Məhkəmə qərarları › İş №2(004)-141/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-141/2024

18.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-141/2024 18.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödəniməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin baş direktoru vəzifəsini icra edən şəxsin 167/ş/AZT saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, buraxılmış müddət üçün əmək haqqının ödənilməsi və ona vurulmuş mənəvi ziyana görə 10000 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin baş direktoru vəzifəsini icra edən şəxsin 167/ş/AZT saylı, xx.xx.2023-cü il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinəxx.xx.2023-cü il tarixdən AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməklə onun vəzifədən azad edilməsi əmr edilmişdir. xx.xx.1999-cu ildən xx.xx.2017-ci il tarixinədək eyni müəssisədə, eyni şöbədə təchizat mühəndisi olaraq işləmişdir. xx.xx.2017-ci il tarixli, 298 saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-8461/2017 saylı qətnaməsi ilə işə bərpa olunmuş və həmin tarixdən xx.xx.2023-cü il tarixinədək Cəmiyyətdə satınalma və təchizat Departamentində təchizat və nəqliyyat şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləmişdir. İşlədiyi müddətdə barəsində heç bir intizam xarakterli tədbir tətbiq edilməmiş, əksinə çoxsaylı fəxri fərmanlar, təltiflər və pul mükafatları ilə mükafatlandırılmışdır. Barəsində olan işdən çıxarmaya dair əmri qanunsuz və əsassız hesab edir. Əvvəla sözügedən əmrdə qeyd edilir ki, cəmiyyətin daxili nəzarət şöbəsi tərəfindən aparılan araşdırmaya əsasən məlum olmuşdur ki, guya o əmək vəzifələrini kobud şəkildə pozmuşdur, yəni daxili nəzarət şöbəsi tərəfindən keçirilmiş monitorinq zamanı guya onun tərəfindən Cəmiyyətin Yasamal rayonu, Tbilisi prospekti 187 ünvanında yerləşən inzibati binasında dezinfeksiya xidmətini həyata keçirən "xxxx" MMC-nin nümayəndəsi ilə məbləğin müəyyən hissəsinin ona verilməsi ilə bağlı razılığa gəlinməsi və bunun qarşılığında isə inzibati binada Şirkət tərəfindən mütəmadi olaraq dezinfeksiya xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılacağına dair şirkət nümayəndəsinə söz verməsi müəyyən edilmişdir. Qeyd etdiyi kimi o cavabdeh müəssisədə satınalma və təchizat Departamentində təchizat və nəqliyyat şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Cəmiyyətdə dezinfeksiya işlərinin həyata keçirilməsi üzrə satınalma və təchizat Departamentində təchizat və nəqliyyat şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyən şəxsin hansı səlahiyyətlərinin olduğu və bu məqsədlə kiminlə və nə kimi əlaqəyə gedə biləcəyi müəyyənləşdirilməlidir. Sözügedən əmr ona qarşı qərəzli bir hərəkətdir. Daha sonra, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC məhkəməyə İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT nömrəli əmri ilə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İstinad olunan əmrə əsasən qeyd edirlər ki, iddiaçı öz əmək vəzifələrini kobud surətdə pozmuş və hərəkətləri ilə Cəmiyyətin mənafeyinə xələl gətirmişdir. Cəmiyyətin daxili nəzarət şöbəsi tərəfindən keçirilmiş monitorinq zamanı İddiaçı Cəmiyyətin Bakı şəhəri, Tbilisi prospekti 187 ünvanında yerləşən inzibati binasında dezinfeksiya xidmətinin həyata keçirilməsi üçün “Unidez Center" MMC-nin nümayəndəsi ilə məbləğin müəyyən hissəsinin özünə verilməsi ilə bağlı razılığa gəldiyi, bunun qarşılığında isə inzibati binada şirkət tərəfindən mütəmadi olaraq dezinfikesiya xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılacağına dair şirkət nümayəndəsinə söz verdiyi aşkar edilmişdir. Həmçinin, İddiaçı “Unidez Center" MMC-nin şirkət nümayəndəsinə onun şərtləri ilə razı olmayacaqları təqdirdə həmin şirkət tərəfindən xidmətin göstərilməsinə maneə yaradılacağını bildirmişdir. Nəticədə İddiaçı inzibati binada dezinfeksiya olunacaq sahənin həcmini böyüdərək dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahənin dezinfeksiya olunması barədə akt imzalamış və xidmətin həyata keçirilməsinə nail olmuşdur. Bunun qarşılığında isə İddiaçı 210 (iki yüz on) manat məbləğin şirkət nümayəndəsi tərəfindən ona ödənilməsinə nail olaraq həmin məbləği mənimsəmişdir. Daha sonra İddiaçı təşkilatçılığı ilə 2023-cü ilin iyun ayı ərzində 2-ci dəfə dezinfeksiya ilə bağlı müraciət edilmiş, yenidən dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahə göstərilmiş və müvafiq akt İddiaçı tərəfindən imzalanmışdır. Qeyd olunanlarla əlaqədar S.Məmmədvla əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi ilə bağlı Həmkarlar İttifaqı Komitəsinə məktub ünvanlanmış və HİK İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli izahatında dezinfeksiya işlərinin görülməsi ilə bağlı aktda olan qiymət və kv.m -ə nəzarət etmədiyini bildirmiş, sonradan isə elə həmin izahatında özünü təkzib edərək bildirmişdir ki, Unidez Center MMC Aktda 2-ci dəfə səhvən kvadratı 10 dəfə çox göstərmiş və o, aktın dəyişdirilməli olduğunu bildirmişdir. İddiaçı yalnız işlərin görülməsinə nəzarət etdiyini bildirsə də, izahatından da onun akta nəzər salıb, dəyişiklik edilməsini deməsi faktı öz təsdiqini tapır. İddiaçı tərəfindən Bakı şəhəri, Tbilisi prospekti 187 ünvanında yerləşən Cavabdeh MMC-də 9900 kv.m ərazidə dezinfeksiya, 9900 kv.m ərazidə deratizasiya işlərinin görülməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 419 nömrəli təhvil-təslim aktı imzalanmışdır. Sonradan yenidən xx.xx.2023-cü il tarixdə İddiaçı imzası ilə akt tərtib olunmuşdur. Cavabdeh MMC-nin STD/TNŞ-nın aparıcı mütəxəssisi X1 öz izahatında bildirmişdir ki, müvafiq xidmətin göstərilməsi ilə bağlı aktda uyğunsuzluq aşkar etdikdən sonra “Unidez Center" MMC-nin rəhbərliyinə zəng edərək iradını bildirmiş və Aktın dəyişdirilməsini tələb etmişdir. Qeyd olunan aktda yazılmış ərazinin sahəsinin şişirdilmiş olduğu digər əməkdaş tərəfindən müəyyən olunduqdan sonra həmin sahə azaldılaraq yenidən “Unidez Center" MMC-yə göndərilmiş, dezinfeksiya və deratizasiya işləri ilə bağlı 560 kv.m və 560 kv.m olmaqla ümumi 1120 kv.m sahə qeyd olunmaqla təhvil-təslim aktı tərtib olunmuş, “Unidez Center" MMC ilə Cavabdeh MMC arasında hesablaşmalar həmin təhvil-təslim aktına əsasən aparılmışdır. “Unidez Center" MMC-nin direktoru X2 xx.xx.2023-cü il tarixli izahatında yuxarıda qeyd olunanları etiraf etmişdir. Z.Şucayev bildirmişdir ki, ona Cavabdeh MMC-nin məsul şəxsi tərəfindən tapşırıq gəlmiş, onun əsasında xidmət göstərilmiş və həmin məsul şəxs İddiaçı olmuşdur. Eyni zamanda Z.Şucayev etiraf etmişdir ki, Cavabdeh MMC-nin 20 yanvar dairəsindəki ərazisində dezinfeksiya aparılması müqavilə əsasında həyata keçiriləcəkdi, lakin İddiaçı onunla görüş zamanı inzibati binanın rəhbəri olduğunu dediyini və inzibati binada kimin və necə işləmək istdiyinin qərarını da özü verəcəyini, onun dediyi şərtlərlə razılaşmasalar həmin binada xidmət göstərilməyəcəyini bildirmişdir. İddiaçı onunla razılaşacağı halda daha tez-tez xidmət göstəriləcəyini, həmçinin xidmət sahəsinin olduğundan 10 dəfə çox göstərəcəyini və pulun köçürülməsinə özünün nəzarət edəcəyini qeyd etmişdir. Bunun müqabilində xidmət haqqı üzrə qazancın hər dəfə müəyyən məbləğini ona geri qaytarmağı şərt kimi qoymuşdur. İddiaçı Z.Şucayevə həmin görüşdə 1-ci işə görə 210 manatın ona geri qaytarılmalı olduğunu bildirmişdir. İddiaçı söz verdiyi kimi iyun ayında ikinci dəfə dezinfeksiya xidməti üçün tələb göndərmişdir. Z.Şucayev öz izahatında ikinci dəfə göndərilən təklifin qətiyyən dezinfeksiya ilə əlaqədar olmadığını bildirmişdir. Z.Şucayev öz izahatında 210 manat ödənişin müqavilədən kənar İddiaçı ödənildiyini etiraf etmiş və bunlar whatsapp yazışmaları ilə öz əksini tapmışdır. Z.Şucayevin öz izahatında qeyd etdiyi və iş materiallarında olan sənədlərlə də göründüyü kimi aralarında olan yazışmalarda bank kartını İddiaçı təqdim etmiş və həmin hesaba 210 manat ödəniş olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Hesab edir ki, cavabdehin iddiaçının barəsində qəbul etdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmri əsassız, qanunsuz və hüquqaziddir. Həmin əmrdə konkret olaraq göstərilir ki, cəmiyyətin daxili nəzarət şöbəsi tərəfindən aparılan araşdırmaya əsasən məlum olmuşdur ki, guya iddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuş, yəni daxili nəzarət şöbəsi şərəfindən keçirilmiş monitorinq zamanı guya iddiaçının cəmiyyətin Yasamal rayonunu, Tbilisi prospekti 187 ünvanında yerləşən inzibati binasında dezinfeksiya xidmətini həyata keçirən "xxxx" MMC-nin nümayəndəsi ilə məbləğin müəyyən hissəsinin iddiaçıya verilməsi ilə bağlı razılığa gəlmiş və bunun qarşılığında isə inzibati şirkət tərəfindən mütəmadi olaraq dezinfeksiya xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılacağına dair şirkət nümayəndəsinə söz verməyi aşkar edilmişdir. Bundan başqa, guya iddiaçı qeyd edilən şirkət nümayəndəsinə onun şərtləri ilə razı olmayacaqları təqdirdə, onlara xidmət göstərilməsinə maneə yaradılacağını bildirmişdir. Nəticədə guya iddiaçı inzibati binada dezinfeksiya olunacaq sahənin həcmini böyüdərək dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahənin dezinfeksiya olunması barədə aktı imzalamış və xidmətin həyata keçirilməsinə nail olmuşdur. Bunun qarşılığında isə guya iddiaçı şirkətin nümayəndəsi tərəfindən iddiaçıya 210 manat pulun ödənilməsinə nail olmuş və həmin pulu mənimsəmişdir. Daha sonra, guya iddiaçının təşkilatçılığı ilə 2023-cü ilin iyun ayı ərzində 2-ci dəfə dezinfeksiya ilə bağlı müraciət edilmiş, yenidən dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahə göstərilmiş və müvafiq akt iddiaçı tərəfindən imzalanmışdır. Lakin daxili nəzarət şöbəsi tərəfindən keçirilən monitorinq nəticəsində sahənin artıq yazılması aşkarlanmış və aparılan araşdırma zamanı qeyd edilən hallar izahatlar və digər dəlillərlə sübuta yetirilmişdir. Əmrin məzmunundan göründüyü kimi Cavabdeh İstehsalat Birliyi üçüncü şəxsin adından iddiaçıya şər-böhtan atmış, cinayət əməlində təqsirləndirmişdir. Hazırki iş üzrə təyin edilmiş ilk məhkəmə iclasında iddiaçıya təzyiqlər edilmiş və iddiadan imtina etməyəcəyi halda, onun barəsində toplanmış sübutların Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim ediləcəyi bildirilmişdir. Bu təzyiq və təqiblər bir neçə gün davam etmişdir. Cavabdeh MMC-də iddiaçıya qarşı əvvəlcədən qərəzli münasibət olmuşdur. 2017-ci ildə Cavabdeh MMC-də ştatın ixtisarı ilə bağlı işdən azad edilmişdir. Bir ildən sonra məhkəmə qətnaməsi ilə iddiaçı əvvəlki vəzifəsinə bərpa edilmişdir. İddiaçı 39 ildir ki, həmin müəssisədə fasiləsiz olaraq işləyir. Bu müddət ərzində ona hətta irad da bildirilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Whatsapp yazışmaları ilə bağlı bildirmək istəyir ki, həmin məsələ artıq araşdırıla bilməz, çünki burada artıq preyudisiallıq mövcuddur. Həmin məsələ ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı vardır. Həmin qərarla iddiaçı barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara dair iş üzrə icraata bəraətverici əsasla xitam verilmişdir. "xxxx" MMC-nin rəhbəri iddiaçıya Qurban bayramı payı olaraq kartına 210 manat pul vəsaitini göndərmişdir. Həmin pul vəsaiti Qurban bayramından 1-2 gün öncə köçürülmüşdür. Həmin whatsapp yazışmaları əvvəlcədən Cavabdeh MMC-nin rəhbərliyi, bu işdə marağı olan şəxslər tərəfindən qurulmuş bir oyundur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Nümayəndə və vəkilinin izahatı ilə razıdır. Əlavəsi yoxdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia əsassızdır. Zaur Sucayev özü prokurorluqda izahatında 210 manat pulu iddiaçıya verdiyini bildirmişdir. Bütün hallarda iddiaçı ilə Zaur Sucayev arasında münasibətlər Cavabdeh MMC-də dezinfeksiya məsələlərindən yaranmış iş münasibətləridir və 210 manat pul vəsaitinin hədiyyə və ya Qurban payı kimi nəzərə alınması qanunla tamamilə qadağandır. Həmin vaxtlar iddiaçı tərəfindən kart göndərilmiş, onun kart hesabına 210 manat pul vəsaiti göndərilmiş və bununla bağlı rəhbərliyə məruzə edilməmişdir. Hesab edir ki, əmrin verilməsində hər hansı pozuntu yoxdur. 210 manat pul vəsaiti Qurban payı kimi göndərilsə belə bu, yenə də qanun pozuntusudur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh MMC-də iddiaçının əmək funsiyaları ilə bağlı sənəd inzibati iş üzrə məhkəməyə təqdim edilmişdir. İnzibati binada görüləcək bütün işlərə, xadimələrin, sürücülərin iş prosesinə nəzarət iddiaçının əmək funksiyalarına daxil olmuşdur. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT nömrəli əmrinə əsasən “Satınalma və təchizat departamenti, Təsərrüfat və nəqliyyat şöbəsinin aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Həmin əmrin verilməsi əsası kimi qeyd edilmişdir ki, Daxili nəzarət şöbəsi tərəfindən keçirilmiş monitorinq zamanı İddiaçı Cəmiyyətin Bakı şəhəri, Tbilisi prospekti 187 ünvanında yerləşən inzibati binasında dezinfeksiya xidmətinin həyata keçirilməsi üçün “Unidez Center" MMC-nin nümayəndəsi ilə məbləğin müəyyən hissəsinin özünə verilməsi ilə bağlı razılığa gəldiyi, bunun qarşılığında isə inzibati binada şirkət tərəfindən mütəmadi olaraq dezinfikesiya xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılacağına dair şirkət nümayəndəsinə söz verdiyi aşkar edilmişdir. Həmçinin, İddiaçı “Unidez Center" MMC-nin şirkət nümayəndəsinə onun şərtləri ilə razı olmayacaqları təqdirdə həmin şirkət tərəfindən xidmətin göstərilməsinə maneə yaradılacağını bildirmişdir. Nəticədə İddiaçı inzibati binada dezinfeksiya olunacaq sahənin həcmini böyüdərək dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahənin dezinfeksiya olunması barədə akt imzalamış və xidmətin həyata keçirilməsinə nail olmuşdur. Bunun qarşılığında isə İddiaçı 210 (iki yüz on) manat məbləğin şirkət nümayəndəsi tərəfindən ona ödənilməsinə nail olaraq həmin məbləği mənimsəmişdir. Daha sonra İddiaçı təşkilatçılığı ilə 2023-cü ilin iyun ayı ərzində 2-ci dəfə dezinfeksiya ilə bağlı müraciət edilmiş, yenidən dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahə göstərilmiş və müvafiq akt İddiaçı tərəfindən imzalanmışdır. Daxili nəzarət şöbəsi tərəfindən keçirilən monitorinq nəticəsində müvafiq sahənin artıq yazılması aşkarlanmış və aparılan araşdırma zamanı qeyd olunan hallar izahatlar və digər toplanılan dəlil və materiallar vasitəsilə sübuta yetirilmişdir. İş materiallarında olan mailto:salim.mammadov@aztelekom.azElektron ünvan 1 email ünvanından mailto:elkhan.gafarov@aztelekom.azElektron ünvan 2 email ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda Cavabdeh MMC-nin inzibati binasında iş otaqlarında mərtəbələrdə cücü və birə olması ilə əlaqədar əməkdaşlar tərəfindən müraciət olunduğu və inzibati binada dezinfeksiya işinin aparılmasına müraciət bildirməsi xahiş olunmuşdur. mailto:elkhan.gafarov@aztelekom.azElektron ünvan 2 email ünvanından mailto:salim.mammadov@aztelekom.azElektron ünvan 1 email ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda Fəqan müəllim ilə əlaqə saxlayıb dezinfeksiya xidmətinin dəvət edilməsi bildirilmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli, 298 saylı əmrilə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən (ştatların ixtisarı ilə əlaqədar) tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, 470 nömrəli əmrilə Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-8461/2017 saylı qətnaməsi əsasında işə bərpa olunmuşdur. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 40 nömrəli əmrilə satınalma və təchizat Departamentində təchizat və nəqliyyat şöbəsində aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT nömrəli əmrilə “Satınalma və təchizat departamenti, Təsərrüfat və nəqliyyat şöbəsinin aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 524 nömrəli görülmüş işlərin təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin inzibati binasında deratizasiya və dezinfeksiya sahəsi 9900 kv.m təşkil etmiş, görülmüş işlər Pərviz İbrahimov tərəfindən İddiaçı təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 419 nömrəli görülmüş işlərin təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin inzibati binasında deratizasiya və dezinfeksiya sahəsi 9900 kv.m təşkil etmiş, görülmüş işlər Pərviz İbrahimov tərəfindən İddiaçı təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya işçiləri Həmkarlar İqqifaqı Respublika Komitəsi Bakı 1 şöbəsinin Aztelekom” MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, STD-nin Təsərrüfat və nəqliyyat şöbəsinin aparıcı mütəxəssisi İddiaçı AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsinə Bakı 1 şöbəsinin Həmkarlar İttifaqı Komitəsi razılığını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-1104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş materiallara baxılaraq, İddiaçı hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərar xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən,. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuş və işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə əmək müqaviləsinin ləğv edilməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə, əvvəla mübahisələndirilən əmrin məzmununa istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT nömrəli əmrinə əsasən “Satınalma və təchizat departamenti, Təsərrüfat və nəqliyyat şöbəsinin aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Əmrdən görünür ki, həmin əmrin verilməsi əsası kimi qeyd edilmişdir ki, Daxili nəzarət şöbəsi tərəfindən keçirilmiş monitorinq zamanı İddiaçı Cəmiyyətin Bakı şəhəri, Tbilisi prospekti 187 ünvanında yerləşən inzibati binasında dezinfeksiya xidmətinin həyata keçirilməsi üçün “Unidez Center" MMC-nin nümayəndəsi ilə məbləğin müəyyən hissəsinin özünə verilməsi ilə bağlı razılığa gəldiyi, bunun qarşılığında isə inzibati binada şirkət tərəfindən mütəmadi olaraq dezinfikesiya xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılacağına dair şirkət nümayəndəsinə söz verdiyi aşkar edilmişdir. Həmçinin, İddiaçı “Unidez Center" MMC-nin şirkət nümayəndəsinə onun şərtləri ilə razı olmayacaqları təqdirdə həmin şirkət tərəfindən xidmətin göstərilməsinə maneə yaradılacağını bildirmişdir. Nəticədə İddiaçı inzibati binada dezinfeksiya olunacaq sahənin həcmini böyüdərək dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahənin dezinfeksiya olunması barədə akt imzalamış və xidmətin həyata keçirilməsinə nail olmuşdur. Bunun qarşılığında isə İddiaçı 210 (iki yüz on) manat məbləğin şirkət nümayəndəsi tərəfindən ona ödənilməsinə nail olaraq həmin məbləği mənimsəmişdir. Daha sonra İddiaçı təşkilatçılığı ilə 2023-cü ilin iyun ayı ərzində 2-ci dəfə dezinfeksiya ilə bağlı müraciət edilmiş, yenidən dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahə göstərilmiş və müvafiq akt İddiaçı tərəfindən imzalanmışdır. Daxili nəzarət şöbəsi tərəfindən keçirilən monitorinq nəticəsində müvafiq sahənin artıq yazılması aşkarlanmış və aparılan araşdırma zamanı qeyd olunan hallar izahatlar və digər toplanılan dəlil və materiallar vasitəsilə sübuta yetirilmişdir. Qeyd edilən faktla bağlı Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılaraq materiallar Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-1104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş materiallara baxılaraq, İddiaçı hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərar xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Buradan da görünür ki, şəxsin işdən çıxarılmasına əsas olmuş fakt məhkəmə qaydasında sübuta yetirilməmiş, şəxsin təqsirliliyi məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd edilən normanın məzmununadan belə qənaətə gəlmək olar ki, inzibati xətalara dair işlər üzrə icraatla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə olduğu təqdirdə, AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq işçinin işdən çıxarılmasına əsas olan fakt Yasamal rayon Məhkəməsinin 3(004)-1104/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmadığından Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “ona vurulmuş mənəvi ziyana görə 10000 manat pul vəsaitinin cavabdehdən tutulması” hissəsində qismən, yəni 1000 manat məbləğində təmin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. İş materiallarında olan sənədlərdən də görünür ki, şəxs əsassız olaraq işdən çıxarılmış, qulluq mövqeyindən sui-istifadə yolu ilə qanunsuz olaraq 210 manat məbləğində pul vəsaitini mənimsədiyi iddia olunmuş və barəsində AR İXM-nin 227-ci maddəsinə müvafiq olaraq inzibati xətalar haqqında işlər üzrə icraat aparılmışdır. Bunun nəticəsi olaraq iş kollektivi arasında nüfuzu zədələnmişdir. Yekun olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qeyd edilən faktlar öz təsdiqini tapmamışdır. Qeyd edilən faktların hər biri şəxsə mənəvi zərər vurulmasını təsdiq edir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən edilməlidir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 1000 (min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməli, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC tərəfindən İddiaçı ödənilsin. Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar