Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-15/2021 19.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin (əvvəlki adı “xxxx” İKB ASC) cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “nümayəndəlik xərcələri məqsədilə bankın kassasından götürülmüş və hesabatı verilməmiş pul vəsaitlərinin tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC (əvvəlki adı “xxxx” İKB ASC) cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “nümayəndəlik xərcələri məqsədilə bankın kassasından götürülmüş və hesabatı verilməmiş pul vəsaitlərinin tutulması tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 49 halda nümayəndəlik xərcləri məqsədi ilə kassadan götürülmüş və hesabatı verilməmiş 1.438.579 manat pulun müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 2012-ci ilin dekabr ayından Bank Təhlükəsizliyi Departamentinin Texniki və Fiziki Təhlükəsizlik şöbəsinin mütəxəssisi, 2016-cı ilin may ayından isə Texniki Dəstək xidmətinin rəhbəri, Cavabdeh1 isə xx.xx.2006cı il tarixdən X8 vəzifəsində işləmişlər. xx.xx.2016-cı ildə Cavabdeh3la, xx.xx.2016-cı ildə Cavabdeh1 ilə bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. X8 Cavabdeh1 xx.xx.2014-cü il tarixdə İdarə Heyətinin qərarını qəbul edərək, bir sıra vəzifəli şəxslərə, o cümlədən Ayxan Rüstəmzadəyə bankın xəzinəsindən təhtəlhesab nağd pul götürmək hüququ vermişdir. Bu qərarın əsasında xəzinədən pul götürmək üçün xüsusi sifariş forması hazırlanmışdır. Cavabdeh3 xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək müxtəlif vaxtlarda və məbləğlərdə xəzinədən nağd pul alınmasını sifariş etmiş, Cavabdeh1 isə həmin sifarişləri təsdiq edərək icraya yönəltmişdir. Cavabdeh3 xəzinə-məxaric orderlərinə imza edərək, sifarişdə və məxaric orderlərində göstərilən məbləğləri xəzinədən çıxarıb Cavabdeh1 ilə birlikdə öz mülahizələrinə uyğun istifadə etmişlər. xx.xx.2015-800 AZN, xx.xx.2015-10000 AZN, xx.xx.2015-85000 AZN, xx.xx.2015-23000 AZN, xx.xx.2016- 163800 AZN, xx.xx.2016-80100 AZN, xx.xx.2016-35000 AZN, xx.xx.2016-50000 AZN, xx.xx.2016-28000 AZN, xx.xx.2016-2500 AZN, xx.xx.2016-45000 AZN, xx.xx.2016-2500 AZN, xx.xx.2016-15735 AZN, xx.xx.2016-2000 AZN, xx.xx.2016-67000 AZN, xx.xx.2016-5000 AZN, xx.xx.2016-4000 AZN, xx.xx.2016-21656 AZN, xx.xx.2016-1836 AZN, xx.xx.2016-3000 AZN, xx.xx.2016-6910 AZN, xx.xx.2016-82500 AZN, xx.xx.2016- 15000 AZN, xx.xx.2016-9635 AZN, xx.xx.2016-100 AZN, xx.xx.2016-1130 AZN, xx.xx.2016-27350 AZN, xx.xx.2016-20832 AZN, xx.xx.2016-75900 AZN, xx.xx.2016-1566 AZN, xx.xx.2016-3012 AZN, xx.xx.2016-77000 AZN, xx.xx.2016-450 AZN, xx.xx.2016- 25000 AZN, xx.xx.2016-1550 AZN, xx.xx.2016-57500 AZN, xx.xx.2016-8500 AZN, xx.xx.2016-8850 AZN, xx.xx.2016-9164 AZN, xx.xx.2016-21252 AZN, xx.xx.2016-77575 AZN, xx.xx.2016-1115 AZN, xx.xx.2016-786 AZN, xx.xx.2016-80000 AZN, xx.xx.2016- 80000AZN, xx.xx.2016-17672 AZN, xx.xx.2016-240 AZN, xx.xx.2016-53500 AZN, xx.xx.2016 22000 AZN- cəmi-1439216 AZN. Bu üsullarla Cavabdeh3 ilə Cavabdeh1 cəmi 1.439.216 manat pul vəsaitini bankın xəzinəsindən çıxarmışlar. Onlar aldıqları 1.438.579 manat məbləğə görə hesabat verməmişlər. xxxx İKB ASC-nin nizamnaməsinin 9.3-cü bəndinin 8-ci yarımbəndinə əsasən X8 qanunla və Mərkəzi Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş, habelə səhmdarların ümumi yığıncağı və Müşahidə Şurasının qərarlarına uyğun olaraq ayrı-ayrı məsələlər üzrə qərarlar qəbul edir. X3 rəhbərliyi ilə qəbul edilmiş qərarlar qanuna və Nizamnaməyə əsasən, yalnız bankın mənafeyinə xidmət etməlidir. Lakin Cavabdeh1 vəzifəsindən sui-istifadə edib digər işçilərlə, o cümlədən Cavabdeh3la əlbir olaraq bilə-bilə qəsdən bankın əmlakı olan pul məbləğlərini mənimsəmiş, bankın əmlakına külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan baxıımasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edimiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5ci maddələrini nəzərə alaraq, müəyyən etmişdir ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-924/2019 saylı qətnaməsinə əsasən ““Bankın nümayəndəlik xərclərinin yoxlanması barədə audit rəyindən” görünür ki, X10 Xidməti, xidmətin baş mütəxəssisi F.Allahverdi tərəfindən xx.xx.2016-cı il- xx.xx.2016-cı il tarixlərdə Bankın nümayəndəlik xərclərinin audit yoxlaması və xidməti araşdırma həyata keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, Bankın Maliyyə Departamentindən təqdim olunan məlumatlara əsasən, 2015-ci il aprelin 24-dən 2016-cı il iyulun 20-dək olan dövrdə malmaterial alınması üçün qabaqcadan ödənilmiş hesabdan 105 halda nümayəndəlik xərcləri məqsədi ilə nağd pul vəsaiti götürmüş və bugünədək istifadəsi haqqında müvafiq sənədlər təqdim etməmiş şəxslər üzrə yaranmış borc məbləği, ümumi götürülmüş 1.900.388 manat məbləğin müqabilində 4.582.443 manat təşkil etmişdir. xx.xx.2009-cu il tarixli 98 nömrəli əmrə əsasən bankın nümayəndəlik xərcləri ilə bağlı pul vəsaitlərin nəzarəti şəxsən X8 Cavabdeh1 həvalə olunmuşdur. Bundan əlavə, xx.xx.2013-cü il tarixli qərarla təsdiq olunmuş “Bankın büdcə planlaşdırılması haqqında əsasnaməyə” əsasən, nümayəndəlik xərcləri və digər (məsləhət xidməti, üzvlük haqqı, personal üzrə xərclər, kommersiya xərcləri, investisiya layihələri) xidmətlərin ödənişi üzrə xərclərə büdcə maddələri üzrə vəsaitlərin buraxılması bilavasitə X8 Cavabdeh1 təhkim olunmuşdur. X6 xx.xx.2014-cü il tarixli qərarı ilə Bank üzrə təhtəlhesab almaq hüququ olan şəxslərin siyahısı təsdiq edilmişdir (X8 və üzvləri, Departament, xidmət, filial rəhbərləri/əvəzediciləri və Biznes inzibatçılığı Departamentinin Təsərrüfat şöbəsinin rəisi/əvəzedicisi). Göstərilənlərə əsasən audit yoxlaması belə nəticəyə gəlmişdir ki, nümayəndəlik xərcləri üçün adı çəkilən şəxslər tərəfindən götürülən 582.443 manat nağd pul vəsaitləri üzrə təsdiqedici sənədlər təqdim olunmadığı üçün xərclər hesablarında əksini tapmamışdır. İş materiallarından və iddiaçı tərəfindən inkar olunmayan hallardan görünür ki, bankın ayrı-ayrı vəzifəli şəxslərinə təhtəl hesabdan nümayəndəlik xərclərinə görə 4.649.340 manat pul vəsaiti verilmişdir. Həmin pul məbləğinin ödənilməsinin bütünlüklə Cavabdeh1 üzərinə qoyulması əsaslı sayıla bilməz. X6 xx.xx.2014-cü il tarixli qərarı ilə bir sıra vəzifəli şəxslərə bankın-xəzinəsindən təhtəlhesab nağd pul götürmək hüququ verilmiş, bu qərarın əsasında qərarda göstərilən ayrı-ayrı şəxslər müxtəlif vaxtlarda və məbləğlərdə xüsusi hazırlanmış formada pul vəsaitinin götürülməsinə dair rəsmi sifarişlər etmişlər. X8 Cavabdeh1 sifariş edilmiş məbləğin xəzinədən verilməsinə sərəncam verməklə sifarişləri təsdiq etmişdir. Bu sifariş əsasında mühasibat uçotu qaydalarına uyğun olaraq, sifarişi etmiş şəxsin adına sifarişdə göstərilən məbləğdə xəzinə-məxaric orderləri tərtib edilmiş və onu həm xəzinədar, həm də müvafiq məbləği alan şəxs bilavasitə imzalamışlar. Qeyd olunan faktlar Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin məktubuna əsasən X1 Palatasının Bankın nümayəndəlik xərclərinin yoxlanılması barədə Aktı ilə təsdiq olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və İşçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zıdd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Həmin Məcəllənin 199-cu maddəsinə görə işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə (əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandığı vo əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv eldikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda) tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsinə görə, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyən edilir. (maddə 49.1.). Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hjquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (maddə 49,2.). Hüquqi şəxs adından maraqlarını öz maraqlarından üstün tutmaq və ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının tələbi ile o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir (maddə 49.3.). ''İddiaçı" İKB ASC-nın Nizamnaməsinin 9.3-cü bəndinin 8-ci yarımbəndinə görə, X8 qanunla və Mərkəzi bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş, habelə səhmdarların ümumi yığıncağı və Müşahidə Şurasının qərarlarına uyğun olaraq ayrı-ayrı məsələlər üzrə qərarlar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30.01,2006-cı il tarixdən xx.xx.2016cı il tarixədək "İddiaçı" İKB ASC-nın qanuni təmsilçisi olmuş V.V.X7 sədri kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 49.3-cü maddəsindən irəli gələn vəzifələrini yerinə yetirməməyə görə məsuliyyət daşımış və onun qəsdən və ya ehtiyatsızlıqdan yol verdiyi hüquqi səxsin mənafeyinə xələl gətirən pozuntulara görə hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməyə borclu olmuşdur. 49 halda kassadan götürülmüş 1.439.216 manat pul vəsaitinin hesabatları verilməmiş 1.438.579 manatının cavabdehlərdən tutulması qanuna uyğun və ədalətli hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21 -ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha əz miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çekdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). ''Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-cı ıl tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ile bağlı şəxsə dəymiş mənəvi zərər (liziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1 -ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikl) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasınə gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarım po/r>n) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki m m ıq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 -ci maddəsinin birinci cümləsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərurin, Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 49 halda nümayəndəlik xərcləri məqsədi ilə kassadan götürülmüş və hesabatı verilməmiş 1.438.579 manat pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin (əvvəlki adı “xxxx” İKB ASC) xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 49 halda nümayəndəlik xərcləri məqsədi ilə kassadan götürülmüş və hesabatı verilməmiş 1.438.579 (bir milyon dörd yüz otuz səkkiz min beş yüz yetmiş doqquz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin (əvvəlki adı “xxxx” İKB ASC) xeyrinə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-15/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-15/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver