Məhkəmə qərarları › İş №2(004)-1406/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1406/2022

14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1406/2022 14.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə- 26 noyabr 2007ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nigahdan doğulmuş 2 (iki) övladı xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2011-ci il tarixdə doğulmuş X2 onun yanında qalması, uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay hər bir uşağa 230 (iki yüz otuz) manat olmaqla, cəmi 460( dörd yüz altmış) manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 noyabr 2007-ci il tarixdə rəsmi nikah bağlamış və onların birgə nikahından iki övladı- xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2011-ci il tarixdə doğulmuş X4 doğulmuşdur. Cavabdehlə münasibətləri pozulub, artıq 4 il olar ki, birgə təsərrüfat aparmırlar və ayrı yaşayırlar. O, uşaqlarını tək saxlayır, cavabdeh heç bir köməklik etmir, uşaqları ilə maraqlanmır. Ailə faktiki dağılıb, onun bərpası qeyri-mümkündür. Hesab edir ki, uşaqlar onunla qalmalıdır. Odur ki, məhkəmədən Cavabdeh ilə- 26 noyabr 2007-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nigahdan doğulmuş 2 (iki) övladı -xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2011-ci il tarixdə doğulmuş X2 onun yanında qalması, uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay hər bir uşağa 230 (iki yüz otuz) manat olmaqla, cəmi 460 (dörd yüz altmış) manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cəlilabad rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ 365555 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış və bağlanmış nikah 462 nömrə ilə akt qeydləri kitabında eyni tarixdə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mehtiyeva soyadı verilmişdir; Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 086085 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 6441 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası isə İddiaçıdır. Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 655813 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1191 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası isə İddiaçıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 03 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi D.Bünyadzadə 11 E saylı binada 48 nömrəli mənzildə yaşayır. Yasamal Rayon Məhkəməsinin 2(004)-1406/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı və Cavabdeh barışmaları üçün 3 ay müddət müəyyən edilməsi, barışıq üçün müəyyən edilmiş müddətdə müvəqqəti olaraq, yəni 14 iyun 2022-ci il tarixədək yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2011-ci il tarixdə doğulmuş X1 ilə bağlı hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, aliment məbləğinin xx.xx.2022ci il tarixdən tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur; 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Beləliklə, ər-arvadın barışması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 3 aylıq müddət ərzində tərəflər arasında barışığın olmamasını, iddiaçının nikahın pozulmasını təkid etməsini, habelə iddiaçı ilə cavabdehin birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyünü nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətin bölünməsini müəyyən edən saziş təqdim edə bilər. Məhkəmə uşaqların yüksək mənafelərini, sağlam ruhda böyümələrini və ana nəvazişinə ehtiyaclarının olmasını nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdehin birgə nikahından olan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 qızı anaları İddiaçı yanında qalmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyəti olmayan ərin(arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətin bölünməsini müəyyən edən saziş təqdim edə bilər. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Belə ki, onun rəsmi işləməsinə və aylıq sabit gəlirə malik olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, hazırki mübahisə üzrə aliment ödəməli olan valideynin qazancını müəyyən etmək mümkün deyildir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən hər ay hər uşağa görə ayrı ayrılıqda 193 (bir yüz dosan üç) manat olmaqla, cəmi 389 (üç yüz səksən doqquz) manat sabit məbləğdə aliment tutulmalıdır. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, aliment Yasamal Rayon Məhkəməsinin 2(004)- 1406/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı nəzərə alınmaqla, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 31 yanvar 2022-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 26 fevral 2007-ci il tarixdə Cəlilabad rayon VVADQ şöbəsi tərəfində 462 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılsın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1406/2022 nömrəli qərardadı nəzərə alınmaqla, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193(yüz doxsan üç) manat olmaqla, cəmi 386(üç yüz səksən altı) manat sabit məbləğdə aliment tutulub İddiaçı verilsin. Alimentin tutulma vaxtı xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar