Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1451/2024 06.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətini maraqlı şəxs qismində cəlb etməklə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətini maraqlı şəxs qismində cəlb etməklə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC (VÖEN **********) də "insan resursları üzrə menecer" vəzifəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə müvafiq qaydada xx.xx.2018-ci il tarixindən etibarən ləğv edilməsinə dair xx.xx.2018-ci il tarixli xx/xx-2018 saylı əmr qanunsuz hesab edilərək ləğv edilməsi ilə Ərizəçi həmin vəzifədə işə bərpa edilmiş hesab edilməsi və Ərizəçi ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "a" bəndinə (müəssisə ləğv edildikdə) əsasən xitam verilmiş hesab edilməsi, məhkəmə qətnaməsi istinad edilənlər dair əmək müqaviləsi bildirişlərinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması üçün əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (2(004)955/2019) xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı "əmək hüquqlarının müdafiə və işə bərpa" tələbinə dair iddiası təmin olunmaqla, həmin müəssisədə tutduğu "insan resursları üzrə menecer" vəzifəsinə bağlanmış xx.xx.2018- ci il tarixli əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə müvafiq qaydada xx.xx.2018-ci il tarixindən etibarən ləğv edilməsinə dair xx.xx.2018-ci il tarixli xx/xx-2018 saylı əmr qanunsuz hesab edilərək ləğv edilmişdir. Eyni zamanda məhkəmə aktı ilə onun işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Sonrakı müddətdə "xxxx" MMC (VÖEN **********) ləğv edilməsi səbəbindən məhkəmə aktının icrası qeyrimümkün olmuş, müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə müvafiq qaydada xx.xx.2018-ci il tarixindən etibarən ləğv edilməsinə dair qeyd dəyişdirilmədən qalmışdır ki, qeyd edilən hal əhəmiyyətli dərəcədə onun hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində daxil olmuş xx.xx.2020-ci il tarixli cavab müraciətindən (əlavə olunur) göründüyü kimi "xxxx" MMC xx.xx.2019-cu il tarixli qərara əsasən hüquqi varislik digər şəxsə keçmədən ləğv edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli cavab müraciətində əmək müqaviləsinin "Əmək və Məşğulluq" altsistemində ləğv edilməsi məhkəmə qərarı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə ediləcəyi halda icra oluna bilər. Beləliklə, mövcud vəziyyətdə Avropada Karyera" MMC-də tutduğu "insan resursları üzrə menecer" vəzifəsinə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə müvafiq qaydada xx.xx.2018-ci il tarixindən etibarən ləğv edilməsi əsası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (2(004)955/2019) xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilənlər nəzərə alınmaqla aradan qaldırılmalı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində daxil olmuş "xxxx" MMC xx.xx.2019-cu il tarixli qərara əsasən hüquqi varislik digər şəxsə keçmədən ləğv olunmasına dair məlumat nəzərə alınmaqla həmin tarixdən əmək müqaviləsinin ƏMnin 70-ci maddəsinin "a" bəndinə (müəssisə ləğv edildikdə) əsasən xitam verilməsinə dair qeyd müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməlidir. Göründüyü kimi hüquqi əhəmiyyəti olan faktları ərizəçi tərəfindən təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi mümkün deyil. Məhkəmə iclasında iştirak edən Ərizəçi dəqiqləşdirmə barədə ərizə təqdim edərək, Ərizəçi ilə "xxxx" MMC arasında bağlanmış "insan resursları üzrə menecer" vəzifəsinə dair əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndi ilə xitam verilmiş hesab edilməsi, Ərizəçi "xxxx" MMC-də "insan resursları üzrə menecer" vəzifəsinə dair əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə dair bildirişin elektron informasiya sistemindən silinməsi və əmək müqaviləsinə "xxxx" MMC-nin ləğv edildiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndi ilə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbu edilməsini xahiş etdi. Ərizənin və ərizənin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X2 izahatında bildirdi ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır və bu qətnamə icra edilməlidir. Hazırda həmin mülki iş üzrə cavabdeh şirkət ləğv edilmişdir, ancaq elekron sistem üzərində müvafiq hərəkətlərin aparılaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstəricisinin iddiaçının hesabından silinməmişdir. Reallıqda bu mübahisə həll edilmişdir, sadəcə alt sistemdə düzəltmələr aparılmalıdır. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 955/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, "xxxx" MMC-də tutduğu "insan resursları üzrə menecer" vəzifəsinə dair Ərizəçi ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə müvafiq qaydada xx.xx.2018-ci il tarixindən etibarən ləğv edilməsinə dair xx.xx.2018-ci il tarixli xx/xx-2018 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, Ərizəçi "xxxx" MMC-də "insan resursları üzrə menecer" vəzifəsinə işə bərpa edilməsi, "xxxx" MMC tərəfindən qətnamə icra edilən müddətə Ərizəçi məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin 18 yanvar 2022-ci il tarixli “icra edilməyən və ya icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 18 yanvar 2022-ci il tarixli qərarına əsasən, "xxxx" MMC xx.xx.2019-cu il tarixli qərara əsasən hüquqi varislik digər şəxsə keçmədən ləğv edilmiş, belə olan halda icra sənədində göstərilən tələbin tərəfindən təmin edilməsi mümkün olmadığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-955/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 29 iyul 2020-ci il tarixli **********842400 saylı məktubundan görünür ki, "xxxx" MMC təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarına əsasən hüquqi varislik digər şəxsə keçmədən ləğv edilməsi və sonuncu rəhbərin Çexiya Respublikasının vətəndaşı Novotny Ondrej olması barədə məlumat mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 01 mart 2023-cü il tarixli məktubuna əsasən, əmək müqaviləsinin “Əmək və Məşğulluq” altsistemində ləğv edilməsi məhkəmə qərarı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edildiyi halda tərəflərindən icra edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 70-ci maddəsinin “a” bəndinə əsasən, müəssisə ləğv edildikdə; əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, yekun məhkəmə qərarı ilə ərizəçinin ƏM-nin 70-ci maddənin ç bəndi ilə işdən çıxarılmasına dair əmr ləğv edilmiş, işə bərpa edilmiş, lakin cavabdeh "xxxx" MMC xx.xx.2019-cu il tarixdə ləğv edildiyindən, qətnamə icra edilmədən icra sənədi məhkəməyə geri qaytarılmışdır. Qeyd edilən hal ərizəçinin əmək hüquqlarının pozulması ilə, eləcə də yenidən işlə təmin edilməsində problemlərin yaranması ilə nəticələnir. İşəgötürən ləğv edilsə də, ərizəçi ilə bağlanmış əmək müqaviləsi elektron informasiya sistemində xitam verilməmiş qalmışdır. Belə ki, Dövlət Vergi Xidmətinin 29 iyul 2020-ci il tarixli məktubuna əsasən, "xxxx" MMC təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarına əsasən hüquqi varislik digər şəxsə keçmədən ləğv edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmişdir. Ərizə əsaslı olduğundan, təmin edilməli, Ərizəçi ilə "xxxx" MMC arasında bağlanmış "insan resursları üzrə menecer" vəzifəsinə dair əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndi ilə (müəsisənin ləğv edilməsi əsası ilə) xitam verilmiş hesab edilməli, Ərizəçi "xxxx" MMC-də "insan resursları üzrə menecer" vəzifəsinə dair əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə dair bildirişin elektron informasiya sistemindən silinməsi və əmək müqaviləsinə "xxxx" MMC-nin ləğv edildiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndi ilə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi ilə "xxxx" MMC arasında bağlanmış "insan resursları üzrə menecer" vəzifəsinə dair əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndi ilə xitam verilmiş hesab edilsin. Ərizəçi "xxxx" MMC-də "insan resursları üzrə menecer" vəzifəsinə dair əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə dair bildirişin elektron informasiya sistemindən silinməsi və əmək müqaviləsinə "xxxx" MMC-nin ləğv edildiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndi ilə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1451/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1451/2024
06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver