Məhkəmə qərarları › İş №2(004)-156/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-156/2024

06.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-156/2024 06.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9rşı “işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9rşı “işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimovanın xx.xx.2023-cü il tarixli, K-168 nömrəli Əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa olunmağı; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədrinin qanunsuz əmri nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının və digər son haqq hesabın cavabdeh tərəfindən ona ödənilməsi, Bakı 3 saylı Mediasiya təşkilatına ödədiyi 55 manat haqqın cavabdehdən alınıb ona ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək Azərbayan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı Ünvan Reyestri xidmətinin tabeliyində olan Kadastr Yerquruluşu Layihə Tədqiqat İdarəsi MMC 4 saylı Abşeron Layihə Tədqiqat İdarəsində mühəndis vəzifəsində, xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək Azərbaycn Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı Reyestri xidmətinin tabeliyində olan Kadastr Yerquruluşu Layihə Tədqiqat İdarəsi MMC 4 saylı Abşeron Layihə Tədqiqat İdarəsində 7-ci dərəcəli mühəndis vəzifəsində, xx.xx.2018-ci ildən xx.xx.2022-ci ilədək Bakı LTİ-da 7-ci dərəcəli mühəndis vəzifəsində, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 4 saylı Abşeron Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsində 1 (bir) ay müddətinə 7-ci dərəcə vəzifə maaşı ilə yerquruluşu üzrə texnik vəzifəsində, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı Texniki invertarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz Əmlakın Kadastrı Texniki invcrtarlaşdınİması və qiymətləndirilməsi sektorunda 1 (bir) ay müddətinə 9-cu dərəcə vəzifə maaşı ilə mühəndis invertarlaşdırıcı vəzifəsində işləmişəm. İşlədiyi müddətdə heç bir zaman əmək intizamını pozmamışdır, qanun pozuntusuna yol verməmişdir, heç bir idarə və təşkilat tərəfindən əmək qanunvericiliyinin pozulması ilə bağlı cəza almamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimovanın xx.xx.2023-cü il tarixli, K-168 nömrəli Əmri ilə əmək vəzifələrinin kobud şəkildə pozduğu əsası ilə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bildirir ki, o işlədiyi müddətdə heç bir kobud əmək vəzifəsi pozuntusuna yol verməmişdir, işlədiyi idarənin adına ləkə gətirən heç bir qanunsuz hərəkət etməmişdir. Hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimovanın xx.xx.2023-cü il tarixli, K-168 nömrəli Əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli və onun əmək hüquqları təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nümayəndəsi etiraz ünvanlayaraq bildirmişdir ki, idddiaçı vətəndaş X4 məxsus Hövsan südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşən məhkəmə mübahisəsi olan torpaq sahəsinə baxış keçirərkən müvafiq rəyin verilməsi üçün S.Əsədovanın nümayəndəsi Seymur adlı şəxsdən 1000 manat məbləğində pul vəsaiti tələb etmişdir. İddiaçı bunları əvvəlcə inkar etsə də sonradan əməlini qəbul etmişdir. Pul vəsaitinin tələb edilməsi ilə bağlı yazışma, səs yazıları və vəsaitin ödənilməsi üçün iddiaçı tərəfindən vətəndaşa verilmiş kart məlumatları mövcuddur. İddiaçı Sünbül Əsədovanın xeyrinə rəy verməsi müqabilində 1000 manat vəsaitin Seymur adlı şəxsdən özünə məxsus kart hesabına (KapitalBank: **********307886 nömrəli) göndərilməsi tələb edilmiş, lakin vətəndaşın nümayəndəsi qeyd olunan məbləğin çox olduğunu və 500 manat məbləğində ödəniş edə biləcəyini bildirdikdə iddiaçı göstərilən məbləğlə razılaşmamışdır. İddiaçı X8 Təşkilatının xx.xx.2023-cü il tarixli iclasında çıxış edərək 2004-cü ildən bu sahədə fəaliyyət göstərdiyini və 8 ildir məhkəmə mübahisələri ilə bağlı işlərə getdiyini bildirmişdir. Abşeron ərazisi üzrə məhkəmə mübahisələri zamanı məhkəmədə çıxış edən zaman əksər məsul şəxsləri, nümayəndələri (maklerləri) tanıdığını, lakin bu şəxsi tanımadığını, həmin şəxsin nümayəndə kimi heç bir sənədinin olmadığını, telefon əlaqəsi saxlayaraq 500-700 manat məbləğində ödəniş müqabilində onun xeyrinə rəy verməsi üçün pul təklif etdiyini, kart məlumatlarını isə baxışa gedib-gəlmək üçün benzin xərclərinə görə pul ödəyəcəyini fikirləşdiyi üçün göndərdiyini bu səbəbdən səhvə yol verdiyini və səhvini qəbul etdiyini qeyd etmişdir. Nümayəndə kimi özünü təqdim edən Seymur adlı şəxsin isə torpaq sahəsinin yerini təqribi göstərdiyini, pul ödəmək üçün vətəndaşın təşəbbüs göstərdiyini, sonradan belə edəcəyini bilmədiyini və vətəndaş tərəfindən benzin üçün pul ödəniləcəyini fikirləşərək kart məlumatlarını göndərdiyini qeyd etmişdir. Eyni zamanda bildiririk ki, iddiaçı dəfələrlə məhkəmə işləri ilə bağlı müxtəlif ziddiyətli rəylər təqdim etmişdir. Vətəndaşlardan iddiaçının onlardan rəy verilməsi üçün vəsait tələb etməsi barədə çoxlu şikayətlər daxil olmuşdur. Qeyd olunanlara əsasən iddia ərizəsi əsassız olduğundan iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, ona bildirmişər ki, tanış adam var iddiaçının icraatında olan işlə bağlı onunla danışmaq istəyir. Həmin adam makler idi. İddiaçıya zəng edərək bildirmişdir ki, həmin torpaq sahəsi Ramanada yerləşir iş sənin icraatındadır gələndə sənə benzin pulu ataram. Məsafə çox uzaq olduğundan iddiaçı bu məqsədlə kartını ona atmışdı. Sonradan bilmişdir ki, iş ondan alınıb başqa mühəndisə verilib. Həmin adam iddiaçıya whatsappda yazmiş, səs atmişdir. İddiaçı ona cavab yazmamış, sona isə bütün nömrələrini bloka atmışdır. İşin ondan alınıb başqa mühəndisə niyə verilməsi barədə iddiaçıda heç bir məlumat yoxdur. Ona bu barədə heç nə deyilməyibdir. Onlarda tekstil deyilən bir proqram var onunla işləyirlər. İşlər elektron qaydada yazılır. İş idarə rəisinin adından qəbul olunurdu. Sonra elektron qaydada baş mühəndis, daha sonra ərazi üzrə mütəxəsislərə verilirdi. Bundan sonra mühəndis həmin gün yerli baxışa gedirdisə rəyi də həmin mühəndis verirdi. İdarənin belə bir qayda qanunu vardır ki, maklerlərə dayaq yolu verilmişdir ki, maklerlər demək olar ki, orada bir neçə şəxslərlə əlbir olub bu işləri görürüdülər. Rəşad adlı şəxs daxili nəzarətin işçisi idi. Abşeronda hamı bir birini tanıyır. Kim maklerdi kim idarənin işçisidir. Ev torpaq sahələri qanunsuz olaraq icarəyə alıb satrlır. Sonaradan araşdıranda məlum olımuşdur ki, Rəşadla Seymur sinif yoldaşı olublar. Bunu iddiaçı həmkarların iclasında da bildirmişdir. Onun işdən çıxması ərəfəsində Rəşada yüksək vəzifə verilmişdir. O baş idarəyə daxili nəzarətə getmiş, sonradan Seymur şöbə rəisinin qəbulunda olmuş orda da bildirmişdir ki, ondan şikayətçi deyildir, istəmir onun ziyanına rəy verilsin, istəyirdi ki, müsbət onun xeyrinə rəy verilsin. Şöbə rəisi də başından atmaq üçün işi vermişdir daxili nəzarətə. O, həmin gün rəisin qəbuluna girib məlumat vermək istəmişdir, çünki şöbə müdiri ona bildirmişdir ki, səndən şikayət vardır. O, da bununla bağlı izahat vermək üçün rəisin qəbuluna girmək istəsə də onu qəbul etməmişdir. Sonradan isə bu hadisələr baş vermişdir. Bundan başqa bildirmək istəyir ki, 142 nəfərdən ibarət olan idarənin cəmi üç xidməti maşını vardır. Onlardan biri hüquqşünasları məhkəmələrə aparıb-gətirir, biri məktubları aparır, biri isə ASAN xidmətdən lazimi sənədləri götürür. Onlar əraziyə öz şəxsi maşınları ilə çıxırlar. Ərazinin bir ucu Abşerondur bir ucu da Savxoz Türkan yoludur. Bir gündə iki-üç məhkəmə işləri olurdu. Özləri bildirmişdilər ki, kimsə 20-30 manat benzin pulu verərsə bunda heç bir problem yoxdur. Onlara rəy verilməsi ilə bağlı iş daxil olarkən həmin məktubun üzərində tərəflərin əlaqə nömrələri qeyd olunur. Həmin nömrələr vasitəsi ilə onlar tərəflərlə əlaqə saxlayırlar. Göstərilənləri nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimovanın xx.xx.2023-cü il tarixli, K-168 nömrəli Əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa olunmağı, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədrinin qanunsuz əmri nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının və digər son haqq hesabın cavabdeh tərəfindən ona ödənilməsi və Bakı 3 saylı Mediasiya təşkilatına ödədiyi 55 manat haqqın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclsaında iştirak edən iddiaçının nümayəndəsi vəkili bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, K-168 nömrəli əmri qanunsuz hesab olunmaqla ləğv edilməlidir. Çünki, araşdırma düzgün aparılmamışdır. İddiaçı etirazda və əmirdə qeyd olunan hallarla bağlı heç bir qanun pozuntusuna yol verməmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hisəssində olan hər hansı bir pozuntunu törətməmişdir. Qeyd olunan hallarla bağlı İddiaçı hər hansı bir tapşırıq verilməmişdir və həmin işlə bağlı hansı bir mütəxəsis rəyin verilməsi ilə bağlı məşğul olmamışdır. Təsadüf nəticəsində təmsilçilik edən həmin şəxs İddiaçıla danışığa girmiş və güya hansı işlə bağlı gediş-gəlişlə bağlı aralarında danışıq olmuşdur. Lakin hansı iş olduğu bilinmir. Çünki Suraxanı Rayon Məhkəməsinə təqdim olunmuş X3 işi ilə bağlı rəydən görünür ki, rəy məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş və rəyi verən mühəndis isə Sahib Şərifovdur. Rəydə olan sxemdən görünür ki, bu rəyin hazılanması üçün verilən baza məlumatları xx.xx.2023-cü il tarixdə verilmişdir və bundan hardasa bir aya yaxın müddətdə isə yəni xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində əmr çıxarılıb. Yəni əmr mütəxəsis rəyindən sonra verilibdir. Belə olan halda ona tapşırılmayan işlə bağlı qanun pozuntusunun törədilməsi və işə götürənin mənafeyinə zid hərəkətlərin edilməsi mövcud dedyil və olada bilməzdir. Çünki, bununla bağlı İddiaçı hər hansı bir vəzifə verilməmişdir. Cavabdeh etirazında qeyd edir ki, guya Seymur adlı şəxsin rəsmi müraciəti əsasında araşdırılmanın aparıldığını bildirsədə buna dair hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin vəzifəsidir ki, həmin şəxsin rəsmi müraciətin məhkəməyə təqdim eləsin. Belə ki, MPM-nin 77-ci maddəsinə əsasən sübutları təqdim etmək iddia edənin üzərinə düşür. Onu təkzib edənin üzərinə düşmür. Ona görədə həmiş şəxsin müraciəti əsasında İddiaçı qanunsuz hərəkətləri barədə rəsmi məlumatın olmasına dair sübutlar cavabdeh məhkəməyə təqdim edilməmişdir. Bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli X8 Təşkilatının iclas protokolundan çıxarışdan görünür ki, çıxarış iclasda rəsmi iştirak edən şəxslər tərəfindən imzalanmamışdır. Eyni zamanda İddiaçıda həmin protokldan çıxarışda imzası yoxdur. İclasda kimlər iştirak edib və kimlər protokolu imzalamalı idilər bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İddiaçı barəsində xx.xx.2023-cü il tarixli əmri ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının və digər son haqq hesabın cavabdeh tərəfindən İddiaçı ödənilməsi və Bakı 3 saylı Mediasiya təşkilatına ödədiyi 55 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sədrlik edənin suallarına nümayəndə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, K-168 nömrəli əmri qanunsuz hesab olunmaqla ləğv edilməlidir. Çünki, araşdırma düzgün aparılmamışdır. İddiaçı etirazda və əmirdə qeyd olunan hallarla bağlı heç bir qanun pzountusuna yol verməmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hisəssində olan hər hansı bir pozuntunu törətməmişdir. Qeyd olunan hallarla bağlı İddiaçı hər hansı bir tapşırıq verilməmişdir.Təsadüf nəticəsində təmsilçilik edən həmin şəxs İddiaçıla danışığa girmiş və güya hansısa işlə bağlı gediş-gəlişlə bağlı aralarında danışıq olmuşdur. İddiaçı elə bilib ki, iş onun icraatındadır. Çünki, Azərə zəng edib bildiriblər ki, iş sənin icraatındadır. Amma sonradan araşdıranda görüb ki, iş onun icraatında deyildir. Çünki Azərin icraatında tək o iş olmayıb, onun icraatında çox iş olub. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək rədd edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, idddiaçı vətəndaş X4 məxsus Hövsan südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşən məhkəmə mübahisəsi olan torpaq sahəsinə baxış keçirərkən müvafiq rəyin verilməsi üçün S.Əsədovanın nümayəndəsi Seymur adlı şəxsdən 1000 manat məbləğində pul vəsaiti tələb etmişdir. İddiaçı bunları əvvəlcə inkar etsə də sonradan əməlini qəbul etmişdir. Pul vəsaitinin tələb edilməsi ilə bağlı yazışma, səs yazıları və vəsaitin ödənilməsi üçün iddiaçı tərəfindən vətəndaşa verilmiş kart məlumatları mövcuddur. İddiaçı Sünbül Əsədovanın xeyrinə rəy verməsi müqabilində 1000 manat vəsaitin Seymur adlı şəxsdən özünə məxsus kart hesabına (KapitalBank: **********307886 nömrəli) göndərilməsi tələb edilmiş, lakin vətəndaşın nümayəndəsi qeyd olunan məbləğin çox olduğunu və 500 manat məbləğində ödəniş edə biləcəyini bildirdikdə iddiaçı göstərilən məbləğlə razılaşmamışdır. İddiaçı X8 Təşkilatının xx.xx.2023-cü il tarixli iclasında çıxış edərək 2004-cü ildən bu sahədə fəaliyyət göstərdiyini və 8 ildir məhkəmə mübahisələri ilə bağlı işlərə getdiyini bildirmişdir. Abşeron ərazisi üzrə məhkəmə mübahisələri zamanı məhkəmədə çıxış edən zaman əksər məsul şəxsləri, nümayəndələri (maklerləri) tanıdığını, lakin bu şəxsi tanımadığını, həmin şəxsin nümayəndə kimi heç bir sənədinin olmadığını, telefon əlaqəsi saxlayaraq 500-700 manat məbləğində ödəniş müqabilində onun xeyrinə rəy verməsi üçün pul təklif etdiyini, kart məlumatlarını isə baxışa gedibgəlmək üçün benzin xərclərinə görə pul ödəyəcəyini fikirləşdiyi üçün göndərdiyini bu səbəbdən səhvə yol verdiyini və səhvini qəbul etdiyini qeyd etmişdir. Nümayəndə kimi özünü təqdim edən Seymur adlı şəxsin isə torpaq sahəsinin yerini təqribi göstərdiyini, pul ödəmək üçün vətəndaşın təşəbbüs göstərdiyini, sonradan belə edəcəyini bilmədiyini və vətəndaş tərəfindən benzin üçün pul ödəniləcəyini fikirləşərək kart məlumatlarını göndərdiyini qeyd etmişdir. İddiaçı dəfələrlə məhkəmə işləri ilə bağlı müxtəlif ziddiyətli rəylər təqdim etmişdir. Vətəndaşlardan iddiaçının onlardan rəy verilməsi üçün vəsait tələb etməsi barədə çoxlu şikayətlər daxil olmuşdur. İddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, iclasın səs yazı ilə aparılması şifahi olaraq bildirilib, protokolda bu barədə heç bir qeyd aparılmayıbdır. Protokoldan çıxarış həmkar itifaqının sədri tərəfindən imzalanıb və möhür də vurulub. Azəri o qarşılamışdır. O bildirmışdir ki, şəkər xəstəsidir, yoldaşı dövlət işində işləyir, bir qızı var, özü də Nərimanov rayonunda kirayədə yaşayır. Onlar da bunları və uzun müddət idarənin işçisi olmasını nəzərə alaraq korrupsiyaya müraciət etməmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək Azərbayan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı Ünvan Reyestri xidmətinin tabeliyində olan Kadastr Yerquruluşu Layihə Tədqiqat İdarəsi MMC 4 saylı Abşeron Layihə Tədqiqat İdarəsində mühəndis vəzifəsində, xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək Azərbaycn Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı Reyestri xidmətinin tabeliyində olan Kadastr Yerquruluşu Layihə Tədqiqat İdarəsi MMC 4 saylı Abşeron Layihə Tədqiqat İdarəsində 7-ci dərəcəli mühəndis vəzifəsində, xx.xx.2018-ci ildən xx.xx.2022-ci ilədək Bakı LTİ-da 7-ci dərəcəli mühəndis vəzifəsində, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 4 saylı Abşeron Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsində 1 (bir) ay müddətinə 7-ci dərəcə vəzifə maaşı ilə yerquruluşu üzrə texnik vəzifəsində, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı Texniki invertarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz Əmlakın Kadastrı Texniki invcrtarlaşdınİması və qiymətləndirilməsi sektorunda 1 (bir) ay müddətinə 9-cu dərəcə vəzifə maaşı ilə mühəndis invertarlaşdırıcı vəzifəsində işləmişdr. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci bəndinin “ç” bəndi ilə (əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) işdən azad edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli əmrdən görünür ki, İddiaçı - Daşınmaz Əmlakın Dcvlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı texniki inventarlaşdırma qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırılması və qiymətləndirilməsi sektorunun mühənds inventarlaşdrıcısı ilə bağlanmış əmək müqaviləsi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 20 iyul 2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyyətinin sədri Nigar xanım Alimovaya ünvanlnamış təqdimatdan görünür ki, həmin təqdimatda qeyd edilmişdir ki, X3 cavabdeh X1 və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı “zəbt edilmiş evin və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə qərərdadın icrasının təmin edilməsi, mütəxəssis rəyi, mübahisəli torpaq sahəsinin koordinatları və baza məlumatların təqdim edilməsi ilə əlaqədar müraciət olunmuşdur. Bu müraciət əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin mühəndisinventarlaşdırıcısı Əhmədov X2 rayonu Hövsan qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və nəticədə X7 ilə qanunsuz olaraq sövdələşərək məhkəmədə işini həll edəcəyinə söz vermişdir. Qeyd olunanları nəzərə alaraq, mövcud məsələnin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Daxili nəzarət və audit departamenti tərəfindən ətraflı araşdırılması üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimovaya ünvanlnamış İddiaçı iş fəaliyyətində yol verdiyi nöqsan barədə Xidməti Məruzədə qeyd edilmişdir ki, Daxili nəzarət və audit departamentinə daxil olmuş məlumata əsasən DƏDKR-ın 4 saylı Abşeron Ərazi İdarəsinin mühəndisinventarlaşdırıcısı İddiaçı vətəndaş X4 məxsus Hovsan südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşən 1.5 ha torpaq sahəsində məhkəmə mübahisəsi üzrə baxış keçirərək müvafiq rəyin verilməsi üçün onun Seymur adlı nümayəndəsindən pul vəsaiti tələb etmişdir. Göstərilənləri araşdırmaq məqsədilə İddiaçı xx.xx.2023-cü il tarixində Daxili nəzarət və audit departamentinin xidməti otağına dəvət edilərək müvafiq izahatı alınmışdır. A.Əhmdəv izahatında bildirmişdir ki, sözü gedən torpaq sahəsinə baxış keçirən zaman özünü vətəndaş Sünbül Əsədovanın qohumu kimi təqdim edən Seymurla adlı şəxslə 1000 azn məbləğində sövdələşmişdir. Belə ki, İddiaçı qeyd olunan torpaq sahəsinə baxış keçirən zaman 1000 manat müqabilində məhkəməyə Sünbül Əsədovanın xeyrinə rəy verməsi üçün Seymur adlı şəxsə KapitalBank ASC-nin **********307886 nömrəli özünə məxsus kart hesabını göndərmişdir. Lakin vətəndaşın nümayəndəsi qeyd olunan məbləğin çox olduğunu və 500 manat məbləğində ödəniş edə biləcəyini bildirdikdə İddiaçı göstərilən məbləğlə razılaşmamışdır. Araşdırma zamanı İddiaçı özünü qeyri-səmimi aparmış, verilən suallardan müxtəlif bəhanələrlə yayınmağa çalışmışdır. İddiaçı xidməti fəaliyyəti ilə bir araya sığmayan kobud qanun pozuntularına yol verdiyini, vətəndaşla əlaqə yaradaraq korrupsiya riskləri yaratdığını, cəmiyyətdə DƏDKR-ın ərazi idarəsinin nüfuzdan salmağa cəhd etdiyini nəzərə alaraq, tutduğu vəzifədən azad olunması təklif olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, razılıq verdiyiniz təqdirdə müvafiq əmr layihəsinin hazırlanmasına göstəriş verilməsi məqsədi ilə araşdırma materialları təqdim edilmişdir. İddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, İddiaçı Sünbül Əsədovaya məxsus torpaq sahəsinə baxış keçirilərkən ondan kart nömrəsinin istənildiyini, sövdələşmənin mümkün ola biləcəyinin bildirildiyini, daha sonrra sövdələşmənin baş tutmadığını qeyd etmişdir. Həmçinin bldirmişdir ki, gələcəkdə belə nöqsanlara yol verməyəcəkdir və nəzərə alınmasını xahiş etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin X8 Təşkilatı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Nigar Alimova tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinə ünvanlnamış təqdimatdan görünür ki, həmin təqdimatda qeyd edilmişdir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırılması və qiymətləndirilməsi sektorunun mühəndisinventarlaşdırıcısı İddiaçı Misirəddın oğlunun əmək fəaliyyətində ciddi nöqsana yol verməsi barədə Daxili nəzarət və audit departamentinə məlumat daxil olmuşdur. Qeyd olunan məsələnin araşdırılması məqsədilə İddiaçı xx.xx.2023-cü il tarixdə Daxili nəzarət və audit departamentinin əməkdaşları tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin inzibati binasına dəvət edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mühəndis- inventarlaşdırıcısı İddiaçı vətəndaş X4 məxsus Hövsan südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşən məhkəmə mübahisəsi olan torpaq sahəsinə baxış keçirərək müvafiq rəyin verilməsi üçün özünü Sünbül Əsədovanın qohumu kimi təqdim edən Seymur adlı şəxslə sövdələşməyə girərək sonuncudan bu məqsədlə 1000 manat məbləğində pul tələb etmişdir. İddiaçı qeyd olunan məbləğin özünə məxsus olan KapitalBank ASC-nin **********307886 nömrəli kart hesabına köçürülməsi üçün kartın rekvizitlərini Seymur adlı şəxsə göndərmişdir. Lakin Seymur qeyd olunan məbləğin çox olduğunu və 500 manat məbləğində ödəniş edə biləcəyini bildirdikdə İddiaçı göstərilən məbləğlə razılaşmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırılması və qiymətləndirilməsi sektorunun mühəndis-inventarlaşdırıcısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırılması və qiymətləndirilməsi sektorunun mühəndisinventarlaşdırıcısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin X8 Təşkilatı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Nigar Alimovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, həmin məktubda qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırılması və qiymətləndirilməsi sektorunun mühəndisinventarlaşdırıcısı İddiaçı və 2 saylı Sumqayıt Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz əmlakın texniki inventarlaşdırılması və qiymətləndirilməsi sektorunun yerquruluşu üzrə mühəndisi X5 əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunmasına münasibət bildirilməsi barədə təqdimata X8 Təşkilatında baxılmışdır. Qeyd olunmalıdır ki, İddiaçı və X5 iştirakı ilə xx.xx.2023-cü il tarixində keçirilmiş iclasda X8 Təşkilatının üzvləri tərəfindən həmin şəxslərin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunması məqbul hesab edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin X8 Təşkilatının xx.xx.2023-cü il tarixli protokolundan çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunması məqbul hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən, Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Beləliklə, məhhəmə icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı X4 məxsus Hövsan südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşən məhkəmə mübahisəsi olan torpaq sahəsinə baxış keçirərkən müvafiq rəyin verilməsi üçün S.Əsədovanın nümayəndəsi Seymur adlı şəxslə sövdələşməsinə görə barəsində şikayət daxil olmuş və iddiaçının xidməti fəaliyyəti ilə bir araya sığmayan kobud qanun pozuntularına yol verməsi, vətəndaşla əlaqə yaradaraq korrupsiya riskləri yaratması, cəmiyyətdə DƏDKR-ın ərazi idarəsinin nüfuzdan salmağa cəhd etməsini nəzərə alaraq, tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məqsədilə həmkarlar ittifaqına təqdimat verilmiş və Həmkarlar İttifaqını tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin həmin maddə ilə ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əssasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin «e» bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İddiaçı iddia ərizəsində onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli, K-168 nömrəli əmrin qanunsuz olmasını bildirsə də, məhkəmə hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək işəgötürən hüquqlarından biridir. Bundan başqa iddiaçı heç bir əmək pozuntusuna yol verəmdiyini, heç kimlə sövdələşmə aparmadığını bildirsə də, onun tərəfindən verilmiş izahatdan görünür ki, o, Sünbül Əsədovanın yaxın qohumunun ondan kart nömrəsini istədiyini, sövdələşmənin mümkün ola biləcəyini bildirildiyini, daha sonrra sövdələşmənin baş tutmadığını qeyd etmişdir. Həmçinin bildirmişdir ki, gələcəkdə belə nöqsanlara yol verməyəcəkdir və nəzərə alınmasını xahiş etmişdir. Bundan başqa iddiaçı məhkəmədə izahat verərkən, qeyd edilən şəxsə öz əmək haqqı kartının şəklini atdığını etiraf edərək (bu hal iş materiallarında olan tərəflər arasında aparılmış vatsap yazışmaları ilə də, təsdiq olunur), bunu, qarşı tərəfin ona yol məsrəfləri üçün benzin pulu göndərilməsi məqsədi ilə göndərdiyini bildirmişdir. Bu hərəkətini isə, işlədiyi idarədən ona vətəndaşlar tərəfindən yol məsrəfləri üçün 20-30 manat benzin pulu verilərsə, bunun qəbul edilməsində heç bir problemin olmamasının bildirilməsi ilə əsaslandırmış, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə istənilən vətəndaşdan hər-hansısa məbləğdə və hər-hansısa məqsədlər üçün pul vəsaitinin alınmasının yolverilməz olduğunu bildirmişdir. Beləlklə iş materiallarından göründüyü kimi İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrini kobud şəkildə pozduğu üçün onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə əmr verilmişdir. Məhkəmə qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimovanın xx.xx.2023-cü il tarixli, K-168 nömrəli Əmrinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi əmrin ləğv edilməsi hissəsində təmin edilmədiyindən iddia tələbinin digər hissələrinə münasibətdə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9rşı “işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar