Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1398/2022 30.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Bank VTB (Azərbaycan)” ASC cəlb edilməklə cavabdeh Melissa Park Cavabdeh MTK-ya qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Bank VTB (Azərbaycan)” ASC cəlb edilməklə cavabdeh Melissa Park Cavabdeh MTK-ya qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subsidiar öhdəlik üzrə “Bank VTB (Azərbaycan)” ASC-yə ödədiyi 26000 manat və 17000 manat ilkin ödəniş olmaqla, cəmi 43000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdeh “Melissa Park FEBA” MMF-nin mənzili və pulu qeyri-qanuni mənimsədiyinə görə, etdiyi ilkin ödənişdən qalıq 7.000 manat və subsidiar 18.000 manat ödənişləri, yeddi il yarım ona və ailəsinə dəyən maddi ziyanın qarşılığı olaraq Bakı şəhəri Zərdabi pr-də 54 kv.m. mənimsənilmiş mənzilin 2022-ci ilə qiymət fərqi olaraq 70.000 manat, 2015-ci ildən kirayə haqqı kimi 29.400 manat, professional peşə fəaliyyətində dəyən maddi ziyanın təlafısi kimi 20.000 manat, yeddi ildir ödədiyi zəncirvari borclara üçün 44.000 manat olmaqla, cəmi 188.400 manat maddi ziyanın, 221 manat və 440 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 01.26. 2015-cı il tarixli, 214 saylı müqaviləyə əsasən X1 Kompleksində, Yasamal rayonu, Zərdabi pr. ünvanında tikilən 16 mərtəbəli A yaşayış binasının, 2-ci blokunda 05 mərtəbəsində 4 saylı mənzilə görə, Melissa Park Cavabdeh MMF-yə 17.000 manat ilkin ödəniş etmişdir. X2 Cavabdeh MMF-nin verdiyi məlumata əsasən maliyyə imkanları evin ’’katlavandan” “özəydən” başlayaraq imkan vermədi. Bu səbəbdən bir müddət sonra tikinti şirkətinin sövdələşmədə olduğu VTB Bank Azərbaycana onu, Melissa Park CavabdehMMF-yə maliyyə dəstəyi- kredit almaq üçün yönəltdilər. X3 CavabdehMMF-in sifarişçisi kimi kredit açıldı və əlbə-əl pul verilmədən həmin Cavabdeh MMF-ya tikintiyə çatmayan məbləğ kimi yönəldi. Kredit Müqaviləsi, Melissa Park CavabdehMMF-yə onun üçün nəzərdə tutulan evin tikintisinə çatmayan 50.500 manat ekvivalentində dollarla verildi. Halbuki, CavabdehMMF-yə kreditin dollarla verilməsinə qəti etiraz bildirmişdir. Buna baxmayaraq banka ödənişlərini edirdi. “Bank VTB Azərbaycan” a 26000 manat pul ödəmişdir. 2015-ci ildə Melissa Park CavabdehMMF-ə daxili kreditlə sifariş etdiyi, 17.000 pul ödədiyi, on il üçün nəzərdə tutulan və hər ayı üçün 550-580 manat civarında ödənişləri, Melissa Park "FEBA”MMF tərəfindən “VTB Bank”a yönəldikdən sonra 1000-1500 manata çatdı. Melissa Park CavabdehMMF ilə 2015-ci il yanvarın 26, Müqavilə nömrəsi 214 olan müqaviləyə əsasən. Tikilib və təhvil veriləcək mənzilin qiyməti 67500 manat kimi qiymətləndirilib (evin) və on ilə kimi daxili kreditlə Melissa Park CavabdehMMF (sifarişçi olduğu CavabdehMMF icraçı olduğu) tərəfindən verilib. Evin ümumən 70% qədər pul məbləğini bir-iki il civarında ödədi. Buna baxmayaraq ona nə evi nə də ödədiyi pul məbləğini təhvil verilmədi. 43 min manat ödəniş etmişdir. Qeyd edilən bu evdən başqa yaşamağa yeri olmadığına baxmayaraq, AR Konstitusiya ilə yaşamaq və mənzil huququm kobud pozulub, evin açarları belə təqdim edilməyib, ev qalıq borca görə başqasına satılıb. Zərdabi prospekti və yaxın ərazilərdə 2022-ci il üçün həmin kv.m olan (54 kv.m) mənzillər 130.000 - 160.000 manat qiymətləndirilir. Deməli, cavabdeh Melissa Park FEBA onun və ailəsinin yeganə yaşayış yeri olan mənzili satıb, qeyri qanuni olaraq pulları qaytarmayıb, özünə həmin mənzildən 70.000 manat fayda əldə edib. O və ailəsi bu pulları cavabdehə borc kimi verməmişdir. Əllərində olan axırıncı pulları cavabdehə vermişdi ki, mənzil sahibi olsun. İndi, ya mənzili ya da, həmin mənzilin bazar qiymətində olan məbləğini qaytarsınlar. Cavabdehə sifariş etdiyi evdən başqa evi yoxdur, yeganə evdən cavabdehin qeyri-qanuni hərəkətlərinə görə məhrum olmuşdur. Yeddi il yarimdir ki, adında heç bir əmlak yoxdur. Yeddi il yarımdır, Yasamal rayon ərazisinə yaxın, ailəsi ilə ayı 350 manata (3 otaqlı- 55 kv.m.) mənzil kirayə edir. Yasamal və yaxın ərazilərdə kirayə evlərin qiymətləri barədə qoşma əlavə edilib. Yeddi il yarım ərzində kirayə haqqı 29.400 manat pul ödəmişdir. Cavabdehin maliyyə cəhətdən həyatlarında yaratdığı xaos səbəbi ilə iş karyerası ilə layiqincə məşğul ola bilməmişdir. Cavabdehin pullarını qeyri qanuni mənimsəməsi səbəbi ilə, yeddi il yanırıdır ki, ali təhsilli hüquqşünas ağır maddi və mənəvi çətinliklərlə üzləşir. Peşədə layiqli məqama ucala bilməmişdir. İxtisaslı kadr kimi, hər ay qazanacağı yüksək məbləğdə məvacibdən məhrum edilmişdir. Professional karyerasına dəyən maddi ziyan kimi, hər ayı ən azı 500 manat, yeddi il üçün 42.000 manat ziyan dəyib. Akademik varlıgı üçün mənəvi sabitlik zəruridir. Çünki, başı və əlləri ilə işləyir. Cavabdehin ailənin pullarını mənimsəyib, həm də evdən məhrum etməsi səbəbi ilə, bu illər ərzində anası da onunla bərabər maddi və mənəvi sıxıntılara məruz qalıb. Anası ziyalı qadındır. Ali savadlı jurnalistdir. Publisistdir. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında jurnalist-redaktor vəzifəsini şərəflə daşıyıb. Anası jurnalistika sahəsində də, peşəkar fəaliyyətini davam etdirməkdə maddi çətinliklərlə üzləşib. Yüksək qonorarlardan məhrum qalıb. Yeddi ildən çoxdur kirayələrdə əziyyət çəkdiyi üçün anasına jurnalist-publisist kimi dəyən maddi ziyan da külli miqdardadir. Cavabdeh onun və ailəsinin etibarından sui-istifadə edib. Banklar da daxil olmaqla borca və faizə pul götürmüşdür. Ödənişləri etmiş və küllü miqdarda ziyana düşmüşdür. Bank və ayrı-ayri şəxslərdən aldığı borçlar üçün ziyanın həcmi 46.000 manat təşkil edir. Bu qədər borcu ödəməkdən, cari İşlərini görə bilməmişdir. Cavabdehin onu və ailəsini qərq etdiyi bu maddi gərginlik hər birinə təsirsiz keçməyib. Yeddi il yarımdır mənzilsiz və pulsuz qaldıqları üçün, mənəvi sarsıntılar keçirmiş və maddi məhrumiyyətlərlə üzləşmişlər. Nə o, nə də anası keyfiyyətli tibbi müayinələrdən keçə bilməmişdir. Onun və anasının hər birinin səhhətinə ayrılıqda 10.000 manat, ümumi 20.000 manat maddi ziyan dəyib. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, məhkəməyəverdiyi izahatında göstərmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə əsasən Cavabdeh MTK 10000 manat məbləğində pulu barışıq sazişinin imzalandığı gün İddiaçı nağd şəkildə ödəməyi, İddiaçı isə barışıq sazişi imzalandıqdan dərhal sonra mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsi və həmin əsasla iş üzrə icraata xitam verilməsi haqqında müvafiq ərizəni və barışıq sazişini Yasamal rayon məhkəməsinə təqdim etməyi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 214 nömrəli alqı-satqı və ipoteka müqaviləsi və həmin müqavilə əsasında satılmış Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında tikilmiş 16 mərtəbəli A yaşayış binasının, 2-ci blok, 5-ci mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, ümumi sahəsi 54 kv.m olan 4 № li mənzillə bağlı bir daha Cavabdeh MTK-ya qarşı heç bir iddia qaldırmamağı öhdəsinə götürmüşdür. Odur ki, tərəflər arasında bağlanmış sazişin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı etiraz etmiş, cavabdehin onun ağır maddi vəziyyətindən istifadə edərək, şərtlə imzalatdırdığı barışıq sazişinin nəzərə alınmamasını və verilmiş pul məbləğinin iddia tələbindən çıxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında tikilmiş 16 mərtəbəli A yaşayış binasının, 2-ci blok, 5-ci mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, ümumi sahəsi 54 kv.m olan 4 saylı mənzil xx.xx.2015-ci il tarixli 214 nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında İddiaçı satılmışdır. "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri 67500 manat təşkil edir, iddiaçı tərəfindən 17000 manat ilkin ödəniş edilmiş, 50500 manat borcu qalmışdır. İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-dən 64380 ABŞ dolları məbləğində kredit götürmüş və ödəniş edilmişdir. Cavabdeh MTK tərəfindən mənzil geri qaytarılmış və iddiaçıya xx.xx.2016-cı il tarixli ********* nömrəli məxaric qəbzinə əsasən 3500 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli məxaric qəbzinə görə isə 10000 manat, əlavə olaraq 2000 manat olmaqla, cəmi 15500 manat pul qaytarılmışdır. Həmçinin cavabdeh tərəfindən etiraf olunur ki, mənzilə görə iddiaçı tərəfindən "Bank VTB (Azərbaycan)" ASC-yə cəmi 18000 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdeh “Melissa Park Cavabdeh MTK tərəfindən mənzil geri alındıqdan sonra mənzilə görə ödənilmiş ümumi 35000 manatdan cəmi 15500 manatı İddiaçı qaytarılması, 19500 manat məbləğində pulun isə qaytarılmaması iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan, qismən təmin edilməli, cavabdeh “Melissa Park Cavabdeh MTK-dan 19500 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, idddi tələbi “yeddi il yarım ona və ailəsinə dəyən maddi ziyanın qarşılığı olaraq Bakı şəhəri Zərdabi pr-də 54 kv.m. mənimsənilmiş mənzilin 2022-ci ilə qiymət fərqi olaraq 70.000 manat, 2015-ci ildən kirayə haqqı kimi 29.400 manat, professional peşə fəaliyyətində dəyən maddi ziyanın təlafısi kimi 20.000 manat, yeddi ildir ödədiyi zəncirvari borclara üçün 44.000 manatın cavabdehdən tutulması” hissələrində təmin edilməməlidir. Belə ki, iddi tələbləri həmin hissələrdə əsaslandırılmamış və bu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddia ərizəsinin verilməsinə görə 221 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 100 manatı cavabdehfən alınıb iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Melissa Park Cavabdeh MTK-dan 19500 (on doqquz min beş yüz) manat məbləğində pul və ödənilmiş 221 (iki yüz iyirmi bir) manat dövlət rüsumunun 100 (yüz) manatı tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissəyə münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1398/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1398/2022
30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver