Məhkəmə qərarları › İş №2(004)-1477/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1477/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1477/2020 15.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, CavabdehMMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşımüqavilələrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işəaçıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilələrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə aralarında bağlanılmış alqı-satqı müqavilələrinin ləğv olunması, yararsız minik avtomobillərinə ödənilmiş 16680 (on min altı yüz səksən) manat kredit pulunun və yararsız avtomobillərə xərclənmiş hissələrin alınması ilə bağlı 7500 (yeddi min beş yüz) manat pulun geri alınması və vurulmuş mənəvi ziyanla əlaqədar 22000 (iyirmi iki min) manat, ümumilikdə 46180 (qırx altı min bir yüz səksən) manat pulun cavabdehdən (Cavabdeh MMC) alınıb ona verililməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı2015-ci ildə Cavabdeh MMC-dən “Canqon İ-35” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilkin ödəniş 4000 (dörd min) manat etməklə ayda (36 ay müddətinə) 400 (dörd yüz) manat kredit ödəmək şərti ilə satın almış,4 ay həmin avtomaşını sürdükdən sonra həmin maşının yol nəqliyyat hadisəsi zamanı qəzaya düşüb əzildiyini müəyyən etmişdir. **-PF-*** nömrəli avtomaşının yararsız olduğu barədə “xxxxxx” MMC-nin direktoru Mehmet Coşkuna dərhal məlumat verərək, satıcı tərəfindən alqı-satqı müqaviləsinin şərtlərinin kobud şəkildə pozulduğunu ona bildirmiş, X7 əvvəlcə ona inanmamış, sonra avtomaşına özü baxış keçirdikdən sonra üzrxahlıq edərək şikayət etməməsini xahiş edərək, avtomaşının digər yararlı təzə avtomaşınla əvəz ediləcəyinə vəd vermişdir. Bundan sonra ona “Caqon Eado” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşını əvvəlki “Canqon İ-35” markalı **-PF-*** nömrəli avtomaşının əvəzinə verilmişdir. Həmin “Canqon Eado” markalı **-AF-*** nömrəli avtomaşını 3 ay sürdükdən sonra qəzalı vəziyyətdə və yararsız olduğunu müəyyən etmişdir. Təkrar olaraq bu barədə "Cavabdeh” MMC-nin direktoru Mehmet Coşkuna məlumat verərək iradlarını bildirmişdir ki, «nəyə görə qanunun tələblərini pozursunuz, hər dəfə ona qəzalı və yararsız avtomaşın verirsiniz?» Mehmet Coşkun ondan yenə xahiş etmişdir ki, hələlik avtomaşını idarə etsin, qısa müddətdən sonra, avtomaşını təzəsi ilə əvəz edəcəkdir. Bu nasaz maşına görə də ayda 400 (dörd yüz) manat kredit ödəmişdir. Təxminən 1 il 4 aydan sonra (16 ay) Mehmet Çoşkun onu Cavabdeh MMC-yə dəvət edib **-AF-*** nömrəli “Canqon Eado” markalı avtomaşını geri alaraq, GAJ markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşını şəxsən özü təqdim etmişdir ki, təzə və yararlı maşındır. Daha bu avtomaşınla bağlı heç bir narazılığınız olmayacaq? Bu maşınla əlaqədar ayda 530 (beş yüz otuz) manat kredit ödənilməsinə razılaşmışdırlar. Bundan başqa, bildirmək istəyir ki, həmin “Canqon Eado” markalı **-AF-*** nömrəli avtomaşının kilometrajı geriyə çəkilmiş vəziyyətdə servisdə satışdadır. Hətda turbo.az saytında da, yerləşdirmişdilər. Həmin maşının zəmanət kitabçasını özündə saxlamışdır. Həmin kitabçada onun maşınla nə dəqər getməyi qeyd edilmişdir. O, o maşında kilometrajı videoya çəkib Mehmet müəllimin yanına qalxaraq ona bildirmişdir ki, «siz insanları bu şəkildə aldadırsız.» Hətda orada onu döyərək o zəmaət kitabçasını ondan almağa çalışmişdırlar. Bununla bağlı Abşeron RPİ-nə şikayət etmişdir. Bundan başqa, 3-cü avtomaşını idarə etdiyi 8 ay ərzində gördü ki, GAJ markalı **-PF-*** nömrəli maşında ciddi texniki nasazlıqlar mövcuddur, avtomaşında "əsmə” problemi var, ehtiyat hissələri keyfiyyətsizdir. Yenə də təkrar olaraq çox ciddi şəkildə və əsəbi halda Mehmet Coşkuna iradlarını bildirmişdir ki, «Azərbaycanda hüquqi və demokratik bir dövlətin bərqərar olduğu, dövlətlə xalq arasında vətəndaş məmnunluğunun tərəqqi həddinə çatdığı bir zamanda siz mənim mülki hüquqla bağlı konstitusion hüquqlarımı kobud şəkildə pozursunuz?» Mehmet Coşkun təkrar-təkrar üzrxahlıq edərək səmimiyyət donunda xahiş edərək demişdir ki, bu dəfə özü idarə etdiyi (Cavabdeh MMC-yə) GAJ markalı **-AF-*** dövlət nömrə nişanlı avtomaşını şəxsən ona verəcək. O, bu dəfə də Mehmetə inanmiş, onun öz idarə etdiyi **-AF-*** nömrəli maşını bundan əvvəlki GAJ markalı **-PF-*** nömrəli maşının əvəzinə ayda 530 (beş yüz otuz) manat kredit ödəmək şərti ilə qəbul etmişdir. Ancaq, bu avtomaşında da ciddi texniki nasazlıqların olması meydana çıxmışdır. Maşın elə də xoşuna gəlməmişdir. Həmçinin maşnla rayona gedərkən onu arxadan başqa bir maşın saxlayıb həmin maşını haradan almağını soruşmuş, onlara bu maşının müdirin maşını olduğunu bildirmiş, həmin şəxs ona maşının əvvəllər onda olmasını 4 ay gecikməsi olduğunu və maşının ondan gedi alındığını bildirmişdir. Nəhayət bu anarxiya barədə "Cavabdeh” MMC-nin direktoru Mehmet Coşkuna məlumat versə də, o ona konkret cavab verməkdən yayınmışdır. Cavabdeh MMC-də baş verən qanunsuzluqlarla bağlı Abşeron RPİ-nin Təhqiqat şöbəsinin HK-1/3557 saylı “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, 2015- ci ildən 2017-ci ilədək, yəni 2 il müddətində Cavabdeh MMC tərəfindən ona təzə avtomaşının əvəzinə (təzə avtomaşının qiymətinə satılmış) işlənmiş yararsız maşınlar verildiyindən Cavabdeh MMC məcburiyyət qarşısında qalıb ona satılmış maşınları 2 il ərzində 3 dəfə geri almış və təkrar-təkrar təzə maşın adı ilə verdiyi maşınlar yararsız və xarab çıxmışdır. Təzə və yararlı adı ilə verilən maşınların təmiri üçün tərəfindən 7500 (yedi min beş yüz) manat pul xərclənmişdir. Təhqiqat orqanının qeyd olunan qərarı halhazırda qüvvədədir və preyudisial əhəmiyyət daşıyır. Göründüyü kimi, Cavabdeh MMC avtomaşınların alqı-satqısı və avtomaşınlara texniki xidmət göstərilməsi sahəsində nəinki öz Nizamnamə öhdəliklərinə, həmçinin bu sahədə vətəndaşlara göstərilən xidmətlərlə bağlı (alqısatqı və texniki xidmət) üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirməmiş, 2 il ərzində ona satdığı yararsız 4 avtomaşını onun ciddi tələblərindən sonra geri almış, təkrartəkrar təzə və saz avtomaşın adı ilə ona verdiyi maşınlar yararsız olduğundan geri qaytarılmışdır. Məhkəmə iclasında işdirak edən İddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. CavabdehMMC-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı 2015-ci ildən Cavabdeh MMC-dən aldığı «Changan CS35» markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili aldıqdan 4 ay sonra qaytarması fikri yanlışdır. Belə ki, həmin avtomobil xx xxxxxx 2015-ci il tarixdə alınmış xx xxxxxx 2015-ci il tarixdə ** AF *** dövlət qeydiyyat nişanlı, avtomobillə dəyişdirilmiş əvəzlənmiş yeni müqavilə imzalanmışdır. İddiaçının Abşeron RPİ-nə müraciət etdiyi dələduzluq faktı da öz əksini tapmamışdır. Vətəndaşın hüquqları heç bir halda pozulmamışdır. Əksinə belə süründürməçiliklər, əsassız şikayətlər və süni maneələr yaratmaqla cəmiyyətin işgüzar nüfuzuna zərər vurmaqla Cavabdeh MMC-nin və məhkəmənin vaxtını alır. İddiaçı özü də etiraf etdiyi kimi 4 dəfə avtomobili dəyişmək və heç birində razı qalmamaq gülüncdür. Sonuncu avtomobili artıq 2 il 4 ay istismar etdikdən sonra narazı qalması iddiası absurd və qəbul olunmazdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. İlkin iddia üzrə iddiaçı avtomobildə hər-hansı qüsurların olması barədə rəsmi məlumat verməmişdir. Eyni zamanda 2 ildə həmin avtomobil istismar edildiyində təbii məsələdir ki, o, öz köhnəlməsini vermişdir. İddiaçı maşınların zəmanət kitabçalarını özündə saxlamaqla onlara olan qəzərli mövqeyini nümayiş etdirmişdi. 4-cü maşından sonra İddiaçı şirkətə bir daha müraciət edərək sürdüyü maşını başqa maşına dəyişmək istədiyini bildirdi. Lakin bu dəfə maşını dəyişməyə icazə verilmədi. Qeyd edir ki, İddiaçı bundan əvvəl 4 maşın onlardan götürüb, narazı qalıb, 5-ci maşını versələr də, yenə narazı qalacaq. Ona 5-ci maşını verməkdən imtina edildi ki, bu hərəkətlərinin qarşısı alınsın. Bundan başqa qeyd edir ki, maşının hər bir detalı ilə bağlı zəmanət kitabçasında hansı kilometrajadək zəmanət verdiyi qeyd edilib. Məsələn audio sistemlə bağlı 20 000 km-dək zəmanət verilir. İddiaçı maşını alarkən bilirdi ki, onun maşını 2-ci əldir. Bunu özü də etiraf etmişdir. İkinci əl olmayan maşınların üzərində nömrə olmur. Bu da hamıya məlumdur. Həmçinin qeyd edir ki, Yasamal rayon məhkəməsinin icraatında olan mülki işin baxılması müddəti ərzində də belə iddiaçı öz əməllərindən çəkinməmiş müxtəlif dövlət instansiyalarına şikayət etməkdə davam etmişdir. Məhkəmənin nəzərinə onu da çatdırır ki, hər dəfə o yersiz şikayətlər etdikdən sonra bunu nümayişkaranə surətdə bəyan edərək bildirirdi ki, onsuz da şikayətə baxan yoxdur. Onun yersiz əsassız məntiqinə görə Azərbaycan Respublikasında hamı onlara işləyir və içi onlar qarışıq bütün dövlət orqanları onun hüquqlarını pozur. Hal hazırda isə iddiaçının məqsədi köhnəlmiş avtomobili yeniləməkdir ki, Cavabdeh MMC olaraq onlar qəti şəkildə ona başqa bir avtomobil vermək niyyətindən uzaqdırlar. Çünki ona təqdim olunacaq istənilən avtomobildə o yeni nəsə özündən bir qüsur uyduraraq narazı qalacaqdır. Təsəvvür edin ki, onun qüsur deyə səsləndirdiyi nöqsan sayıla biləcəq hallar adi gündəlikdə baş verən hallardır. Təkcə onun birini səsləndirmək kifayətdir. İddiaçı qeyd edir ki, avtomobilin şüşəsini azacıq endirdikdə səs gəlir. Sözsüz ki, hərəkətdə olan avtomobil irəliyə hərəkət etdikdə hava kütləsini yarır və bunun nəticəsində hava kütləsi açıq pəncərədən salona daxil olarq səs effekti yaradır. Avtomobildə yaranan qüsurların heç biri istehsal qüsuru deyildir. İstismar müddətinə uyğun olaraq yarana biləcək qüsurlardır ki, iddiaçının məntiqinə görə bu hallar yerli dibli olmamalıdır. Sadəcə olaraq isə bu mümkün deyildir. İddiaçının istinad etdiyi “üst üstə bağlanmış müqavilələr”-lə bağlı tələbi tamamilə əassızdır. Belə ki, məhkəmə iclaslarında da səsləndirdiyi kimi, o əvvəlki avtomobilləri təhvil vermiş, köhnə müqaviləyə qarşılıqlı razılıqla xitam verilərək yeni alınmış avtomobilə münasibətdə tərəflər arasında yeni sonuncu 1091.2 saylı xx.xx.2017-ci il tarixli müqavilə imzalanmışdır. Odur ki, məhkəmə mübahisəsi yalnız tərəflər arasında bağlanmış sonuncu sonuncu 1091.2 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə münasibətdə araşdırma aparılmalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi Abşeron RPİ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan da göründüyü kimi tərəflər arasında mübahisə sırf mülki məsələdir. Baxmayaraq ki, məlum qərar yuxarı instansiya (Prokurorluq) tərəfindən ləğv edilməmişdir, İddiaçı hələdə məhkəmə iclaslarında əsasız məsuliyyətsiz fikirlər səsləndirməklə bilə bilə yalan məlumat verməklə məşğuldur. Həmçinin də, 4 dəfə avtomobili dəyişmək və heç birində razı qalmamaq gülüncdür. Sonuncu avtomobil üzrə bağlanmış müqavilənin müddəti də artıq bitmişdir və avtomobil onun istifadəsindədir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, təsadüfən öz avtomobili ilə yol gedərkən Ələt Astara yolunda əvvəllər idarə etdiyi ** AF *** dövlət qeydiyyat nişanlı avtomobili görmüş və həmin maşın əvvəllər onda olduğu üçün maşını saxlatdırmışdır. Maşını İddiaçı idarə edirdi. Ona bildirdi ki, maşın yenidir və özü üçün alıb. Lakin o ona bildirdimişdir ki, maşın yeni deyil, əvvəllər maşın təxminən 9 ay onda olmuş, maşın son 1 ayda isə sürülməmiş, xoddanmaməş, matorunda problem olmuşdur. Maddi vəziyyətim aşağı olduğu üçün maşını təmirə apara bilməmişdir. İddiaçı buna təccüblənmişdir. Maşının ödənişlərini ödəyə bilmədiyi üçün maşını gəlib aparmışlar. Həmin maşına görə o ilkin ödəniş ödədiyi üçün maşın satılarkən ona məlumat verilməli idi. Lakin maşının satılması barədə ona məlumat verilməmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq, tərəflərin izahatını, şahid ifadəsini dinləyərək hesab edir ki, iddia aşağıdakıları əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Abşeron RPİ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2018-ci il tarixli Qərardan görünür ki, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan İddiaçı

27. 06.2018-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək Masazır qəsəbəsində yerləşən Cavabdeh Motors şirkəti tərəfindən aldadıldığını və həmin şirkətin ona 4 ədəd nasaz avtomaşın satmaqla ona maddi ziyan vurulduğunu, Cavabdeh MMC-də avtomobillərin yürüş göstəriciləri geri çəkməklə vətəndaşlara satıldığını bildirmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə - Abşeron RPİ-nə verdiyi eyni məzmunlu ərizəsi də materiala əlavə edilmişdir. İzahatı alınmış İddiaçı, xx.xx.2018-ci il tarixdə DİN-in 102 xidmətinə müraciəti özünün etdiyini, DİN-in 102 xidmətinə zəng edərkən soyadının Rəsulov olduğunu bildirsə də operatorun onun soyadının səhvən Qasımov kimi qeyd etdiyini bildirmişdir. O, 2015-ci ildə Babək prospektində yerləşən Serena Motors şirkətindən 4000 manat ilkin ödəniş etməklə ayda (36 ay) 400 manat ödəmək şərti ilə Canqan İ-35 markalı avtomaşın almış, 4 ay həmin **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşını sürdükdən sonra həmin avtomaşının YNH zamanı əzildiyini bilmişdir. O, çətinliklə həmin avtomaşını şirkətə geri qaytararaq Serena Motors şirkətinin direktoru Mehmet adlı şəxsdən Canqan Eado markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla dəyişmişdir. O, həmin avtomaşını da 16 ay sürmüş və ayda 400 manat ödəniş etmiş, 3-cü aydan sonra həmin avtomaşının da vurulmuş olduğunu aşkar etmişdir. 16 ay sonra həmin avtomaşını da Mehmet adlı şəxsə geri qaytarmış, Məhmət bu dəfə ona GAJ markalı 90- PF-179 dövlət qeydiyyat nişanlı avtomaşın vermiş, o, 8 ay həmin avtomaşını sürmüş və ayda 530 manat ödəniş etmişdir. Sonra həmin avtomaşının da ehtiyat hissələrinin keyfiyyətsiz olduğunu, avtomaşında “əsmə” probleminin yarandığını görüb yenidən Məhmətin yanına gəlmiş və ondan avtomaşını yenisi ilə dəyişməsini xahiş etmişdir. Bundan sonra Məhmən həmin avtomaşını ondan geri alıb əvəzində həmin vaxt özünün idarə etdiyi GAJ markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşını ona vermişdir. O, həmin avtomaşının 9 aydır ki özündə olduğunu, hər ay 530 manat avtomaşına görə ödəniş etdiyini, avtomaşını alandan sonra çox saylı problemlərinin yarandığını Məhmətə deyib ona yeni avtomaşın verməsini tələb etsə də Məhmətin onun tələblərinə əhəmiyyət vermədiyini bildirmişdir. O, həmçinin Cavabdeh MMC-dən aldığı **-AF- *** dövlət qeydiyyat nişanlı avtomaşını 90000 km sürdükdən sonra şirkətə geri qaytardığını, həmin avtomaşını bir müddət sonra şirkətin həyətində yürüş göstəricisi 40000 km göstərici ilə satışa qoyulduğunu aşkar etdiyini, bu yolla Cavabdeh MMC şirkəti tərəfindən vətəndaşların aldadıldığını, idarə etdiyi avtomobilin Cavabdeh MMC tərəfindən yenisi ilə əvəz olunmasını və avtomobillərin təmirinə xərclədiyi 7500 manat pulu Cavabdeh MMC-dən tələb etdiyini əlavə etmişdir. İzahatı alınmış X2 göstərmişdir ki, İddiaçı müxtəlif vaxtlarda müqavilə əsasinda onun işlədiyi Cavabdeh MMC şirkətindən 4 ədəd avtomaşın aldığını bildirmişdir. Qardaş hər dəfə şirkətə gəlib aldığı avtomaşınlardan narazılıq etdikdə, o, Qardaşa avtomaşını dəyişməsini təklif etmiş, Qardaş bəyəndiyi avtomaşına dair şirkətlə müqavilə bağlamışdır. Təxminən bir həftə əvvəl Qardaş şirkətə gələrək hazırda idarə etdiyi avtomaşına aid ehtiyyat hissəsi istəmiş, o, ehtiyyat hisəsini sifariş verdiyini bildirsə də Qardaş onunla razılaşmayıb ehtiyyat hissələrini dərhal verməsini ondan tələb etmiş və şirkətdən şikayət edəcəyini deyib çıxıb getmişdir. O, işlədiyi şirkət tərəfindən heç kimin aldadılmadığını, İddiaçı avtomaşınların yürüş göstəricilərinin geri çəkilməsi ilə bağlı bildirdiklərinin həiqətə uyğun olmadığını bildirmişdir. Qərardan daha sonra görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrin surəti, «Canqan Eado» markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşında cihazlar panelinin cəvişdirilməsi haqqında tərtib olunmuş quraşdırma aktının surəti də çıxarılaraq materiala əlavə edilmiş və onun müraciəti əsasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 2015-ci ildə ilk dəfə Cavabdeh MMC-dən Canqan 1-35 markalı **- PF-*** dövlət qeydiyyat nişanlı avtomaşın almış, sonra avtomobildə yaranan nasazlıqlar səbəbindən həmin avtomobili Canqan Eado markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla, sonra həmin avtomobili GAJ markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla və sonda onu da GAJ markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Cavabdeh MMC-də (2017-ci ilədək olan müddətdə) dəyişdirmişdir. Araşdırma zamanı Cavabdeh MMC-in əməkdaşlarının avtomobillərin yürüş göstəricilərini geri çəkməklə vətəndaşları aldatması xüsusatı təsdiqini tapmamış, X1 yaxud hər hansısa başqa şəxsin əməlində Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin tərkibi aşkar edilməmişdir. İddiaçı avtomobilin yenisi ilə əvəz olunması və avtomobillərin təmiri ilə bağlı xərclədiyi 7500 manat pulu Cavabdeh MMC-dən istəməsi tələbləri isə mülki hüquq kateqoriyasına aiddir. Qanunvericiliyə uyğun olaraq mülki xarakterli mübahisələr mülki icraat qaydasında məhkəmə yolu ilə həll olunmalıdır. Odur ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməli, İddiaçı tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilməlidir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. - xx.xx.2017-ci il tarixli 2450.1 №li alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında GAJ markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınması barədə razılığa gəlinmişdir. - xx.xx.2017-ci il tarixli 1091.2 №li alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında GAC GA 5 AT minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşının əvəzlənməsi qeyd edilmişdir. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçıya Cavabdeh MMC şirkəti tərəfindən 2015-ci ildən 2017-ci ilədək 4 ədəd, yəni, “Canqon İ-35” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı, “Canqon Eado” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı, GAJ markalı **-PF-*** dövlət qeydiyyat nişanlı və GAC GA 5 AT minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar verilmişdir. İddiaçı əvvəl aldığı 3 avtomaşının yararsız olduğu barədə “xxxxxx” MMC-nin direktoru Mehmet Coşkuna dərhal məlumat verərək hər dəfə avtomaşınların dəyişdirilməsinə nail olduğunu bildirsə də, eyni əsasla da sonuncu dəyişdirdiyi avtomaşının GAJ markalı **-AF-*** dövlət nömrə nişanlı avtomaşında ciddi texniki nasazlıqların olması meydana çıxmasına baxmayaraq cavabdehin buna konkret cavab verməməsi ilə bağlı Abşeron RPİ-yə müraciət etmişdir. İddiaçı tələbində və izahatında Abşeron RPİ-nin Təhqiqat şöbəsinin HK-1/3557 saylı “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxx 2018-ci il tarixli qərarında 2015-ci ildən 2017-ci ilədək, yəni 2 il müddətində Cavabdeh MMC tərəfindən ona təzə avtomaşının əvəzinə (təzə avtomaşının qiymətinə satılmış) işlənmiş yararsız maşınlar verildiyindən Cavabdeh MMC məcburiyyət qarşısında qalıb ona satılmış maşınları 2 il ərzində 3 dəfə geri almaları və təkrar-təkrar təzə maşın adı ilə verdiyi maşınların yararsız və xarab çıxmasının, təzə və yararlı adı ilə verilən maşınların təmiri üçün tərəfindən 7500 (yedi min beş yüz) manat pul xərclənməsinin təsdiq edilməsini qeyd etsə də, məhkəmə qeyd edir ki, sözügedən qərarda İddiaçı 2015-ci ildə ilk dəfə Cavabdeh MMC-dən Canqan 1-35 markalı **- PF-*** dövlət qeydiyyat nişanlı avtomaşın alması, sonra avtomobildə yaranan nasazlıqlar səbəbindən həmin avtomobili Canqan Eado markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla, sonra həmin avtomobili GAJ markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla və sonda onu da GAJ markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Cavabdeh MMC-də (2017-ci ilədək olan müddətdə) dəyişdirilməsi faktları öz əksini tapsa da, polisdə araşdırma zamanı bu halların həmin avtomaşınların yararsız olması əsası ilə dəyişdirilməsi faktları, eləcə də Cavabdeh MMC-in əməkdaşlarının avtomobillərin yürüş göstəricilərini geri çəkməklə vətəndaşları aldatması xüsusatı təstiqini tapmamış, həmçinin X1 yaxud hər hansısa başqa şəxsin əməlində Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin tərkibi aşkar edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Abşeron RPİ-nin Təhqiqat şöbəsinin HK-1/3557 saylı “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxx 2018-ci il tarixli qərarında araşdırma zamanı iddiaçının təzə və yararlı adı ilə verilən maşınların təmiri üçün tərəfindən 7500 (yedi min beş yüz) manat pul xərclənməsi də təsdiq edilməmiş, avtomobilin yenisi ilə əvəz olunması və avtomobillərin təmiri ilə bağlı xərclədiyi 7500 manat pulu Cavabdeh MMCdən istəməsi tələbləri isə mülki hüquq kateqoriyasına aid olmaqla qanunvericiliyə uyğun olaraq mülki xarakterli mübahisələr mülki icraat qaydasında məhkəmə yolu ilə həll olunmalı olması göstərilmişdir. Göründüyü kimi, iddiaçının göstərdiyi kimi təhqiqat orqanının qeyd olunan qərarı halhazırda qüvvədə olsa da hazırki iş üzrə heç bir preyudisial əhəmiyyət daşımır. Məhkəmə iddia tələblərinin Cavabdeh MMC ilə aralarında bağlanmış alqı-satqı müqavilələrinin ləğv olunması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçının 2015-ci ildən 2017-ci ilədək olan müddətdə Cavabdeh MMC-dən aldığı Canqon İ-35” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşını “Canqon Eado” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı, GAJ markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşınlarına dəyişərkən hər dəfə bağlanan yeni müqavilə ilə əvvəlki müqavilə artıq ləğv edilmiş kimi qiymətləndirilir. Buna görə də məhkəmə artıq tərəflərin özlərinin razılığı ilə Canqon İ-35” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşını “Canqon Eado” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı, GAJ markalı **- PF-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara münasibətdə ləğv edilmiş müqavilələrin təkrarən ləğv edilməsi ilə bağlı iddia tələbinə yenidən qiymət verilməsini zəruri hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının hazırda istifadəsində olan GAC GA 5 AT minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı tərəflər arasında bağlanmış 1091.2 saylı xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi ilə bağlı hissəsinə qiymət verilməlidir. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi maddi hüquq normalarının tələblərinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. (MM 581.1) Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə tələb etdiyi hallar MM-nin 587.2-ci maddəsində təsbit edilmişdir. Həmçinin əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını və lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etməsinə ixtiyarı vardır. (587.2, 587.2.1, 587.2.2-ci maddələr) Nəhayət iddia tələbinin maddi əsası kimi istinad edilən MM-nin digər norması olan 587.5-ci maddəyə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Məhkəmə qeyd edir ki, müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Məhkəmə baxışı zamanı GAC GA 5 AT minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi ilə bağlı heç bir hüquqi əsas müəyyən edilməmiş və iddiaçının bununla bağlı irəli sürdüyü arqumentləri subyektiv mülahizəsi olmaqla heç bir mötəbər və tutarlı sübut növləri ilə öz təsdiqini tapmamış, cavabdeh tərəfindən isə, iddiaçının istinad etdiyi maddi hüquq normalarının tələblərinin pozulması halına yol verilməsi də, sübut olunmamışdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı 2015-ci ildən Cavabdeh MMC-dən aldığı Changan CS35 markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili aldıqdan və bir müddət istismar etdikdən sonra, razı qalmadığı üçün müxtəlif vaxtlarda avtomobilləri dəyişərək sonuncu, 4-cü avtomaşın olan GAC GA5 AT markalı, tipi sedan, buraxılış ili 2014, rəngi boz, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobili götürməyə razılıq vermiş, əvəzlənmiş yeni müqavilə imzalanmışdır. Bu vaxtadək digər müqavilələr üzrə ödənilən məbləğlərin qarşılıqlı hesablaşması aparılaraq sonuncu 1091.2 saylı xx.xx.2017-ci il tarixli müqavilənin üzərinə hesablanmış və avtomobilin ümumi qiyməti 16370 manat müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı avtomobillərdə hərhansı qüsurların olması barədə cavabdehə rəsmi məlumat verməmiş, cavabdeh iddiaçıya müştəriləri olduqları üçün hər dəfə avtomaşınları dəyişdirilməsinə qarşılıq verərək razılaşmışlar. Lakin bu dəyişmələrin avtomaşınların yararsız olması əsası ilə baş verməsi faktları məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələblərinin 1091.2 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə dair hissəsi üzrə irəli sürülən dəlillərə qiymət verməkdə davam edərək qeyd etməyi də zəruri hesab edir ki, həmin müqavilə üzrə əldə edilmiş GAC GA5 AT markalı, tipi sedan, buraxılış ili 2014, rəngi boz, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı 2 ildən artıq istismar edildiyinə görə avtomobil köhnəlməsi faktının baş verməsi mübahisəsizdir və istismar etdikdən sonra narazı qalması iddiası əsaslı sayıla bilməz. Cavabdeh tərəfin izahatlarına əsasən iddiaçıya 4-cü maşının 5-ci maşina dəyişməkdən imtina etdiklərinə görə o əvvəl polisə müraciət etmiş, hazırda belə bir iddia qaldırmışdır. Ona 5-ci maşın verilsə idi belə, o bundan da narazı qalıb hər hansı bir bəhanə ilə yenidən müraciət edəcəkdir. Məhkəmə həmçinin iddiaçının məhz şahid ifadəsinə əsaslanaraq sonuncu avtomaşında da ciddi texniki nasazlıqların olması meydana çıxmasının və onun cavabdeh tərəfidən də aldanılmasının aşkar edilməsinə istinad etməsini də məhkəmə əsaslı saymır və hesab edir ki, şahid ifadəsi də sübut əhəmiyyətli ifadə kimi qiymətləndirilə bilməz. Belə ki, şahid ifadəsində ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin onun 9 ay istifadəsində olmasını, mühərrikində problem olmasını göstərməsini qeyd etsə də, bu halların mövcudluğu belə mübahisələndirilən müqavilənin ləğvi üçün hüquqi əsas sayıla bilməz. Həmçinin də şahid ifadəsindən görünür ki, o avtomaşını maddi vəziyyəti aşağı olduğu üçün maşını təmirə apara bilməmiş, maşının ödənişlərini ödəyə bilmədiyi üçün maşını şirkətin evakuator ilə gəlib aparması kimi halların mövcudluğu belə şahidin Cavabdeh MMC ilə hansı münasibətlərdə olmasının göstəricisidir və beləliklə də, şahid ifadəsi də qərəzli verilən ifadə kimi qiymətləndirilir. Belə ki, qanunvericiliyə əsasən şahidifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır.MPM-nin 62-civə 104.1-cimaddələrininməzmunu) Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə də, məhkəmənin qənaətinə görə, iddiaçının hazırda istifadəsində olan GAC GA 5 AT minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı cavabehlə bağladığı 1091.2 saylı xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi ilə əlaqədar irəli sürdüyü faktiki hallar onun bu iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından həmin tələbi əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə iddia tələbinin yararsız minik avtomobillərinə görə ödənilmiş 16680 manat kredit pulunun geri alınmasına dair tələbinə də qiymət verərək hesab edir ki, iddiaçı 2015-ci ildən Cavabdeh MMC-dən aldığı Changan CS35 markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili aldıqdan 1 ay 17 gün sonra razı qalmadığı üçün müxtəlif vaxtlarda avtomobilləri dəyişərək sonunci GAC GA5 AT markalı, tipi sedan, buraxılış ili 2014, rəngi boz, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobili götürməyə razılıq verməsi ilə cavabdehlə müqavilə münasibətlərini davam etdirməsini aşkar nümayiş etdirmişdir. Məhkəmə daha sonra qeyd edir ki, iddiaçı 2015-ci ildən hazırki vaxta kimi cavabdehlə müqavilə münasibətlərində olmaqla müqavilə ilə də üzərinə öhdəliklər götürmüş və müqavilə şərtlərinin icrası üçün müqavilə tərəfi kimi mülki məsuliyyət daşıyıcısıdır. Məhkəmə iddia tələbinin yararsız minik avtomobillərinə xərclənmiş hissələrin alınması ilə bağlı 7500 manat pulun geri alınmasına dair hissələri üzrə qeyd etməyi də zəruri sayır ki, ilk əvvəl iddiaçı 2015-2017-ci illər ərzində cavabdehdən aldığı və uzun müddət istifadəsində olduğu avtomaşınların yararsız olmasını heç bir mötəbər və tutarlı sübut növləri ilə sübut edə bilmədiyindən iddia tələbi bu hissədə də əsaslı sayıla bilməz. Məhkəmə iddia tələblərinin vurulmuş mənəvi ziyanla əlaqədar 22000 (iyirmi iki min) manat tutulması hissəsi ilə bağlı qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqavilələrinin ləğv olunması, yararsız minik avtomobillərinə görə ödənilmiş 16680 manat kredit pulunun və yararsız minik avtomobillərinə xərclənmiş hissələrin alınması ilə bağlı 7500 manat pulun geri alınmasına dair iddia tələblərinin əsaslı olması öz təsdiqini tapmadığı üçün iddia tələbinin digə rhissəsi, yəni vurulmuş mənəvi ziyanla əlaqədar 22000 (iyirmi iki min) manat tutulması üzrə araşdırılmanın davam etdirilməsinə və bu tələbədə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər əsassızdır və təmin edilməməldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilələrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar