Məhkəmə qərarları › İş №2(004)-1475/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1475/2025

13.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1475/2025 13.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, işə bərpa olunmağı, işlədiyi dövrlərin əmək haqqı məbləği olan 3.672 manat məbləğində pulun və məcburi iş buraxdığı dövrün əməkhaqqı (xx.xx.2024-cü il tarixdən qətnamə qanuni qüvvəyə mindiyi tarixədək) məbləğinin cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixindən Cavabdeh MMC-də tibbi nümayəndə kimi əmək fəaliyyətinə başlamışdır. Lakin onunla əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Ona əmək haqqısı əmək haqqı kartı vasitəsi ilə verilməmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixdə şənbə günü olmasına baxmayaraq ondan işə çıxmasını tələb etmişlər. O, etiraz etdikdə isə ona ərizə ilə müraciət edərək işdən çıxmasını tələb etmişlər, lakin o bu bərədə ərizə yazmamışdır. Onu işdən xaric edən zaman son iki ayın əmək haqqını belə verməmişdirlər. Bu məsələ ilə bağlı Azərbaycan Respubliksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, 3-17-5/2-M-63893/2024 nömrəli məktub ilə bildirmişdir ki, əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X2 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Müraciətinin araşdırılmasında iştirakının zəruri olması, qeyd edilən pozuntuların dəqiqləşdirilməsi məqsədilə və eyni zamanda müəssisə tərəfindən təqdim edilmiş əmək haqqı kartından ödəniş barədə müvafiq bank çıxarışı əldə edərək 7 (yeddi) iş günü ərzində Bakı şəhəri üzrə “DOST” Mərkəzlərindən birinə və ya Abşeron “DOST” Mərkəzinə gəlməyi xahiş olunmuşdur. Bundan sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-M-73778/2024 nömrəli məktubu ilə bildirmişdir ki, "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X2 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Müraciətlə əlaqədar X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdə inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Bununla bağlı Mediasiya şurasına müraciət etmək üçün xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-ya Mediasiya təklifi göndərmişdir, daha sonra Mediasiya şurasına müraciət edərək mediator X1 xx.xx.2024-cü il tarixdə təşkil etdiyi İkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, mediasiya sesiyasına gəlmişdir. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq mediator tərəfindən MŞB/3/2024-00826 №-li, xx.xx.2024-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, işdən çıxarılmağını tamamilə qanunsuz və əsassız hesab edir. Buna görə də, hazırki iddia ərizəsiylə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işdən çıxarılma barədə verilmiş qanunsuz əmrin ləğv olunması, işə bərpa olunmağı və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etirazını elektron kabinet vasitəsilə məhkəməyə təqdim edərək, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək işdən çıxarılma barədə verilmiş əmrin ləğv edilməsi, işə bərpa, işlədiyi dövrlərin əmək haqqı məbləği olan 3672 manat pulun və məcburi iş buraxmaya görə əmək haqqının tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının iddia etdiyi hər üç iddia əsasssız və qanunsuzdur. Belə ki, İddiaçı AR Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq olaraq işdən çıxarılmışdır. Belə ki, o 9 sentyabrdan başlayaraq heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. Dəfələrlə ona sentyabr ayında işə gəlməsi istənilsə də, zənglər edilsə də, zənglərə cavab verməmiş, yalnız səs yazıları ilə Anfantis MMC-nin direktoruna təhqiramiz və böhtan xarakterli mesajlar göndərmişdir. Bundan əlavə, 9 sentyabr 2025-ci il tarixdən başlayaraq İddiaçı işə heç bir səbəb göstərmədən gəlməməsi ilə bağlı aktlar tərtib edilmişdir. Məhz bu səbəbə görə şirkət tərəfindən iddiaçının işə çıxmaması ilə bağlı Aktlar tərtib edilərək barəsində AR Əmək Məcəlləsinin 70 və 72 -ci maddələrinin ((a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;) tələblərini pozduğuna görə işdən çıxarılmışdır. Həmin aktlar və əmrin sürəti məhkəmənin hazırlıq iclasında məhkəməyə təqdim ediləcəkdir. İşdən çıxarılmaya əsas olmuş hüquq normaları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin : Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması ; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. İddiaçının iddiasının İkinci bir tələbi ondan ibarətdir ki, ona iki aylı əmək haqqı verilməyib. Maraqlıdır ki, iddiaçı iki aylıq əmək haqqını 3672 manat hesablayıb. Baxmayaraq ki, iddiaçı Anfantis MMC-dən 650 manat əmək haqqı alırdı. Yəni artıq iddiaçı öz iddiasını özü təkzib edir. Digər tərəfdən İddiaçı 09 sentyabr 2- 25-ci il tarixdən işə çıxmamamsı onun 2024-cü ilin sentyabr ayı üçün əmək haqqı almasını tələb etməsidə absurddur. Üçüncü bir tələb isə İddiaçı məcburi buraxdığı iş günlərinə görə əmək haqqı tələb etməsidir. İddiaçı əgər qanuni və əsaslı olaraq işdən çıxarılıbsa, bir həftədən çox olan müddət ərzində dəfələrlə xəbərdarlıq edilsədə işə çıxmayıbsa, AR Əmək Məcəlləsinin 70 və 72-ci maddələri tam əsas olaraq işçinin işdən çıxarılmasına yol verilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında Cavabdeh MMC-nin direktoru Aysel xanımın 6 sentyabr 2024-cü il tarixdə ona mesaj yazaraq 6-cı gün işə çıxmasını tələb etdiyini, Ayselə anasının xəstə olduğuna görə işə çıxa bilməyəcəyini bildirdiyini, bundan sonra Ayselin ona özbaşınalıq etdiyini dediyini və hədə-qorxu gəldiyini, 9 sentyabr 2024-cü il tarixdən işə çıxmadığını, 30 sentyabr 2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyini, sentyabr ayı üçün işlədiyi günlərə görə əmək haqqının və son haqqhesabın ona ödənilmədiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən qəbul edərək, etirazın məzmununa uyğun izahat verərək, İddiaçı son haqq-hesabın və sentyabr ayı üçün əmək haqqının ödənilmədiyini qəbul etdiyini bildirdi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işçi İddiaçı ilə işəgötürən Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən İddiaçı tibbi nümayəndə vəzifəsinə işə qəbul olunmuş, aylıq əmək haqqı 612.57 manat təşkil edir. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2024-cü il nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2024-cü il tarixli müraciət vərəqəsinə əsasən İddiaçı iş yerində (Anfatis” MMC) xx.xx.2023-cü ildən çalışmasına baxmayaraq əmək müqaviləsinin gec bağlandığını, kağız üzərində heç bir əmək müqaviləsinin bağlanmadığı, işlədiyi dövr ərzində əmək haqqının ödənilmədiyini bildirmiş və bununla bağlı araşdırma aparılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-5/2-M-63893/2024 nömrəli məktubuna əsasən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X2 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətin araşdırılmasında iştirakının zəruri olması, qeyd edilən pozuntuların dəqiqləşdirilməsi məssədilə və eyni zamanda müəssisə tərəfindən təqdim edilmiş əmək haqqı kartından ödəniş barədə müvafiq bank çıxarışı əldə edərək 7 (yeddi) iş günü ərzində Bakı şəhəri üzrə DOST Mərkəzlərindən birinə və ya Abşeron DOST Mərkəzinə gəlməyi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-5/2-M-73778/2024 nömrəli məktubuna əsasən X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdə inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)-5808/2024 nömrəli qərarına əsasən Cavabdeh MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" QSC-nin hesabdan çıxarışına əsasən xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üçün İddiaçı əmək haqqı kartına mədaxil və məxaric olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən Anfatis MMC-nin işçisi İddiaçı 9 sentyabr 2024-cü il tarixindən heç bir məlumat vermədən və üzürlü səbəb təqdim etmədən işə gəlməməkdədir. Əmək müqaviləsi olan Anfatis MMC-ın direktoru və birbaşa rəhbəri Osmanova Aysel tərəfindən işçiyə dəfələrlə zənglərin olunmasına baxmayaraq, hər hansısa geri dönüş olmamış və heç bir səfər telefon zənginə cavab verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən Anfatis MMC-nin işçisi İddiaçı 10 sentyabr 2024-cü il tarixindən heç bir məlumat vermədən və üzürlü səbəb təqdim etmədən işə gəlməməkdədir. Əmək müqaviləsi olan Anfatis MMC-ın direktoru və birbaşa rəhbəri Osmanova Aysel tərəfindən işçiyə dəfələrlə zənglərin olunmasına baxmayaraq, hər hansısa geri dönüş olmamış və heç bir səfər telefon zənginə cavab verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən Anfatis MMC-nin işçisi İddiaçı 11 sentyabr 2024-cü il tarixindən heç bir məlumat vermədən və üzürlü səbəb təqdim etmədən işə gəlməməkdədir. Əmək müqaviləsi olan Anfatis MMC-ın direktoru və birbaşa rəhbəri Osmanova Aysel tərəfindən işçiyə dəfələrlə zənglərin olunmasına baxmayaraq, hər hansısa geri dönüş olmamış və heç bir səfər telefon zənginə cavab verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən Anfatis MMC-nin işçisi İddiaçı 12 sentyabr 2024-cü il tarixindən heç bir məlumat vermədən və üzürlü səbəb təqdim etmədən işə gəlməməkdədir. Əmək müqaviləsi olan Anfatis MMC-ın direktoru və birbaşa rəhbəri Osmanova Aysel tərəfindən işçiyə dəfələrlə zənglərin olunmasına baxmayaraq, hər hansısa geri dönüş olmamış və heç bir səfər telefon zənginə cavab verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən Anfatis MMC-nin işçisi İddiaçı 13 sentyabr 2024-cü il tarixindən heç bir məlumat vermədən və üzürlü səbəb təqdim etmədən işə gəlməməkdədir. Əmək müqaviləsi olan Anfatis MMC-ın direktoru və birbaşa rəhbəri Osmanova Aysel tərəfindən işçiyə dəfələrlə zənglərin olunmasına baxmayaraq, hər hansısa geri dönüş olmamış və heç bir səfər telefon zənginə cavab verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən Anfatis MMC-nin işçisi İddiaçı 16 sentyabr 2024-cü il tarixindən heç bir məlumat vermədən və üzürlü səbəb təqdim etmədən işə gəlməməkdədir. Əmək müqaviləsi olan Anfatis MMC-ın direktoru və birbaşa rəhbəri Osmanova Aysel tərəfindən işçiyə dəfələrlə zənglərin olunmasına baxmayaraq, hər hansısa geri dönüş olmamış və heç bir səfər telefon zənginə cavab verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən Anfatis MMC-nin işçisi İddiaçı 17 sentyabr 2024-cü il tarixindən heç bir məlumat vermədən və üzürlü səbəb təqdim etmədən işə gəlməməkdədir. Əmək müqaviləsi olan Anfatis MMC-ın direktoru və birbaşa rəhbəri Osmanova Aysel tərəfindən işçiyə dəfələrlə zənglərin olunmasına baxmayaraq, hər hansısa geri dönüş olmamış və heç bir səfər telefon zənginə cavab verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən Anfatis MMC-nin işçisi İddiaçı 18 sentyabr 2024-cü il tarixindən heç bir məlumat vermədən və üzürlü səbəb təqdim etmədən işə gəlməməkdədir. Əmək müqaviləsi olan Anfatis MMC-ın direktoru və birbaşa rəhbəri Osmanova Aysel tərəfindən işçiyə dəfələrlə zənglərin olunmasına baxmayaraq, hər hansısa geri dönüş olmamış və heç bir səfər telefon zənginə cavab verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən Anfatis MMC-nin işçisi İddiaçı 19 sentyabr 2024-cü il tarixindən heç bir məlumat vermədən və üzürlü səbəb təqdim etmədən işə gəlməməkdədir. Əmək müqaviləsi olan Anfatis MMC-ın direktoru və birbaşa rəhbəri Osmanova Aysel tərəfindən işçiyə dəfələrlə zənglərin olunmasına baxmayaraq, hər hansısa geri dönüş olmamış və heç bir səfər telefon zənginə cavab verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən Anfatis MMC-nin işçisi İddiaçı 20 sentyabr 2024-cü il tarixindən heç bir məlumat vermədən və üzürlü səbəb təqdim etmədən işə gəlməməkdədir. Əmək müqaviləsi olan Anfatis MMC-ın direktoru və birbaşa rəhbəri Osmanova Aysel tərəfindən işçiyə dəfələrlə zənglərin olunmasına baxmayaraq, hər hansısa geri dönüş olmamış və heç bir səfər telefon zənginə cavab verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən Anfatis MMC-nin işçisi İddiaçı 23 sentyabr 2024-cü il tarixindən heç bir məlumat vermədən və üzürlü səbəb təqdim etmədən işə gəlməməkdədir. Əmək müqaviləsi olan Anfatis MMC-ın direktoru və birbaşa rəhbəri Osmanova Aysel tərəfindən işçiyə dəfələrlə zənglərin olunmasına baxmayaraq, hər hansısa geri dönüş olmamış və heç bir səfər telefon zənginə cavab verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 30/09/24-001 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrə əsasən "Ümumi" bölməsində "Tibbi nümayəndə" vəzifəsində işləyən İddiaçı Şahbala qızı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda» maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xxxxxxx0003X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə “AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə xitam verilmişdir. Bundan başqa iş materiallarına whatsapp yazışmalarını və səs yazılarını əks etdirən fotoşəkillər və flash kart əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdir. 11-ci maddəsinin “d” bəndinə əsasən işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarındandır. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 155-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 156-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 157-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 158-ci maddəsinin 1-ci hissəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 2-ci hissəsinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 174-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. 174-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdehndə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətinə "Ümumi" bölməsində tibbi nümayəndə vəzifəsinə təyin edilmişdir. İddiaçı 9, 10, 11, 12, 13, 16, 17, 18, 19, 20, 23 sentyabr 2024cü il tarixlərdə bütün 11 iş günü heç bir məlumat vermədən və üzürlü səbəblər təqdim etmədən işə gəlməmiş, Anfatis MMC-nin direktoru və birbaşa rəhbəri Osmanova Aysel tərəfindən işçiyə dəfələrlə zənglərin olunmasına baxmayaraq, hər hansısa geri dönüş etməmiş, bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Nəticədə xx.xx.2024-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilərək işə bərpa edilməsi, ödənilməmiş əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etiraz edərək, İddiaçı üzrsüz səbəbdən işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əsaslı olaraq əmək müqaviləsinə xitam verildiyini, qanunvericiliyin tələblərinin pozulmadığını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Bundan əlavə, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili İddiaçı son haqq-hesabın və sentyabr ayı üçün işlədiyi günlərə görə əmək haqqının ödənilmədiyini qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, işçi İddiaçı heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozmuş, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən bu Məcəllənin 72-ci maddəsinin “a” bəndi (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) ilə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əmək müqaviləsinə işəgötürən Cavabdeh tərəfindən əsaslı və qanuni olaraq xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında İddiaçı son haqq-hesabın və sentyabr ayı üçün işlədiyi günlərə görə əmək haqqının ödənilmədiyini etiraf etməsini nəzərə alaraq hesab edir ki, İddiaçı sentyabr ayı üzrə ödənilməmiş əmək haqqı və son haqq-hesab Cavabdeh tərəfindən hesablanaraq ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, cavabdehin iddianı qismən etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı 2024-cü ilin sentyabr ayı üçün ödənilməli olan əmək haqqı və son haqq-hesab hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı 2024-cü ilin sentyabr ayı üçün ödənilməli olan əmək haqqı və son haqq-hesab hesablanaraq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar