Məhkəmə qərarları › İş №2(004)-153/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-153/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-153/2022 22.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 30.04.2009-cu il kredit müqaviləsinə edilmiş 25.11.2013-cü il tarixli Əlavə müqaviləyə əsasən 1103,35 ABŞ dolları əsas, 2063,24 ABŞ dolları faiz olmaqla cəmi 3166,59 ABŞ dolları; 02.11.2015-ci il tarixli, 0409/15/PB saylı kredit müqaviləsinə əsasən 11572,84 manat əsas, 4883,70 manat faiz, 40490,58 manat dəbbə pulu olmaqla, cəmi 56947,12 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; 02.11.2015-ci il tarixli, 0409/15/PB saylı kredit müqaviləsi üzrə tələbin Cavabdeh məxsus BMW X5 markalı, ** TO *** dövlət nömrə nişanlı avtomobil yönəldilməsi; avtomobilin 38000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandımışdır ki, Cavabdeh ilə əvvəlki İddiaçı Açıq Səhmdar Cəmiyyəti (indiki İddiaçı BOKT ASC) arasında 30.04.2009-cu il tarixli kredit müqaviləsi imzalanmışdır. 25.11.2013-cü il tarixində həmin kredit müqaviləsinə 2 nömrəli əİavə müqavilə imzalanaraq 5000 ABŞ dolları məbləğində kredit müqaviləsinin qalıq məbləği olan 3731,39 ABŞ dolları hissəsinin 25.11.2015-ci il tarixinə kimi uzadılması razılaşdırılmışdır. Daha sonra, tərəflər arasında 02.11.2015-ci il tarixində 0409/15 PB saylı kredit müqaviləsi imzalanmış və cavabdehə 36 ay müddətinə, illik 18 faizlə 22000 manat məbləğində kredit verilmişdir. 02.11.2015-ci il tarixli, 0409/15 PB saylı kredit müqaviləsinin təminatı kimi 27.06.2012-ci il tarixli İpoteka müqaviləsinə 27.06.2015-ci il tarixində 01 saylı əlavə edilmişdir. 27.06.2012-ci il tarixli, 773/12/PB saylı İpoteka müqaviləsinə və 02.11.2015-ci il tarixində bağlanmış 01 saylı əlavəyə əsasən Cavabdeh özünə məxsus olan BMW X5 markalı, ** TO *** dövlət nömrə nişanlı avtomobilini ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi Daxili İşlər Nazirliyinin X6 İdarəsində 135245 saylı çıxarışa əsasən qeydiyyatdan keçirilmişdir. İpoteka müqavilələri notariat qaydasında təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdehin İddiaçı BOKT ASC-yə 30.04.2009-cu il kredit müqaviləsinə edilmiş 25.11.2013-cü il tarixli Əlavə müqaviləyə əsasən 1103,35 ABŞ dolları əsas, 2063,24 ABŞ dolları faiz olmaqla cəmi 3166,59 ABŞ dolları və 02.11.2015-ci il tarixli, 0409/15/PB saylı kredit müqaviləsinə əsasən 11572,84 manat əsas, 4883,70 manat faiz, 40490,58 manat dəbbə pulu olmaqla cəmi 56947,12 manat kredit borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predimetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. MÜddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibət bildirmir. Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predimeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ididia əriazəsinin məzmununa uyun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, 30.04.2009-cu il tarixli kredit müqaviləsinə edilmiş 25.11.2013-cü il tarixli əlavə müqavilə üzrə iddia müddəti ötürüldüyündən iddianın bu hissədə rədd edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, qiymətləndiricinin rəyinə əsasən avtomobilin dəyəri az göstərilmişdir, həmin rəylə razı deyildir. Avtomobili etibarnamə əsasında başqasına satmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.04.2009-cu il tarixli kredit müqaviləsindən görünür ki, müvafiq müqaviləyə əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh 18% ödəmək şərti ilə 36 ay müddətinə qaytarmaq şərti ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30.04.2012-ci il tarixədək hər ay 181 ABŞ dolları sonuncu ay 164 ABŞ dolları ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış 30.04.2009-cu il tarixli kredit müqaviləsinə 25.11.2013-cü il tarixli 02 nömrəli əlavə və dəyişiklikdən görünür ki, 30.04.2009-cu il tarixli kredit müqaviləsinə əsasən verilmiş 5000 ABŞ dolları məbləğində kreditin 3731,39 ABŞ dolları məbləğində qalığının ödənilmə müddəti 25.11.2015-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02.11.2015-ci il tarixli, 0409/15 PB saylı kredit müqaviləsindən görünür ki, müvafiq müqaviləyə əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh 18% ödəmək şərti ilə 36 ay müddətinə qaytarmaq şərti ilə 22000 məbləğində kredit verilmişdir. İş materiallarında olan 02.11.2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02.11.2018-ci il tarixədək hər ay 796 manat sonuncu ay 765 manat ödəməyi öz üzərinə götürmüşdür. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan və borclu Cavabdeh arasında bağlanmış 27.06.2012-ci il tarixli, 773/12/PB saylı İpoteka müqaviləsinə 02.11.2015-ci il tarixində bağlanmış 01 saylı əlavədən görünür ki, müvafiq müqaviləyə əsasən ipoteka qoyan-borcalan Cavabdeh 02.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan BMW X5 markalı, ** TO *** dövlət nömrə nişanlı avtomobili ipoteka saxlayan "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə 01 nömrəli əlavənin 2.2-ci bəndinə əsasən ipoteka predimeti 38000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 135245 nömrəli 31 iyul 2014-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, BMW X5 markalı, ** TO *** dövlət nömrə nişanlı avtomobilin "xxxx" ASC-nin xeyrinə yüklülüyü daşınar əmlakın rəsmi reyestrində 31 iyul 2014-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 31 avqust 2016-cı il tarixli, 2-1(81)-3618/2016 saylı qərarından görünür ki, məcburi ləğv prosesində olan "xxxx" ASC hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla Bank Olmayan Kredit Təşkilatına çevrilməsi, məcburi ləğv prosesində olan "xxxx" ASC-nin öhdəliklərinin və aktivlərinin yenidən təşkil olunan Bank Olmayan Kredit Təşkilatına köçürülməsinin bankın Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması qərara alınmışdır. İş materiallarında olan 13.01.2021-ci və 23.02.2021-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh 02.11.2015-ci il tarixli, 0409/15 PB saylı kredit müqaviləsi və 02.11.2015-ci il tarixli, 773/12/PB saylı İpoteka müqaviləsi üzrə borc öhdəliyini icra etmədiyi təqdirdə borcun tutulması və tələbin girov əmlaka yönəldilməsi üçün məhkəməyə müraciət edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC-nin 16.04.2021-ci il tarixli maliyyə arayışlarında göstərilir ki, Cavabdeh 30.04.2009-cu il tarixli kredit müqaviləsi üzrə 1103,35 ABŞ dolları əsas, 2063,24 ABŞ dolları faiz olmaqla cəmi 3166,59 ABŞ dolları; 02.11.2015ci il tarixli, 0409/15/PB saylı kredit müqaviləsinə əsasən 11572,84 manat əsas, 4883,70 manat faiz, 40490,58 manat dəbbə pulu olmaqla cəmi 56947,12 manat borcu yaranmışdır. İddiaçı BOKT ASC-nin 23.02.2021-ci il tarixli bildirişindən görünür ki, İddiaçı BOKT ASC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün müraciət etmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2021-ci il tarixli, 9/5959 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş məlumatları, 30.04.2009-cu il tarixli kredit müqaviləsinin və 25.11.2013-cü il tarixli 02 nömrəli əlavə və dəyişikliyin şərtləri nəzərə alınmaqla Cavabdeh 25.11.2015-ci il tarixə banka olan əsas borcu 1087,13 ABŞ dolları, faiz borcu 10,87 ABŞ dolları olmaqla cəmi borcu 1098 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 30.04.2009-cu il tarixli kredit müqaviləsinin və 25.11.2013-cü il tarixli 02 nömrəli əlavə və dəyişiklik üzrə təqdim edilmiş sənədlərə əsasən 25.11.2015-ci il tarixdən sonra 159,90 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Hazıki tədqiqatla müqavilə üzrə borc qalığı 25.11.2015-ci il tarixədək hesablandığından sonradan ödənilən 159,90 ABŞ dolları hesablamalarda nəzərə alınmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 02.11.2015-ci il tarixli, 0409/15/PB saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 02.11.2018-ci il tarixə banka olan əsas borcu 17087,11 manat, faiz borcu 205,05 manat olmaqla cəmi borcu 17292,16 manat müəyyən edilmişdir. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 02.11.2015-ci il tarixli, 0409/15/PB saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən 02.11.2018-ci il tarixdən sonra 8827,72 manat məbləğində ödəniş aparılmışdır. Hazıki tədqiqatla müqavilə üzrə borc qalığı 02.11.2018-ci il tarixədək hesablandığından sonradan ödənilən 8827,72 manat hesablamalarda nəzərə alınmamışdır. İş materiallarında olan “X5 Mərkəzi” MMC -nin 18 mart 2022-ci il tarixli, YDQM №***- ******* nömrəli hesabatın nəticə hissəsindən görünür ki, “BMW X5” markalı, ** TO *** dövlət nömrə nişanlı avtomobilin bazar dəyəri 22000 manat, likvid dəyəri 18700 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında 30.04.2009-cu il tarixli kredit müqaviləsinin icrası müddəti 25.11.2015-ci il tarixdə başa çatmasına və müqavilədə ayrı qayda nəzərdə tutulmamasına baxmayaraq, iddiaçı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, 08.07.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, üç illik iddia müddətini ötürmüşdür. Cavabdeh Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarına əsasən - kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumu öz qərarında qeyd etmişdir ki, “Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı özözlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 384.0.4-cü maddəsi ilə bağlı qeyd etmişdir ki, bu maddədə iddia müddətinin şamil edilmədiyi hallar müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Mülki Məcəllənin 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. Digər tərəfdən, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz.” Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi - 30.04.2009-cu il kredit müqaviləsinə edilmiş 25.11.2013-cü il tarixli Əlavə müqaviləyə əsasən 1103,35 ABŞ dolları əsas, 2063,24 ABŞ dolları faiz olmaqla cəmi 3166,59 ABŞ dolları borcun tutularaq ləğv prosesində olan İddiaçı BOKT ASC-yə ödənilməsi” hissəsində isə üç illik iddia müddəti keçdiyinə görə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında 02.11.2015-ci il tarixli, 0409/15 PB saylı kredit və 02.11.2015-ci il tarixli ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə 02.11.2015-ci il tarixli, 0409/15/PB saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçının yaranmış əsas və faiz borcu tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin 02.11.2015-ci il tarixli, 0409/15/PB saylı kredit müqaviləsinə əsasən 11572,84 manat əsas və 4883,70 manat faiz borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 9/5959 nömrəli ekspert rəyindən görünür ki, 02.11.2015-ci il tarixli, 0409/15/PB saylı kredit müqaviləsi üzrə Cavabdeh 02.11.2018-ci il tarixə banka olan əsas borcu 17087,11 manat, faiz borcu 205,05 manat olmaqla cəmi borcu 17292,16 manat müəyyən edilmişdir. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 02.11.2015-ci il tarixli, 0409/15/PB saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən 02.11.2018-ci il tarixdən sonra 8827,72 manat məbləğində ödəniş aparılmış, hazıki tədqiqatla müqavilə üzrə borc qalığı 02.11.2018-ci il tarixədək hesablandığından sonradan ödənilən 8827,72 manat hesablamalarda nəzərə alınmamışdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh 02.11.2015-ci il tarixli, 0409/15/PB saylı kredit müqaviləsi üzrə faiz borcu müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və bu rəylə kredit müqaviləsinin müddətinin bitdiyi, yəni 02.11.2018-ci il tarixinə hesablanmış 205,05 məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, ekspert rəyindən görünüdüyü kimi, 02.11.2018-ci il tarixdən sonra 8827,72 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən cərimə, faiz və əsas borca silinmişdir. Ona görə də, əsas borc iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında göstərilən, yəni 11572,84 manat məbləğində tutulmalıdır. İddia tələbinin 02.11.2015-ci il tarixli, 0409/15/PB saylı kredit müqaviləsinə əsasən dəbbə pulunun tutulması hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 40490,58 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası əsasən təqdim edilmiş “X5 Mərkəzi” MMC-nin 18 mart 2022-ci il tarixli, YDQM №***-******* nömrəli mütəxəssis rəyinə əsasən ipoteka predimeti olan BMW X5 markalı, ** TO *** dövlət nömrə nişanlı avtomobilin bazar dəyəri 22000 manat, likvid dəyəri 18700 manat müəyyən edilmişdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02.11.2015-ci il tarixli 0409/15/PB nömrəli kredit müqaviləsi üzrə yaranmış 11572,84 (on bir min beş yüz yetmiş iki manat səksən dörd qəpik) manat əsas borc, 205,05 (iki yüz beş manat beş qəpik) manat faiz borcu, 1000 (bir min) manat cərimə olmaqla, cəmi 12777,89 (on iki min yeddi yüz yetmiş yeddi manat səksən doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Tutma ipoteka ilə yüklü edilmiş BMW X5 markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldiməli, avtomobilin ilkin satış qiyməti (likvid) 18700 (on səkkiz min yeddi yüz) manat müəyyən edilməklə açıq hərracda satılmalıdır. Satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 12777,89 (on iki min yeddi yüz yetmiş yeddi manat səksən doqquz qəpik) manat pul İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılmalıdır. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 200 (iki yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 200 (iki yüz) manat pul Cavabdeh tutularaq “X5 Mərkəzi” MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02.11.2015-ci il tarixli 0409/15/PB nömrəli kredit müqaviləsi üzrə yaranmış 11572,84 (on bir min beş yüz yetmiş iki manat səksən dörd qəpik) manat əsas borc, 205,05 (iki yüz beş manat beş qəpik) manat faiz borcu, 1000 (bir min) manat cərimə olmaqla, cəmi 12777,89 (on iki min yeddi yüz yetmiş yeddi manat səksən doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin – nin xeyrinə ödənilsin. Tutma - Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş BMW X5 markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobilin ilkin satış qiyməti (likvid) 18700 (on səkkiz min yeddi yüz) manat müəyyən edilməklə açıq hərracda satılsın. Satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 12777,89 (on iki min yeddi yüz yetmiş yeddi manat səksən doqquz qəpik) manat pul İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 200 (iki yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE **********00********) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 200 (iki yüz) manat pul Cavabdeh tutularaq “X5 Mərkəzi” MMC -nin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar