Azərbaycan Respublikası adından Qətnamə Cəlilabad rayonu İş № 2(073)-3644/2025 10.03.2026 CƏLILABAD RAYON MƏHKƏMƏSI Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması və sabit pul məbləğində aliment tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə aralarında Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış ## ###### 2015-ci il tarixli, ** nömrəli nikah akt qeydinin pozulması, ## ##### 2010-cu il tarixdə doğulmuş Axundov İbrahim Bəhruz oğlunun, ## #### 2011-ci il tarixdə doğulmuş Axundov Fərhad Bəhruz oğlunun və ## #### 2019-cu il tarixdə doğulmuş X1 onun yanında yaşamalarının müəyyən edilməsi və həmin uşaqların yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün cavabdehdən onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli, cəmi 1,5 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 2009-cu ildə cavabdeh Cavabdeh ilə el adəti ilə toy edib ailə qurmuş, nikahlarını isə ## ###### 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından ## ##### 2010-cu il tarixdə Axundov İbrahim Bəhruz oğlu, ## #### 2011-ci il tarixdə Axundov Fərhad Bəhruz oğlu və ## #### 2019-cu il tarixdə X1 doğulmuşdur. Cavabdeh Cavabdeh ilə əvvəllər normal yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri pozulmuşdur. Aralarında buna görə tez-tez mübahisələr baş vermişdir. O, bir müddət bunlara dözmüşdür ki, bəlkə zamanla düzələr. Lakin, cavabdeh Cavabdeh əməllərindən əl çəkməmişdir. Buna görə də artıq bütün bunlara dözməyib cavabdehdən ayrılmaq qərarına gəlmişdir. Uşaqların hər üçü onun yanında yaşayırlar. Bundan sonra onların bir ailə kimi bir yerdə yaşamaqları qeyrimümkündür. Aralarında olan nikah onsuzda formal xarakterlidir. Buna görə də hazır ki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən Peşə Təhsil Mərkəzində işləyir, 450 manat əmək haqqı alır, təkbaşına uşaqların normal yaşaması və bütün ehtiyaclarını ödəmək üçün maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə övladlarına heç bir maddi köməklik göstərmir. Cavabdeh Cavabdeh həm “DOST İş Mərkəzi” MMC-də “Sosial işçi” vəzifəsində işləyərək 400 manat əmək haqqı alır, həm də fərdi əmək fəaliyyəti ilə məşğul olur. Onlara barışmaları üçün 3 ay vaxt verilmədən nikahın pozulmasını, uşağın onun yanında qalmalarının müəyyən edilməsini və uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyindən cavabdehdən aliment alınmasını istəyir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, iddiaçı İddiaçı ilə 2009-cu ildə faktiki olaraq evlənmiş, nikahlarını isə ## ###### 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan ## ##### 2010-cu il təvəllüdlü Axundov İbrahim Bəhruz oğlu, ## #### 2011-ci il təvəllüdlü Axundov Fərhad Bəhruz oğlu və ## #### 2019-cu il təvəllüdlü X1 doğulmuşdur. Əvvəllər münasibətləri normal olsada, sonradan ailədə söz-söhbətlər yaranmış və faktiki olaraq ayrılmışlar. Özü “DOST İş Mərkəzi” MMC-də “Sosial işçi” vəzifəsində işləyir və 400 manat əmək haqqı alır. Maddi imkanı zəifdir. Nikahın pozulmasına razıdır. Onlara barışmaların üçün 3 ay vaxt verilmədən nikahın pozulmasına razıdır. Uşaqların ananı himayəsində qalmasına etiraz etmir. İmkanı zəif olduğundan iddianı aliment hissədə qismən qəbul edir. Qeyd olunanların nəzərə alınaraq iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan AZ-II ****** saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını ## ###### 2015-ci il tarixdə Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Göytəpə şəhər inzibati ərazi nümayəndəliyində qeydə aldırmışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ** saylı qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan AZ-II ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Axundov İbrahim Bəhruz oğlu ## ##### 2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-II ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Axundov Fərhad Bəhruz oğlu ## #### 2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-IV ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ## #### 2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan ## ###### 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı hazır ki ərizənin verilməsindən ötrü 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, iddiaçı İddiaçı “X2 Təhsil Mərkəzi” X4 “İstirahət otaqlarına növbətçi” vəzifəsində işləyir və 450 manat əmək haqqı alır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, cavabdeh Cavabdeh “DOST İŞ MƏRKƏZİ” MMC-də “Sosial işçi - ictimai işlər” vəzifəsində işləyir və 400 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.2-ci maddəsində təsbit edilmişdir ki, ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən ər-arvad arasında saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə tərəflərin birgə yaşamalarının və ailənin saxlanılmasının qeyri-mümkün olduğunu müəyyən etdiyi üçün hesab edir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Göytəpə şəhər inzibati ərazi nümayəndəliyində bağlanmış ## ###### 2015-ci il tarixli, ** saylı nikah pozulmalıdır. Tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan ## ##### 2010-cu il təvəllüdlü Axundov İbrahim Bəhruz oğlunun, ## #### 2011-ci il təvəllüdlü Axundov Fərhad Bəhruz oğlunun və ## #### 2019-cu il təvəllüdlü X1 iddiaçı İddiaçı yanında qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Ölkə üzrə minimum əmək haqqı 2025-ci il üçün hər ay 400 manat həddində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024-cü il tarixli, ** nömrəli qərarına əsaslanaraq və alimentin ödənilməsinin reallığı baxımından cavabdehin maddi imkanını nəzərə alaraq, ## ######## 2025-ci ildən alimentin tutulmasına başlayaraq cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 3 uşağa görə cavabdehin aldığı 400 manat əmək haqqının ½ hissəsi miqdarında aliment və sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,175 misli həddində sabit pul məbləğində aliment tutulmasını məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 maddəsinin II hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikasının Milli Məclisin ## #### 1992-ci il tarixli, *** saylı Qərarı ilə qoşulduğu BMT-nin «Uşaq hüquqları haqqında» ## ###### 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynnin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» ## #### 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024-cü il tarixli, ** nömrəli qərarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, ## ###### 2025-ci il tarixdən başlayaraq ## ##### 2010-cu il təvəllüdlü Axundov İbrahim Bəhruz oğlunun, ## #### 2011-ci il təvəllüdlü Axundov Fərhad Bəhruz oğlunun və ## #### 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 3 uşağa görə cavabdehin aldığı 400 manat əmək haqqının ½ hissəsi miqdarında aliment və sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,175 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ## ###### 2015-ci il tarixdə, ** saylı akt qeydi əsasında bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan ## ##### 2010-cu il təvəllüdlü Axundov İbrahim Bəhruz oğlunun, ## #### 2011-ci il təvəllüdlü Axundov Fərhad Bəhruz oğlunun və ## #### 2019-cu il təvəllüdlü X1 iddiaçı İddiaçı yanında qalmaları müəyyən edilsin. Nikahın pozulması Dövlət qeydiyyatına alınarkən tərəflərin hər birindən 10 (on) manat dövlət rüsumu tutulsun. ## ###### 2025-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan ## ##### 2010-cu il təvəllüdlü Axundov İbrahim Bəhruz oğlunun, ## #### 2011-ci il təvəllüdlü Axundov Fərhad Bəhruz oğlunun və ## #### 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 3 uşağa görə cavabdehin aldığı 400 manat əmək haqqının ½ hissəsi miqdarında aliment və sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,175 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment hissədə dərhal icraya yönəldilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-3644/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3644/2025
10.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver