Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1566/2023 14.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə, Ərizəçi Hüseynova (Fərzəliyeva) Kamilə Süleyman qızının Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Hüseynova (Fərzəliyeva) Kamilə Süleyman qızı doğum akt qeydinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum haqqında qeydinin bərpa edilməsi, yəni atası X10, anası X5 oğlan X6 28 aprel 1957-ci il də Azərbaycan Respublikasının Ağdərə rayonu Narınclar kəndində doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Hüseynova (Fərzəliyeva) Kamilə Süleyman qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, 28 aprel 1957-ci ildə Azərbaycan Respublikasının (keçmiş Mardakert) Ağdərə rayonu Narınclar kəndində anadan olmuşdur. 20 sentyabr 1976-cı il X27 ilə ailə qurmuşdur. Azərbaycan Respublikası Parlamentinin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər rayonunun tərkibinə verilmişdir. Ermənistan qoşunlarının Qarabağ torpaqlarına hücumu nəticəsində Kəlbəcər rayonu 02 aprel 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdir və qaçqınlıq dövründə bütün vacib sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsi işğal zonasında qalmışdır. Torpaqların işğalından sonra o ailəsi ilə Rusiya Federasiyasına köçmüşdür. 2022-ci ildə xəstəliyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasına müayinəyə gəlmiş və xərçəng xəstəsi olduğunu bilmişdir, hal-hazırda Milli Onkologiyas xəstəxanasında müalicə alır. Atası – X10 1928-ci ildə Azərbaycan Respublikasının (keçmiş Mardakert) Ağdərə rayonu Narınclar kəndində anadan olub, 22 yanvar 2022-ci ildə vəfat edib. X1 1924-cü ildə Azərbaycan Respublikasının (Bakı şəhərində anadan olub, 08 may 1996-cı ildə vəfat edib. Valideynləri, həm atası, həm də anası milliyyətcə azərbaycanlıdır. Hazırda doğum haqqında şəhadətnaməsi ona müəyyən sənədləşmələr aparmaq üçün lazımdır. Doğum haqqında şəhadətnaməsi qaçqınlıq vaxtı itdiyinə görə Kəlbəcər rayonu Dövlət Arxiv İdarəsinə mürəciət etmişdi, onlarsa öz növbələrində 31 nömrəli 08 fevral 2023-cü il tarixli məktubunda bildirmişlər ki, işğalçılıq dövründə bütün idarə sənədləri işğal zonasında qalmışdır. Kəlbəcər rayon Dövlət Arxiv idarəsində heç bir əsaslı sənəd olmadığı üçün hüquqi sənədi vermək imkanları xaricindədir. Sonradan Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5-8-F-513/23 nömrəli məktubu ilə ona bildirilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir, doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Doğum haqqında şəhadətnaməsini heç bir dövlət qurumundan ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi Hüseynova (Fərzəliyeva) Kamilə Süleyman qızı və onun nümayəndəsi X16 məhkəmə iclasında ərizəni müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. X16 isə qardaşıdır. X26 (Hüseynova) 28 aprel 1957-ci ildə Azərbaycan Respublikasının Ağdərə rayonu, Narınclar kəndində anadan olmuşdur. X2, anaları X3r. Hər ikisi rəhmətə getmişdir. Müharibə dövründə bacısının bütün sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsi işğal zonasında qalaraq itirmişdir. Torpaqların işğalından sonra bacısı ailəsi ilə Rusiya Federasiyasına köçmüşdür. Rusiya Federasiyasının vətəndaşıdır, hazırda Azərbaycan Respublikasında müvəqqəti yaşayır. İş materiallarında olan: Rusiya Federasiyasının 66 № ******* saylı vətəndaş pasportunun surətindən görünür ki, Ərizəçiovna 28 aprel 1957-ci il tarixdə Azərbaycan SSSR-də anadan olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kəlbəcər Rayon İcra Hakimiyyətinin Kəlbəcər Rayon Dövlət Arxivin tərəfindən X8 ünvanlanmış 08 fevral 2023-cü il tarixli 31 saylı məktubun surətindən görünür ki, Kəlbəcər rayonu 02 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi üçün Kəlbəcər rayonunun idarə, müəssisə və təşkilatlarının Kəlbəcər rayon Dövlət Arxivi idarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalmışdır. Ağdərə rayonunun Narınclar kəndi 1992-ci il tarixdə Kəlbəcər rayonunun tərkibinə verilmişdir. Ona görə də tələb etdiyi doğum haqqında şəhadətnamənin verilməsi və qeydiyyat tarixinin müəyyən edilməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv İdarəsində heç bir əsaslı sənəd olmadığı üçün tələbinə uyğun hüquqi sənədi vermək imkan xaricindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5-8-F-513/23 nömrəli məktubun məzmunundan görünür ki, X7 doğumun bərpa edilməsi barədə Maraqlı şəxsnə xx.xx.2023-cü il tarixdə daxil olmuş müraciətinə baxılmışdır. Bildirirlər ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydlərin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyat faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, Maraqlı şəxs doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəmə müraciət etməyini məsləhət görür. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmaya dair” 09 fevral 2023-cü il tarixli elektron arayışın surətindən görünür ki, bu arayış Kamila Guseinovanın xx.xx.2022-ci il tarixində AR Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixinədək “Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmasını təsdiq edir. Ağdam rayonu Seyidli kənd nümayəndəliyi tərəfindən verilmiş İ-ЖГ seriyalı, 338994 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1949-cü ildə doğulmuş X29 ilə xx.xx.1957-ci ildə doğulmuş X11 20 sentyabr 1976-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Hüseynov” soyadı verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Hüseynova (Fərzəliyeva) Kamilə Süleyman qızının 28 aprel 1957-ci ildə Azərbaycan Respublikasının Ağdərə rayonunda anadan olması faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, onun doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2, 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci, 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Hüseynova (Fərzəliyeva) Kamilə Süleyman qızının 28 aprel 1957-ci ildə Azərbaycan Respublikasının Ağdərə rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydində - uşaq bəndində “X11”, təvəllüdü bəndində “xx.xx.1957-ci il” doğum yeri bəndində “Azərbaycan Respublikası Ağdərə rayonu”, ata bəndində “X13”, ana bəndində “X4”, milliyəti bəndində “azərbaycanlı” kimi göstərilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1566/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1566/2023
14.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver