Məhkəmə qərarları › İş №2(004)-1448/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1448/2024

27.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1448/2024 27.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb edilməklə cavabdeh "Respublika Təcili və X3 Mərkəzi" X9ə qarşı “əmək kitabçasında düzəliş edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb edilməklə cavabdeh "Respublika Təcili və X3 Mərkəzi" X9ə qarşı “əmək kitabçasında düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Respublika Təcili və X3 Mərkəzi” X9 üzərinə İddiaçı əmək kitabçasına 2001-ci ildən işə qəbul olunmağının qeyd olunması və elektron əmək kitabçasına da inteqrasiya edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2001-ci il tarixindən Bakı şəhəri Təcili və X3 Stansiyasında sanitar vəzifəsində işə qəbul olunmuşdur. 2004-cü ilin aprel ayında hərbi xidmətə çağırılmış və 2004-cü ilin may ayında yenidən işə qayıtmış və hal-hazırki dövrədək eyni müəssisədə işini davam etdirir. xx.xx.2023-cü il tarixdə cavabdehə rəsmi müraciət edərək bildirmişdir ki, elektron əmək kitabçasının elektron əmək müqaviləsində anlaşılmazlıq vardır və həmin anlaşılmazlıqdan görünür ki, guya İddiaçı 2004-cü ildən cavabdehlə əmək müqaviləsi bağlamamış və onun hərbi xidmətdə olduğu müddətdə əmək kitabçasında qeydiyyat aparılmamışdır. Bununla əlaqədar rəsmi olaraq cavabdehə müraciət etmiş, cavabdeh də xx.xx.2023-cü il tarixdə 18-1-88/3- 1642/2023 saylı məktubla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsini rəhbər tutaraq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş, Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixdə hüququ yardım haqqında məktub göndərərək mülki məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. İddiaçının doğrudan da öz iddia ərizəsində göstərdiyi müddətdən etibarən cavabdeh qurumda çalışdığı faktını qəbul edirlər. İddiaçının tələb etdiyi qaydada sistemə düzəliş etməyi istəyirlər. Bu isə DƏMX-nin vasitəsilə edilməlidir. Səhv etmirsə, tərəflərindən bu barədə DƏMX-ə müraciət edilmişdir. Hazırki iddia tələbi ilə bağlı qurum rəhbərliyinin fikrini öyrəndikdə qanunun tələb etdiyi qaydada mülki işin yekunlaşmasının nəticələrinə razı olduqlarını bildirmişlər. Sadəcə iddia tələbi təmin edildiyi halda sonradan icrasında problem yarana bilər. Ancaq iddiaçının bildirdiyi faktları inkar etmirlər. Məhkəmənin vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 məlumat verilsə də heç bir üzrlü səbəb olmadan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “Respublika Təcili və X3 Mərkəzi” X10 tərəfindən İddiaçı ünvanlanmış 24 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, “Əmək və məşğulluq altsistemində düzəlişlər edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətə baxılaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsini rəhbər tutaraq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından müəyyən olunur ki, BŞT VƏ TTYS-na daxil olmamışdan əvvəl əmək kitabçası 02 il 05 ay 12 gün qeyd edilmişdir. İddiaçı xx.xx.2004-cü il tarixində Hərbi qulluqdan sonra 1 saylı sanitar vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixindən 12 saylı vahid səyyar feldşer vəzifəsinə keçirilmişdir. xx.xx.2007-ci il tarixində 9 saylı vahid psix briqada feldşer vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci il tarixində 119 nömrəli xx.xx.2008-ci il tarixli əmrinə əsasən feldşer (psixi xəstələrə yardım və daşınması üçün) vəzifəsinə keçirilmişdir. xx.xx.2013-cü il tarixində 119 nömrəli xx.xx.2008-ci il tarixli əmrinə əsasən tibb bacısı (psixi xəstələrə yardım və daşınması üçün) vəzifəsinə keçirilmişdir. xx.xx.20154-ci il tarixli 119 nömrəli xx.xx.2008-ci il tarixli əmrinə əsasən tibb qardaşı (psixi xəstələrə yardım və daşınması üçün) vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixindən hal-hazıra qədər işləyir. İş materiallarında olan “Bakı şəhər Təcili və X3 Stansiyası” PHŞ tərəfindən verilmiş 03 fevral 2011-ci il tarixli 84 saylı arayışa əsasən, İddiaçı həqiqətən Bakı şəhəri Təcili və X5 Stansiyasında xx.xx.2001-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək 1 saylı YS-da sanitar vəzifəsində işləmişdir. İş materiallarında olan “Bakı şəhər Təcili və X3 Stansiyası” PHŞ-nin əmrlədən çıxarışların surətindən görünür ki, İddiaçı 77/k saylı, xx.xx.2001-ci il tarixli əmri ilə xx.xx.2001-ci il tarixindən 1 nömrəli k/st-na sanitar vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan “Bakı şəhər Təcili və X3 Stansiyası” PHŞ 49/k saylı, xx.xx.2004-cü il tarixli əmri ilə İddiaçı Hərbi Qulluqdan sonra 1 nömrəli k/st-na sanitar vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan “Bakı şəhər Təcili və X3 Stansiyası” PHŞ tərəfindən verilmiş 11 oktyabr 2023-cü il tarixli 18-1-87/3-136/2023 saylı arayışa əsasən, xx.xx.1984-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2001-ci il tarixdən (xx.xx.2001-ci il tarixli № 77/k əmrlə) Bakı şəhər Təcili və X3 Stansiyasında 0,5 vahid sanitar vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixdən (xx.xx.2004-cü il tarixli № 30/k əmrlə) AR ƏM-nin 69cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunub. (Nərimanov r. Hərbi Komissarlığın arayışı, hərbi xidmətə çağırış ilə əlaqədar) xx.xx.2004- cü il tarixdən (xx.xx.2004-cü il tarixli № 49/k əmrlə) Bakı şəhər Təcili və X3 Stansiyasında 1.0 vahid sanitar vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005- ci il tarixdən (xx.xx.2005-ci il tarixli № 85 əmrlə) Bakı şəhər Təcili və X3 Stansiyasında 1.0 vahid səyyar feldşer vəzifəsinə keçirilmişdir. xx.xx.2007-ci il tarixdən (xx.xx.2007-ci il tarixli № 464 əmrlə) Bakı şəhər Təcili və X3 Stansiyasında 1.0 vahid psix briqada feldşeri vəzifəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdən (xx.xx.2015-ci il tarixli № 913 əmrlə) Bakı şəhər Təcili və X3 Stansiyasında 1.0 vahid tibb qardaşı (psixi xəstələrə yardım və daşınma) vəzifəsinə keçirilib və hal-hazıradək bu vəzifədə çalışır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1 -ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 3-cü maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. 11 -ci maddəsinin 1 -ci hissəsinin "a” və "b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Qərarının 3.5-ci bəndinə əsasən, işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən aparılır. 3.4. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. 3.6. Əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır”.3.7. Əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyridəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. 3.9. Əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 315-ci maddəsini nəzərə alaraq, bu Məcəllə qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanılmış və yazılı formada tərtib edilməmiş əmək müqavilələri, onlarda şifahi formada dəyişikliklərin edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan müvafiq əmək müqaviləsi bildirişi formasında daxil edilir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, İddiaçı həqiqətən xx.xx.2001-ci il tarixdən Bakı şəhəri Təcili və X3 Stansiyasında sanitar vəzifəsində işə qəbul olunmuş, xx.xx.2004-cü il tarixdən (xx.xx.2004-cü il tarixli № 30/k əmrlə) AR ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. Göründüyü kimi, iş materialları ilə xx.xx.2001-ci il tarixdən Bakı şəhəri Təcili və X3 Stansiyasında sanitar vəzifəsində işə qəbul olunması sübuta yetirilmişdir. İddiaçı əmək kitabçasında düzəlişin edilməsi ilə bağlı işəgötürənə müəraciət etsə də, ona məsələnin müsbət həllinin mümkün olmadığı və məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2001-ci il tarixdən işləməsi sübuta yetirildiyindən, işçi ilə işəgötürən arasında əmək münasibətlərin yaranması, dəyişikliklərin edilməsi və xitamı “Elektron hökumət” portalı vasitəsilə həyata keçirildiyindən, İddiaçı məxsus əmək kitabçasında xx.xx.2001-ci il tarixindən deyil, xx.xx.2004-cü il tarixindən işə qəbul edilməsi göstərildiyindən, iddiaçının xx.xx.2001-ci il tarixindən işə qəbul edilməsi barədə düzəlişin edilməsi və edilmiş düzəlişin elektron informasiya sistemində qeydə alınması üçün mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciətin edilməsi öhdəliyi cavabdeh “Respublika Təcili və X3 Mərkəzi" X9 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus əmək kitabçasında xx.xx.2001-ci il tarixindən işə qəbul edilməsi barədə düzəlişin edilməsi və edilmiş düzəlişin elektron informasiya sistemində qeydə alınması üçün mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciətin edilməsi öhdəliyi cavabdeh “Respublika Təcili və X3 Mərkəzi" X9 üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar