Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1423/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Elşən oğlunun və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh Elşən oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Elşən oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Elşən oğlundan 4360 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobil üçün cavabdehə ödədiyi 3500 manat pulun, yeni aldığı 4 təkərə görə verdiyi 310 manat, həmin təkərlərin maşına quraşdırılması üçün ustalara ödədiyi 100 manat və notariat hərəkətlərinə görə ödədiyi 174 manat, cəmi 4084 manat pulun və ya avtomobilin Cavabdeh Elşən oğlundan alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdəTurbo.az avtomaşının ilkin ödəniş 4500 manat verməklə, lakin maşını nağd qoyulduğunu gördü. Onun imkanı olmadığına görə kreditlə maşın al yoldaşının adına banka girərək 3500 manat pul maşını almaq üçün götürdü. xx.xx.2023-cü il tarixdə bacısı oğlu Rövşənlə sayta qoyulan ***-***-**- ** nömrəi yığdı və Yasamal rayonu Musabeyov parkının yanındakı yanacaq doldurma məntəqəsində görüşdü. Maşını öz ustalarının yanına apardı və maşında heç bir problem olmadığını maşının saz vəziyyətdə olduğunu dedilər. Fərdi onlara maşının naklatkalarında və təkərlərində problemi olduğunu dedi. O, 340 manat ödəyərək, Təkərlərin 4-də yenisini alaraq dəyişdi. 100 manat təkərlərinin dəyişməsinə görə ondan aldılar. Fərdi onları 19 saylı notariusa apardı. xx.xx.2023-cü il tarixdə notariusun ilkin ödəniş edərək, 24 ay 500 manat ödəməklə maşını etibarnamə verməklə ona X2 adına olan maşını həyat yoldaşı Cavabdeh satdı. O, maşının texniki pasportun istədi ona əslin yox kopyasın verdi və dedi ki əslini banka qoyub pul götürüblər. Onu aldatdı. Notariusun xərci 220 manatı da ona ödətdirdi xx.xx.2023-cü il tarixdə maşını bacısı oğlu Rövşənlə maşında nasazlıqlar servisə apardıq dedilər maşın çox nasaz vəziyyətdədir. Maşını müxtəlf yerlərdə servislərə apardı hamısı eyni sözləri dedilər. 200 manat servislərə pulum çıxdı. O Fərdiyə zəng vurmağa başladı zənglərinə cavab vermədi və sonra ona zəng vuraraq bandaletdə iclasda olduğunu bildirdi. O maşının nasaz olduğunu və problemlərinin çox olduğunu və görüşmək istədiyini bildirdi. O, bacısı oğlu Rövşən və qızısı Şəbnəmlə Yasamal rayonu Musabeyov parkının yaxınlığındakı yanacaq doldurma məntəqəsində görüşdü. O, maşını qaytarmaq istədiyini və pulunun geri qaytarmasını istədi. Fərdi isə pulun geri qaytarmayacağını və yuxarılarnan işlədiyini yuxarıda oturan rəislərin onun arxasında dayandığını dedi və 70dən çox maşını belə satdığını belə işlərlə məşğul olduğunu bildirdi. Verilən ilkin ödənişin geri qaytarılmayacağını müqavilədə yazdığını bildirdi, amma öhdəlik müqaviləsində ilkin ödənişin 3500 manat olması və geri qaytarılması barədə heç bir məlumat yoxdur. Müqavilədə 24 ay müddət hər ay 500 manat ödəmək və geri qaytarılmaq yazılır. Maşının açarını ondan aldı nə pulun geri qaytarır, nə də maşını onlara verir. Fərdi maşına əsəbi halda oturdu maşını sürüb aparmaq istəyəndə qızı Şəbnəm maşını sürmə açarı ver onlara dedi. Lakin buna baxmayaraq Fərdi maşını arxa-arxaya sürərək qızına çırpdı. Qızı tez qaçaraq qabaq qapısını açdı və maşını saxlamağını istədi buna baxmayaraq Fərdi maşını sürərək qızını sürüdü. Bu barədə Yasamal rayonu 28-ci Polis bölməsinin təhqiqatçısı Emil İsmayılovun icraatında araşdırılma aparılır. Qızının xəsarəti var. Yenidən turbo.az saytında xx.xx.2023-cü ildə gördü ki, maşını təkrar satışa qoyub. Saytdan şəkili çıxarıb, onlara təqdim edib. Maşını ona satıb və əlindən zor gücüylə alıb təkrar satışa qoyub. O, heç bir yerdə işləmir. Evə baxır. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 və İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi ilə eyni məzmunlu izahat veərək dəqiqləşdirmə ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Elşən oğlu və onun nümayəndəsi və vəkili X6 iddia tələbinin qismən təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan BA243484 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia Pride” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən X2 adına qeydə alınmışdır. 21 yanvar 2023-cü il tarixli öhdəlik müqaviləsindən görünür ki, X2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh Elşən oğlu xx.xx.2023-cü il tarixli BA243484 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X4 məxsus 2007-ci il buraxılışlı “Kia Pride” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 12000 manata satılması barəsində İddiaçı ilə razılığa gəlmişlər. Həmin məbləği 24 ay müddətinə kimi, hər ay 500 manat ödənilməklə tam şəkildə ödənildikdən sonra həmi avtomobili müvafiq QİŞ-də İddiaçı adına müqavilə əsasında keçirməyi qanun qarşısında öz öhdəsinə götürür. 06 fevral 2023-cü il tarixli Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Emil İsmayılovun qərarına əsasən cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərara əsasən Cavabdeh Elşən oğlu izahatında bildirmişdir ki, ona mıxsus olan “Kia Pride” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili kreditlə satmaq üçün “turbo.az” saytına elan yerləşdirmiş və həmin gün bir nəfər tanımadığı şəxs ona zəng edərək avtomobili almaq istədiyini bildirmişdir. O da həmin şəxslə görüşüb avtomobili texniki müayinədən keçirdikədn sonra onun özünün də razılığa ilə 19 saylı notariat kontorunda “öhdəlik müqviləsi” bağlayaraq ilkin ödəniş kimi 4500 manat olmalı olduğu halda ona güzəşt edərək 3500 manat alıb avtomobili aylıq 500 manata həmin şəxsə vermişdir. X9 Mağazasının 119 nömrəli xx.xx.2023-cü il tarixli satış çekindən görünür ki, 4 ədəd təkər hər biri 47,29 manat olmaqla, cəmi 310 manata alınmışdır. xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, 19 saylı Notariat ofisinə notarit hərəkətləri üçün 174 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqaviə azadlığı prinsipləri təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Kia Pride” minik markalı **-CD- *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir və etibarnamə əsasında Cavabdeh Elşən oğlu tərəfindən İddiaçı öhdəlik müqaviləsi əsasında verilmişdir. Müqavilənin şərtlərinə görə ilkin ödəniş edilərək 24 ay müddətinə hər ay 500 manat ödənilməsi ilə razılaşmışlar. Avtomobil üçün İddiaçı tərəfindən ümumilikdə 3500 manat Cavabdeh Elşən oğluna ödənilmişdir. Bununla bağlı Cavabdeh Elşən oğlu tərəfindən 06 fevral 2023-cü il tarixli Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Emil İsmayılovun qərarında verdiyi izahatda etiraf edilmişdir. Həmçinin Cavabdeh Elşən oğlu tərəfindən həmin avtomobildə olan qüsrualar barədə iddiaçını əvvəlcədən məlumatlandırmamışdır. Daha sonra Cavabdeh Elşən oğlu avtomobil geri aldığından hazırda iddiaçı avtomobil üçün ödədiyi məbləği tələb edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh Elşən oğlu arasında bağlanmış 21 yanvar 2023-cü il tarixli öhdəlik müqaviləsinə əsasən “Kia Pride” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh Elşən oğluna 3500 manat məbləğində pul vəsaiti İddiaçı ödənildiyindən, həmçinin Cavabdeh Elşən oğlu tərəfindən avtomobildə olan qüsurlarla bağlı iddiaçıya əvvəlcədən məlumat verilmədiyindən iddia tələbi bu hissədə təmin edilməli və Cavabdeh Elşən oğlundan 3500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin X9 Mağazasının 119 nömrəli xx.xx.2023-cü il tarixli satış çekinə əsasən 4 ədəd təkər üçün ödənilmiş 310 manat və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinə əsasən 19 saylı Notariat ofisinə notarit hərəkətləri üçün ödənilmiş 174 manat məbləğində pul vəsaiti Cavabdeh Elşən oğlundan tutularaq İddiaçı ödənilməlidir. Bunlardan başqa məhkəmə hesab edir ki, iddia tələbi təkərlərin maşına quraşdırılması üçün ustalara ödədiyi 100 manat məbləğində pul vəsaiti ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Elşən oğlundan maddi ziyana görə 3500 (üç min beş yüz) manat, yeni aldığı 4 təkərə verilən 310 (üç yüz on) manat, notariat hərəkətlərinə görə ödənilən 174 (bir yüz yetmiş dörd) manat olmaqla, cəmi 3984 (üç min doqquz yüz səksən dörd) manat və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1423/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1423/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver