Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1484/2022 04.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımov Aytən Elçin qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququndan məhrumetmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququndan məhrumetmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 5 inzibati binada qeydiyyatda olan Cavabdeh onun varisi kimi vərəsəlik hüququndan məhrum edilməsinə, vəkilin xidmətlərinə görə ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülk iş üzrə məhkəmə baxış iclası 04 aprel 2022-ci il tarixə, saat 11:45-ə təyin olunmuşdur. 04.04.2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə İddiaçı ərizəsi daxil olmuşdur. O, öz ərizəsində cavabdehlərə qarşı bir neçə iddia tələbləri araşdırıldığından iddia ərizəsini, ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda vəkili X1 tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılmasına dair ərizəsini və cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, eyni zamanda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququndan məhrumetmə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. X1 tərəfindən 02 fevral 2022-ci il tarixli, ********* nömrəli qəbzə əsasən EXPRESSPAY ödəniş sistemi vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1484/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1484/2022
04.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver