Məhkəmə qərarları › İş №2(004)-14/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-14/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-14/2023 28.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 hüquqi varisi X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X11 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə araşdırması zamanı İddiaçı iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra xx.xx.2020-ci il tarixdə, cavabdeh X2 isə xx.xx.2020-ci il tarixdə vəfat etməsi müəyyən edildiyindən, xx.xx.2021-ci il tarixli qərardadla iddiaçılar İddiaçı və X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair mülki işdən iddiaçı X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair mülki işin icraatı ayrılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(004)-28/2022 saylı qərardadı ilə İddiaçı hüquqi varisi olaraq X4, Cavabdeh1 hüquqi varisi olaraq X5 prosesə cəlb edilmişlər. X4 mərhum İddiaçı hüquqi varisi qismində tanınmasına etiraz etdiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(004)-28/2022 saylı qərardadı ilə onun İddiaçı hüquqi varisi qismində prosesdə iştirakına xitam verilmiş və İddiaçı hüquqi varisi müəyyən edilənədək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-28/2022 saylı mülki işin icraatı dayandırılmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-14/2023 saylı qərardadı ilə dayandırma qərardadının qəbul olunmasından 6 ay müddət keçdiyindən, həmin müddət ərzində İddiaçı vərəsələri müəyyən edilmədiyindən və mirasın qəbulu imkanı itirildiyindən mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə elektron sorğu sistemi ilə alınmış məlumatdan müəyyən olunmuşdur ki, İddiaçı ölümündən sonra vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, məhkəmə iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iş üzrə İddiaçı ölümündən sonra vərəsəlik işi açılmadığından və mirasın qəbulu imkanı itirildiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.7, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində “Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar