Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-15/2024 09.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X22, X19 və X28 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh, X38 və X39 qarşı “qanunsuz tikilinin sökülməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X22, X19 və X28 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh, X38 və X39 qarşı “qanunsuz tikilinin sökülməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X55, Cavabdeh, X38 və X34 ünvan 1 ünvanında olan fərdi yaşayış evində iddiaçıya məxsus 2\4 hissədən əşyaları ilə birlikdə çıxarılmaları, qanusuz inşa etdikləri 2-ci mərtəbədə olan yaşayış sahəsi cavabdehlərin hesabına sökülməklə maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evinin 2\4 hissəsi İddiaçı atası X9 məxsus olmuş və 2016-cı ildə sonuncunun ölümündən sonra qanun üzrə vərəsəlik hüququ əsasında həmin hissə ona verilmişdir. xx.xx.2017-ci il tarixdə yaşayış evinin 2\4 pay hissəsinə mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 36 №-li reyestr kitabının 3369 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı ona məxsus hissədə qeydiyyatdadır. Onunla yanaşı əri X20, övladları X29, X23 və X13 həmin evdə qeydiyyatdadırlar. 2003-cü ildə iddiaçının atasının razılığı ilə yaşayış evinin həmin hissəsində hazırda vəfat etmiş iddiaçının qardaşı X10 qayını X55, onun arvadı Cavabdeh, övladları X38 və X51 qeydiyyata düşmüşlər. Həmin vaxt Yalçın Əzimov və ailəsi Rusiyadan Bakı şəhərinə köçmüşlər və burada yaşamağa yerləri olmadığı üçün iddiaçının atası evin bir otağını yaşamaq üçün onlara ödənişsiz kirayə vermişdir. 2016-cı ildə iddiaçının atasının termiki yanıqla xəstəxanada müalicə və daha sonra həmin yanıq xəsarətlərdən vəfat etmişdir. Yalçın Əzimov iddaçının və ailə üzvlərinin xəstəxanaya və dəfn mərasimlərinə başlarının qarışmasından istifadə edərək yaşadıqları evin üstündə qanunsuz olaraq 2-ci mərtəbəni inşa etmişlər. Hazırda həmin qanunsuz tikili və iddiaçaya məxsus yaşayış evinin 1\2 hissəsi Yalçın Əzimov və ailə üzvləri tərəfindən zəbt edilib. Evin bir hissəsində Yalçın Əzimov və ailə üzvləri yaşayırlar, qanunsuz inşa edilmiş 2-ci mərtəbə isə mütəmadi olaraq icarəyə verilməkdədir. İddiaçı Kəmalə Haciəliyevə 08 avqust 2019-ci tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək cavabdehlərin yaşayış hüququ olmayan hesab edilmələri barədə iddia tələbi 2 ildən artıq müddətdən sonra təmin edilmişdir. Həmin müddət ərzində cavabdehlər müxtəlif iddia tələbləri ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququnun dövlət qeydiyyatını ləğv etdirmək istəmişlər. Cavabdehlərin iddia tələbləri təmin edilməsə də iddiaçının iddia tələbi xx.xx.2021-ci il tarixli qətnamə ilə təmin edilmişdir. Hazırda cavadehlərin hər birinin ünvan 1 ünvanı üzrə qeydiyyatları ləğv edilsə də iddiaçıya məxsus yaşayış evindən çıxmırlar. Üstəlik qanunsuz inşa edilmiş 2- ci mərtəbini icarəyə verməklə qanunsuz olaraq gəlir əldə edirlər. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçının bir mülkiyyətçi kimi sahiblik, istifadə və sərəncam vermək barədə hüquqları cavabdehlər tərəfindən məhdudlaşdırılıb. Bu da qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinin məzmunu uyğun izahat verdi və əlavə olaraq bldirdi ki, tərəf arasında uzun illərdi ki müxtəlif məhkəmə mübahisələri gedir. 2017-ci ildən tərəflərin məhkəmə mübahisələri davam edir. Cavabdehlər fərqli iddialar qaldırmaqla işə vaxtında baxılmasına maneələr yaratmış və mübahisə olduğunu bilərək əlavə qanunsuz tikililər də tikmişdir ki, həmin tikililərin mövcudluğu birbaşa iddiaçının maraqlarına toxunaraq mülkiyyət hüququnu pozur. Belə ki, cavabdehlər iddiaçıya məxsus tikilinin üstündə də, artırmalar apararaq əlavə tikililər tikmişlər. Həmin tikililərin hazırki vəziyyətdə qalması mümkün deyil. Çünki həmin tikililərə iddiaçıya məxsus evin içindən pilləkən qoyulmuşdur. Yəni iddiaçının evinə girmədən həmin sahəyə daxil olmaq olmaz. Bu da, bir başa iddiaçının maraqlarına toxunur ki, bu hal müvafiq ekspert rəyində də, öz təsdiqini tapmışdır. İddiaçı atası X9 məxsus olmuş mübahisəli mənzili atasının ölümündən sonra qanun üzrə vərəsəlik hüququ əsasında əldə etmiş, yaşayış evinin 2/4 pay hissəsinə mülkiyyət hüququ üzrə iddiaçı öz adına daşınmaz əmlakın dövlət reyestrində 36 №-li reyestr kitabının 3369 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin iddiaçı 2017-ci ildən yəni düz 7 ildir ki, faktiki mülkiyyətində olan əmlakdan istifadə edə bilmir. Bu müddət ərzində cavabdehlər həm iddiaçının xüsusi mülkiyyətində olan mənzili həm də qanunsuz tiklini kirayə verərək ordan gəlir əldə edirlər. Hətta məhkəmə tərəfindən keçirilən ekspertiza zamanı mənzilə baxış keçirmək üçün gedən zaman orada kirayəşinlərin paltarlarının iptdən aslı olduğunu görmüşdülər. Bundan başqa cavabdehlər tərəfindən qanunsuz olaraq tikilmiş ikinci mərtəbədəki tikiliyə giriş birinci mərtəbədə içəri tərəfdəndir, çöldən ikinci mərtəbəyə girişin olması mümkün deyildir. Bundan başqa onlar bilmirlər ki, ikinci mərtəbə standartlara uyğun tikilib ya yox. Tikintisi düzgün aparılsaydı ekspertdə müsbət rəy verərdi. Göstərilənləri nəzərə alaraq, cavabdehlər X40, Cavabdeh, X24 və X34 ünvan 2 ünvanında olan fərdi yaşayış evində iddiaçıya məxsus 2/4 hissədən əşyaları ilə birlikdə çıxarılmaları, qanusuz inşa etdikləri 2-ci mərtəbədə olan yaşayış sahəsi cavabdehlərin hesabına sökülməklə maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2003-cü ilin yayında o, və həyat yoldaşı Əzimov Yalçın özləri üçün Bakı şəhərində mənzil almaq qərarına gəlmişlər. Bu məqsədlə də onlarla qohumluq münasibəti olan X5 ona məxsus ünvan 3 ünvanda yerləşən evi almışlar. Hal-hazırda da həmin evdə yaşayır. Qeyd olunan ev bir mərtəbəli 1 otaqdan ibarət idi və yaşayış sahəsi təxminən 32 kv.m təşkil edirdi. Ev köhnə və təmirsiz idi. 2016-cı ilin yay və payız aylarında həmin evi sökərək yerində iki mərtəbəli, 3 otaqlı yeni ev inşa etdirdilər. İbrahimov Nürəddin həmin vaxt sağ idi və qonşu ilə həyətyanı sahə ilə bağlı narazılıq olmaması üçün torpaq sahəsinin sərhədlərini də onunla dəqiqləşdirmişlər. Bu hadisədən qısa müddət sonra İbrahimov Nürəddin vəfat etdi. Sonradan ona məlum olmuşdur ki, X3 Kəmalə Nürəddin qızı atasının ölümündən sonra gizlicə qeyd olunan evə dair yalan məlumatlar verməklə mülkiyyət hüququna dair çıxarış almışdır. Daha sonra isə ona və ailə üzvlərinə qarşı məhkəmədə iddia qaldıraraq həmin evdən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisəli ev fərdi yaşayış evidir, yəni həyət evidir və evin ½ hissəsi mərhum X7 mülkiyyətində olmuşdur. Həmin hissə bir mərtəbəli və 1 otaqdan ibarət olmuş və sahəsi 30-40 kv.m təşkil etmişdir. Lakin hazırkı ev ümumi sahəsi 120 kv.m-dən çox təşkil edən 3 otaqlı iki mərtəbəli evdir. Yəni İddiaçı adına verilən çıxarışda göstərilən ev faktiki olaraq mövcud deyil və həmin ünvanda ona məxsus yeni bir ev tikilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, və həyat yoldaşım Əzimov Yalçın 2003-cü ilin yayında həmin evi iddiaçının atası X2 almışlar. İbrahimov Nürəddin pulu alıb evin açarlarını ona təqdim etmiş, daha sonra isə onun və ailə üzvlərinin həmin evə daimi qeydiyyata alınmağını təmin etmişdir. Onlar həmin vaxtdan etibarən öz evinə köçərək orada yaşamağa başlamışlar. 22 ildir ki, qeyd olunan ünvanda fasiləsiz və etirazsız yaşayırlar. Uşaqları həmin evdən məktəbə getmiş, evə görə bütün kommunal ödənişləri o, və ailə üzvləri ödəmişlər. Hal-hazırda da həmin evdə yaşayır. Bir mərtəbəli 1 otaqdan ibarət idi və yaşayış sahəsi 40 kv.m təşkil edirdi. Ev köhnə və təmirsiz idi. 2016-cı ilin yay və payız aylarında həmin evi sökərək yerində iki mərtəbəli, 3 otaqlı yeni ev inşa etdirmişlər. Yaşadıqları yerdə kanalizasiya xəttini və içməli suyu onlar çəkmişlər. Suyu onlar çəkib qonşulara da paylamışlar. Ona görə də qonşular deyirlər ki, “biz sizi görmək istəyirik, onları yox. Onlar bura gəlsə onları döyüb burdan çıxaracayıq”. Ona görə də iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh və həyat yoldaşı Əzimov Yalçın 2003-cü ilin yayında həmin evi iddiaçının atası X2 almışlar. İbrahimov Nürəddin pulu alıb evin açarlarını cavabdehə təqdim etmiş, daha sonra isə Cavabdeh və ailə üzvlərinin həmin evə daimi qeydiyyata alınmalarını təmin etmişdir. Cavabdehlər həmin vaxtdan etibarən öz evlərinə köçərək orada yaşamağa başlamışlar. 22 ildir ki, qeyd olunan ünvanda fasiləsiz və etirazsız yaşayırlar. Uşaqları həmin evdən məktəbə getmiş, evə görə bütün kommunal ödənişləri Cavabdeh və ailə üzvləri ödəmişlər. Hal-hazırda da həmin evdə yaşayırlar. Bir mərtəbəli 1 otaqdan ibarət idi. Ev köhnə və təmirsiz idi. 2016-cı ilin yay və payız aylarında həmin evi sökərək yerində iki mərtəbəli, 3 otaqlı yeni ev inşa etmişlər. Əlavə olaraq bildirdi ki, cavabdehlər hazırda özlərinin yaşadıqları ikinci mərtəbəyə dair çıxarışın alınması üçün DƏDRX Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Bundan başqa müvafiq mənzil istismar sahəsinin arayışı var ki, orada qeyd olunur ki, ünvan 3 ünvanda yerləşən evin ikinci mərtəbəsində Cavabdeh öz vəsaiti hesabına inşa edib və yaşayır. İddiaçının xüsusi müıkiyyətində olan evin ikinci mərtəbəsi faktiki olaraq cavabdehlərin mülkiyyətindədir. Bundan başqa mübahisəli mənzildə bir gün belə olsun nə iddiaçının atası nədə ki iddiaçı yaşamayıblar. İddiaçı qapının hardan açıldığını belə bilmir. Həmin mənzilin bütün təmir işlərini Sevda xanım və onun ailəsi edibdir. Orda olan hər bir əşya və təmir işləri cavabdehlərə məxsusdur. Evdə olan bütün qapı-pəncərə, işıq kabelləri cavabdehlər tərəfindən qoyulubdur. Ona görə də iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş müstəqil tələb irəli sürməyən X22, X19 və X28 və cavabdehlər X38 və X51 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Sevinc Qədir qızı, X19 və X28 və cavabdehlər X38 və X34 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzade küçəsi, 13 saylı fərdi yaşayış evi Hilal İbrahim oğlunun adına tarixsiz olaraq ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı DNK-nın 2v-2-391 reyestr nömrəli xx.xx.2000ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X14 adına xx.xx.2001-ci il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-997/2002 nömrəli xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 1/2 hissəsi X8, 1/2 hissəsi X15 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2-382/2001 nömrali xx.xx.2001-ci il tarixli icra vərəqəsinə, 6k-1822 nömrəli 2002-ci il tarixli qərarına əsasən sözügedən fərdi yaşayış evinin 1/2 hissədən 1/4 hissəsi ( 1 otaq y/s-14,8kv.m, k/s-8,8kv.m) X21, qalan hissə X15 adlarına qeydiyyatdan keçmişdir. Yasamal Rayon Məhkəməsinin 2-590/2003 nömrəli xx.xx.2003-cü il tarixli qətnaməyə əsasən X17 məxsus hissədən 1/4 hissəsi X11 adına qeydiyyatdan keçmişdir, qalan hissəsi isə X15 mülkiyyətindədir. Bakı şəhəri, 12 saylı DNK-nın xx.xx.2006-cı il tarixli 43-05-936 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X25 məxsus 1 otağını (14,8 kv.m) X4. İddiaçı Nurəddin qızı Bakı şəhəri 12 saylı DNK-nın 2v-67 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 fərdi yaşayış evinin 2/4 hissəsini xx.xx.2017-ci il tarixdə vərəsəəlik qəbul etmişdir. Bakı şəhəri 14 saylı DNK-nın 43-07 reyestr nömrəli 8.01.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin 1/4 hissəsi ( 1otaq, y/s 14,8kv.m, k/s- 8,8kv.m) X18 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 13 saylı fərdi yaşayış evinin 1/4 hissədən-qalan hissə X15, 1/4 hissə X11, 2/4 hissə İddiaçı Nurəddin qızının, 1/4 hissədan-1 otaq (y/s-14,8kv.m, X18 mülkiyyətlərindədir. xx.xx.2006-cı il tarixli Alqı-satqı müqaviləsidən görünür ki, X35 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ağa Ağayev küçəsində yerləşən 1 otaqlı 13 saylı fərdi yaşayış evini X36 mülkiyyətinə vermişdir. xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqısı müüqaviləsindən görünür ki, X52 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 13 saylı fərdi yaşayış evinin ¼ hisssəsindən 1 otağı X45 36000 manata satmışdır. DƏDRX-dən RX ******* seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 13 saylı fərdi yaşayış evinin 2/4 hissəsi xx.xx.2017-ci il tarixdə İddiaçı Nurəddin qızının, ¼ hisssəsindən 1 otaq isə xx.xx.2019-cu il tarixdə X18 adına qeydiyyatdan keçmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı Nurəddin qızı X8 qanun üzrə vərəsəsidir. Miras əmlak Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 13 saylı fərdi yaşayış evinin 2/4 hissəsindən ibarətdir. xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ünvanda yerləşən 13 saylı fərdi yaşayış evinin iddiaçıya məxsus 2/4 hissəsinin 2-ci mərtəbəsində mövcud olan tikilinin inşa olunmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 Nə-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”ının üçüncü və dördüncü bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edildi. Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ünvanda yerləşən 13 saylı fərdi yaşayış evinin iddiaçıya məxsus 2/4 hissəsinin 2-ci mərtəbəsində və 1-ci mərtəbənin ön və arxa tərəflərində əlavə tikinti işlərinin aparılması səbəbindən iddiaçının payçısı olduğu tikiliyə hava axınına, təbii işıqlanmaya (günəş şüalarının düşməsi), giriş-çıxışa məhdudiyyətlər yarandığı müəyyən edildi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-63/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər X26, X30, X27, Cavabdeh, X46, X37, Cavabdeh, X55, X38 və X47 Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 13 saylı fərdi yaşayış evinə (İddiaçı mülkiyyətində olan 2/4 hissəsindən) istifadə hüquqları olmayan şəxslər hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2435/2023 saylı qərarından görünür ki, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanında yerləşən evə dair cavabdeh İddiaçı adına verilən 27 may 2017-ci il tarixli RXseriyalı ******* saylı reyestrdən çıxarışın və qeydiyyatın ləğv edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2-1(112)-3360/2023 nömrəli qərardadı (hakim R.L.Kərimli) ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2- 1(103)-2724/2023 nömrəli qərardadı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi, P.A.Hüseynov və Ş.A.Məmmədova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2-1(112)-3360/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Ali Məhkəmənin adıçəkilən qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2-1(103)- 2724/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2435/2023 saylı qərarı ilə həmçinin müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 may 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən evin 2/4 hissəsi ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-293/2020 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququna dair çıxarışın və qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1262/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 293/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququna dair reyestr çıxarışının və reyestr qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3981/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1262/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar üzrə müəyyən edilən hallara əsasən İddiaçı adına mübahisələndirilən qeydiyyat xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında aparılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək İddiaçı adına aparılmış qeydiyyatın və reyestrdən çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh orqanın cavab məktubu iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixə qədər daxil olmamışdır. Beləliklə məhkəmə iş materialları ilə müəyyət etmişdir ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evinin 2\4 hissəsi İddiaçı atası X5 ona miras əmlak kimi qalmış hazırda mülkiyyətindədir. xx.xx.2017-ci il tarixdə yaşayış evinin 2\4 pay hissəsinə mülkiyyət hüququ üzrə İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı adına verilən 27 may 2017-ci il tarixli RXseriyalı ******* saylı reyestrdən çıxarışın və qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia verilsə də, mümkün sayılmamış, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququna dair reyestr çıxarışının və reyestr qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-63/2021 saylı qətnaməsi ilə cavabdehlər X26, X30, X27, Cavabdeh, X46, X37, Cavabdeh, X55, X38 və X47 Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 13 saylı fərdi yaşayış evinə (İddiaçı mülkiyyətində olan 2/4 hissəsindən) istifadə hüquqları olmayan şəxslər hesab edilmişdir. Göründüyü kimi cavadehlərin hər birinin ünvan 3 saylı evə istifadə hüquqları olmayan şəxslər hesab edilsələr də, iddiaçıya məxsus yaşayış evində yaşamaqda davam edirlər və qanunsuz olaraq 2-ci mərtəbə inşa edərək, iddiaçının mülkiyyətçi kimi sahiblik, istifadə və sərəncam vermək barədə hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hərəkətlər edirlər. Belə ki, iş materiallarında olan ekspert rəyindən də göründüyü kimi sözügedən tikili “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”ının üçüncü və dördüncü bəndlərinin tələblərinə uyğun deyil, həmçinin Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ünvanda yerləşən 13 saylı fərdi yaşayış evinin iddiaçıya məxsus 2/4 hissəsinin 2-ci mərtəbəsində və 1-ci mərtəbənin ön və arxa tərəflərində əlavə tikinti işlərinin aparılması səbəbindən iddiaçının payçısı olduğu tikiliyə hava axınına, təbii işıqlanmaya (günəş şüalarının düşməsi), girişçıxışa məhdudiyyətlər yaranır. Beləliklə məhkəmə qeyd edir ki, mlükiyyətçinin digər şəxslər tərəfindən mülkiyyət hüququnun qanuna zidd olaraq məhdudlaşdırılması müəyyən edildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-nin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında olan fərdi yaşayış evinin 2/4 hissəsindən cavabdehlər Cavabdeh, X38 və X51 əşyaları ilə birlikdə çıxarılsınlar. İddiaçı 2/4 hissədə məxsus ünvan 2 ünvanında olan fərdi yaşayış evinin 2-ci mərtəbəsində cavabdehlər tərəfindən inşa edilmiş yaşayış sahəsi cavabdehlər Cavabdeh, X38 və X34 öz hesablarına sökülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-15/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-15/2024
09.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver