Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-192/2025 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (İsmayılova Sevinc Qədir qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh, X1, X7 və Əzimov Azər Yalçın oğluna qarşı işi üzrə Açar sözlər : (“qanunsuz tikilinin sökülməsi və evdən çıxarılma”) hakimlər X24 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlərin ünvan 1 ünvanında olan fərdi yaşayış evində iddiaçıya məxsus 2\4 hissədən əşyaları ilə birlikdə çıxarılmaları, qanusuz inşa etdikləri 2-ci mərtəbədə olan yaşayış sahəsinin cavabdehlərin hesabına sökülməklə maneənin aradan qaldırılması barədə iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evinin 2\4 hissəsi iddiaçı İddiaçı atası İbrahimov Nürəddin İbrahim oğluna məxsus olmuş və 2016-cı ildə sonuncunun ölümündən sonra qanun üzrə vərəsəlik hüququ əsasında həmin hissə ona verilmişdir. ##.##.2017-ci il tarixdə yaşayış evinin 2\4 pay hissəsinə mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ** №-li reyestr kitabının **** nömrəli vərəqində 1117039475 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı ona məxsus hissədə qeydiyyatdadır. Onunla yanaşı əri X18, övladları X13, X16 və X29 həmin evdə qeydiyyatdadırlar. 2003-cü ildə iddiaçının atasının razılığı ilə yaşayış evinin həmin hissəsində hazırda vəfat etmiş iddiaçının qardaşı İbrahimov Samir Nürəddin oğlunun qayını X2, onun arvadı Cavabdeh, övladları X7 və Əzimov Azər Yalçın oğlu qeydiyyata düşmüşlər. Həmin vaxt Yalçın Əzimov və ailəsi Rusiyadan Bakı şəhərinə köçmüşlər və burada yaşamağa yerləri olmadığı üçün iddiaçının atası evin bir otağını yaşamaq üçün onlara ödənişsiz kirayə vermişdir. 2016-cı ildə iddiaçının atasının termiki yanıqla xəstəxanada müalicə almış və daha sonra həmin yanıq xəsarətlərdən vəfat etmişdir. Yalçın Əzimov iddaçının və ailə üzvlərinin xəstəxanaya və dəfn mərasimlərinə başlarının qarışmasından istifadə edərək yaşadıqları evin üstündə qanunsuz olaraq 2-ci mərtəbəni inşa etmişlər. Hazırda həmin qanunsuz tikili və iddiaçaya məxsus yaşayış evinin 1\2 hissəsi Yalçın Əzimov və ailə üzvləri tərəfindən zəbt edilib. Evin bir hissəsində Yalçın Əzimov və ailə üzvləri yaşayırlar, qanunsuz inşa edilmiş 2-ci mərtəbə isə mütəmadi olaraq icarəyə verilməkdədir. İddiaçı Kəmalə Haciəliyevə ## ###### 2019ci tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək cavabdehlərin yaşayış hüququ olmayan hesab edilmələri barədə iddia tələbi 2 ildən artıq müddətdən sonra təmin edilmişdir. Həmin müddət ərzində cavabdehlər müxtəlif iddia tələbləri ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququnun dövlət qeydiyyatını ləğv etdirmək istəmişlər. Cavabdehlərin iddia tələbləri təmin edilməsə də, iddiaçının iddia tələbi ##.##.2021-ci il tarixli qətnamə ilə təmin edilmişdir. Hazırda cavadehlərin hər birinin ünvan 1 ünvanı üzrə qeydiyyatları ləğv edilsə də, iddiaçıya məxsus yaşayış evindən çıxmırlar. Üstəlik qanunsuz inşa edilmiş 2-ci mərtəbini icarəyə verməklə qanunsuz olaraq gəlir əldə edirlər. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçının bir mülkiyyətçi kimi sahiblik, istifadə və sərəncam vermək barədə hüquqları cavabdehlər tərəfindən məhdudlaşdırılıb. Bu da qanunsuzdur.
2. Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: - * saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzade küçəsi, ** saylı fərdi yaşayış evi Hilal İbrahim oğlunun adına tarixsiz olaraq ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri ** saylı DNK-nın 2v-2-*** reyestr nömrəli ##.##.2000-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İsmayılova Sevinc Qədir qızının adına ##.##.2001-ci il tarixdə qeydiyyatdan keçmişdir; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *-***/**** nömrəli ##.##.2002-ci il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 1/2 hissəsi İbrahimov Nurəddin İbrahim oğlunun, 1/2 hissəsi İsmayılova Sevinc Qadir qızının adlarına qeydiyyatdan keçmişdir; - Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2-382/2001 nömrali ##.##.2001-ci il tarixli icra vərəqəsinə, *k-**** nömrəli 2002-ci il tarixli qərarına əsasən sözügedən fərdi yaşayış evinin 1/2 hissədən 1/4 hissəsi ( 1 otaq y/s-14,8kv.m, k/s-8,8kv.m) X9, qalan hissə İsmayılova Sevinc Qadir qızının adlarına qeydiyyatdan keçmişdir; - Yasamal Rayon Məhkəməsinin *-***/**** nömrəli ##.##.2003-cü il tarixli qətnaməyə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Qadir qızına məxsus hissədən 1/4 hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 adına qeydiyyatdan keçmişdir, qalan hissəsi isə İsmayılova Sevinc Qadir qızının mülkiyyətindədir; - Bakı şəhəri, ** saylı DNK-nın ##.##.2006-cı il tarixli 43-05-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X9 məxsus 1 otağını (14,8 kv.m) X4; - İddiaçı Nurəddin qızı Bakı şəhəri ** saylı DNK-nın 2v-** reyestr nömrəli ##.##.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İbrahimov Nurəddin İbrahim oğlundan sözügedən fərdi yaşayış evinin 2/4 hissəsini ##.##.2017-ci il tarixdə vərəsəəlik qəbul etmişdir. Bakı şəhəri ** saylı DNKnın 43-** reyestr nömrəli #.##.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin 1/4 hissəsi ( 1otaq, y/s 14,8kv.m, k/s8,8kv.m) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına ##.##.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ** saylı fərdi yaşayış evinin 1/4 hissədən-qalan hissə İsmayılova Sevinc Qadir qızının, 1/4 hissə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, 2/4 hissə İddiaçı Nurəddin qızının, 1/4 hissədan-1 otaq (y/s-14,8kv.m, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mülkiyyətlərindədir; - ##.##.2006-cı il tarixli Alqı-satqı müqaviləsinə əsasən, X10 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ağa Ağayev küçəsində yerləşən 1 otaqlı ** saylı fərdi yaşayış evini İsayev Qalib Nəcəf oğlunun mülkiyyətinə vermişdir; - 0#.##.2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqısı müüqaviləsinə əsasən, İsayev Nəcəf Qalib oğlu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ** saylı fərdi yaşayış evinin ¼ hisssəsindən 1 otağı X3 36000 manata satmışdır; - DƏDRX-dən RX ******* seriya nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ** saylı fərdi yaşayış evinin 2/4 hissəsi ##.##.2017-ci il tarixdə İddiaçı Nurəddin qızının, ¼ hisssəsindən 1 otaq isə ##.##.2019cu il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına qeydiyyatdan keçmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, İddiaçı Nurəddin qızı İbrahimov Nurəddin İbrahim oğlunun qanun üzrə vərəsəsidir. Miras əmlak Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ** saylı fərdi yaşayış evinin 2/4 hissəsindən ibarətdir. ##.##.2022-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ünvanda yerləşən ** saylı fərdi yaşayış evinin iddiaçıya məxsus 2/4 hissəsinin 2-ci mərtəbəsində mövcud olan tikilinin inşa olunmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, 160 Nə-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”ının üçüncü və dördüncü bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edildi. Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ünvanda yerləşən ** saylı fərdi yaşayış evinin iddiaçıya məxsus 2/4 hissəsinin 2-ci mərtəbəsində və 1-ci mərtəbənin ön və arxa tərəflərində əlavə tikinti işlərinin aparılması səbəbindən iddiaçının payçısı olduğu tikiliyə hava axınına, təbii işıqlanmaya (günəş şüalarının düşməsi), giriş-çıxışa məhdudiyyətlər yarandığı müəyyən edildi; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinə əsasən, həmin qətnamə ilə cavabdehlər X11, X8, X12, Cavabdeh, X6, X12, Cavabdeh, X2, X7 və Əskərov Azər Yalçın oğlu Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ** saylı fərdi yaşayış evinə (iddiaçı İddiaçı mülkiyyətində olan 2/4 hissəsindən) istifadə hüquqları olmayan şəxslər hesab edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı qərarına əsasən, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən evə dair cavabdeh İddiaçı adına verilən ## ### 2017-ci il tarixli RXseriyalı ******* saylı reyestrdən çıxarışın və qeydiyyatın ləğv edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir; - Bakı İnzibati Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *-*(***)****/**** nömrəli qərardadı (hakim R.L.Kərimli) ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, *-*(***)****/**** nömrəli qərardadı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi, P.A.Hüseynov və Ş.A.Məmmədova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir; - Ali Məhkəmənin adıçəkilən qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, *- *(***)****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı qərarı ilə həmçinin müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ### 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən evin 2/4 hissəsi 1117039475 qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququna dair çıxarışın və qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2020ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququna dair reyestr çıxarışının və reyestr qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar üzrə müəyyən edilən hallara əsasən İddiaçı adına mübahisələndirilən qeydiyyat ##.##.2017ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında aparılmışdır. İddiaçı ##.##.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək İddiaçı adına aparılmış qeydiyyatın və reyestrdən çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh orqanın cavab məktubu iddiaçının məhkəməyə müraciət etdiyi ##.##.2022-ci il tarixə qədər daxil olmamışdır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı məxsus ünvan 3 ünvanında olan fərdi yaşayış evinin 2/4 hissəsindən cavabdehlər Cavabdeh, X7 və Əzimov Azər Yalçın oğlunun əşyaları ilə birlikdə çıxarılmaları, iddiaçı İddiaçı 2/4 hissədə məxsus ünvan 3 ünvanında olan fərdi yaşayış evinin 2-ci mərtəbəsində cavabdehlər tərəfindən inşa edilmiş yaşayış sahəsinin cavabdehlər Cavabdeh, X7 və Əzimov Azər Yalçın oğlunun öz hesablarına sökülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.3, 146.2, 152.1, 152.5, 157.2, 157.4, 180.1, 180.2, 180.3, 180.4 Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 101.3, 103.1, 103.2, 206.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evinin 2\4 hissəsi İddiaçı atası İbrahimov Nürəddin İbrahim oğlundan ona miras əmlak kimi qalmış, hazırda mülkiyyətindədir. ##.##.2017-ci il tarixdə yaşayış evinin 2\4 pay hissəsinə mülkiyyət hüququ üzrə İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı adına verilən ## ### 2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarışın və qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia verilsə də, mümkün sayılmamış, həmçinin iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququna dair reyestr çıxarışının və reyestr qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə cavabdehlər X11, X8, X12, Cavabdeh, X6, X12, Cavabdeh, X2, X7 və Əskərov Azər Yalçın oğlu Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ** saylı fərdi yaşayış evinə (iddiaçı İddiaçı mülkiyyətində olan 2/4 hissəsindən) istifadə hüquqları olmayan şəxslər hesab edilmişdir. Göründüyü kimi cavadehlərin hər birinin Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küç. ** saylı evə istifadə hüquqları olmayan şəxslər hesab edilsələr də, iddiaçıya məxsus yaşayış evində yaşamaqda davam edirlər və qanunsuz olaraq 2-ci mərtəbə inşa edərək, iddiaçının mülkiyyətçi kimi sahiblik, istifadə və sərəncam vermək barədə hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hərəkətlər edirlər. Belə ki, iş materiallarında olan ekspert rəyindən də göründüyü kimi sözügedən tikili “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”ının üçüncü və dördüncü bəndlərinin tələblərinə uyğun deyil, həmçinin Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ünvanda yerləşən ** saylı fərdi yaşayış evinin iddiaçıya məxsus 2/4 hissəsinin 2-ci mərtəbəsində və 1-ci mərtəbənin ön və arxa tərəflərində əlavə tikinti işlərinin aparılması səbəbindən iddiaçının payçısı olduğu tikiliyə hava axınına, təbii işıqlanmaya (günəş şüalarının düşməsi), giriş-çıxışa məhdudiyyətlər yaranır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 43; Mənzil Məcəlləsinin 2, 10; Mülki Prosessual Məcəllənin 13, 106-cı maddələrinə istinadən belə əsaslandırılmışdır ki, məhkəmənin həmin qətnaməsi əsassızdır. Belə ki, 2003-cü ilin yayında o və həyat yoldaşı Əzimov Yalçın özləri üçün Bakı şəhərində mənzil almaq qərarına gəlmiş, bu məqsədlə müəyyən qədər vəsait də toplamış, imkanına uyğun olan evlərlə maraqlananda həyat yoldaşının bacısı Günəş İbrahimova bildirdi ki, onun qayınatası İbrahimov Nürəddin İbrahim oğlu öz həyət evini satır. İbrahimov Nürəddin İbrahim oğlu həm qohumluq münasibəti olan şəxs idi, həm də atası ilə uzun müddətdən bəri tanış və dost idi. Ona görə də onunla görüşüb bu barədə söhbət etdilər. Həmin vaxt İbrahimov Nürəddin Keşlə qəsəbəsində NZS deyilən ərazidə yerləşən evində yaşayırdı, onunla həmin evində söhbət etdilər. İbrahimov Nürəddin bildirdi ki, həmin evin qiyməti 7-8 min ABŞ dollarıdır, lakin qohumluq və tanışlıq münasibətinə görə onu b 6 min ABŞ dollarına sata bilər. O, razılaşıb həmin məbləği qayınları Mahir və Mailin də iştirakı ilə İbrahimov Nürəddinə verdi. İbrahimov Nürəddin pulu alıb evin açarlarını ona təqdim etdi. Daha sonra isə İbrahimov Nürəddin onun və ailə üzvlərinin həmin evə daimi qeydiyyata alınmağını təmin etdi. O, həmin vaxtdan etibarən öz evinə köçərək orada yaşamağa başladı. 16 ildir ki, qeyd olunan ünvanda fasiləsiz və etirazsız yaşayırlar. Uşaqları həmin evdən məktəbə getmiş, evə görə bütün kommunal ödənişləri o və ailə üzvləri ödəmişdir. Hal-hazırda da həmin evdə yaşayır. Qeyd olunan ev bir mərtəbəli 1 otaqdan ibarət idi və yaşayış sahəsi 40 kv.m təşkil edirdi. Ev köhnə və təmirsiz idi. 2016-cı ilin yay və payız aylarında həmin evi sökərək yerində iki mərtəbəli, 3 otaqlı yeni ev inşa etdirdilər. İbrahimov Nürəddin həmin vaxt sağ idi və qonşu ilə həyətyanı sahə ilə bağlı narazılıq olmaması üçün torpaq sahəsinin sərhədlərini də onunla dəqiqləşdirdilər. O da evin əvvəlki sahibi kimi torpağının dəqiq ölçülərini bildirdi və qohum və tanış kimi xeyir-dua verdi. Bu hadisədən qısa müddət sonra İbrahimov Nürəddin vəfat etdi. Ona sonradan məlum olmuşdur ki, iddiaçı İddiaçı atasının ölümündən sonra gizlicə qeyd olunan evə dair yalan məlumatlar verməklə çıxarış almışdır. Daha sonra isə ona və ailə üzvlərinə qarşı məhkəmədə iddia qaldıraraq həmin evdən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, həmin evə dair çıxarışın verilməsi tam qanunsuz və əsassızdır. Bununla belə, hesab edir ki, yaşadığı mənzilin sökülməsi barədə iddiaçının tələbi qanunsuzdur. Çünki o artıq 21 ildir ki, ailə üzvləri köçüb o evdə yaşayır. Həmin vaxtdan etibarən o, mülkiyyətçi kimi qeyd olunan evə sahiblik edir və evdən istifadə edir. Evin bütün kommunal xidmət haqlarını ödəyir və evdən öz ünvanı kimi istifadə edir. 2016-cı ilin sentyabr-oktyabr aylarında isə həmin ev tamamilə sokülmüş və tərəfindən həmin ünvanda başqa ölçüdə yeni ev tikilmişdir. Hazırda da həmin yeni ev ona məxsusdur və istifadədir. Qeyd edir ki, mübahisəli ev fərdi yaşayış evidir, yəni həyət evidir və evin 1/2 hissəsi mərhum İbrahimov Nürəddin İbrahim oğlunun mülkiyyətində olmuşdur. Həmin hissə birmərtəbəli və 1 otaqdan ibarət olmuş və sahəsi 40 kv.m təşkil etmişdir. Lakin hazırkı ev ümumi sahəsi 120 kv.m təşkil edən 3 otaqlı iki mərtəbəli evdir. Yəni iddiaçının adına verilən çıxarışda göstərilən ev faktiki olaraq mövcud deyil və həmin ünvanda ona məxsus yeni bir ev tikilmişdir. Bu mənada hesab edir ki, iddiaçının tələbi əsassızdır. Bu faktiki hal ərazidə fəaliyyət göstərən ** saylı MKİS-in ##.##.2019cu il tarixli ** saylı məktubu ilə də təsdiq olunur. Həmin məktubda qeyd olunur ki, Cavabdeh Yasamal rayonu, K.Kazımzadə küçəsi 13 ünvandakı evin 2-ci mərtəbəsində öz vəsaiti hesabına 54,7 kv.m ev inşa edib. İşə baxan məhkəmə işin bu faktiki hallarını nəzərə almamışdır. Bundan əlavə, işə baxan məhkəmə iş üzrə üçüncü şəxslərin cavabdehin onların hüquqlarını pozmaması barədə izahatlarını da, iddia tələbinə etirazlarını da düzgün qiymətləndirməmişdir. İşə baxan məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, cavabdehin adına reyestrdə çıxarışla rəsmiləşdirilən daşınmaz əmlakın iddiaçının faktiki sahibliyində olan əmlakla eyni olubolmamasını yoxlamamış, bu əsasla iddiaçının subyektiv hüququnun yaranıb-yaranmadığını müəyyən etməmiş, beləliklə də səhv nəticəyə gəlmişdir. Evə dair kommunal ödənişlərin kim tərəfindən ödənilməsi, evin ölçüləri, otaq sayı, mərtəbəliliyi araşdırılmamış, iddiaçının hüquqdan sui-istifadə etməsi haları nəzərdə qaçırılmış, cavabdehlərin evə hansı əsasla daimi qeydiyyata düşməsinin müəyyənləşdirilməsi üçün müvafiq sorğular verilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:
5. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinə dair mülkiyyət hüququnun reyestrdə qeydə alınması və çıxarış verilməsi” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı işi üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır.
6. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı işi üzrə yekun məhkəmə aktı ##.##.2026cı il tarixində qüvvəyə minmişdir. Belə ki, iddiaçı Cavabdeh cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin # ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)- ****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Vəkil mübahisəli mənzilin naturada bölgüsünün aparılmadığını, lakin faktiki olaraq payçılar arasında bölgü aparıldığını,cavabdeh tərəfindən tikilən ikinci mərtəbənin qanunsuz tikili olduğunu, bununla bağlı iş materiallarında ekspert rəyinin olduğunu bildirmiş, mübahisənin 2022-ci ildən davam etdiyini, iddiaçının mülkiyyət hüquqlarının pozulduğunu, cavabdehin ümumiyyətlə həmin ünvanda yaşamadığını, evi kirayə verərək gəlir əldə etdiyini qeyd etmiş, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh, X1, X7, Əzimov Azər Yalçın oğlu və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İsmayılova Sevinc Qədir qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 29. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; 71. II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: - 139-1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun tələblərinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
15. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ¼ hissədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, ¼ hissədə İsmayılova Sevinc Qədir qızının, ¼ hissədə X21, ¼ hissədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adlarına paylı şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddiası Azrəbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərarı ilə təmin edilməmişdir. Azrəbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərarında qeyd etmişdir ki, iddiaçı nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə cavabdehlər X11, X8, X12, Cavabdeh, X6, X12, Cavabdeh, X2, X7 və Əskərov Azər Yalçın oğlu Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ** saylı fərdi yaşayış evinə (iddiaçı İddiaçı mülkiyyətində olan 2/4 hissəsindən) istifadə hüquqları olmayan şəxslər hesab edilmişlər.
17. Qeyd edilən hallara müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, cavadehlərin hər biri Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küç. ** saylı evə istifadə hüquqları olmayan şəxslər hesab edilsələr də, onların mübahisəli ünvanda yaşamaları və ünvan 3 ünvanında olan fərdi yaşayış evinin 2-ci mərtəbəsində tərəflərindən yaşayış sahəsinin inşa edilməsi yaşayış sahəsi mülkiyyətçilərinin mülkiyyət hüquqlarına müdaxilə kimi yolverilməzdir.
18. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya üzrə ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxsə aid edilməlidir.
20. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.