Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-156/2021 05.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh8 və X3 cəlb olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh8 və X3 cəlb olunmaqla cavabdehlər “Cavabdeh1 və qeyrilərinə qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərzəsi ilə 02.03.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin “Sənaye" filialı ilə Cavabdeh1 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RH-00011-01/17A saylı əsas, 29.06.2017-ci il tarixli RH-A0011-01/17A saylı əlavə və 29.06.2017-ci il tarixli, RH-B0011-01/17A saylı əlavə kredit müqaviləsin ləğv edilməsi, RH-A0011-01/17A saylı əlavə kredit müqaviləsindən irəli gələn 25.02.2020-ci il tarixə olan 30000 manat əsas, 14340,01 manat faiz, 15560,4 manat dəbbə borcu, ümumilikdə 59900,41 manat məbləğində borc və RH- B0011-01/17A saylı əlavə kredit müqaviləsindən irəli gələn 25.02.2020-ci il tarixə olan 215967,89 manat əsas, 91513,87 manat faiz, 95833,37 manat dəbbə borcu, ümumilikdə 403315,13 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının, həmçinin 100 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddiaçı "xxxx" ASC-nin “Sənaye” filialı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RHG- 00011-01/17 A-(2) saylı sonrakı ipoteka müqaviləsi əsasında ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271,61 m2 olan fərdi yaşayış evinə və iddiaçı "xxxx" ASC-nin “Sənaye” filialı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh7 arasında bağlanmış 29.06.2017-ci il tarixində iddiaçıyla RHG-00011-01/17A-(1) saylı sonrakı ipoteka müqaviləsi əsasında mülkiyyət hüququ ilə Cavabdeh7 məxsus olan ünvan 2 ünvanında yerləşən 62,8 m2 ümumi sahəsi, 47 m2 yaşayış sahəsi, 15,8 m2 yardımçı sahədən ibarət 3 otaqlı 56 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun həmin sonrakı ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, sonrakı ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, sonrakı ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271,61 m2 olan fərdi yaşayış evinin və sonrakı ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 62,8 m2 ümumi sahə, 47 m2 yaşayış sahəsi, 15,8 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 56 nömrəli mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 izahat verərək bildirir ki, iddiaçı "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında 29.06.2017-ci il tarixli, RH-00011-01/17A saylı əsas kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə 84 ay müddətinə, 29.06.2024-cü il tarixinədək əlavə müqavilələr bağlamaqla 250000 manat məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 29.06.2017-ci il tarixdə iddiaçıyla RHG-00011-01/17 A-(2) saylı sonrakı ipoteka müqaviləsi bağlamışlar və Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyət hüququ üzrə özlərinə məxsus olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən, 271,61 m2 ümumi, 205.82 kv.m yardımçı, 65.79 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini sonrakı ipotekaya qoymuşlar. Sonrakı ipoteka predmeti Cavabdeh1 ilə "xxxx" ASC-nin “Sənaye” filialı arasında 17.12.2015-ci il tarixdə bağlanmış BK-031/15S saylı kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün "xxxx" ASC-nin "Sənaye” filialı, Cavabdeh1 və Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış 17.12.2015-ci il tarixli, İM-031/15S saylı sonrakı ipoteka müqaviləsinə və 17.12.2015-ci il tarixli BK-032/15S saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin edilməsi üçün "xxxx" ASC-nin “Sənaye” filialı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 17.12.2015-ci il tarixdə bağlanmış İM-032/15S-(1) saylı sonrakı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin “Sənaye” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin kreditin təminatı qismində cavabdehlər Cavabdeh1, Cavabdeh7 29.06.2017-ci il tarixində iddiaçıyla RHG-00011-01/17A-(1) saylı sonrakı ipoteka müqaviləsi bağlamışlar və mülkiyyət hüququ ilə Cavabdeh7 məxsus olan ünvan 2 ünvanında yerləşən 62,8 kv.m ümumi sahə, 47 kv.m yaşayış sahəsi, 15,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 56 nömrəli mənzil ipoteka saxlayana yenidən ipotekaya qoyulmuşdur. Sonrakı ipoteka predmeti Cavabdeh1 ilə "xxxx" ASC-nin “Sənaye“ filialı arasında 17.12.2015-ci il tarixində bağlanmış BK-032/15S saylı kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün "xxxx" ASC-nin “Sənaye" filialı, Cavabdeh1 və Cavabdeh7 arasında bağlanmış 17.12.2015-ci il tarixli İM-032/15S-2 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin “Sənaye” filialının xeyrinə ipoteka ilə yüklü olmuşdur. Cavabdeh2 29.06.2017-ci il tarixdə iddiaçıyla RHZ-00011-01/17A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 Əsas kredit müqaviləsi üzrə veriləcək Əlavə kredit müqavilələrindən yaranacaq öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh2 29.06.2017-ci il tarixdə iddiaçıyla RHZ-A0011-01/17A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 RH-A0011-01/17A saylı kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh2 29.06.2017-ci il tarixdə iddiaçıyla RHZ-B0011-01/17A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 RH-B0011-01/17A saylı kredit müqaviləsinə zamin durmuşdur. İddiaçı "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RH-A0011-01/17A saylı əlavə kredit müqaviləsinə əsasən, şəxsi istifadə məqsədi ilə bank tərəfindən cavabdehə 84 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RH-B0011-01/17A saylı əlavə kredit müqaviləsinə əsasən, şəxsi istifadə məqsədi ilə bank tərəfindən cavabdehə 84 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 220000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh RH-A0011-01/17A saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 908 gün gecikməyə və RH-B0011- 01/17A saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 818 gün gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 4.2-ci və ipoteka müqaviləsinin 5.4-cü bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin edilməsini xahiş edir. Cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin və üçüncü şəxslərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə «borc verən» qismində "xxxx" ASC ilə digər tərəfdən «borc alan» qismində Cavabdeh1 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RH-00011-01/17A nömrəli əsas kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 84 ay müddətinə əlavə müqavilələr bağlamaqla 250000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «borc verən» qismində "xxxx" ASC ilə digər tərəfdən «borc alan» qismində Cavabdeh1 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RH-A0011-01/17A nömrəli əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 84 ay müddətinə, illik 18 faiz dərəcəsilə 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «borc verən» qismində "xxxx" ASC ilə digər tərəfdən «borc alan» qismində Cavabdeh1 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RH-B0011-01/17A nömrəli əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 84 ay müddətinə, illik 18 faiz dərəcəsilə 220000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «borc verən» qismində "xxxx" ASC ilə «borc alan» qismində Cavabdeh1 və “zamin” qismində Cavabdeh2 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RHZ-00011-01/17A nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə bağlanmış 29.06.2017-ci il tarixli, RH-00011-01/17A nömrəli əsas kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüş və müqavilə öhdəliklərin tam icra olunmasına qədər qüvvədədir. İş materiallarında olan «borc verən» qismində "xxxx" ASC ilə «borc alan» qismində Cavabdeh1 və “zamin” qismində Cavabdeh2 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RHZ-A0011-01/17A nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə bağlanmış 29.06.2017-ci il tarixli, RH-A0011-01/17A nömrəli əlavə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüş və müqavilə öhdəliklərin tam icra olunmasına qədər qüvvədədir. İş materiallarında olan «borc verən» qismində "xxxx" ASC ilə «borc alan» qismində Cavabdeh1 və “zamin” qismində Cavabdeh2 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RHZ-B0011-01/17A nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə bağlanmış 29.06.2017-ci il tarixli, RH-B0011-01/17A nömrəli əlavə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüş və müqavilə öhdəliklərin tam icra olunmasına qədər qüvvədədir. İş üzrə “ipoteka saxlayan” qismində "xxxx" ASC ilə “ipoteka qoyan” qismində Cavabdeh7 və “borcalan” qismində Cavabdeh1 arasında bağlanılmış 29.06.2017-ci il tarixli, RHG-00011-01/17A-(1) nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ilə bağlanmış 29.06.2017-ci il tarixli, RH-00011-01/17A nömrəli əsas kredit müqaviləsi və onunla müəyyən edilmiş limit çərçivəsində bağlanmış əlavə kredit müqavilələrinin təminatı kimi Cavabdeh7 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 62,8 m2 ümumi sahəsi, 47 m2 yaşayış sahəsi, 15,8 m2 yardımçı sahədən ibarət 3 otqalı 56 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak kompleksi müstəqil qiymətləndirici tərəfindən bazar dəyəri 71500 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə “ipoteka saxlayan” qismində "xxxx" ASC ilə “ipoteka qoyan” qismində Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və “borcalan” qismində Cavabdeh1 arasında bağlanılmış 29.06.2017-ci il tarixli, RHG-00011-01/17A-(2) nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ilə bağlanmış 29.06.2017-ci il tarixli, RH-00011-01/17A nömrəli əsas kredit müqaviləsi və onunla müəyyən edilmiş limit çərçivəsində bağlanmış əlavə kredit müqavilələrinin təminatı kimi Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak kompleksi müstəqil qiymətləndirici tərəfindən bazar dəyəri 191000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən cavabdehlərə 07.02.2020-ci il tarixdə ünvanlanmış bildirişin surətindən görünür ki, Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi banka ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.61 m2 olan fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən 62,8 m2 ümumi sahəsi , 47 m2 yaşayış sahəsi, 15,8 m2 yardımçı sahədən ibarət 3 otqalı 56 nömrəli mənzilə yönəldilməsi barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən tərtib olunmuş 25.02.2020-ci il tarixli, 1455 saylı maliyyə arayışına əsasən Cavabdeh1 29.06.2017-ci il tarixli, RH-B0011-01/17A nömrəli əlavə kredit müqaviləsi üzrə 25.02.2020-ci il tarixə 215967,89 manat əsas, 91513,87 manat faiz, 95833,37 manat cərimə borcu olmaqla, cəmi 403315,13 manat borcu var. İş üzrə "xxxx" ASC tərəfindən tərtib olunmuş 25.02.2020-ci il tarixli, 1454 saylı maliyyə arayışına əsasən Cavabdeh1 29.06.2017-ci il tarixli, RH-A0011-01/17A nömrəli əlavə kredit müqaviləsi üzrə 25.02.2020-ci il tarixə 30000 manat əsas, 14340,01 manat faiz, 15560,4 manat cərimə borcu olmaqla, cəmi 59900,41 manat borcu var. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 62,8 m2 ümumi sahəsi , 47 m2 yaşayış sahəsi, 15,8 m2 yardımçı sahədən ibarət 3 otqalı 56 nömrəli mənzil 29.06.2017-ci il tarixli, RH-00011- 01/17A nömrəli əsas kredit müqaviləsinin təminatı kimi mülkiyyətçisi Cavabdeh7 Babayr oğlu tərəfinfən "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 11-ci döngə, 1 saylı fərdi yaşayış evi 29.06.2017-ci il tarixli, RH-00011-01/17A nömrəli əsas kredit müqaviləsinin təminatı kimi mülkiyyətçiləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 tərəfinfən "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 12.02.2020-ci il tarixli, **********01 nömrəli məktubuna əsasən Cavabdeh7 məxsus olan ünvan 2, 56 nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13.02.2020-ci il tarixli, **********78 nömrəli məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 11-ci döngə, 1 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30.06.2021-ci il tarixli 9/1493 saylı rəyinə əsasən iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 29.06.2017-ci il tarixli, RH-00011-01/17A nömrəli əsas kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 25.02.2020-ci il tarixə "xxxx" ASC-yə olan borcu ümumilikdə 352385,99 manat olmaqla, əsas borc üzrə 247310,53 manat, faiz borcu üzrə 105075,46 manat təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası (mütəxəssis rəyinin alınması barədə) üzrə “X5 Mərkəzi” tərəfindən verilmiş 07.09.2021-ci il tarixli, 117 saylı mənzilin qiymətləndirilməsinə dair hesabata əsasən mənzillərin dəyəri orta bazar qiymətləri əsasında hesablanmışdır. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.61 m2 olan fərdi yaşayış evin hazırki dövr üçün bazar qiyməti 227000 manat, likvid dəyəri isə 195000 manat və ünvan 2 ünvanında yerləşən 62,8 m2 ümumi sahəsi, 47 m2 yaşayış sahəsi, 15,8 m2 yardımçı sahədən ibarət 3 otqalı 56 nömrəli mənzilin hazırki dövr üçün bazar qiyməti 85300 manat, likvid dəyəri isə 73000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqavilələri üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 29.06.2017-ci il tarixli, RH-00011- 01/17A saylı kredit müqaviləsi üzrə 30000 manat əsas, 14340,01 manat faiz və 29.06.2017-ci il tarixli, RH-B0011-01/17A saylı əlavə kredit müqaviləsi üzrə 215967,89 manat əsas, 91513,87 manat faiz borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələblərinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməli və müqavilələr üzrə hesablanmış dəbbə pulu azaldılmalıdır. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, onun hazırda kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunun məbləğini, hesablanmış cərimənin götürülmüş kreditə, ödənilməmiş qalıq və faiz borcuna münasibətdə kifayət qədər yüsək və tənasübsüz olmasını, həmçinin kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulacaq dəbbə borcunun miqdarı 29.06.2017ci il tarixli, RH-00011-01/17A saylı kredit müqaviləsi üzrə 100 manat və 29.06.2017-ci il tarixli, RH-B0011-01/17A saylı əlavə kredit müqaviləsi üzrə 100 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mülkiyyətində olan və kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını tə`min etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliyi pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan borc cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilə və fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyanlara qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin qiymət də qətnamədə göstərilməlidir. İş materiallarından göründüyü kimi 29.06.2017-ci il tarixli, RHG-00011-01/17A-(1) nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən bazar dəyəri 71500 manat məbləğində və 29.06.2017-ci il tarixli, RHG-00011-01/17A-(2) nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən bazar dəyəri 191000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı “X5 Mərkəzi” MMC tərəfindən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.61 m2 olan fərdi yaşayış evin hazırki dövr üçün bazar qiyməti 227000 manat, likvid dəyəri isə 195000 manat və ünvan 2 ünvanında yerləşən 62,8 m2 ümumi sahəsi, 47 m2 yaşayış sahəsi, 15,8 m2 yardımçı sahədən ibarət 3 otqalı 56 nömrəli mənzilin hazırki dövr üçün bazar qiyməti 85300 manat, likvid dəyəri isə 73000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə qeyd edir ki, ipoteka nüqaviləsi ilə ipoteka predmeti olan mənzilin bazar dəyəri müəyyən edilsə də, həmin müqavilədə əmlakların likvid dəyəri müəyyən edilməmişdir. Lakin iş üzrə təyin olunmuş əmtəəşünaslıq ekspertizasından görünür ki, “X5 Mərkəzi” MMC tərəfindən ipoetka predmetinin likvid dəyəri müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka müqaviləsində qeyd olunan məbləğ mötəbər sübut kimi qəbul edilməməli və ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyinə əsasən “X5 Mərkəzi” MMC tərəfindən müəyyən edilmiş əmlakların likvid dəyəri əsas tutulmaqla müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, əmlakların ilkin satış qiyməti (likvid dəyər) – 195000 manat və 73000 manat nəzərə alınmaqla göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin ipoteka predmeti olan mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra onların həmin evdən çıxarılması, həmin evin boşaldılması "xxxx" ASC-yə təhvil verilməsi hissəsində təmin edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş mənzilə və fərdi yaşayış evinə tutma yönəldildikdən sonra həmin mənzil 1 ay ərzində boşaldılmalı, əks təqdirdə onlar məcburi qaydada mənzildən çıxarılmalıdırlar. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunacaq məbləğ borcun ödənilməsinə kifayət etməyəcəyi təqdirdə, ödənilməmiş qalan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və bildirişin qeydiyyata alınması üçün xidmət haqqı kimi ödənilmiş 100 manat məbləğində də pul iddiaçının xeyrinə və iş üzrə təyin edilmiş ekspertiza xərci olan 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RH-00011- 01/17A saylı əsas, 29.06.2017-ci il tarixli, RH-A0011-01/17A saylı əlavə və 29.06.2017-ci il tarixli, RH-B0011-01/17A saylı əlavə kredit müqavilələri ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29.06.2017-ci il tarixli, RH-00011-01/17A saylı kredit müqaviləsi üzrə 30000 manat əsas, 14340,01 manat faiz, 100 manat cərimə borcu olmaqla cəmi 44440,01 manat və 29.06.2017-ci il tarixli, RH- B0011-01/17A saylı əlavə kredit müqaviləsi üzrə 215967,89 manat əsas, 91513,87 manat faiz, 100 manat cərimə borcu olmaqla cəmi 307581,76 manat, ümumilikdə isə 352021,77 (üç yüz əlli iki min iyirmi bir manat yetmiş yeddi qəpik) manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat və bildirişin qeydə alınması üçün ödənilmiş 100 (yüz) manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma ilkin satış qiyməti 195000 (yüz doxsan beş min) manat olmaqla Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.61 m2 olan fərdi yaşayış evi və ilkin satış qiyməti 73000 (yetmiş üç min) manat olmaqla Cavabdeh7 məxsus olan ünvan 2 ünvanında yerləşən 62.8 m2 ümumi sahəsi, 47 m2 yaşayış sahəsi, 15.8 m2 yardımçı sahədən ibarət 3 otqalı 56 nömrəli mənzilə yönəldilsin, həmin əmlaklar ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyanlar Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qaytarılsın. Mənzilin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən 62,8 m2 ümumi sahəsi, 47 m2 yaşayış sahəsi, 15,8 m2 yardımçı sahədən ibarət 3 otqalı 56 nömrəli mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-156/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-156/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver