Məhkəmə qərarları › İş №2(004)-1441/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1441/2023

13.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1441/2023 13.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X9, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə doğum akt qeydinin bərpası tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə doğum akt qeydinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1935-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etmiş X3nun doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə tələbin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək onun xx.xx.1935-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etmiş X3nun doğum akt qeydinin bərpa edilərək, onun xx.xx.1935-ci il tarixdə Lənkəran rayonunda anadan olmasını, ata qrafasında X10, milliyyəti azərbaycanlı, ana qrafasında X4, milliyyəti azərbaycanlı kimi yazılaraq doğumun qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X3 xx.xx.1935-ci Lənkəran rayonunda anadan olmuşdur. xx.xx.1996-cı il tarixdə Bakı şəhəri, S Mətbuat prospekti, ev 4, mənzil 133-də vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qeydiyyat şöbəsi tərəfindən 06 yanvar 2023-cü il tarixli AZ-İİ 278430 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum X3 təxminən 1960-cı illərdə Xankəndi şəhərinə köçüb orada yaşamışdır. xx.xx.1992-ci il tarixdə Kəlbəcər uğrunda gedən döyüşlərdə minaya düşmüş və hər iki ayağından ağır yaralanaraq 1-ci qrup əlil olmuşdur. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə atasının doğum akt qeydinin bərpa edilməsi ilə bağlı yazılı müraciətinə xx.xx.2022-ci il tarixli, 05/Q- 338/68 sayl itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilməsini bildirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, mərhum atasının doğum akt qeydinin məhkəmə qaydasında müəyyən edilməsi ona sosial, mülkiyyət və digər hüquqlarının həyata keçirilməsi məqsədilə lazımdır. Atasının doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Hesab edir ki, onun qanunla qorunan hüquqları pozulmuş, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmə məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İİ № 208533 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X12 08 sentyabr 1996-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.1973-cü il tarixli, İİ-JQ 266022 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1973-cü ildə anadan olmuşdur. X3, anası X5r. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q- 338/68 nömrəli məktubuna əsasən Ərizəçi mərhum atasının doğumunun bərpa edilməsi barədə ərizəsinə baxılmış və doğum haqqında akt qeydinin əvəllər olmasını təsdiq edən sənədi təqdim etmədiyi üçün üçün xahişinin təmin edilməsinin mümkün olmadığı bildirilərək, doğum akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Badamdar Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 515 saylı arayışdan görünür ki, A.H.Abdullayev xx.xx.1996-cı il tarixdə vəfat etmişdir və Badamdar qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan məhkəmə sorğusuna əsasən Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubuna əlavə edilmiş ölüm haqqında xx.xx.1996-cı il tarixli 05 saylı akt qeydindən müəyyən olunur ki, X6 doğum tarixi-xx.xx.1935-ci il, doğulduğu yer- Lənkəran rayonu, milliyəti-azərbaycanlı, ölüm tarixi-xx.xx.1996-cı ildir. İş materiallarında Azərbycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, DA-02563-2022 saylı məktubda qeyd olunur ki, 1935-ci ilə dair Lənkəran rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X6 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. X2 isə doğma atasıdır. Atası xx.xx.1935-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. X1, nənəsi X4 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. X2 isə doğma atasıdır. Atası xx.xx.1935-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Atası sonradan Xankəndinə köçmüşdür. X1, nənəsi X4 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi mərhum X3 xx.xx.1935-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Atasının adı Həzidir. Anasının adı Gülcahandır. Ərizəçi doğum haqqında akt qeydinin həmin şöbədə əvvəllər olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyindən qeydiyyat şöbəsi tərəfindən məhkəməyə müracət etmək məsləhət görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum atası - xx.xx.1935-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş X6 doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X6 doğum tarixi xx.xx.1935-ci il, doğulduğu yer Lənkəran rayonu, ata qrafasında – X10 (milliyyəti azərbaycanlı), ana qrafasında – X4 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum atası - X6 xx.xx.1935-ci il tarixdə Lənkəran rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X6 doğum tarixi xx.xx.1935-ci il, doğulduğu yer Lənkəran rayonu, ata qrafasında – X10 (milliyyəti azərbaycanlı), ana qrafasında – X4 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X6 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar