Məhkəmə qərarları › İş №2(004)-1511/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1511/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1511/2022 25.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X1 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı “əmlak tələbi”nə dair ilkin iddia ərizəsi, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı qarşı “əqdlərin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “əmlak tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 100 saylı, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 101 saylı, ümumi sahəsi 72 kv.m olan 1 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 103 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 3-cü mərtəbəsindəki 19 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 6-cı mərtəbəsindəki 41 saylı, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla, yəni İddiaçı ilə "xxxx" MMC arasında Kooperativ binada mənzil tikintisi haqqında 09 fevral 2015-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 100 saylı, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzili, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 101 saylı, ümumi sahəsi 72 kv.m olan 1 otaqlı mənzili, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 103 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzili, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 3-cü mərtəbəsindəki 19 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzili, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 6-cı mərtəbəsindəki 41 saylı, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı mənzili Payçıya verməyi, Payçı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Qlobal SF” MMC tərəfindən İddiaçı verilmiş 09 fevral 2015-ci il tarixli maliyyə arayışlarından görünür ki, o, yuxarıda adları sadalanan mənzillərin ümumi dəyərini tam ödəmişdir, borcu yoxdur. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əqdlərin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı "xxxx" MMC-yə qarşı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 100 saylı, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 101 saylı, ümumi sahəsi 72 kv.m olan 1 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 103 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 3-cü mərtəbəsindəki 19 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 6-cı mərtəbəsindəki 41 saylı, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsinə dair iddiasının rədd edilməsini və "xxxx" MMC adından İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 100 saylı, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 101 saylı, ümumi sahəsi 72 kv.m olan 1 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 103 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 3-cü mərtəbəsindəki 19 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 6-cı mərtəbəsindəki 41 saylı, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı mənzilə aid müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC-yə müraciət etdikdən sonra aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı təqdim etdiyi müqavilələr üzrə "xxxx" MMC-nin kassasına hər hansı bir ödəniş daxil olmamış, həmçinin müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Həmçinin mübahisələndirilən mənzillər "xxxx" MMC tərəfindən başqa şəxslərə satılmış və həmin alıcılar tərəfindən mənzillərin dəyəri "xxxx" MMC-nin kassasına ödənilmişdir. İddiaçı tərəfindən təqdim edilən müqavilələrin hansı şəraitdə və kim tərəfindən tərtib edilməsi barədə "xxxx" MMC-dəhər hansı məlumat mövcud deyildir. Hesab edirlər ki, qeyd edilən müqavilələr əhəmiyyətsiz əqdlər nəticəsində əldə edildiyindən məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələblərini müdafiə edərək tələbin təmin olunmasını və qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Qlobal SF” MMC-nin nümayəndəsi Vəkil2 ilkin iddia tələblərinin təmin olunmamasını və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan 09 fevral 2015-ci il tarixli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 100 saylı, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzili Payçıya verməyi, Payçı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" – MMC tərəfindən təqdim olunmuş 09 fevral 2015-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış binasında blok – 2, mərtəbə - 15, sahəsi 140 kv.m, mənzil – 100 olan 3 otaqlı mənzilin ümumi dəyərini tam ödəmişdir, borcu yoxdur. İş materiallarında olan 09 fevral 2015-ci il tarixli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 101 saylı, ümumi sahəsi 72 kv.m olan 1 otaqlı mənzili Payçıya verməyi, Payçı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" – MMC tərəfindən təqdim olunmuş 09 fevral 2015-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış binasında blok – 2, mərtəbə - 15, sahəsi 72 kv.m, mənzil – 101 olan 1 otaqlı mənzilin ümumi dəyərini tam ödəmişdir, borcu yoxdur. İş materiallarında olan 09 fevral 2015-ci il tarixli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 103 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzili Payçıya verməyi, Payçı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" – MMC tərəfindən təqdim olunmuş 09 fevral 2015-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış binasında blok – 2, mərtəbə - 15, sahəsi 94 kv.m, mənzil – 103 olan 2 otaqlı mənzilin ümumi dəyərini tam ödəmişdir, borcu yoxdur. İş materiallarında olan 09 fevral 2015-ci il tarixli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 3-cü mərtəbəsindəki 19 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzili Payçıya verməyi, Payçı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" – MMC tərəfindən təqdim olunmuş 09 fevral 2015-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış binasında blok – 2, mərtəbə - 19, sahəsi 94 kv.m, mənzil – 19 olan 2 otaqlı mənzilin ümumi dəyərini tam ödəmişdir, borcu yoxdur. İş materiallarında olan 09 fevral 2015-ci il tarixli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 6-cı mərtəbəsindəki 41 saylı, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı mənzili Payçıya verməyi, Payçı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" – MMC tərəfindən təqdim olunmuş 09 fevral 2015-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış binasında blok – 2, mərtəbə - 6, sahəsi 102 kv.m, mənzil – 41 olan 2 otaqlı mənzilin ümumi dəyərini tam ödəmişdir, borcu yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 100 saylı, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 101 saylı, ümumi sahəsi 72 kv.m olan 1 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 103 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 3-cü mərtəbəsindəki 19 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 6-cı mərtəbəsindəki 41 saylı, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı mənzilin tikintisi ilə bağlı 09 fevral 2015-ci il tarixdə hər bir mənzilə dair müqavilə imzalanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 09 fevral 2015-ci il tarixli maliyyə arayışlarından görünür ki, iddiaçı, payçı tərəfindən MTK-ya mənzillərin dəyəri tam ödənilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında mənzil tikintisi haqqında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Burada ağlabatan müddət öhdəliyin mahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2015ci il tarixli müqavillənin bağlandığı andan cavabdeh üzərinə düşən öhdəliyi 7 ildən artıq müddət ərzində icra etməməsi müqavilənin ağlabatan müddətdə icra edilməməsi kimi hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını tam verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanusuz olmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 100 saylı, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 101 saylı, ümumi sahəsi 72 kv.m olan 1 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 103 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 3-cü mərtəbəsindəki 19 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 6-cı mərtəbəsindəki 41 saylı, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı mənzil 09 fevral 2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı sahiblik və istifadəsinə verilməlidir. Habelə məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı qarşı “əqdlərin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbi əsassız olduğundan qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi mübahisə predmeti olan mənzillərin başqa şəxslərə satılması barədə məlumat versə belə buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İlkin iddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 100 saylı, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 101 saylı, ümumi sahəsi 72 kv.m olan 1 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 103 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 3-cü mərtəbəsindəki 19 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 6-cı mərtəbəsindəki 41 saylı, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı mənzil İddiaçı sahibliyinə və istifadəsinə verilsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar