Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1411/2024 02.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı Cavabdeh MTK-na qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzillərin ona verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh MTK-na qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzillərin ona verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Nəsibov məhəlləsində yerləşən yeddi mərtəbəli binanın ikinci blokunun 7-ci mərtəbəsində 64,25 kv.m olan bir otaqlı və 110 kv.m olan 3 otaqlı mənzillərinin müqavilələr üzrə iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçının tələbi Göygöl rayonu Nəsibov məhəlləsində yerləşən yeddi mərtəbəli binanın ikinci blokunun 7-ci mərtəbəsində 64,25 kv.m olan bir otaqlı və 110 kv.m olan 3 otaqlı mənzillərinin təhvil verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə Yasamal rayon Məhkəməsində deyil, daşınmaz əmlakın olduğu yer üzrə- Göygöl Rayon Məhkəməsində baxıla bilər. Bundan əlavə AZEMİS elektron sistemindən çıxarışdan görünür ki, Cavabdeh MTKnın hüquqi ünvanı AZ1095, Bakı şəhəri Nəsimi rayonu, Rəsul Rza, ev 93-dür. (VÖEN **********) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində rüsum iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh MTK-na qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzillərin ona verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, o, hazırki iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edə bilər. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1411/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1411/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver