Məhkəmə qərarları › İş №2(5-106)-142/2026

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-106)-142/2026

03.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(5-106)-142/2026 03.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx.xx.2025-ci il tarixdə Ağcabədi Regional “Asan Xidmət” X1 bağlanmış 962 nömrəli nikah qeydinin pozulması, birgə nikahdan xx.xx.202015-ci il tarixdə doğulmuş X3, xx.xx.2017-ci il tarixdə doğulmuş X4 və xx.xx.2020-ci il tarixdə doğulmuş X5 adlı uşaqların onun yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 260 manat olmaqla, cəmi 780 manat sabit pul məbləğində alimentin, 50 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə barışmışmalarını bildirmiş və buba görə də mülki işin baxılmamış saxlanılmasını və işə əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, İddiaçı ona qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddia qaldırmışdır. Hal-hazırda onlar barışmışlar və mülki işin baxılmamış saxlanmasına etirazı yoxdur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, iş üzrə icraat baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Alməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar