Məhkəmə qərarları › İş №2(004)-1391/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1391/2023

07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1391/2023 07.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Baş X1, Baş Prokurorun birinci müavini X2 və Yasamal Rayon Məhkəməsinin sədri X6 qarşı “hüquqi faktının müəyyən olunması” tələbinə dair xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Baş X1, Baş Prokurorun birinci müavini X2 və Yasamal Rayon Məhkəməsinin sədri X6 qarşı “hüquqi faktının müəyyən olunması” tələbinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun (1991-ci ilin sentyabr ayından 12 may 1994-cü il tarixədək, yəni atəşkəs elan edilənədək) Azərbaycan Respublikası Baş Prokurorunun onun AR CPM-nin 449.3.1-ci maddəsi mənasında, cinayət haqqında ərizəsinin qəbul edilməsindən imtina edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəçi tərəfindən irəli sürülmüş tələbə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmayıb və bu səbəbdən həmin ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Həmin məcəllənin 153.3-cü madəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə izah edir ki, ərizəçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati orqana, bundan imtina olunarsa, bu halda həmin orqanın hərəkət və hərəkətsizliyindən müvafiq olaraq inzibati məhkəməyə şikayət verə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən Cinayət Prosessual Məcəlləsinin müddəalarına müvafiq olaraq məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənləri və AR MPM-in 153-cü maddəni rəhdər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Baş X1, Baş Prokurorun birinci müavini X2 və Yasamal Rayon Məhkəməsinin sədri X6 qarşı “hüquqi faktının müəyyən olunması” tələbinə dair dair xüsusi icraat qaydasında verdiyi ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar