Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1479/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 11226,06 manat, faiz borcu üzrə 3981,51 manat olmaqla, cəmi 15207,57 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan **-GL-*** dövlət qeydiyyat nömrəli “X4 5” minik markalı (buraxılış ili 2013, ban- GWDBE175DС675049, rəngi - ağ) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin bankın hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılması, vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan məbləğin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinmin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, güzəşt edilmiş problemli aktivlərlə bağlı tələb etmə hüququ “xxxx" QSC-yə keçmiş, sonuncu isə bu işlərlə məşğul olmaq üçün (idarəetmə və hüquq xidmətlərinin göstərilməsi) Agentliklə xidmət müqaviləsi bağlamışdır.Xidmət müqaviləsinin 2.1.4-cü bəndindən görünür ki, Agentliyə problemli aktivlər üzrə mövcud borcların ödənilməsi tələbi ilə Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında, icra orqanlarında, dövlət orqanlarında iştirak etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə, o cümlədən MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyətlər verilmişdir. Müqavilənin 2.4-cü bəndinə görə, problemli aktivlərlə bağlı müqavilədə qeyd olunan xidmətlərin icrası məqsədilə “xxxx” QSC tərəfindən Agentliyin icraçı direktoruna müvafiq səlahiyyətlərin təsbit edildiyi etibarnamə verilir. Eləcə də müqavilənin ümumi məzmunundan açıq-aşkar aydın olur ki, Agentlik yalnız nümayəndəlik funksiyalarını yerinə yetirmək səlahiyyətində olmuşdur. Nümayəndəlik institutunda baş vermiş dəyişikliklərə gorə hüquqi şəxs yalnız qanunlarlar digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edə bilərlər. (MPM-in 69.2-cı m.) Eləcə də nəzərə almaq lazımdır ki, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (MPM-in 73.1 -cı m.). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (MPM-in 73.4-cü m.). Göründüyü kimi, hüquqi şəxsin nümayəndəsi ya qanun hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, ya da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir. Ona görə də o, tərəflər arasında “Xidmət müqaviləsi” bağlanmasına baxmayaraq, qanunla nümayəndəlik institutuna edilmiş dəyişikliklərdən sonra ‘xxxx’ QSC-nın məhkəmədə nümayəndəsi ola bilməz. Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda. yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfndən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan Agentliyin icraçı direktoru tərəfindən imzalandığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1479/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1479/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver