Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3904/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onların və eyni zamanda digər Cavabdeh4 nümayəndəsi və vəkili X7, Cavabdeh X1 vəkili X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4981/2020 saylı, 20 noyabr 2020ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh5 və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı “əqdin və onun hüquqi nəticələrinin etibarsız sayılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4981/2020 saylı, 20 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 28.08.2019-cu il tarixli alğı-satğı müqaviləsi, Cavabdeh3 ilə Cavabdeh5 arasında bağlanmış 29.10.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması, “Hyundai Tucson” markalı, **-TX-*** dövlət nişan nömrəli avtomobilə dair Cavabdeh5 adına rəsmiləşdirilmiş AD673031 saylı şəhadətnamənin ləğv edilməsi, “Hyundai Tucson” markalı, **-TX-*** dövlət nişan nömrəli avtomobilin Cavabdeh5 alınaraq İddiaçı qaytarılması, Cavabdeh3 20.000 (iyirmi min) manat məbləğində pul tutularaq Cavabdeh5 ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh5 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətləri və onların dəlilləri: Cavabdeh5 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, o, “Hyundai Tucson” markalı, **-TX-*** dövlət nişan nömrəli avtomobili Cavabdeh3 AR DİN Baş X12ndə 29 oktyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən satın almış və aldığı zaman həmin avtomobilin Cavabdeh3 adına olmasından başqa bir məlumatı olmamışdır, beləliklə, o, vicdanlı alıcıdır. Bundan başqa, həmin avtomobili aldıqdan sonra onun təmirinə 2050 manat pul xərcləmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək göstərmişdir ki, birinci instansiya məhkəəsinin iclasında onun iştirakı təmin olunmamış, eyni zamanda onun “Porsche Cayenne” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi C.Hüseynovun Sığorta şirkəti və G.Xəlilovaya borcu olmasından xəbəri olmamış, həmin avtomobilində həbsin olmasını 51 saylı Notarius ofisinin notariusu Ü.Kərimovdan öyrənmişdir. Bundan əlavə, iddiaçının avtomobilin üzərində həbs olmasından xəbəri olmuşdur. Eləcə də iddiaçı razılığa əsasən əlavə ödəməli olduğu 2500 manat pulu hələ də ödəməmişdir. Bu səbəbdən rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərin uyğun izahat verdi və təmin edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eləcə də göstərdi ki, o, “Hyundai Tucson” markalı avtomobili Cavabdeh5 alğı-satqı müqaviləsində göstərilən məbləğə - 20000 manata deyil, 14500 manata satmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Z.Hüseynov apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, rayon məhkəməsi iddia tələbini qismən təmin edərkən mübahisəli avtomobilin iddiaçının iradəsinin ziddinə olaraq sahibliyindən çıxması halını əsas gətirmişdir, halbuki iddiaçı öz azad iradəsi ilə Cavabdeh2 geniş səlahiyyətli etibarnamə vermiş və əldə etdiyi “Porsche Cayenne” markalı avtomobilin üzərində həbs olduğundan xəbərdar olmuşdur. Göstərilənlərə əsasən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 vəkili Y.İsmayılov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və göstərdi ki, rayon məhkəməsi iddianı qismən təmin edərkən “Hyundai Tucson” markalı avtomobilin iddiaçının mülkiyyətindən onun iradəsinin ziddinə çıxdığına əsaslanmış, beləliklə, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir, belə ki, iddiaçı könüllü olaraq Cavabdeh2 geniş səlahiyyətli etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə əsasında avtomobili Cavabdeh3 satmışdır. Cavabdeh5 həmin avtomobili “turbo.az” səhifəsində 15000 manata görmüş, Cavabdeh3 500 manat endirim edərək nəqliyyat vasitəsini 14500 manata Cavabdeh5 satmış, onun tərəflər arasında olan mübahisələrdən xəbəri olmamışdır ki, bu halda Cavabdeh5 vicdanlı əldə edəndir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətləri ilə razılaşmayaraq göstərdi ki, o, Cavabdeh2 “Hyundai Tucson” markalı, **-TX-*** dövlət nişan nömrəli avtomobilə dair etibarnamə vermiş, ondan “Porsche Cayenne” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə almış, sonradan həmin avtomobilin üzərində həbs olduğu aşkar edilmiş və icraya gedərək həbsin götürülməsini xahiş etmişdir. Cavabdeh2 “Hyundai Tucson” markalı avtomobili digər cavabdeh olan Cavabdeh3, o isə, nəqliyyat vasitəsini Cavabdeh5 satmışdır. İddiaçı məhkəmə iclasında Cavabdeh5 vicdanlı alıcı olmasını qəbul etmişdir. Bununla belə, şikayətlərin təmin olunmamalarını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməmələrini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh5, cavabdeh 51 nömrəli Notariat ofisinin nümayəndəsi və üçüncü şəxs AR DİNin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 15.10.2020-ci il tarixli, 94282-1220 saylı məktubundan və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, **-TZ-*** dövlət nömrə nişanlı, “Hyundai Tucson” markalı 2006-cı il buraxılışlı avtomobil 17.01.2013-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında İddiaçı Mənsur oğlunun adına rəsmiləşdirilmiş, ona AB832382 saylı şəhadətnamə verilmiş, 27.08.2019-cu il tarixdə Cavabdeh2 həmin avtomobilə dair geniş səlahiyyətli etibarnamə verilmiş, **-TZ-*** dövlət nömrə nişanlı, “Hyundai Tucson” markalı avtomobil 28.08.2019-cu il tarixdə eyni dövlət nişan nömrəsilə Cavabdeh3 adına alğı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmiş, ona AD57429 saylı şəhadətnamə verilmişdir. **-TZ-*** dövlət nömrə nişanlı, “Hyundai Tucson” markalı avtomobil 29.10.2019-cu il tarixdə **-TX-*** dövlət nişan nömrəsilə Cavabdeh5 adına alğı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmiş, ona AD673031 saylı şəhadətnamə verilmişdir. Həmçinin iş materiallarından görünür ki, İddiaçı Mənsur oğlu nümayəndəsi Cavabdeh2 vasitəsilə Cavabdeh3 avtomobili dəyişmə müqaviləsi ilə mülkiyyətinə vermiş, Cavabdeh5 isə Cavabdeh3 alğı-satqı müqaviləsi ilə həmin avtomobilin dəyəri olaraq 20.000 manat məbləğində pul ödəmişdir. Eyni zamanda həmin materiallara 28.08.2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi də əlavə edilmişdir ki, həmin müqavilədən aydın olur ki, İddiaçı Mənsur oğlu nümayəndəsi Cavabdeh2 vasitəsilə avtomobili Cavabdeh3 11.000 manata satmışdır. 27.08.2019-cu il tarixli, AR-İ844364 saylı etibarnamədən görünür ki, 27.08.2019-cu il tarixdə, saat 11:55-də X5 tərəfindən Cavabdeh2 geniş səlahiyyətli, təmsilçilik hüququnun üçüncü şəxslərə ötürülməsini də özündə əks etdirən etibarnamə verilmişdir. Həmin etibarnamə Bakı şəhəri 51 saylı Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmişdir. 27.08.2019-cu il tarixli, AR-İ844376 saylı etibarnamədən görünür ki, 27.08.2019-cu il tarixdə, saat 17:38-də X3 adından Cavabdeh2 tərəfindən İddiaçı geniş səlahiyyətli, təmsilçilik hüququnun üçün şəxslərə ötürülməsini də özündə əks etdirən etibarnamə verilmişdir. Həmin etibarnamə Bakı şəhəri 51 saylı Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmişdir. 7E-8174 reyestr nömrəsi ilə qeydə alınmış 27.08.2019-cu il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, 27.08.2019-cu il tarixdə, saat 17:57-də İddiaçı tərəfindən Cavabdeh2 **-TZ-*** dövlət nömrə nişanlı, “Hyundai Tucson” markalı avtomobiliə dair geniş səlahiyyətli, avtomobilə dair sərəncam vermək, qeydiyyatdan çıxarmaq və sair hüquqları özündə əks etdirən etibarnamə verilmişdir. Həmin etibarnamə Bakı şəhəri 51 saylı Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmişdir. İddiaçı ünvan ünvanladığı ərizənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 verilmiş 7E-8174 reyestr nömrəsi ilə qeydə alınmış 27.08.2019-cu il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə 28.08.2019-cu il tarixdə, saat 13:04-də ləğv edilmiş və informasiya sisteminə daxil edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 18.07.2020-ci il tarixli, 62314-1220 saylı məktubundan və ona əlavə edilmiş nəqliyyat vasitələri barədə məlumatların komputer çıxarışlarının surətindən görünür ki, 2005-ci il buraxılışlı “Porsche Cayenne” markalı **-LX-*** dövlət qeydiyyat minik maşını 01.06.2013-cü il tarixdən X3 mülkiyyətində olmuşdur və ona AC000189 saylı şəhadətnamə verilmişdir. Həmin avtomobilə dair 17.06.2018-ci il tarixdə Cavabdeh2 etibarnamə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-302/2015 saylı, 16 mart 2015-ci il tarixli və 8(006)- 6137/2015 saylı, 26 avqust 2015-ci il tarixli qərardadları ilə Nəsimi rayon İcra və Probasiya şöbəsinintəqdimatları əsasında mülkiyyətçinin borcları əsas götürülərək “Porsche Cayenne” markalı **-LX-*** dövlət qeydiyyat minik maşınının üzərinə həbs qoyulmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər Cavabdeh5 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilən şikayətlərə əsasən mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli və qətnamə qismən, iddianın təmin olunan – Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 28.08.2019-cu il tarixli alğı-satqı müqaviləsi, Cavabdeh3 ilə Cavabdeh5 arasında bağlanmış 29.10.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması, “Hyundai Tucson” markalı, **-TX-*** dövlət nişan nömrəli avtomobilə dair Cavabdeh5 adına rəsmiləşdirilmiş AD673031 saylı şəhadətnamənin ləğv edilməsi, “Hyundai Tucson” markalı, **-TX-*** dövlət nişan nömrəli avtomobilin Cavabdeh5 alınaraq İddiaçı qaytarılması, Cavabdeh3 20.000 (iyirmi min) manat məbləğində pul tutularaq Cavabdeh5 ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmalı, həmin hissədə iddia təmin edilməməlidir. Cavabdeh5 apellyasiya şikayəti ilə bağlı: Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlilini onun vicdanlı alıcı olması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Kollegiya qeyd edir ki, hazırkı işin hallarından görünür ki, Cavabdeh5 digər Cavabdeh3 “Hyundai Tucson” markalı, **-TX-*** dövlət nişan nömrəli avtomobili satın aldığı zaman avtomobilin onun adına olmasını bilmiş, digər cavabdehlərlə iddiaçı arasında bağlanan əqdlər barədə hər hansı mübahisənin olmasından xəbərdar olmamışdır. Belə olan halda, Cavabdeh5 MM-in 182.1-ci maddəsinə əsasən vicdanlı əldə edəndir və onun apellyasiya şikayəti əsaslıdır. Cavabdeh2 apellyasiya şikayəti ilə bağlı: Kollegiya qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlili kimi iddiaçının “Porsche Cayenne” marklı avtomobilin üzərində həbs olmasından xəbərdar olduğu və “Hyundai Tucson” markalı avtomobilə dair etibarnaməni könüllü və öz iradəsinə uyğun olaraq verdiyini göstərmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında “Porsche Cayenne” markalı avtomobilin üzərindən həbsin götürülməsi üçün icra şöbəsinə müraciət etdiyini bildirmişdir. Belə olan halda, Cavabdeh2 apellyasiya şikayətinin dəlili əsaslıdır. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Hazırkı işin hallarından görünür ki, iddiaçı öz iradəsi ilə Cavabdeh2 geniş səlahiyyətləri, o cümlədən ona məxsus əmlakın özgəninkiləşdirilməsi ilə bağlı etibarnamə vermişdir. Bununla da müəyyən olunur ki, “Hyundai Tucson” markalı avtomobilin iddiaçının iradəsinə zidd olaraq sahibliyindən çıxması ilə bağlı rayon məhkəməsi düzgün nəticəyə gəlməmiş, habelə Cavabdeh5 əmlakı vicdanlı əldə edən olması faktına düzgün qiymət verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması səhv təfsir olunduğundan, həmçinin iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də prosessual hüquq nomaları pozulduğundan apellyasiya şikayətləri təmin olunmalı, qətnamə qismən, iddianın təmin olan – Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 28.08.2019-cu il tarixli alğı-satqı müqaviləsi, Cavabdeh3 ilə Cavabdeh5 arasında bağlanmış 29.10.2019-cu il tarixli alğısatqı müqaviləsinin etibarsız sayılması, “KMHJN81BP7U569811” ban nömrəli, “Hyundai Tucson” markalı, **-TX-*** dövlət nişan nömrəli avtomobilə dair Cavabdeh5 adına rəsmiləşdirilmiş AD673031 saylı şəhadətnamənin ləğv edilməsi, “KMHJN81BP7U569811” ban nömrəli, “Hyundai Tucson” markalı, **-TX-*** dövlət nişan nömrəli avtomobilin Cavabdeh5 alınaraq İddiaçı qaytarılması, Cavabdeh3 20.000 (iyirmi min) manat məbləğində pul tutularaq Cavabdeh5 ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmalı, həmin hissədə iddia təmin edilməməlidir. Eyni zamanda Kollegiya qeyd edir ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh2 qarşı “KMHJN81BP7U569811” ban nömrəli “Hyundai Tucson” markalı avtomobilinin özgəninkiləşdirilməsi nəticəsində ona çatacaq 14500 (on dörd min beş yüz) manatın ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti verən cavabdehlərə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehlər Cavabdeh5 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4981/2020 saylı, 20 noyabr 2020ci il tarixli qətnaməsi qismən - Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 28.08.2019cu il tarixli alğı-satğı müqaviləsi, Cavabdeh3 ilə Cavabdeh5 arasında bağlanmış 29.10.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması, “KMHJN81BP7U569811” ban nömrəli, “Hyundai Tucson” markalı, **-TX-*** dövlət nişan nömrəli avtomobilə dair Cavabdeh5 adına rəsmiləşdirilmiş AD673031 saylı şəhadətnamənin ləğv edilməsi, “KMHJN81BP7U569811” ban nömrəli, “Hyundai Tucson” markalı, **-TX-*** dövlət nişan nömrəli avtomobilin Cavabdeh5 alınaraq İddiaçı qaytarılması, Cavabdeh3 20.000 (iyirmi min) manat məbləğində pul tutularaq Cavabdeh5 ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə təmin edilməsin. İddiaçı Cavabdeh2 qarşı “KMHJN81BP7U569811” ban nömrəli “Hyundai Tucson” markalı avtomobilinin özgəninkiləşdirilməsi nəticəsində ona çatacaq 14500 (on dörd min beş yüz) manatın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3904/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3904/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver