Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1549/2021 03.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Vasif oğlunun iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq sökülmüş tikilinin bərpası, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə” dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikinti işlərinin qadağan edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə” ilkin və qarşılıqlı iddia ərizələri üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq sökülmüş tikilinin bərpası, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz olaraq sökdüyü evinin giriş qapısının qarşısındakı eni 1 metr, uzunluğu isə 1,4 metr olan iki pilləli pilləkənin Cavabdeh vəsaiti hesabına onun tərəfindən bərpa edilməsi, eləcə də ona vurulmuş maddi zərərin əvəzi kimi 500 manatın, məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyim 30 manatın, həmçinin mənəvi ziyanın kompensasiyası kimi 4000 manatın, ümumilikdə 4530 (dörd min beş yüz otuz) manat məbləğində pulun Cavabdeh tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,cavabdehin qanunsuz olaraq sökdüyü evinin giriş qapısının qarşısındakı eni 1 metr, hündürlüyü 50 sm (25X25 olmaqla), uzunluğu isə 1,4 metr olan iki pilləli pilləkənin Cavabdeh vəsaiti hesabına kubik daşından hörülməklə, onun tərəfindən bərpa edilməsi, eləcə də ona vurulmuş maddi zərərin əvəzi kimi 500 manatın, məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyim 30 manatın, həmçinin mənəvi ziyanın kompensasiyası kimi 4000 manatın, ümumilikdə 4530 (dörd min beş yüz otuz) manat məbləğində pulun Cavabdeh tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikinti işlərinin qadağan edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin giriş qapısının qarşısında istənilən tikinti işlərinin aparılması qadağan edilməsi; Həmin ünvanda yerləşən fərdi yaşayış sahəsinin əlavə giriş qapısının sökülməsi və həmin hissənin daşla hörülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, dalan 1 ünvanındakı 6C saylı ev iddiaçının xüsusi mülkiyyətindədir.Bu barədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə iddiaçıya Azərbaycan Respublikası ƏMDKY DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli, ******* saylı Çıxarış verilmişdir. Mülkiyyətində olan və yaşadığı evin həyətyanı sahəsini 2020-ci ilin yay aylarında təmir etdirməyə başlamışdır. Təmirdən əvvəl Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmiş və Yasamal rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosu tərəfindən görüləcək işlərin eskiz layihəsi təsdiq edilmişdir. Bundan sonra təsdiq edilmiş eskiz-layihə əsasında təmir işlərini aparmışdır. O, cümlədən eskizlayihə ilə təsdiq edilmiş evin giriş qapısının qarşısında eni 1 metr, uzunluğu isə 1.4 metr olan iki pilləli pilləkəni də təmir etdirmişdir. Lakin Cavabdeh tərəfindən qanunsuz olaraq evin giriş qapısının qarşısındakı eni 1 metr, uzunluğu isə 1,4 metr olan iki pilləli pilləkən sökülmüşdür. Bunu Yasamal RPİ-nin 29-cu PŞ-nə verdiyi izahatda cavabdeh H.V. Hüseynov da etiraf etmişdir. İddiaçıya məxsus evin giriş qapısının qarşısındakı eni 1 metr, uzunluğu isə 1,4 metr olan iki pilləli pilləkənin cavabdeh H.V. Hüseynov tərəfindən sökülməsi təmamilə qanunsuzdur və cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur.Cavabdeh 55 ildir ki, yaşadıqları evin giriş qapısının yaxınlığında, əvvəlcə özbaşına qapı-darvaza açımış, bu azmış kimi bir müddət sonra açdığı qapı-darvazanın enini artırmaqla, bununla da demək olar ki, iddiaçının ilkin qapısına bitişdirməkə giriş-çıxışımızı çətinləşdirmişdir.Eləcə də təbii relyefə görə həyətlə küçənin səthi arasında təxminən yarım metr (45sm) hündürlük fərqi vardır ki, bu da iddiaçının giriş-çıxışını çətinləşdirir.İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixli Pretenziya ilə Cavabdeh müraciət edilərək, qanunsuz olaraq sökdüyü evinin giriş qapısının qarşısındakı eni 1 metr, uzunluğu isə 1,4 metr olan iki pilləli pilləkənin 03 (üç) gün ərzində əvvəlki qaydada bərpa etməsi təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağım bildirilmişdir.Cavabdeh tərəfindən müraciətimə hər hansı bir cavab verilməmişdir. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasında ilkin iddia üzrə Cavabdeh ilkin iddia qəbul etməyərək, qarşılılıq iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixində o, evində aparılan təmir-tikinti işlərinin həyata keçirilməsi üçün həyətinin onun fərdi yaşayış sahəsinin giriş qapısı olan tərəfə həyətinin darvazasının sökülməsi və küçəyə çıxışının açılmasına icazə istəmişdir. Həmin çıxışın açılmasında məqsədi, tikinti materiallarının daşınmasının asanlaşdırılması olmuşdur. O, bir qonşu olaraq buna etiraz etməmişdir. Lakin tikinti işləri başa çatdıqdan sonra həmin yol bağlanmamışdır. Bir müddət sonra o, həmin boşluğa qapı qoymuş və onun altında pilləkan inşa etmək istəmişdir. Bundan sonra o, həmin pilləkanın inşasına mane olmuş, qapının sökülməsi və hasarın hörülməsini tələb etmişdir.Məsələ ilə bağlı 2020-ci ilin sentyabr ayından tarixindən “102” qaynar xəttinə, Yasamal Rayon Polis İdarəsinə, Yasamal Rayon İcra Hakimiyyətin, Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Prezidentinə və s. Hal-hazırda qarşılıqlı iddia üzrə cavabdehə məxsus əlavə giriş qapısının qarşısında pilləkan olmasa da, o, orada yeni pilləkan inşa etmək niyyətindədir. Həmçinin qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdehə məxsus fərdi yaşayış sahəsinin əsas yola açılan böyük bir darvaza vardır. Mübahisə predmeti olan qapı cavabdehin giriş-çıxışı üçün zəruri olan yeganə yolu deyildi. Buna baxmayaraq cavabdeh heç bir zərurət olmadan onun mənzilinin giriş qapısının qarşısında qapı qoymuş və pilləkan inşa etməyə cəhd etmişdir. Cavabdehin yalnız 79,22 kv.m sahə barəsində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı vardır. Faktiki olaraq qalan hissədə olan tikililər isə qanunsuz inşa edilmişdir. Göründüyü kimi cavabdehin mənzilinin yerləşdiyi torpaq sahəsi barəsində də sərəncam vermək hüququ yoxdur. Həmin sahələr dövlət mülkiyyətindədir. Beləliklə, onun həyətyanı sahəsində apardığı istənilən tikinti işləri qanunsuzdur. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünayadzadə küçəsi, dalan 1, 6 C saylı ev İddiaçı adına tam mülkiyyət hüququ ilə xx.xx.2016-cı il ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan və yaşadığı evin həyətyanı sahəsini təmir etdirməyə başlamışdır. Təmirdən əvvəl Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmiş və Yasamal rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosu tərəfindən görüləcək işlərin eskiz layihəsi təsdiq edilmişdir. Eskiz-layihə ilə təsdiq edilmiş evin giriş qapısının qarşısında eni 1 metr, uzunluğu isə 1.4 metr olan iki pilləli pilləkəni də təmir etdirmişdir.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Mülkiyyət hüququ və məhkəmə müdafiə hüququ bir sıra beynəlxalq sənədlərdə də mühüm yer tutur.BMT-nin insan hüquqları haqqında Ümumi Bəyannaməsinin 17-ci maddəsinə görə, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ var.Heç kəs özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair bir saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir.Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları arasında göstərilmişdir. Digər hüquq və azadlıqlarla yanaşı, mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X6 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür.Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür.Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X1rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, dalan 1 ünvanındakı 6 C saylı evin giriş qapısının qarşısındakı eni 1 metr, hündürlüyü 50 (25x25 olmaqla) uzunluğu isə 1.4 metr olan iki pilləli pilləkənin Cavabdeh vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilməlidir. İlkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Qanunverciliyin tələblərinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Lakin məhkəmə araşdırması zamanı ilkin iddiaşı tərəfindən maddi və mənəvi ziyanla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.AR MPM-nin 14.2-ci və 77.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli X4 Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bundan başqa məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikinti işlərinin qadağan edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə”dair iddia tələbi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq sökülmüş tikilinin bərpası, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə” dair iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, dalan 1 ünvanındakı 6 C saylı evin giriş qapısının qarşısındakı eni 1 metr, hündürlüyü 50 (25x25 olmaqla) uzunluğu isə 1.4 metr olan iki pilləli pilləkənin Cavabdeh vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikinti işlərinin qadağan edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə”dair iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1549/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1549/2021
03.03.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver