Məhkəmə qərarları › İş №2(004)-1538/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1538/2025

03.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1538/2025 03.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən 63 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, 63 nömrəli mənzil iddiaçının ailəsi tərəfindən “Avtomobilçi-2" MTKdan alınmışdır və onun mərhum atası X1 adına 05 iyul 1974-cü il tarixli Oktyabr rayon XDS İK-nin 29 saylı sərəncamı ilə sənədləşdirilmişdir. Atası 15 fevral 2007-ci il tarixdə rəhmətə getmişdir. Hazırda həmin mənzildə iddiaçı anası ilə birlikdə yaşayır. Onun bacısı Cavabdeh ərə gedəndən sonra heç ölkədə olmamış, Azərbaycandan İordaniyaya 2000-ci ildən köşmüşdür. Bu fakt "xxxx" MTK-nin 03/10 saylı 03 oktyabr 2024-cü il tarixli arayışı ilə təsdiq olunur. Hazırda cavabdehin bu ünvana qeydiyyata formal xarakter daşıyır və cavabdeh sənədlərdən göründüyü kimi və faktiki olaraq illərlə həmin mənzildən istifadə etmir. Hazırkı mənzil hüquq münasibətləri 1974-cü ildə əmələ gəldiyindən hazırkı mübahisəli hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, atası X4 vəfat etdikdən sonra ona məxsus miras əmlakı ailə üzvləri faktiki olaraq qəbul etmiş və orada qeydiyyatda olmaqla yaşamışdırlar, hazırki iddianın verilməsində məqsəd gələcəkdə sənədləşdirmə aparanda problemlərlə üzləşməməkdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Keçmiş Oktyabr rayon XDS İK-nin (indiki Yasamal rayon İcra Hakimiyyəti) arxiv fondu üzrə xx.xx.1974-cü il tarixli, 29 saylı qərarının surətindən görünür ki, X2 və 8 nəfərlik ailə üzvlərinə (X19, arvadı X12, ögey qızı X10, ögey oğlu X30, qızları X11, X14, İddiaçı, X20) atası X7 və anası X26 əvvəlki yaşayış yerlərində saxlanılmaqla, 3 otaqlı, ümumi sahəsi 47,7 kv.metr olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanda yerləşən 63 nömrəli mənzilin verilməsi üçün payçı “Avtomobilçi-2" MTK-ya order verilmişdir. Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- seriyalı, 240336 nömrəli ölüm haqqında şərahətdanəmin surətindən görünür ki, X4 15 fevral 2007-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 mart 2007-ci il tarixdə 322 nömrə ilə qeyd edilmişdir. 1 saylı Bakı taksimotor parkı İdarə evinin Mənzil Tikinti Kooperativi "xxxx" tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 10/03 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, İnşaatçılar prospektində yerləşən 12/26 nömrəli kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın giriş 8, mərtəbə 3, yaşayış sahəsi 47,7 kv.m olan 3 otaqlı 63 saylı mənzilin haqqı X4 tərəfindən tam ödənilmişdir, onun MTK-ya borcu yoxdur. xx.xx.2024-cü il tarixli, ******* nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 03 aprel 2006-cı il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. X15, X20, X21, Cavabdeh, X12, X3, X8, X5 isə qeydiyyatda olan digər şəxslərdir. 1 saylı Bakı taksimotor parkı İdarə evinin Mənzil Tikinti Kooperativi "xxxx" tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03/10 nömrəli arayışından görünür ki, İddiaçı ərizəsi və qonşuların hal şahidliyi əsasında onun bacısı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanda yerləşən 63 nömrəli mənzildə qeydiyyatda olsa da, 2000-ci ildən xarici ölkəyə (İordaniya) köçməsi ilə əlaqədar burada yaşamaması müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı X33 ilə cavabdeh X22 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşdular. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X17 və xx.xx.2019-cu il təvəllüdlü X23 anadan olmuşdur. Keçmiş Oktyabr rayon XDS İK-nin (indiki Yasamal rayon İcra Hakimiyyəti) arxiv fondu üzrə xx.xx.1974-cü il tarixli, 29 saylı qərarına əsasən, Bakı şəhəri, İnşaatçılar prospektində yerləşən 12/26 nömrəli binanın giriş 8, mərtəbə 3, yaşayış sahəsi 47,7 kv.m olan 3 otaqlı 63 saylı mənzili X1 adına rəsmiləşdirilmişdir. X4 15 fevral 2007-ci il tarixdə vəfat etmişdir. Sözügedən mənzildə İddiaçı, X15, X20, X21, Cavabdeh, X12, X3, X8, X5 qeydiyyatdadırlar. 1 saylı Bakı taksimotor parkı İdarə evinin Mənzil Tikinti Kooperativi "xxxx" tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03/10 nömrəli arayışa əsasən Cavabdeh 2000-ci ildən xarici ölkəyə (İordaniya) köçməsi ilə əlaqədar qeydiyyatda olduğu ünvanda yaşamır. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında istifadə hüququ bağlı münasibətlər 2009-cu il oktyabrın 1-dən əvvəl yarandığından yarandığından, bu münasibətlərdən yaranan mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 8 iyul 1982-ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İİ hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə, 43-cü maddəsinin İ hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Hazırkı iddianın əsasından görünür ki, iddiaçı cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir, bunun üçün isə cavabdehin mənzildən “istifadə hüququna xitam verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququ atası X6 əmlaka mülkiyyət hüququnu əldə edildiyi andan yaranmış, 2000ci ilədək orada yaşadığı müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmiş və bu hüququna 2000-ci ildə ailə həyatı quraraq xarici ölkəyə (İordaniya) köçməsi ilə əlaqədar xitam verilmişdir. Hazırda Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun olmadığı müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Odur ki, hazırki mübahisəyə dair məhkəmə qətnaməsi Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında'' Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar