Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1699/2021 05.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASCyə qarşı öhdəlik müqaviləsinin yerinə yetirilməməsinə görə pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3806/2020 saylı, 30 mart 2021-ci il tarixli qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı öhdəliyik müqaviləsinin yerinə yetirilməməsinə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)-3806/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 15 mart 2015-ci il tarixli, ABB YM - 0153 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqavilənin ləğv edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, 15 mart 2015-ci il tarixli, ABB YM-0153 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqaviləyə əsasən İddiaçı tərəfindən “xxxx” MMCyə ödənilmiş 43908 (qırx üç min doqquz yüz səkkiz) manat məbləğində pul vəsaitinin “xxxx” MMC-dən alınaraq İddiaçı geri qaytarılması, iş üzrə ödənilmiş 30 (otuz) manat pul vəsaitinin əvəzinin cavabdehdən tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş və 02 fevral 2021-ci il tarixdə həmin qətnamə üzrə icra vərəqəsi verilmişdir. 29 mart 2021-ci il tarixdə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)3806/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-3806/2020 saylı qərardadı ilə cavabdehin Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)-3806/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 360 və 363.1.3-cü maddələrinin tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)3806/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(012)-3806/2020 saylı qərardadı ilə şikayət təmin edilmədən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X5 şikayəti müdafiə edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 30.03.2020-ci il tarixli 2(012)-3806/2020 saylı qərardadına əsasən, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron rayon məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)- 3806/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Hesab edir ki, həmin qərardad qanunsuz və əsassızdır. Həmin qərardadda görə məhkəmə yeganə əsas olaraq: sözügedən məhkəmə aktının cavabdeh "xxxx" MMC-nin Abşeron rayonu. Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanına poçt vasitəsilə göndərilməsinə baxmayaraq "qapı bağlı" qeydi ilə geri qaytarılması’, təkrar göndərilməsinə baxmayaraq "qapı bağlı" qeydi ilə geri qaytarılması və təqdim edilməsi üçün Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyinə 01 yanvar 2021ci il tarixində göndərməsi qeyd edir. Bununla da rayon məhkəməsi prosessual müddət axımını 01.01.2021-ci il tarixdən hesablamağa başlamışdır. Tamamilə əsassızdır. Belə ki, apellyasiya şikayətində qeyd etdiyi kimi sözügedən Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)-3806/2020 saylı qətnaməsi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi tərəfindən 15 fevral 2021-ci il tarixində rəsmi qaydada təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Apellyasiya şikayəti mübahisələndirilən qərardaddan göründüyü kimi 11 mart 2021-ci il tarixində verilmiş və şikayət müddəti isə 15 mart 2021-ci il tarixində bitirdi. Belə olan halda hazırki apellyasiya şikayətinin verilmə prosessual müddətinin ötürülməsindən söhbət gedə bilməz. Bundan başqa, poçt xidmətinin gətirib çatdırılınamasına və ya "qapı bağlı” qeydinin zərfin üzərində göstərməsinə görə cavabdeh Cəmiyyət məsuliyyət daşımır. Xüsusilə MPM-nin 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması üçün nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Qanunvericilikdə digər istinadedici hallar da qeyd edilməmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-3806/2020 saylı, 30 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsini və apelyasiya şikayətinin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X6 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada iş üzrə İddiaçı məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-3806/2020 saylı qərardadı ləğv edilməli, cavabdeh “xxxx” MMC-nin Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)-3806/2020 saylı qətnaməsindən şikayət vermə müddəti ötürülməmiş hesab edilməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi qətnamənin 15.02.2021-ci il tarixdə cavabdeh təşkilat tərəfindən alınmasını, apelyasiya şikayətinin 29.03.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmasını, qətnamədən apelyasiya şikayəti vermə müddətini keçirməsini müəyyən edərək müddətin bərpası barədə ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi 10.12.2020-ci il tarixdə cavabdeh təşkialta göndərilmiş, göndərilmiş zərf “Qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Bundan sonra cavadbeh təşkilat müraciət edərək qətnamənin surətinin təqdim edilməsini xahiş etmişdir. Təqdim edilmiş Abşeron rayon İcra hakimiyyəti Başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 201.04.2021-ci il tarixli, 77 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin cavabdeh “xxxx” MMC-nə 23.12.2020-ci il tarixdə ünvanladığı 2(012)3806/2020 saylı məktub 11.02.2021-ci il tarixdə nümayəndə E.Səlimov tərəfindən qəbul edilmişdir. Təqdim edilmiş və şikayətə əlavə edilmiş 001565 saylı qəbzdən görünür ki, 2(012)3806/2020 saylı qətnamə üzrə apelyasiya şikayəti “Express Courier Service-ə 11.03.2021-ci il tarixdə, saat 17:30-da təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh tərəf məhkəmə qətnaməsini 11.02.2021-ci il tarixdə almış və qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddət keçmədən, 11.03.2021-ci il tarixdə apelyasiya şikayətini poçt vasitəsi ilə məhkəməyə göndərmişdir. Bununla da müəyyən edilir ki, cavabdeh tərəf qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməmiş, bununla da verilmiş şikayət də vaxtında verilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-3806/2020 saylı qərardadı ləğv edilməli, cavabdeh “xxxx” MMC-nin Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)-3806/2020 saylı qətnaməsindən şikayət vermə müddəti ötürülməmiş hesab edilməlidir. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-3806/2020 saylı qərardadı ləğv edilsin. Cavabdeh “xxxx” MMC-nin Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)-3806/2020 saylı qətnaməsindən şikayət vermə müddəti ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1699/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1699/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver