Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-968/2024 04.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən çıxarılma və qanunsuz olaraq tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evdən çıxarılma, tikilinin sökülməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı X8, İddiaçı X8 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən çıxarılma və qanunsuz olaraq tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-655/2024 nömrəli qətnaməsindən iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılması və onlar tərəfindən qanunsuz olaraq inşa olunmuş tikililərin sökülməsi, vəkilə hüquqi yardım üçün ödədiyi 400 manat, məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X3 ona Göyçay şəhəri, Mehman Muradov küçəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Mərhum atası X3 miras qalmış Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, adına **********70-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. X1 vəfatından sonra Rusiya Federasiyasına gedərkən, baldızı Cavabdeh1 şəhərə gələndə vaxtı olduğu zamanlarda evə gəlib nəzarət etməsini xahiş etmişdir. 2005-ci ildə qısa müddətə Azərbaycan Respublikasına gələn zaman Cavabdeh1 ailə üzvləri ilə birlikdə atasından miras qalmış evə yerləşməsini görmüşdür. Cavabdehin özünün dövlət tərəfindən ayrılmış, Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən yaşayış sahəsi olmasına baxmayaraq, ona məxsus evə yerləşməsinə iradını bildirmiş və evdən çıxmasını tələb etmişdir. Rusiya Federasiyasına təcili olaraq qayıtmalı olduğundan cavabdehin evdən çıxmasını gözləmədən geri qayıtmışdır. Sonradan telefonla əlaqə saxlayaraq, evi tərk edib-etməməsini soruşduqda işləri ilə əlaqədar kəndə gedib- gələ bilmədiyini və Azərbaycan Respublikasına qayıdacağı halda evdən çıxacağını bildirmişdir. Rusiya Federasiyasında olan işləri və pandemiya səbəbindən müəyyən müddət Azərbaycan Respublikasına gələ bilməmişdir. 2023-cü ildə Göyçay şəhərinə gələndən sonra mərhum atası X3 ona miras qalmış Göyçay şəhəri, Mehman Muradov küçəsində yerləşən sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mühəndisi ilə ünvana gələn zaman evdə qeyri-rəsmi yaşayan cavabdehlər mühəndisinin ölçü işləri aparmasına maneə yaratmış və onu öz evinə buraxmamışdır. Mübahisənin həlli məqsədilə cavabdehlərə qarşı iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatında olduğu müddətdə cavabdehlər ölçüyə maneə yaratmayacaqlarını və məsələnin məhkəmədən kənar həll olunmasını istədiklərini bildirmişlər. O, hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə ərizə ilə yenidən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşı ilə ünvana baxış keçirərkən, cavabdehlər tərəfindən həyətyanı sahədə qanunsuz olaraq, kiçik tikililər inşa olunduğunu görmüşdür. O, cavabdehlərdən mülkiyyətində olan fərdi yaşayış evindən çıxmalarını və qanunsuz tikililərin sökülməsini tələb etdikdən sonra müxtəlif şəxslər tərəfindən ona zənglər olunaraq, cavabdehlərə 15000 manat verəcəyi halda evi tərk edəcəkləri, əks halda tərk etməyəcəkləri bildirilmişdir. Sonuncu dəfə isə Göyçay RİHB-nın Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə dəvət olunmuş və cavabdehlər Göyçay RİHB-nın qəbulunda olduğu üçün onları evdən çıxarılmaması xahiş olunmuşdur. İllərlə qanunsuz olaraq, icazəsi olmadan evində yaşamaqları azmış kimi evindən çıxmaq üçün ondan 15000 manat pul istəyirlər. Onların qanunsuz hərəkətlərinin nəticəsi olaraq, mülkiyyət hüququ pozulur. Mülkiyyətində fərdi yaşayış evi olmasına baxmayaraq, başqa şəxsə məxsus evdə kirayədə qalır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iddiaçı X12, nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.
4. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, 1997-ci ildən Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yaşayır. Həmin ildə iddiaçının atası vəfat etmiş və onu qonşularla birlikdə dəfn etmişlər. İddiaçının razılığı əsasında Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda tikinti işləri aparmışlar. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, müdafiə etdiyi şəxs 1997-ci ildən hazırki evdə yaşayır. İddiaçının razılığı əsasında Cavabdeh1 iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində tikinti işləri aparmışdır. İddiaçı cavabdehlərdən mülkiyyətində olan fərdi yaşayış evindən çıxmalarını və qanunsuz tikililərin sökülməsini tələb etməsini iddia ərizəsində qeyd etsə də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 iddiaçının mülkiyyətində olan evdə 27 ilə yaxın iddiaçının razılığı ilə yaşamışdır. Mülki Məcəllənin 560-cı maddəsinə əsasən iddiaçı hüququndan sui-istifadə kimi qymətləndirilməlidir. İddiaçının tələbi Konstitusiyanın və Mülki Məcəlləyə görə əsaslı sayıla bilməz. Cavabdehin həmin evi yaxşılaşdırılması və həmin evdə təmir-tikinti işlərinin görməsi iddiaçının cavabdehin hesabına əsassız varlanma əldə edir. Hesab edir ki, iddiaçı tikintilərin sökülməsi yox, tikintiyə çəkilən xərcləri və digər tərəfdən kompensasiya ödəmədən çıxarılması əsaslı hesab edilə bilməz. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
7. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-655/2024 nömrəli qətnaməsi ilə (hakim G.Qurbanova), iddiaçı X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən çıxarılma və qanunsuz olaraq tikililərin sökülməsi tələbinə iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2005-ci ildə Azərbaycana gələrkən Cavabdeh1 ailə üzvləri ilə birlikdə atasından miras qalmış evə yerləşməsini müəyyən etdikdən sonra həmin evin tərk edilməsini tələb etdiyini bildirsə də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Onun həmin vaxt işi ilə əlaqədar Rusiya Federasiyaına təcəli qayıtmalı olduğunu və bu məsələnin məhkəmə qaydasında həll olunmasına vaxtı olmadığını, bununla da cavabdehlərin orada yaşamasına istəmədən şərait yaratdığını məhkəmə inandırıcı hesab etmir. Belə ki, 2005-ci ildən 2023-cü ilədək 18 il keçmişdir və iddiaçı işi ilə əlaqədar ölkəyə gələ bilməsə də qanunvericiliyə əsasən mülkiyyətin başqasının qanunsuz istifadəsindən çıxarılmasını nümayəndə vasitəsilə məhkəmə müraciət edərək həyata keçirmək imkanı olduğu halda bunu etməmişdir. Beləliklə iddiaçıya ən azından 2005-ci ildən mübahisəli evdə cavabdehlərin məskunlaşmaşı məlum idi və o buna 18 il ərzində susmaqla razılıq vermişdir. İddiaçının hesabınca zəbt olunmuş evindən cavabdehlərin çıxarılması ilə məşğul olmaq üçün ona mane olan hallardan biri, yəni koronavirus pandemiyasının başlanmasını məhkəmə absurd hesab edilir, çünki koronavirus xəstəliyi yalnız 2020-ci ildə qeydə alınmışdır.
9. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə iddiaçının adına qeydə alınmışdır. İddiaçı mübahisəli ev üzərində özünün mülkiyyət hüququna istinad edərək, həmin evdən cavabdehlərin çıxarılmasını və özbaşına tikililərinsökülməsini xahiş etmişdir. Cavabdeh1 1997-ci ildən iddiaçının razılığı əsasında mübahisəli evə köçərək orada yaşamış və öz vəsaiti hesabına müvafiq tikililər inşa etmiş, belə olan halda həmin evdən çıxarılmasının qanunsuz olduğunu qeyd edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
11. Baxılan işdə mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Bununla belə, həmin evin iddiaçının mülkiyyətində olması mübahisəsiz haldır.
12. Məhkəmə qeyd etmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsində (həyətində) mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əlehinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsinə dair (özbaşına tikilinin sökülməsi, cavabdehin çıxarılması və torpaq sahəsinin geri qaytarılması və s.) iddia qaldırmaq imkanları qanunla tanınır.
13. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə evin yerləşdiyi torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır.
14. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan evin mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxslərin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır.
15. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması və s.).
16. Bununla belə, evin mülkiyyətçisi öz hüququna əsaslanmaqla, əvvəl verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxslərin evdən çıxarılmasını və qanunsuz tikililərin sökülməsini tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxslərin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikililər inşa etmiş şəxslərin əmlak mənafeləri gözardı edilməməlidir.
17. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur.
18. Göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır.
19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı X4 Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərkən, ərizəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində Aydın Mirzoevin atasının vəfatından sonra ərizəçi onun evə yiyələndiyini, 2001-ci ildə isə onun baldızı Cavabdeh1nın iki uşağı ilə birlikdə həmin evdə müvəqqəti yaşamasına icazə verdiyini göstərmişdir (Göyçay Rayon Məhkəməsinin 2(046)-1530/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi). Məhkəmə bu halı nəzərə alaraq cavabdehlərin iddiaçıya məxsus evdə yaşamasını 2001-ci ildən hesab etmişdir.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, göründyü kimi Cavabdeh1 ailə üzvləri (iş üzrə digər cavabdehlər) ilə birlikdə mübahisəli evin yerləşdirdiyi torpaq öz vəsaiti ilə əlavə tikinti işləri apararaq 23 ilə yaxın müddətdə orada yaşayaraq torpaq sahəsindən və tikililərdən hər hansı etiraz olmadan istifadə etmişdir. İddiaçı isə belə tikilinin aparılmasına etiraz etməmiş və özü də etiraf edir ki, xüsusi mülkiyyət kimi onun adına qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrədinə cavabdehlər tərəfindən tikinti işləri aparılmışdır.
21. Belə olduğu halda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində məhz cavabdehlər tərəfindən öz vəsaiti hesabına tikinti işlərinin aparılması və uzun müddət iddiaçının razılığı ilə orada yaşaması, tikililərdən istifadə etməsi və iddiaçının isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsi nəzərə alınmalıdır. Çünki cavabdehlər mübahisəli evdən çıxarılaraq onlar tərfindən inşa edilmiş tikililərin sökülməsi vicdanlılıq və dürüstlük prinsiplərinə zidd olmaqla sonuncuların hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnəcəkdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinin İ və İİ bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 135.4, 135.10, 152.1, 152.5, 157.2, 157.4, 157.6, 157.7, 560.1, 560.2, 560.3.4-cü maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarlarına, Avropa Məhkəməsinin Məmmədova Azərbaycana qarşı iş üzrə 06 iyun 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən narazı qalan iddiaçı X12 apellyasiya şikayəti vermişdir.
24. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən araşdırma aparılarkən və qətnamə qəbul edilərkən əsaslandırma yalnız özbaşına tikintinin sökülməsinə münasibətdə aparılıb. Mirzoev Aydının iddia tələbi evdən çıxarma hissəsində rədd edilərkən, faktlara və sübutlara istinad edilməməklə, məhkəmə qətnaməsi qəbul edilmişdir.
25. Qətnamənin əsaslandırması, ümumiyyətlə faktlara və sübutlara istinad olunmadan, cavabdehin utopik fikirlərinə və məhkəmənin əsası olmayan mülahizəsinə söykənir. Belə ki, məhkəmə iddiaçının Cavabdeh1 və ailə üzvlərinə mübahisəli evin torpaq sahəsində tikililər inşa etdirməsinə etiraz etmədiyini, cavabdehin 23 il həmin tikilidə yaşadığını qeyd etmişdir. Ümumiyyətlə, məhkəmə həmin tikilinin neçənci ildə tikilməsini belə araşdırmadan, cavabdehlərin orada 23 il yaşaması qənaətinə gəlmişdir. Cavabdehlərdən Cavabdeh3 Cavabdeh1 gəlini, Cavabdeh2 Rabiı oğlunun isə arvadıdır. Məhkəmə torpaq sahəsində inşa olunmuş özbaşına tikintinin 23 il öncə tikildiyini qeyd edərkən, Cavabdeh3 Cavabdeh2 ilə nikaha girdiyi vaxtı, 23 il əvvəl Cavabdeh2 azyaşlı olmasını və ev inşa edə bilməyəcəyini nəzərə almamışdır. Məhkəmə həmçinin, iddiaçının xarici ölkə vətəndaşı olmasını, həmçinin onun daimi yaşayış yerinin və iş yerinin xarici ölkə ərazisi olmasını da nəzərə almamışdır.
26. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən, konstitusion normalar kobud şəkildə pozulmuş, nəticədə Azərbaycan Respublikasının adından qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçının mülkiyyət hüququ dövlət tərəfindən qeydiyyata alınmış, bunun üçün onun tərəfindən dövlətə rüsum və xidmət haqqı ödənilmişdir. Buna baxmayaraq, məhkəmə mülkiyyət hüququnu nəinki müdafiə etmiş, hətta qanunsuz və özbaşına tikili inşa edən, iddiaçının evini zəbt edən cavabdehin qanunsuz əməllərini leqallaşdırmışdır.
27. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunur ki, iddiaçı 2005-ci ildə Azərbaycana gələrkən, Cavabdeh1 ailə üzvləri ilə birlikdə atasından miras qalmış evə yerləşməsini müəyyən etdikdən sonra həmin evin tərk edilməsini tələb etdiyini bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində də, iddiaçının bildirdiyi kimi iddiaçı şifahi şəkildə cavabdehdən evi tərk etməsini xahiş edib. Bilsəydi ki, evini zəbt edən şəxslər könüllü şəkildə evi tərk etməyəcəklər, onlara məktub göndərərdi.
28. İddiaçı tərəf olaraq, məhkəmənin işi birtərəfli şəkildə cavabdehin xeyirinə araşdırdığını, nəticədə qanunsuz qətnamə qəbul edildiyini düşünürlər. Belə ki, məhkəmə qətnaməsində işə əlavə edilmiş sənədlərin siyahısına Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-1530/2023 saylı qətnaməsini əlavə etmişdir. Həmin qətnaməni nə iddiaçı tərəf olaraq onlar, nə də cavabdeh tərəf təqdim etmişdir.
29. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Məhkəmənin bu mövqeyini iddiaçı tərəf olaraq, belə anlayırlar ki, məhkəmə cavabdehlərə kompensasiya təklif olunmadığı üçün iddia tələbini təmin etməyib. Bildirirlər ki, cavabdehlər iddiaçının ailə üzvləri və ya köhnə ailə üzvləri deyil. Cavabdehlər uzun müddət iddiaçının evində qanunsuz olmaqla yanaşı, həmçinin əvəzsiz şəkildə yaşamışlar. Belə olan halda, onların evdən çıxması üçün kompensasiya verilməsi nə məntiqə, nə də qanuna uyğun gəlir.
30. İş üzrə bütün sübutlar iddiaçının xeyirinə olmasına, cavabdeh tərəfindən heç bir sübut təqdim edilməməsinə baxmayaraq, məhkəmə tərəfindən iddia tələbi qanunsuz olaraq, təmin edilməmişdir. Məhkəmənin qətnaməsi sübütlar nəzərə alınmadan, çıxarılmışdır. Belə ki, iddiaçı tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənəd məhkəməyə təqdim edilmiş,cavabdeh tərəfindən isə hər hansı bir sənəd təqdim edilməmişdir.
31. İddiaçının mülkiyyət hüququ dövlət tərəfindən qeydiyyata alınmış, bunun üçün onun tərəfindən dövlətə rüsum və xidmət haqqı ödənilmişdir. Buna baxmayaraq, dövlətin məhkəməsi mülkiyyət hüququnu nəinki müdafiə etmiş, hətta qanunsuz və özbaşına tikili inşa edən, iddiaçının evini zəbt edən cavabdehin qanunsuz əməllərini leqallaşdırmışdır.
32. Məhkəmə qətnaməsində cavabdehin iddiaçıya məxsus evə 2001-ci ildə köçməsi qeyd olunmuşdur. Belə olan halda notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmadan iddiaçıya məxsus fərdi yaşayış evində qanunsuz yaşayan cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmamasını qanunsuz hesab edirlər.
33. Bildirirlər ki, cavabdehlər iddiaçının ailə üzvləri və ya köhnə ailə üzvləri deyil. Cavabdehlər uzun müddət iddiaçının evində qanunsuz olmaqla yanaşı, həmçinin əvəzsiz şəkildə yaşamışlar. Belə olan halda, onların evdən çıxması üçün kompensasiya verilməsi nə məntiqə, nə də qanuna uyğun gəlir.
34. Məhkəmə inşa olunmuş tikilinin nədən ibarət olmasını, tikinti ilini, cavabdehlərin həmin tikintidən hansı məqsədlə istifadə etməsini araşdırmaq məqsədilə ekspertiza təyin etmədən, ekspert rəyi olmadan cavabdehlər tərəfindən tikintinin 23 il əvvəl tikilməsi qənaətinə gəlmişdir.
35. Cavabdeh1 iş üzrə digər cavabdehlər ilə birlikdə mübahisəli evin yerləşdirdiyi torpaq sahəsində öz vəsaiti ilə əlavə tikinti işləri aparmasını qeyd edərkən, kaş ki, məhkəmə digər cavabdehlərin şəxsiyyət vəsiqələrində qeyd olunan doğum tarixlərinə və həmin digər cavabdehlər olan Cavabdeh3 ilə Cavabdeh2 nikah qeydinə baxardı. Əgər baxmış olsaydı, 23 il əvvəl Cavabdeh2 azyaşlı olduğu üçün ev inşa edə bilməyəcəyini, Cavabdeh3 isə həmin evə yaxın zamanda mülkiyyətçinin razılığı olmadan qanunsuz köçməsi məhkəməyə aydın olardı.
36. İddiaçının belə tikilinin aparılmasına etiraz etməməsinə və xüsusi mülkiyyət kimi onun adına qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikinti işləri aparılmasını etiraf etməsinə münasibətdə bildirirlər ki, hazırkı qətnaməni qəbul edən hakimin icraatında X3 miras qalmış ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçülməsinə maneə yaratmaq Əliyeva (Həmidova) Sevil Sayəddin qızına, Cavabdeh2 və Cavabdeh3 qadağan olunmasına dair mülki iş olmuşdur. (iş e-2(046)-235/2024) Həmin işə əlavə olunmuş sənədlərdən və məhkəmənin iclas protokolundan da aydın şəkildə görülüb, bilinirdi ki, cavabdehlər iddiaçını öz mülkiyyətində olan fərdi yaşayış evinə buraxmırdılar. Sonradan 2024-cü ildə məhkəmədən kənar həmin mübahisə aradan qalxmış, iddiaçı həyətə daxil olanda orada kiçik tikinti işi aparıldığını görmüşdür. Bundan sonra iddiaçı hazırkı tələblə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Əvvəllər iddiaçı həmin həyətdə hər hansı bir iş görülməsinə cavabdehə icazə verməmişdir, həmçinin, belə tikintinin inşa olunmasına iddiaçı tərəfindən razılıq verilməsini təsdiq edən hər hansı bir sənəd iş materialında yoxdur. Əlavə olaraq bildirirlər ki, cavabdeh tərəfindən inşa olunan həmin kiçik tikintidən 2024-cü ildən əvvəl xəbəri olmamışdır.
37. İddiaçı tərəf olaraq, məhkəmənin işi birtərəfli şəkildə cavabdehin xeyirinə araşdırdığını, nəticədə qanunsuz qətnamə qəbul edildiyini düşünürlər. Belə ki, məhkəmə qətnaməsində işə əlavə edilmiş sənədlərin siyahısına Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-1530/2023 saylı qətnaməsini əlavə etmişdir. Həmin qətnaməni nə iddiaçı tərəf olaraq onlar, nə də cavabdeh tərəf təqdim etmişdir.
38. Tərəflərin hər hansı birinin vəsatəti olmadan, məhkəmənin öz təşəbbüsü ilə hər hansı sənədi əldə edərək, iş materialına əlavə etməsi nəhkəmənin çəkişmə və tərəflərin bərabərliyi prinsiplərini pozulmaqla qətnamə qəbul etməsini təsdiq edir.
39. İddiaçı tərəf olaraq düşünürlər ki, iddiaçı Mirzoev Aidyn xarici ölkə vətəndaşı, cavabdehlər isə Azərbaycan Respublikasının vətəndaşları olduğu üçün iddiaçıya qarşı ayrı-seçkiliyə yol verilmişdir. Belə ki, onun mülkiyyətçi olması, evin onun atasından ona miras qalması və iddiaçının mülkiyyət hüququnun Azərbaycan Respublikası tərəfindən tanınmasına baxmayaraq, onun evini qanunsuz olaraq, qəsb edən şəxslərin xeyirinə qətnamə qəbul edilmişdir. İddiaçının mülkiyyətində Azərbaycan Respublikasının ərazisində yerləşən fərdi yaşayış evi olduğu üçün Azərbaycan Respublikasının ərazisini tərk etməməlidir?!
40. Tərk edə bilərsə, nə üçün məhkəmə iddiaçının xarici ölkə vətəndaşı olmasını, həmçinin onun daimi yaşayış yerinin və iş yerinin xarici ölkə ərazisi olmasını nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, cavabdehlər uzun müddət iddiaçının mülkiyyətində olan evdə yaşadığı, həmçinin, iddiaçı məhkəmədə iddia qaldırmadığı üçün iddia təmin edilmir.
41. Məhkəmə qətnaməsində qeyd olunur ki, göründüyü kimi Cavabdeh1 ailə üzvləri (iş üzrə digər cavabdehlər) ilə birlikdə mübahisəli evin yerləşdirdiyi torpaq sahəsində öz vəsaiti ilə əlavə tikinti işləri apararaq, 23 ilə yaxın müddətdə orada yaşayaraq torpaq sahəsindən və tikililərdən hər hansı etiraz olmadan istifadə etmişdir.
42. Məhkəmə inşa olunmuş tikilinin nədən ibarət olmasını, tikinti ilini, cavabdehlərin həmin tikintidən hansı məqsədlə istifadə etməsini araşdırmadan iddia tələbini təmin etməmişdir. İş üzrə digər cavabdehlərdən Cavabdeh2 23 il əvvəl azyaşlı olduğu üçün ev inşa edə bilməzdi. Cavabdeh3 isə həmin evə 23 il öncə deyil, yaxın zamanda Cavabdeh2 ilə nikaha daxil olduqdan sonra mülkiyyətçinin razılığı olmadan qanunsuz köçdüyünü düşünür. İddiaçının nə 23 il əvvəl, nə də 23 il sonra cavadehlərə tikinti inşa etmək üçün icazə verməsini təsdiq edən sənəd iş materialına əlavə olunmayıb. Məhkəmə iddiaçının cavabdehlərə qarşı əvvəllər məhkəməyə müraciət etməməsini cavabdehlərin həmin daşınmaz əmlak barədə istədiyi kimi hərəkət edə biləcəyi üçün əsas verməsi qənaətinə gəlmişdir.
43. Odur ki, apellyasiya şikayətimin təmin edilməsini, tərəfindən şikayət verilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-655/2024 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsini və məhkəmə xərclərinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
45. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X12 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-655/2024 nömrəli qətnaməsinin ləğv edilərək, onun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən çıxarılma və qanunsuz olaraq tikililərin sökülməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
46. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X8 nümayəndəsi və vəkili Vəkil1 iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)- 655/2024 nömrəli qətnaməsinin ləğv edilərək, onun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən çıxarılma və qanunsuz olaraq tikililərin sökülməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
47. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-655/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
48. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-655/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
49. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməşlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
50. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
51. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
52. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.
53. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
55. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
58. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
59. İddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-655/2024 nömrəli qətnaməsinin tam ləğvini xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilmiş, mülkiyyətində olan Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılmalarına, məhkəmə xərclərinin bütünlükdə iddiaçıya aid edilməli olmasına dair hissələrdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, həmin hissələrdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
61. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
62. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının atasının mülkiyyətində olmuş, onun atasının 1997-ci ildə vəfatından sonra vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilmiş,11 yanvar 2024-cü il tarixdə iddiaçıya buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı Rusiya Federasiyasında yaşadığından 1998-ci ildə mübahisəli evə nəzarət etməyi Cavabdeh1 tapşırmışdır. Lakin iddiaçı 2001-ci ildə baldızı Cavabdeh1nın iki uşağı ilə birlikdə həmin evdə müvəqqəti yaşamasına icazə vermişdir. İddiaçı X5 Federasiyasında yaşamasına baxmayaraq, 2005 və 2015-ci illərdə Azərbaycan Respublikasına gəlmiş, müəyyən müddət qaldıqdan sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. Həmçinin sonradan, iddiaçının mülkiyyətinə rəsmiləşdirilmiş fərdi yaşayış evində yaşadıqları dövrdə cavabdehlər tərəfindən evə bitişik şəkildə əlavə yaşayış otağı, onun qarşısında açıq eyvan və hamam otağı inşa edilmişdir. İddiaçı 2005-ci ildə Azərbaycana gələrkən Cavabdeh1 ailə üzvləri ilə birlikdə atasından miras qalmış evə yerləşməsini müəyyən etdikdən sonra sonunculardan həmin evin tərk edilməsini tələb etdiyini bildirsə də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı cavabdehlər tərəfindən mülkiyyətində olan fərdi yaşayış evinə bitişik şəkildə tikillərin onun məlumatı olmadan inşa edildiyini, həmin tikililərin mövcudluğundan 2023-cü ildə Azərbaycan Respublikasına gəldikdən sonra xəbərdar olduğunu göstərsə də, məhkəmə kollegiyasının iclasında verdiyi izahatında Cavabdeh1 iddiaçının həmin tikililərdən daha əvvəldən məlumatlı olduğunu bildirmişdir. Beləliklə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə aid həyətyanı sahədə cavabdehlər tərəfindən tikinti işlərinin aparılmasına iddiaçının hər hansı etiraz etmə halı müəyyən edilməmişdir.
63. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilmiş mülkiyyətində olan Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılmalarına, məhkəmə xərclərinin bütünlükdə iddiaçıya aid edilməli olmasına dair hissələrdə gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
64. Belə ki, məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi iddia tələbinin evdən çıxarılma hissəsi rədd edilərkən, faktlara və sübutlara istinad edilməməsi, notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmadan iddiaçıya məxsus fərdi yaşayış evində qanunsuz yaşayan cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmamasının qanunsuz olması, cavabdehlərin iddiaçının ailə üzvləri və ya köhnə ailə üzvləri olmamasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, cavabdeh onun 1998-ci ildən iddiaçının evində yaşadığını qeyd etməsinə baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında 1998-ci ildə cavabdehə həmin evdə yaşamasına razılıq verdiyini deyil, 1998-ci ildə Cavabdeh1 evə nəzarət etməyi tapşırdığını göstərmişdir.
65. Göyçay Rayon Məhkəməsində ərizəçi X8 mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair işə baxılarkən verdiyi ifadəsində Aıdyn Mirzoevin arvadı X7 atasının vəfatından sonra Aıdyn Mirzoevin evə yiyələndiyini, 2001-ci ildə isə onun bacısı Cavabdeh1 iki uşağı ilə birlikdə həmin evdə yaşamasına müvəqqəti icazə verdiyini göstərmişdir. Şahidin həmin ifadəsi işdə olan Göyçay Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli 2(046)-1530/2023 nömrəli qətnaməsində öz əksini tapmışdır.
66. Bu səbəbdən də kollegiya hesab edir ki, iddia tələbinin iddiaçının mülkiyyətində olan evdən çıxarılmalarına dair hissəsində mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinad olunmalıdır.
67. Kollegiya qeyd edir ki, cavabdehlər iddiaçı ilə birlikdə yaşayan iddiaçının ailə üzvləri olmamaqla yanaşı, tərəflər arasında iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququnun əmələ gəlməsinə əsas verən hər hansı bir yazılı razılaşma da mövcud deyildir.
68. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılmalarına dair hissədə iddia tələbinin rədd edilməli olmasına dair birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır.
69. Kollegiya əlavə olaraq qeyd etməyi vacib hesab edir ki, iddiaçı cavabdehlərin məhz mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalarını tələb etdiyindən, bu cavabdehlər tərəfindən inşa edilmiş, iddiaçı tərəfindən sökülməsi tələb edilən, lakin hazırda iddiaçının mülkiyyətinə rəsmiləşdirilməmiş tikililərdən də cavabdehlərin çıxarılmaları anlamına gəlmir.
70. Kollegiya hesab edir ki, iddiaçının iddia tələbi mülkiyyətində olan Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılmalarına dair hissədə əsaslı və təmin edilməli olduğundan, iddianın təmin edilməli hissəsinə mütənasib məhkəmə xərcləri də cavabdehlərə aid edilməlidir.
71. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin həmin tikilinin neçənci ildə tikilməsini araşdırmadan, cavabdehlərin orada 23 il yaşaması qənaətinə gəlməsi, torpaq sahəsində inşa olunmuş özbaşına tikintinin 23 il öncə tikildiyini qeyd edərkən, Cavabdeh3 Cavabdeh2 ilə nikaha girdiyi vaxtı, 23 il əvvəl Cavabdeh2 azyaşlı olmasını və ev inşa edə bilməyəcəklərini nəzərə almamaları, məhkəmənin inşa olunmuş tikilinin nədən ibarət olmasını, tikinti ilini, cavabdehlərin həmin tikintidən hansı məqsədlə istifadə etməsini araşdırmaq məqsədilə ekspertiza təyin etmədən, ekspert rəyi olmadan cavabdehlər tərəfindən tikintinin 23 il əvvəl tikilməsi qənaətinə gəlməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində tikililərin məhz 23 il əvvəl inşa edilməsi kimi qəti fikir ifadə edilməmişdir.
72. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində cavabdehlərin 23 il müddətində orada yaşamaları (hansı ki, 2001-ci ildən orada yaşamağa başlamaları qəbul edilmişdir), həmçinin ayrıca bir fikir olaraq mübahisəli evin yerləşdiyi torpaq sahəsində öz vəsaitləri hesabına əlavə tikinti işlərini aparmaları qeyd edilmişdir.
73. Hansı ki, məhkəmə kollegiyasının iclasında vediyi izahatında da Cavabdeh1 iddiaçıya məxsus evin yerləşdiyi həyətyanı sahədə tikinti işlərinin aparılmasına 2015-ci ildən başladıqlarını göstərmişdir.
74. İnşa olunmuş tikilinin nədən ibarət olması, cavabdehlərin həmin tikilidən hansı məqsədlə istifadə etmələri, tikinti ilini araşdırmaq məqsədi ilə ekspertizanın təyin edilməməsinə gəlincə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
75. Göründüyü kimi ekspertizanın təyin edilməsi işə baxan məhkəmənin mütləq vəzifəsi olmamaqla, işin hallarından asılı olaraq məhkəmənin aparılmasını zəruri hesab etdiyi bir tədqiqatdır.
76. Belə ki, inşa olunmuş tikilinin nədən ibarət olması, cavabdehlərin həmin tikilidən hansı məqsədlə istifadə etmələri elə tərəflərin izahatları ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında verilən izahatlardan cavabdehlər tərəfindən aparılmış tikinti işlərinin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə bitişik şəkildə inşa edilmiş bir yaşayış otağından, həmin yaşayış otağının qarşısındakı açıq eyvandan və hamam otağından ibarət olması, həmin tikililərdən cavabdehlər tərəfindən adi yaşayışlarının təmin edilməsi məqsədi ilə istifadə edilməsi müəyyən edilmişdir.
77. Həmçinin aparılan tikinti işlərinin cavabdehlərin həmin ünvanda yaşadıqları dövrdə icra edilməsi nəzərə alınaraq, bunun üçün əlavə olaraq onun ilinin dəqiqləşdirilməsi məqsədi ilə ekspertiza tədqiqatının aparılması zərurəti müəyyən edilməmişdir.
78. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Göyçay rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(046)-1530/2023 saylı qətnaməsini nə iddiaçı, nə də cavabdeh tərəfin təqdim etməməsi, tərəflərin hər hansı birinin vəsatəti olmadan, məhkəmənin öz təşəbbüsü ilə hər hansı sənədi əldə edərək, iş materialına əlavə etməsinin nəhkəmənin çəkişmə və tərəflərin bərabərliyi prinsiplərini pozulmaqla qətnamə qəbul etməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Göyçay Rayon Məhkəməsi də elektron məhkəmə informasiya sisteminin tətbiq edildiyi məhkəmələrdən biridir. Elektron məhkəmə informasiya sistemindən icraatda olan mübahisə üzrə obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə mübahisə tərəflərinə aid hər hansı bir sənədin əldə edilməsi çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinin pozulması kimi şərh edilə bilməz.
79. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qanunsuz və özbaşına tikili inşa edən, iddiaçının evini zəbt edən cavabdehin qanunsuz əməllərini leqallaşdırması, əvvəllər iddiaçının həmin həyətdə hər hansı bir iş görülməsinə cavabdehə icazə verməməsi, cavabdeh tərəfindən inşa olunan həmin kiçik tikintidən 2024-cü ildən əvvəl xəbərinin olmaması, məhkəmənin iddiaçının xarici ölkə vətəndaşı olmasını, həmçinin onun daimi yaşayış yerinin və iş yerinin xarici ölkə ərazisi olmasını nəzərə almamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, cavabdeh tərəfin uzun illər ərzində həmin evdə yaşamaları, iddiaçının isə 2005 və 2015-ci illərdə Azərbaycan Respublikasına gəlməsi və müəyyən müddət Azərbaycan Respublikasında qalması işin mübahisəsiz hallarıdır. Bu baxımdan cavabdehin həyətində aparılmış tikinti işlərindən 2024-cü ildən əvvəl xəbərinin olmamasına dair göstərdikləri ağlabatan olmamaqla yanaşı, əvvəlki illər ərzində Azərbaycan Respublikasına gəldikdə iddiaçının cavabdehlərə qarşı evdən çıxarılma, tikilinin sökülməsi, tikinti işlərinin aparılmasının qarşısının alınması kimi iddia tələbləri də mövcud olmamışdır.
80. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində məhz cavabdehlər tərəfindən öz vəsaitləri hesabına tikinti işlərinin aparılması və inşa etdikləri tikililərdə uzun müddət iddiaçının razılığı ilə yaşamaları, özlərinin inşa etdikləri tikililərdən istifadə etmələri, iddiaçının isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsi nəzərə alınaraq cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsinin vicdanlılıq və dürüstlük prinsiplərinə zidd olmaqla sonuncuların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağı nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.
81. Kolegiya qeyd edir ki, qanunvericlikdə mülkiyyətçinin öz əşyasını özgəsinin qanunsuz sahibliyindən tələb etməsi imkanı ilə yanaşı əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqları da təsbit edilmişdir.
82. Qeyd edilənlərə əsasən cavabdeh tərəfin apardığı tikintilərə çəkdikləri xərclər ödənilmədən, iddiaçının yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına uyğun deyildir.
83. Beləliklə məhkəmə kollegiyası iddianın cavabdehlər tərəfindən qanunsuz olaraq inşa olunmuş tikililərin sökülməsinə dair rədd edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin hissədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iddianın cavabdehlər tərəfindən qanunsuz olaraq inşa olunmuş tikililərin sökülməsinə dair rədd edilmiş hissəsində məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, həmin hissədə sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
84. Odur ki, iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-655/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evindən çıxarılmaları, vəkilə hüquqi yardım üçün ödədiyi 200 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumu hissəsində məhkəmə xərclərinin iddiaçıya aid edilməsi hissələrində ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməli, iddiaçı X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinin mülkiyyətində olan Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılmalarına, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkilə hüquqi yardım üçün ödədiyi 200 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair hissələri təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı X8 mülkiyyətində olan Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada vəkilə hüquqi yardım üçün ödənilmiş 200 manat, iddianın qaldırılması üçün ödənilmiş 50 manat dövlət rüsumu tutularaq iddiaçı X10 ödənilməli, qətnamə iddiaçı X8 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-655/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evindən çıxarılmaları, vəkilə hüquqi yardım üçün ödədiyi 200 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, ona ödənilməsi, vəkilə hüquqi yardım üçün ödədiyi 200 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumu hissəsində məhkəmə xərclərinin iddiaçıya aid edilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilsin. İddiaçı X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinin mülkiyyətində olan Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılmalarına, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkilə hüquqi yardım üçün ödədiyi 200 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair hissələri təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı X8 mülkiyyətində olan Göyçay şəhəri, Mehman Muradov küçəsi ev 52, Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada vəkilə hüquqi yardım üçün ödənilmiş 200 manat, iddianın qaldırılması üçün ödənilmiş 50 manat dövlət rüsumu tutularaq iddiaçı X10 ödənilsin. Qətnamə iddiaçı X8 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.