 6-cı və 10-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzillərin faktiki ümumi sahəsinin (azaltma əmsalları tətbiq olunmadan) hər bir mənzil üzrə 82,0 kv.metr olduğu müəyyən edilir. Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişin, 6-cı və 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzillərin eskiz layihəsində balkonlar nəzərdə tutulduğu və həmin balkonların ayrılıqda mənzillər üzrə sahəsi neçə 5,27 kv.metr olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, həmin sahələrin real bazar qiymətinin müəyyən edilməsi üçün metodika olmadığından qoyulmuş sualın 3-cü hissəsi üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişin, 6-cı və 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzillərin faktiki olaraq təmirli vəziyyətdə olduğu, lakin təmirdə qüsurlar mövcud olduğu, belə ki, mənzillərin döşəməsinə vurulmuş laminat təbəqənin bəzi yerlərdə əyilməsi, divarlara vurulmuş divar kağızlarının qabarması, mənzillərin giriş qapılarının kənarlarına vurulmuş şpaklyovka qatının hamarlanmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, bu işlərin yenidən görülməsi üçün tələb olunan vəsaitin dəyəri, həmin işlərin yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək əlavə işlərin (söküntü, gücləndirmə və s.) və alına biləcək əlavə materialların həcmi dəqiqləşdirildikdən sonra müəyyən oluna bilər. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 135/KS/23 saylı Qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli binanın 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 (üç) otaqlı və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzillərin ümumi sahəsi ayrı-ayrılıqda 81,40 kv.metr təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli binanın 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 (üç) otaqlı və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzillərə dair iş materiallarından görünür ki, hər bir mənzil üçün iki balkonun tikintisi nəzərdə tutulsa da, faktiki olaraq mənzillərdə bir balkon vardır. Aparılmış bir çox araşdırmalar nəticəsində məlum olmuşdurki, bir çox tikinti şirkətləri inşa etdikləri binada mənzil satışını həyata keçirərkən balkonun bir kvadrat metrinin dəyəri adətən satılan mənzilin bir kvadrat metrinin dəyərinin üçdə biri müqabilində hesablanır. Eyni zamanda AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının №7 saylı 04 dekabr 2012-ci il tarixli qərarının 3.8-ci bəndində qeyd olunur ki, mənzilin ümumi sahəsi hesablanarkən balkon və terasların sahələri 0,3 azaltma əmsalına vurulmaqla hesablanır. Bunlara əsasən 5,27 kv.metr balkonun ümumi dəyəri hər bir mənzil üçün orta hesabla 2700 (iki min yeddi yüz) AZN təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli binanın 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 (üç) otaqlı və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzillərdə görülən təmir işlərinə sərf olunan vəsaitin miqdarı hər bir mənzil üçün ayrı-ayrılıqda 7100 (yeddi min bir yüz) AZN təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli binanın 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 (üç) otaqlı və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzillərin normal şəkildə tam olaraq təmir olunması üçün lazım olan vəsaitin ümumi dəyəri hər bir mənzil üçün ayrı-qyrılıqda 20 000 (iyirmi min) AZN təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2279-9/2470 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binalarında təmirsiz mənzillərin 1 kv.m-nin bazar qiymətinin təqribən 1800 manat məbləğində olduğunu nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 (üç) otaqlı, 84,92 kv.m və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzillərin ümumi sahəsində əks olunmayan 2,92 kv.m sahənin real bazar qiymətinin təqribən 5300 manat olduğu müəyyən edilir. Tədqiqatın nəticəsi üzrə 2-ci suala cavab olaraq bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 (üç) otaqlı, 84,92 kv.m və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzillərin eskiz layihəsində nəzərdə tutulan lakin faktiki olaraq mövcud olmayan balkonların (hər biri ayrılıqda 5.27 kv.m) real bazar qiymətinin müəyyən edilməsi üçün metodika olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. Tədqiqatın nəticəsi üzrə 3-cü suala cavab olaraq bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişin, 6-cı və 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzillərin faktiki olaraq təmirli vəziyyətdə olduğu, lakin təmirdə qüsurlar mövcud olduğu, belə ki, mənzillərin döşəməsinə vurulmuş laminat təbəqənin bəzi yerlərdə əyilməsi, divarlara vurulmuş divar kağızlarının qabarması, mənzillərin giriş qapılarının kənarlarına vurulmuş şpaklyovka qatının hamarlanmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, bu işlərin yenidən görülməsi üçün tələb olunan vəsaitin dəyəri, həmin işlərin yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək əlavə işlərin (söküntü, gücləndirmə və s.) və alına biləcək əlavə materialların həcmi dəqiqləşdirildikdən sonra müəyyən oluna bilər. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6911 saylı ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Feyzullayev Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtbəsində yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 84,92 kv.m mənzildə mövcud olan qüsurların bərpası üçün aparılmalı təmiri tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 17499,0 manat və həmin girişin 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzildə mövcud olan qüsurların bərpası üçün aparılmalı təmiri tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 15910,0 manat məbləğində olduğu müəyyən edilir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, ev 28, mənzil 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan X3 məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirirək, bu binada iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, y/s - 13.5 kv.m, k/s - 11.2 kv.m. (faktiki 58.0 kv.m.) mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 46.41% əlavə etməklə tam təmirli, 2-ci giriş, 13-cü mərtəbədə, 3 (üç) otaqlı, 84.92 kv.m. mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün cavabdehə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Eyni zamanda cavabdeh müqavilənin 2.2.3-cü və 2.2.5-ci bəndlərinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 3 otaqlı mənzil üçün aylıq 550.00 manat kirayə haqqını iddiaçıya ödənilməyi və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 386.3-ci maddəsinə əsasən danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə mənzillərin təmiri ilə bağlı iddia tələbinə münasibətdə bildirir ki, iddiaçı həmin əsasa görə cavabdehdən hər mənzilə 20000 manat olmaqla cəmi 40.000 manat tələb etdiyindən mübahisənin obyektiv həll edilməsi ilə bağlı çəkilməli təmir xərcinin məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6911 saylı ekspert rəyi ilə mənzildə mövcud olan qüsurların tam təmiri üçün görülməli işlərin ümumi dəyəri təqribən 17499,0 manat və 15910,0 manat olmaqla ümumilikdə iki mənzil üzrə cəmi 33.409 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6911 saylı ekspert rəyi ilə razılaşaraq hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, mötəbər sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən olunmuş 33.409 manat məbləğində təmir xərci cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə ödənilməmiş 4500 manat məbləğində kirayə haqqına münasibətdə hesab edir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, müqavilənin 2.2.3-cü bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 550.00 manat kirayə haqqını 1 (bir) dəfə hər ayın 1-də iddiaçıya ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin bağlandığı tarixdən 4 ildən artıq müddət keçməsinə baxmayaraq 24 ay müddətində təhvil verilməli olan mənzil iddiaçıya vaxtında təhvil verilməmişdir. Eyni zamanda iş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən kirayə haqqına görə 550 manat sonuncu dəfə xx.xx.2021-ci il tarixdə iddiaçıya ödənilmiş, cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda ödənilməmiş aylar üzrə (sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart və aprel ayları üzrə) 550x8=4400 manat məbləğində kirayə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 (üç) otaqlı, 84,92 kv.m və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı, 84,92 kv.m olan mənzillərin təmiri üçün 33409 manat, ödənilməyən 4400 (sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart və aprel ayları üzrə) manat kirayə haqqı olmaqla, cəmi 37809 (otuz yeddi min səkkiz yüz doqquz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 234 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 203 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu qalan 31 manat hissədə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat məbləğində pul 50 (əlli) manat hissədə iddiaçıdan, 200 (iki yüz) manat hissədə cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzilin təmiri üçün 17499 manat və həmin yaşayış binasının 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzilin təmiri üçün 15910 manat olmaqla, cəmi 33409 (otuz üç min dörd yüz doqquz) manat, ödənilməyən 4400 (sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart və aprel ayları üzrə) manat kirayə haqqı, cəmi 37809 (otuz yeddi min səkkiz yüz doqquz) manat və ödənilmiş 234 (iki yüz otuz dörd) manat dövlət rüsumunun 203 (iki yüz üç) manat hissəsi məbləğində pul cavabdeh “AVRASİYA CONSTRUCTİON LTD" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat məbləğində xərcdən 200 (iki yüz) manat cavabdeh “AVRASİYA CONSTRUCTİON LTD" Məhdud Məsuliyyətli Cəmiyyətindən, 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan 31 (otuz bir) manat hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-139/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-139/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver