Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1414/2022 10.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.000 (iki min) manat məbləğində olan pul vəsaiti və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə tanışlıqları onun bacısı X5 ilə ailə münasibətlərinin yaranması ilə əlaqədar olmuşdur. Onun cavabdehin bacısı X5 ilə aralarında olan nikah 13.11.2018-ci il tarixdə pozulmuşdur. 15 oktyabr 2018-ci il tarixdə Cavabdeh istəyi əsasında, təhsil xərclərinə kömək etmək üçün 2.000 manat məbləğində borc vermişdir. Cavabdehlə qohum olduqları üçün ona verdiyi borca dair heç bir rəsmi sənəd tərtib olunmasına zərurət olmamışdır. Cavabdeh həmin borcu bir neçə aya qaytaracağını bildirsə də, daha sonra cavabdehin bacısı X5 ilə boşanmalarından suiistifadə edərək ondan aldığı 2.000 manat borcu geri qaytarmaqdan yayınmış və hazıradək qaytarmamışdır. Buna görə də, Cavabdeh verdiyi 2.000 manat borcu geri qaytarmaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Bu səbəbdən də, İddiaçı Cavabdeh 2.000 manat məbləğində borcun tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli 2(004)-7560/2021 saylı qərarla İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daha sonra iddiaçı şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli 2(004)-7560/2021 saylı qərardadın ləğv edilməsini və 24.11.2021-ci il tarixli iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli 2(004)-7560/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-7560/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməsi qərara alınmış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24.12.2021-ci il tarixli 2(103)-12197/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli 2(004)-7560/2021 saylı qərardadı ləğv edilərək mülki iş icraata götürülüb baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. qərara alınmışdır. Odur ki, iddia ərizəsi məhkəmənin 31.01.2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı 10.05.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclaslarına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinin tələblərinə uyğun olaraq tərəflərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, ərizəsində göstərilənləri müdafiə edir. O, əlavə olaraq bildirmişdir ki, Cavabdeh ilə 2.000 manat borca dair aralarında müqavilə zərurət olmadığından bağlanmamışdır. Cavabdeh isə sonradan qohumluq münasibətlərinin pozulmasından sui-istifadə edərək onun borcunu geri qaytarmamışdır. Lakin Cavabdeh ona 2.000 manat borcunun olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Borc barədə isə valideynləri X8 və X2, qardaşı X3 məlumatları olmuşdur. İddiaçı “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəmə hazırlıq iclası zamanı 20.03.2022-ci il tarixli vəsatətlə müraciət edərək Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin əsaslı olmasının sübuta yetirilməsi üçün şahid qismində dindirilməsi üçün valideynləri X4 və X1, qardaşı X3 məhkəmə iclasına dəvət edilməsini xahiş etmişdir. Vəsatət təmin edilmiş, lakin şahidlər məhkəmə iclasına gəlməyərək kollektiv ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, X5 ilə İddiaçı birgə yaşadıqları zaman İddiaçı G.Səfərovanın bacısı Cavabdeh 2.000 (iki min) manat məbləğində pulu gələcəkdə qaytarmaq məqsədilə borc verməsi barədə məlumatları olmuşdur. Lakin sözügedən borc məbləğinin geri qaytarılması barədə heç bir məlumatları yoxdur. İddiaçı deməsinə görə Cavabdeh G.Səfərova ilə İddiaçı boşanma vəziyyətindən istifadə edərək həmin 2.000 manat borcu geri qaytarmamışdır. Həmçinin qeyd ediblər ki, İddiaçı ilə Günay Səfərova ayrı yaşamağa başladıqdan sonra onların da Günay Səfərova və onun qohumları ilə münasibətləri kəsilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında olan sənədləri araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı iddia tələbinə əsasən 2.000 manat məbləğində borcu olduğunu israr etməsinə baxmayaraq, həmin borcun mövcud olması və ya cavabdeh tərəfindən qaytarılmamasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçı öz izahatında buna dair sübutunun olmadığını bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının vəsatətinə əsasən onun valideynləri X8 və X2, qardaşı X6 şahid qismində dindirilməsi üçün məhkəmə iclasına dəvət edilmələrinə baxmayaraq, sonuncular məhkəmə iclasına gəlməmiş, şahidlərin məhkəmə iclasında iştirakını təmin etməmişdir. X8, X2 və X3 birgə imzladıqları ərizə formasında olan izahat isə məhkəmə iclasında verilmədiyindən və qanunvericiliyin tələbinə uyğun olmadığından məhkəmə tərəfindən sübut olaraq qəbul edilə bilməz. İddiaçının izahatında göstərdiyi xüsusatlar, həmçinin X8, X2 və X3 məhkəməyə təqdim etdikləri Cavabdeh 2.000 manat məbləğində borcu olmasına dair ərizə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə, iddiaçının cavabdehə pul verməsini təsdiq edən yazılı sübut kimi qəbul edilə və iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-1414/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1414/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver