Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1401/2024 04.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı "xxxx" MMMC-nin sədri Qanuni nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 26 nömrəli evin 5 nömrəli mənzilinin mülkiyyətçiləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 iyul 2021-ci ildən dekabr 2022-ci ilədək hər kv.metrə 0,40 manat olmaqla, hər ay 40,80 manat hesablanmaqla 734,40 manat; xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək yaşayış sahəsinin hər bir kv.metri üçün 1 manat olmaqla, ayda 51 manat hesablanmaqla 612 manat, ümumilikdə 1.346,40 manat xidmət haqqı üzrə yaranmış borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMMC-nin sədri Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirirdi ki, 01 may 2017-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 554-cü məhəllə, bina 26 "xxxx" MMMC kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş və 1117-MM4-0046 saylı çıxarış və şəhadətnamə ona təqdim edilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 26 nömrəli evin üç otaqlı 5 nömrəli mənzilinin mülkiyyətçiləri Cavabdeh1, Cavabdeh2 və X7 olmuşdur. Məktubda mənzilin ümumi sahəsi göstərilməmişdir, yalnız yaşayış sahəsi 51 kv.m qeyd edilmişdir. Cavabdeh1 Cahahangir qızı, Cavabdeh2 və Cavabdeh3 qızı iyul 2021-ci ildən yaşadıqları mənzil üçün kommunal haqlarını "xxxx" MMMC-yə ödəməkdən boyun qaçırırlar. "xxxx" MMMC üzvlərinin 17 sentyabr 2021-ci il tarixli qərarına əsasən xidmət haqqı mənzilin ümumi sahəsinin hər kv.metrinə görə 0,40 manat, çıxarışda ümumi sahə göstərilməyən yalnız yaşayış sahəsi göstərilən mənzillər üçün isə yaşayış sahəsinin hər kv.m 0,80 manat göstərilməsi qərara alınmışdır. 14 dekabr 2022-ci il tarixli "xxxx" MMMC üzvlərinin ümumi yığıncağının qərarına əsasən mənzilin hər kv.m üçün 0,50 manat, çıxarışda ümumi sahə göstərilməyən yalnız yaşayış sahəsi göstərilən mənzillər üçün isə yaşayış sahəsinin hər kv.metri üçün 1 manat göstərilməsi qərara alınmışdır. Cavabdehlərin kommunal xidmətlərə görə "xxxx" MMMC-yə iyul 2021-ci ildən dekabr 2022-ci ilə qədər hər bir kvadrat metrə görə 0,40 manat, aylıq 40,80 manat olmaqla 734,40 manat və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yaşayış sahəsinin hər bir kvadrat metrinə görə 1 manat, aylıq 51 manat olmaqla 612 manat, ümumilikdə 1346,40 manat borcları yaranmışdır. Dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən imtina edirlər. Həmçinin iddiaçı əlavə olaraq bildirdi ki, bundan əvvəl də kommunal haqlarını ödəmədiklərinə görə məhkəmə qətnaməsi çıxarılmış və qətnamə icra məmuru tərəfindən Rəşidi Suğranın əmək haqqına yönəldilməklə icra olunmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 26 nömrəli evin üç otaqlı 5 nömrəli mənzili əvvəllər anası Cavabdeh1, bacısı X5 və onun ümumi mülkiyyətində olmuşdur. Hazırda xx.xx.2024-cü il tarixli çıxarışa əsasən mənzil onun tam mülkiyyətindədir. "xxxx" MMMC-nin sədri Qanuni nümayəndə əvvəlki rəhbərlikdən narazı olduqları üçün onun təşəbbüsü ilə vəzifəyə gətirilmişdir. Qanuni nümayəndə binada hamı narazıdır. "xxxx" MMMC ilə onların arasında xidmət müqaviləsi bağlanmamışdır. Bu səbəbdən kommunal xidmət haqqını ödəməkdən imtina edirlər. "xxxx" MMMCnin sədri Qanuni nümayəndə heç bir ümumi yığıncaq keçirtməmişdir. Yığılan vəsaitin haraya xərclənməsinə dair hesabat vermir, qəbzləri təqdim etmir. Hesab edir ki, onlar yaşadıqları mənzilə görə "xxxx" MMMC-yə pul ödəməli deyil. Heç bir seçki keçirilməmiş, seçkinin keçirilməsi ilə bağlı vətəndaşlara bildiriş verilməmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh1 Misirxan qızı məhkəmə iclasında iddia tələbini qəbul etmədi və Cavabdeh2 izahatı ilə razı olduğunu bildirdi. İddianın rədd edilməsini xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmişdir. Cavabdeh X7 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 26 nömrəli evin 5 nömrəli mənzilində pay sahibi olmadığını və xx.xx.2024-cü il tarixə təyin edilmiş iclasda iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qeyri-kommersiya Qurumlarının Dövlət Reyestrindən 1117-MM4- 0046 qeydiyyat nömrəli çıxarışdan görünür ki, "xxxx" MMMC xx.xx.2017-ci il tarixdə 1117-MM4- 0046 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. MMMC-nin fəaliyyət predmeti Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 554-cü məhəllə 26 saylı binanı - daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvercilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək kimi müəyyən edilmiş, qeydiyyata alınmasının əsası kimi Cəmiyyətin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli və idarə heyətinin xx.xx.2023-cü il tarixli qərarları və digər sənədlər təşkil etmişdir. Qanuni təmsilçi Qanuni nümayəndə yenidən seçilmişdir. Dəyişikliyin qeydiyyatı xx.xx.2023-cü il tarixdə aparılmışdır. "xxxx" MMMC-nin üzvlərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarına əsasən idarə heyətinin 29 üzvü iştirak edən xx.xx.2021-cu il tarixli iclasda mənzilin çıxarışında ümumi sahəsi qeyd edilən mənzillərin aylıq xidmət haqqının hər 1 m2 üçün 0,40 manat, ümumi sahəsi qeyd edilməyən, yalnız yaşayış sahəsi qeyd edilən mənzillərin aylıq xidmət haqqının hər mənzilin yaşayış sahəsinin 1 m2 üçün 0,80 manat müəyyən edilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. Səsvermədə iştirak edənlərin sayı 27 nəfər olmuş və 27 nəfər lehinə səs vermişdir. Yasamal-11 MMMC-nin üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarına əsasən idarə heyətinin 31 üzvü iştirak edən xx.xx.2022-cu il tarixli iclasda mənzilin çıxarışında ümumi sahəsi qeyd edilən mənzillərin aylıq xidmət haqqının hər 1 m2 üçün 0,40 manat, ümumi sahəsi qeyd edilməyən, yalnız yaşayış sahəsi qeyd edilən mənzillərin aylıq xidmət haqqının hər mənzilin yaşayış sahəsinin 1 m2 üçün 1,0 manat müəyyən edilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. Səsvermədə iştirak edənlərin sayı 30 nəfər olmuş və 30 nəfər lehinə səs vermişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli **********20 yşvhzkb məktubundan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 554-cü məhəllə 26 nömrəli evin yaşayış sahəsi 51 kv.m olan üç otaqlı 5 nömrəli mənzili Yevlax 2 saylı dövlət notariat kontoru tərəfindəntəsdiq edilmiş xx.xx.2005-ci il tarixli 2V-1-42 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2005-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 və X5 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri Publik Hüquqi X1 verdiyi xx.xx.2024-cü il tarixli **********32-05301-093104 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 554-cü məhəllədəki 26 nömrəli evin ümumi sahəsi 94,20 kv.m olan 5 nömrəli mənzili (yeni qaydalarla: AZ1141, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi ev 12, M2, m2) tam mülkiyyət hüququ üzrə xx.xx.2024-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 554-cü məhəllədəki 26 nömrəli evin yaşayış sahəsi 51,0 kv.m olan üç otaqlı 5 nömrəli mənzili xx.xx.2005-ci il tarixdən Cavabdeh1, Cavabdeh2 və X5 adlarına qeydiyyatdan keçmişdir və onların ümumi birgə mülkiyyətində olmuşdur. Daha sonra xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 554-cü məhəllədəki 26 nömrəli evin ümumi sahəsi 94,20 kv.m olan 5 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Mənzilin yerləşdiyi Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 554-cü məhəllədəki 26 nömrəli yaşayış binasının (yeni qaydalarla: AZ1141, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi bina 12) idarəetməsi "xxxx" MMMC-nin səlahiyyətidir. Cavabdehlər mülkiyyətlərində olan mənzilə dair kommunal xidmətlərin ödənişindən imtina edirlər. Xidmət haqqı üzrə yaranmış borc iyul 2021-ci ildən dekabr 2022-ci ilədək hər kv.metrə 0,40 manat olmaqla, hər ay 40,80 manat hesablanmaqla 734,40 manat; xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək yaşayış sahəsinin hər bir kv.metri üçün 1 manat olmaqla, ayda 51 manat hesablanmaqla 612 manat, ümumilikdə 1.346,40 manat təşkil edir. Borcun yarandığı dövrdə, yəni iyul 2021-ci ildən xx.xx.2023-cü il tarixə kimi mənzil cavabdehlərin ümumi birgə mülkiyyətində olduğuna və yalnız xx.xx.2024-cü ildən sonra mənzil Cavabdeh2 tam mülkiyyətinə keçdiyinə görə, yaranmış borcun ödənilməsi üçün cavabdehlər birlikdə məsuliyyət daşıyırlar. Məhkəmə MMMC-nin üzvlərinin ümumi iclasının qərarının və həmin qərar əsasında qəbul edilmiş tariflərin mübahisələndirilməməsini, həmin qərara görə çxarışda ümumi sahəsi qeyd edilməyən, yalnız yaşayış sahəsi qeyd edilən mənzillərin aylıq xidmət haqqının hər mənzilin yaşayış sahəsinin 1 m2 üçün 1 manat müəyyən edilməsini nəzərə alaraq qeyd edir ki, cavabdehlər iddiaçı cəmiyyət ilə müqavilə bağlamadıqlarını bildirərək xidmət haqqını ödəməkdən imtina etsə də, bu hal onları ümumi əmlakın saxlanması və təmiri üzrə çəkilən xərcləri ödəməkdən azad etmir. Çünki, mənzilin mülkiyyətçisinin yaşayış binasının saxlanılması üçün zəruri olan xərcləri ödəmək vəzifəsidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı kommunal ödənişləri tələb etməkdə haqlıdır. Ödənişin məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızının hər birinə 448,80 manat olmaqla, cəmi 1.346,40 manat təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Mənzil Məcəlləsinin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan və 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Hazırki işdə Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 nömrəli evin 5 nömrəli mənzilinin mülkiyyətçiləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızı həmin binanı idarə edən "xxxx" MMMC-nin ümumi yığıncağının xx.xx.2021 və xx.xx.2022-ci il tarixli qərarılarına və mənzilin sahəsinə əsasən iyul 2021-ci ildən dekabr 2022-ci ilədək və xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək üzrə hesablanmış 1.346,40 manat xidmət haqqını hər bir cavabdehin ödəmək öhdəliyi vardır. Lakin cavabdehlər əsassız olaraq həmin borcu ödəməkdən imtina edirlər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 26 nömrəli evin 5 nömrəli mənzilinin mülkiyyətçiləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 iyul 2021-ci ildən dekabr 2022-ci ilədək hər kv.metrə 0,40 manat olmaqla, hər ay 40,80 manat hesablanmaqla 734,40 manat; xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək yaşayış sahəsinin hər bir kv.metri üçün 1 manat olmaqla, ayda 51 manat hesablanmaqla 612 manat, ümumilikdə 1.346,40 manat xidmət haqqı üzrə yaranmış borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 hər birindən ayrılıqda 448,80 manat borc və 10 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 26 nömrəli evin 5 nömrəli mənzilinin mülkiyyətçiləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 iyul 2021-ci ildən dekabr 2022-ci ilədək hər kv.metrə 0,40 manat olmaqla, hər ay 40,80 manat hesablanmaqla 734,40 manat; xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək yaşayış sahəsinin hər bir kv.metri üçün 1 manat olmaqla, ayda 51 manat hesablanmaqla 612 manat, ümumilikdə 1.346,40 (bir min üç yüz qırx altı manat qırx qəpik) manat xidmət haqqı üzrə yaranmış borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 hər birindən ayrılıqda 448,80 (dörd yüz qırx səkkiz manat səksən qəpik) manat borc və 10 (on) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1401/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1401/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver