Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1472/2021 07.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Nazı̇ m qızının cavabdeh Şı̇ rı̇ nov Zamı̇ n Nı̇ zamı̇ oğluna qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Nazı̇ m qızı cavabdeh Şı̇ rı̇ nov Zamı̇ n Nı̇ zamı̇ oğluna qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən çoxmənzilli yaşayış binasının birinci girişində, birinci mərtəbəsind yerləşən ona məxsus, 155,6 kv.m olan 3 otaqdan ibarət 5A nömrəli mənzilin cavabdehin qanunsuz sahibliyindən geri alınması və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə aralarında bağlanmış 11.12.2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən çoxmənzilli yaşayış binasının birinci girişində, birinci mərtəbəsində, 155,6 kv.m olan, 3 otaqdan ibarət 5A nömrəli mənzil onun adına rəsmləşdirilməklə mülkiyyətinə verilmişdir. Həmin mənzilin dəyəri tam şəkildə ödənilmiş və bu barədə adına müliyyə arayışı verilmişdir. Müqavilə bağlanan zaman həmin çoxmənzilli yaşayış binasının tikintisi tam yekunlaşmamışdır. Tikinti işləri ləng getdiyi üçün həmin vaxtlar və ondan xeyli müddət sonra həmin yaşayış binası sakinlərin yaşaması üçün istismara verilməmişdir. Təxminən 2018-ci ilin əvvələrində mənzilin əsaslı təmirinə başlamaq üçün sözügedən ünvana getdikdə orada ona məxsus mənzilin naməlum şəxslər tərəfindən zəpt edildiyini görmüşdür. Belə ki, mənzilin dəmir seyf qapısı dəyişdirildiyi və qapı bağlı olduğundan mənzilə daxil ola bilmədikdə, bununla bağlı şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PB-ə şikayət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, mübahisə predmeti olan mənzil Cavabdeh adlı şəxs tərəfindən qanunsuz və əsassız şəkildə zəbt edilmişdir. Belə ki, Cavabdeh ilə “Yeni Yasamal’’ MTK arasında bağlanmış müqavilənin ksero surətindən göründüyü kimi, həmin surətdə qeyd olunan (göstərilən) mənzilin ünvanı tamamilə fərqlidir və ona məxsus mənzillə eynilik təşkil etmir. Cavabdehin təqdim etdiyi müqavilənin (əsli olmayan) ksero surətinə əsasən ona məxsus olan mənzilin yerləşdiyi mərtəbə 2, mənzilin nömrəsi isə 5, 11.12.2012-ci il tarixli müqaviləyə əsasən isə mənzilin yerləşdiyi mərtəbə 1, mənzil isə 5A kimi göstərilir. Əslində olan ünvan isə ona məxsus müqavilədə göstərilən ünvandır. Həmin mərtəbədə yerləşən digər qonşu mənzillərin üvnvanlarının “birinci” mərtəbə və mənzillərin nömrələnməsində qeyd olunan rəqəmlərdən sonra (və ya bitişik) “A" həriflərinin olması bunun əyani sübutudur. Eyni nömrə ilə, lakin mənzilin nömrəsində rəqəmdən sonra “A” hərifi olmayan qeyd ilə nömrələnmiş mənzillər isə binanın ikinci mərtəbəsində yerləşir. Vizual olaraq baxdıqda da cavabdehin ona məxsus olduğunu hesab etdiyi mənzil iddiaçıya məxsus mənzilin üst mərtəbəsində yerləşən eyni kv.m-dən ibarət olan 3 otaqlı mənzilə uyğun gəldiyini görmək olar. Lakin bütün bunlara baxmayaraq, cavabdeh öz qanunsuz hərəkətlərindən çəkinməmişdir. Göstərilən hallarla bağlı hüquq mühafizə orqanlarına dəfələrlə müraciət edilsə də, bu barədə heç bir müsbət nəticə olmamışdır. Cavabdeh hazırda ona məxsus mənzili qanunsuz olaraq zəbt etməkdə davam edir. Bu isə onun qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı Nazı̇ m qızına qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən çoxmənzilli yaşayış binasının birinci girişində, birinci mərtəbəsində, 155.6 kv.m olan 3 otaqdan ibarət 5A nömrəli mənzil Cavabdeh məxsusdur. 17.04.2007-ci il tarixli maliyyə arayışı və müqavilə əsasən "xxxx" MTK-ya 62240 manat ödənilməklə alınmışdır. Faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində istintaq aparılmış və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MTKnın nümayəndəsi və vəkili Vəkil3 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, mübahisəli mənzil Cavabdeh satılmışdır.Həmin mənzildə cavabdeh halzırda ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən çoxmənzilli yaşayış binasının birinci girişində, birinci mərtəbəsində, 155.6 kv.m olan 3 otaqdan ibarət 5A nömrəli mənzil İddiaçı Nazı̇ m qızına verilməsi barədə müqavilə formal bağlanmışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 152.1, 152.5, 178.8-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş "xxxx" MTK ilə İddiaçı Nazı̇ m qızı arasında bağlanmış 11.12.2012-ci il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən çoxmənzilli yaşayış binasının birinci girişində, birinci mərtəbəsində, 155,6 kv.m olan, 3 otaqdan ibarət 5A nömrəli mənzil MTK tərəfindən iddiaçıya satılmışdır. Habelə, iş materiallarındakı maliyyə arayışından görünür ki, müvafiq mənzilin pay dəyəri olaraq, 62240 manat məbləğində pul İddiaçı Nazı̇ m qızı tərəfindən tam ödənilmiş, MTK-ya borcu qalmamışdır. Azərbaycan Respublikası prokurorluğu Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 13.08.2021-ci il tarixli məktubundan və ona əlavə olunmuş materiallardan müəyyən olunur ki, cinayət işinin istintaqı dövründə keçirilmiş əməliyyat axtarış tədbiri zamanı "xxxx" MTK-nın ofis binasından 5A saylı mənzil ilə bağlı Cavabdeh adına rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi və maliyyə arayışı aşkar edilərək götürülmüşdür. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 17.04.2007-ci il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən çoxmənzilli yaşayış binasının birinci girişində, birinci mərtəbəsində, 155,6 kv.m olan, 3 otaqdan ibarət 5A nömrəli mənzil MTK tərəfindən Cavabdeh satılmışdır. 17.04.2007-ci il tarixli maliyyə arayışına əsasən, müvafiq mənzilin pay dəyəri olaraq, 62240 manat məbləğində pul Cavabdeh tərəfindən ödənilmişdir və MTK-ya borcu yoxdur. Göründüyü kimi, mübahisəli mənzil MTK tərəfindən17.04.2007-ci il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən ilk öncə Cavabdeh, daha sonra 11.12.2012-ci il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı Nazı̇ m qızına satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İstinad edilən normanın tələbindən göründüyü kimi, öhdəliyə əsasən kreditora verilməli olan fərdi müəyyən əşya yalnız borcluda olduqda kreditor onun borclu tərəfindən verilməsini tələb edə bilər. Fərdi müəyyən əşyanın borclu tərəfindən mülkiyyət hüququ ilə 3-cü şəxslərə verilməsi həmin əşyanın verilməsi ilə bağlı kreditorun tələb irəli sürmək hüququnu istisna edir. Bu halda kreditor Mülki Məcəllənin 452.2-ci maddəsinə əsasən öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən çoxmənzilli yaşayış binasının birinci girişində, birinci mərtəbəsində, 155,6 kv.m olan, 3 otaqdan ibarət 5A nömrəli mənzil MTK tərəfindən təkrarən iddiaçıya qanunsuz olaraq, satıldığından iddia tələbi əsassız və qanunsuz olub rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nazı̇ m qızının cavabdeh Şı̇ rı̇ nov Zamı̇ n Nı̇ zamı̇ oğluna qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia tələbi təmin edilməsin. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumü iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1472/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1472/2021
07.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver