Məhkəmə qərarları › İş №2(004)-1435/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1435/2021

01.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1435/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı2, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı “miras əmlakda payların müyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı “miras əmlakda payların müyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə müraciət edərək, xx.xx.1998-ci il tarixdə vəfat etmiş ataları X1 miras qalmış Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsində yerləşən 22 saylı fərdi yaşayış evinin 1/5 hissəsinə onların payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin məhkəmə baxışı iclası xx.xx.2021-ci il tarixə saat 09:30-a təxirə salınmışdır. İddiaçı2 məhkəmə iclasında onun və İddiaçı1 imzaladığı iddia ərizəsinin geri qaytarılmasına dair ərizə təqdim etdi və izahatında bildirdi ki, hazırda miras əmlakdakı pay bölgüsünə dair aralarındakı mübahisənin məhkəmə qaydasında həlli zərurəti aradan qalxmışdır. Bu səbəbdən iddiaçılar iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edirlər. İddiaçı2 nümayəndəsi və vəkili X4 məhkəmə iclasında izahatında bildirdi ki, hazırda tərəflər miras əmlakdakı pay bölgüsünü öz aralarında həll etməyə razılaşmışlar. Bu səbəbdən iddiaçılar iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər İddiaçı1, cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4, 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddiaçıların iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı “miras əmlakda payların müyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Sənədlərin əsli iddiaçılara qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar